Məhkəmə qərarları › İş №1(102)-612/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-612/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-612/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkumun müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3, zərərçəkmiş şəxsin hüquqi varisi X3 işti rakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əfqan Hacıyev (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Telman Hüseynov) 1(101) – 320/2021 nömrəli 13 iyul 2021ci il tarixli hökmü ilə xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, "xxxx" MMC-də marketinq meneceri vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR Cavadxan küçəsi, ev 1, mənzil 32-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.9-cu maddəsi ilə təqsirli bilinərək, 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 2003-cü ildən rəsmi nikahda olduğu əri Zərərçəkmiş şəxs onun ailəvi tanışları Şahid6 ilə intim münasibətdə olmaqla xəyanət etməsini 2019-cu ilin mart ayında bildiyindən ailə daxili münasibətlər pisləşdikdən və Zərərçəkmiş şəxs bu barədə valideynlərinəvə digər ailə üzvlərinə məlumat verib boşanacağını bəyan etməsindən sonra, özünün anasıvə qardaşlarının arasında rüsvay olmasının qarşısını almaq üçün istintaqa məlum olmayan şəxslə (şəxslərlə) qabacadan əlbir olan bir qrup şəxs halında əri Zərərçəkmiş şəxs məlum olmayan vaxtda və mənbədən əldə etdikləri “fenotiazin” qrupuna aid psixotrop kimyəvi maddəni həzm yolu ilə qəbul etdirib müqavimət göstərmək imkanını aradan qaldırmaqla qəsdən öldürmək qərarına gəlmiş və bu niyyətlərini həyata keçirmək üçün xx.xx.2019-cu il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs birgə yaşadıqları ünvan 2 ünvanına qayıtdıqdan sonra “fenotiazin” qrupuna aid psixotrop kimyəvi maddəni həzm yolu ilə qəbul etdirib ərini halsız vəziyyətə gətirmiş, sonuncunun əynindəki paltarları soyunub yalnız alt tumanında olmaqla mənzildəki qonaq otağında olan divanın üzərində uzanıb yatmasına, bununla da özünü müdafiə etmək qabiliyyətinin olmamasına əmin olduqdan sonra isə xx.xx.2019-cu il tarixdə,saat 02:45 radələri ndə mənzilin giriş qapısını içəridən açaraq digər şəxsi (şəxsləri) mənzilə buraxmış və həmin şəxslə (şəxslərlə) birlikdə məlum olmayan vaxtda və mənbədən əldə edilmiş iti uclu və ya kənarlı, eləcə də deşici-kəsici alətlərlə silahlanıb qonaq otağında divanda uzanıb yatdığı üçün aşkar surətdə köməksiz vəziyyətdə olan əri Zərərçəkmiş şəxs qarşımüstəsna dərəcədə amansızlıq və qəddarlıq nümayiş etdirərək qeyd olunan alətlərlə, eləcədə bərk küt əşya ilə çoxsaylı zərbələr vurmaqda davam edərək sonuncuya alt çənədə soldavə sağda qançır, alt dodaqda sağda əzilmiş yara, sol qulaqönü nahiyədə qançır və əzilmiş yara, sol dizdə və sağ ayaq altında qançır, döş qəfəsinin, qarının, hər iki baldırın və sol diz oynağının ön səthinin cızıqları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələ ri təyin edilməyən, boynun ön səthində sağda üç ədəd səthi deşilmiş-kəsilmiş yara,döş qəfəsinin ön səthində sağda fasiləli sıyrıq fonunda səthi deşilmiş-kəsilmiş yara və iki ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin ön səthində mərkəzdə, döş sümüyü üzərində ikiədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sol yarısında üç ədəd səthi deşilmiş-kəsilmiş yara, sol bazu oynağının ön səthində səthi deşilmiş-kəsilmiş yara, sol bazunun yuxarı 1/3-də kəsilmiş yara, sol dirsək oynağında üç ədəd səthi deşilmiş-kəsilmiş yara, sol əlin birinci barmağında əsas falanqada kəsilmiş yara, qarının ön səthində mərkəzdə deşilmiş-kəsilmiş yara, qarının sol yan səthində üç ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsinin sağ yan səthində ətrafında halqavari sıyrıq olan deşilmiş-kəsilmiş yara kimi birlikdə və ayrıayrılıq da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, boynun sağ yarısının bir ədəd yuxu arteriyasının zədələnməsi ilə müşayiət olunan kəsilmiş yarası, boynun ön səthinin sol yarısının bir ədəd traxeyanın zədələnməsi ilə müşayiətolunan deşilmiş-kəsilmiş yarası, boynun sol yan səthinin iki ədəd traxeyanın zədələnməsi iləmüşayiət olunan deşılmiş-kəsilmiş yarası, döş qəfəsinin sol yan səthinin üç ədəd daxilə nüfuz edərək ürəyin və sol ağciyərin zədələnməsi və daxili qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları, qarının ön səthinin daxilə nüfuz edərək bağırsağınaventrasiyasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirilən an həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, yuxu venasının, traxeyanın, ürəyin və sol ağ ciyərin yaralanması nəticəsində baş vermiş kəskin qanitirmə ilə nəticələnən çoxsaylı xəsarətlər yetirməklə qabacadan əlbir olan bir qrup şəxs halında, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi) Əli Seyfəliyev və Qədim Babayev) 1(103)-1631/2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 1(101)-320/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmış, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 birgə kassasiya şikayəti verərək Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməsini və təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq olunmaması ilə qəbul edilmişdir. İstər ibtidai istintaq zamanı, istərsə məhkəmə araşdırmaları zamanı ittiham tərəfi cinayətin bilavasitə Məhkum tərəfindən törədilməsini, onun təqsirliliyini təsdiq edən hər hansı birbaşa və ya yanakı sübut təqdim edə bilməmişdir. Çünki belə sübutlar heç zaman mövcud olmamışdır. Zərərçəkm iş şəxs qeyri-aşkar şəraitdə öldürülmüşdür, onun hər hansı şəxs, o cümlədən Məhkum tərəfindən öldürülməsini görən, eşidən, bu barədə hər hansı məlumatı olan şəxs müəyyən olunmamışdır. Məhkum qətl cinayəti törətməsini inkar etmişdir. Onun üzərində, paltarında, şəxsi əşyalarında, telefon yazışma və danışıq məlumatlarında ərinin öldürülməsi ilə bağlı heç bir şübhəli məlumat dəlil aşkar olunmamışdır. Başqa mənbədən də qətlin Məhkum tərəfindən törədilməsi ilə bağlı məlumat daxil olmamışdır. Məhz bu sübut yetərsizliyinin nəticəsidir ki, hər iki məhkəmə kollegiyası sanki həmin boşluğu doldurmaq üçün sübutetmə vəzifəsini üzərilərinə götürərək bu vəzifəni Məhkum öz müdafiəsi üçün gətirdiyi dəlillərin hamısını cinayət məsuliyyətindən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirməklə, həmçinin onları özlər inin subyektiv mülahizə və ehtimalları ilə təkzib etmək yolu ilə yerinə yetirməyə cəhd etmişlər. Lakin bu cəhdlər uğursuz alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyası müdafiə tərəfinin dəlillərini əsasən “ağlabatan deyil”, “inandırıcı deyil", “məntiqli deyil" kimi subyektiv mülahizələrlə şübhə altına alsa da bununla bağlı özünün mövqeyini də kifayət qədər ağlabatan, inandırıcı və məntiqli şəkildə əsaslandıra bilməmişdir. Bundan başqa, məhkəmə kollegiyasının özü Məhkum qətl hadisəsi ilə bağlı hər hansı aktiv və ya passiv hərəkətini təsdiq edən konkret sübuta istinad edə bilmədiyi və bu barədə yalnız özünün irəli sürdüyü ehtimal və mülahizələrə əsaslandığı halda, müdafiə tərəfini Məhkum cinayət hadisəsi ilə bağlı hər hansı aktiv və ya passiv hərəkətlərinin (əməlinin) olub-ol maması, əməlində cinayət tərkibinin olub-olmaması ilə bağlı müdafiə xəttini dəqiq müəyyən etməməkdə günahlandırması sadəcə təəccüb doğurur. Əslində məhkəmə kollegiyasının özü qətl cinayətinin tərkibi, o cümlədən cinayətin subyekti, subyektiv və obyektiv cəhətləri ilə bağlı ziddiyyətli, cinayət işinin materialları ilə təsdiq olunmayan əsaslandırmalar etmişdir. Məhkəmə kollegiyası cinayətin Məhkum tərəfindən törədilməsi nəticəsinə gəlməsini cinayətin motivi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə. Məhkum mənzilə daxil olmuş şəxslərin Zərərçəkmiş şəxslə borc üstündə mübahisə etmələri və qətlin bu zəmində baş verməsi barədə ifadələrinin toplanılmış və tədqiq edilmiş mötəbər sübutlarla (bank məlumatları, ailə üzvləri və dostlarının Zərərçəkmiş şəxs borcu olması barədə məlum atlarının olmaması barədə ifadələri, telefon məlumatları və s) təkzib olunduğundan hadisə onun təsvir etdiyi kimi borc zəminində yaranmış münaqişə zamanı baş verməmişdir. Cinayətin motivi ilə bağlı məhkəmə kollegiyasının bu qənaəti əsassızdır. Zərərçəkmiş şəxs banklara külli miqdarda borcunun olmaması onun hər hansı fiziki şəxs və ya şəxslərə belə borcunun olmaması demək deyildir. Həmçinin Zərərçəkmiş şəxs borcları barədə onun ailə üzvlərinin və dostlarının məlumatsız olması da belə borcların olmamasını təsdiq etmir. Məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, Məhkum bir qrup şəxslə qabaqcadan əlbir olmaqla əri Zərərçəkmiş şəxs onun özünə xəyanət etməsi barədə valideynlərinə bildirərək rüsvay edəcəyi və ondan boşanacağı ilə əlaqədar öldürmüşdür. Bu nəticə də hər hansı sübuta deyil, sırf məhkəmə kollegiyasının subyektiv ehtimal və mülahizələrinə əsaslanır. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün Zərərçəkmiş şəxs atası, anası və qardaşının birinci instansiya məhkəməsində verdikləri ifadələrinə istinad etmişdir. Belə ki, Zərərçəkmiş şəxs qardaşı Şahid4 ifadəsində göstərmişdir ki, 02 və ya 03 iyul 2019-cu ildə yaşadığı mənzildə qardaşı Arazla görüşüb söhbət edərkən sonuncu ona artıq arvadı Rənadan boşanacağı barədə qərar verdiyini bildirmiş, özünün bu barədə atasına bildirəcəyi günə kimi heç kimə heç bir söz deməməsini tapşırmışdır. Buna görə o, bu barədə heç kimə məlumat verməmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs qohumları –atası, qardaşı və anasının ifadələri əsasında nəticəyə gəlmişdir ki, Məhkum mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs sonuncunun əvvəldə n tanıdığı və ailəvi tanışları olmuş Şahid6la intim münasibətdə olmaqla xəyanət etməsini bilib, bu barədə ailə üzvlərinə məlumat verərək boşanacağını bəyan etdiyindən, özünün ana və qardaşlarının yanında rüsvay olmasının qarşısını almaq üçün qeyd edilən cinayət əməlinin törətmiş olması tam təsdiq olunur. Lakin məhkəmə kollegiyası yenə öz ehtimalını əsaslandıra bilməmiş, həmçinin həmin ehtimalın elə ifadələrinə istinad etdiyi şəxslərin ifadələri, digər ifadələr, habelə işin faktiki və digər halları ilə təkzib olunduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyası çox mühüm olan belə bir xüsusatı nəzərə almamışdır ki, Məhkum Şahid6la aralarında olmuş keçmiş münasibətləri barədə Zərərçəkmiş şəxs 2019cu ilin mart ayında könüllü olaraq, heç bir təzyiq və təhrik olmadan öz iradəsi və təşəbbüsü ilə da nışmışdır. Zərərçəkmiş şəxs bu barədə başqa mənbədən, şəxsdən məlumat almamış, arvadının xəyanəti ilə bağlı şübhəli bir hal, məqam aşkar etməmiş və bununla arvadından hesab sorub məlumat əldə etməmişdir. Məhkum bildirdiyinə görə, əri onunla söhbəti zamanı Mehmanı yaxın dostu kimi çox təriflədiyindən o, dözməyib Mehmanın onun təsəvvür etdiyi adam olmadığını bildirmiş onunla münasibətləri barədə Zərərçəkmiş şəxs danışmışdır. Məhkəmə kollegiyasının nəzərə almadığı digər xüsusat ondan ibarətdir ki. Məhkum özünün xəyanəti barədə ərinə bildirdikdən sonra Zərərçəkmiş şəxs bu barədə hər gün özünün və onun yaxın qohumlarına məlumat vermək imkanının olduğunu bildiyi halda, bunun qarşısını almaq üçün dərhal deyil, 4 ay gözlədikdən sonra ərini öldürməsi tam məntiqsizdir. Məhkum qohumların tənəsindən, onların yanında rüsvay olmaqdan qorxsaydı, özünün xəyanəti barədə könüllü olaraq Zərərçəkmiş şəxs bildirməzdi. Məhkum ərindən deyil, onun qohumlarından çəkinməsi də məhkəmə kollegiyasının təbiri ilə desək, eyni dərəcədə məntiqsizdir, inandırıcı və ağlabatan deyildir. Göründüyü kimi, məhkəmə kollegiyası qətl hadisəsi törədilmiş mənzilin giriş qapısının mənzildə olan 4 nəfərdən məhz Məhkum tərəfindən açılması nəticəsinə gəlməsini əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası burada istəmədən etiraf etmişdir ki, irəli sürdüyü ehtimallar sözügedən cinayətin Məhkum tərəfindən törədilməsinə yalnız şübhə yaradır, onu təsdiq etmir. Bu şübhələr isə ancaq Məhkum xeyrinə təfsir edilə bilər. Bundan əlavə, məhkəmə kollegiyası ekspert rəyi ilə Zərərçəkmiş şəxs qanında “fenotiazin" qrupuna aid dərmanın qa lıqlarının aşkar olunmasına əsaslanaraq heç bir sübuta istinad etmədən məhz Məhkum ərinə həzm yolu ilə “fenotiazin” qrupuna aid psixotrop maddə verərək köməksiz vəziyyətə gətirməsi ehtimalını irəli sürmüş və bu ehtimalın tam təsdiq olunduğunu göstərmişdir. Məhkəmə kollegiyası bu ehtimalını onunla əsaslandırmışdır ki. Şahid3 uzun müddət “fenozepam” dərmanı qəbul etdiyindən onunla bir mənzildə yaşayan qızı Məhkum həmin dərmanın təsirləri (insanı süst düşürən, faktiki olaraq trankvilizator təsirinə malik olan) barədə məlumatlı olmuş və həmin dərmanı həzm yolu ilə ərinə yedirərək onu süst halına gətirdikdən sonra öldürmüşdür. Məhkəmə kollegiyasının bu nəticəsi təəccüblü və məntiqsizdir, heç bir sübutla təsdiq olunmamışdır. Belə ki, nə ibtidai istintaq, nə də məhkəmə araşdırmaları zamanı dindir ilmiş şəxslərdən heç biri Məhkum tərəfindən Zərərçəkmiş şəxs fenotiazin dərmanının verilməsini bildirməmişdir. Onun özü bununla bağlı etirafedici ifadə verməmişdir. Rəna Söfiyevanın üstündə, əşyalarının içində, yaşayış və iş yerində, nəqliyyat vasitəsində “Fenötiazin” qrupuna aid kimyəvi maddə aşkar olunmamış, götürülməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası həmin dərmanın Zərərçəkmiş şəxs məhz Məhkum tərəfindən, özü də həzm yolu ilə verilməsi ehtimalının tam təsdiq olunması nəticəsinə gəlmişdir. Lakin məhkəmə kollegiyası bu ehtimalın məhz hansı sübutla təsdiq olunduğunu göstərə bilməmiş, həmçinin “Fenotiazin” və “Fenazepam” dərmanlarının tam fərqli təsirlərə malik olmalarını da nəzərə almamışdır. Bununla yanaşı, Zərərçəkmiş şəxs “araxnoidal kista” diaqnozu ilə müalicə olunduğunun b ilindiyi halda, məhkəmə kollegiyası “Fenotiazin” qrupuna aid kimyəvi maddənin ona küçədə, elə futboldan sonra vəziyyətinin pisləşdiyi halda kiminsə verə biləcəyi ehtimalının da mümkün olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası irəli sürdüyü ehtimalın inandırıcı olmasını Şahid3 göstərilən dərman preparatları ilə bağlı ziddiyyətli ifadələr verməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə, Şahid3 istintaqın ilkin mərhələsində (həmçinin birinci instansiya məhkəməsində) 6 iyul 2019-cu il tarixdə saat 23 radələrində 20 ildən artıq istifadə etdiyi yatmasına köməklik göstərən “fenazipan” dərmanını qəbul edib yatdığını göstərsə də, Zərərçəkmiş şəxs qanında “fenotiazin” aşkar edilməsi barədə ekspert rəyindən sonra qızının xeyrinə ifadəsini dəyişərək heç vaxt həmin dərmanı qə bul etmədiyini, yuxu üçün qəbul etdiyi dərmanın “afobazol” olduğunu göstərərək istintaqın diqqətini yayındırmağa çalışmışdır. Göründüyü kimi, bu da heç bir sübutla təsdiq olunmayan subyektiv ehtimaldan başqa bir şey deyildir. Məhkəmə kollegiyası özünün bu yanlış mövqeyindən doğan digər səhv nəticəyə gələrək hesab etmişdir ki, istintaq müddətində əldə olunan məlumatlarla, o cümlədən əldə olunması üçün prosessual hərəkətlər həyata keçirilən zaman müəyyən edilmiş digər mühüm əhəmiyyətli hallarla əlaqədar Məhkum özünün hadisənin təfərrüatları ilə bağlı ifadələrində dəyişiklik etməsi, həmçinin oğlu Şahid2 və anası Şahid3 ifadələrinə münasibətdə dəyişilməsinə təsir göstərməsi kimi faktların olması müdafiə tərəfinin iş üzrə obyektiv həqiqətin müəyyən edilməsində yox, yalnız və yalnız hər vəchlə v erilmiş ittihamdan yaxa qurtarmağa cəhd etmələrinə dəlalət edir. Məhkəmə kollegiyasının bu nəticəsi də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. O cümlədən konkret qətl hadisəsində şübhəli, daha sonra təqsirli bilinən Məhkum da belə hüququ olmuşdur. Lakin Məhkum bu hüquqları istintaq orqanı tərəfindən kobud surətdə pozulmuşdur. Onun öz ifadəsi, anası Şahid3 və oğlu Şahid2 ifadələri, habelə onların ətrafında keçirilmiş əməliyyat tədbirlərinin, o cümlədən mənzillərinin dinləmələri ilə bağlı əldə edilmiş məlumatlarla müəyyən olunmuşdur ki, qətl hadisəsində şübhəli bilinən Məhkum, onun anası və oğlu eyni suallar ətrafında saatlarla, gü nlərlə və dəfələrlə dindirilmiş, təzyiqlərə, işgəncələrə məruz qalmışlar. Cinayət işinin materiallarına əlavə olunmuş Məhkum mənzilinin dinlənilməsi barədə materiallara əsaslanan məhkəmə kollegiyası nəzərə almamışdır ki, verdikləri ifadələrə görə işgəncələrə məruz qalan Məhkum anası və oğlu ilə birlikdə yaşadıqları mənzildə cəlb edildikləri cinayət işi barəsində, hansı suallara necə cavab vermələrinə dair müzakirələr aparmaları, məsləhətləşmələri Məhkum onlara artıq verdikləri ifadələrə görə iradını bildirməsi təbii haldır və bu iradlar onların ifadələrinin dəyişdirilməsinə, habelə ittihamdan yaxa qurtarmalarına cəhd kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin nəzərə almamışdır ki. Şahid2lə Şahid3 Məhkum ailə üzvləri, yaxın qohumlarıdırlar və Azərbaycan Respublikası Konstitus iyasının 66 və CPM-in 20-ci maddələrinə əsasən həmin şəxslərin Məhkum barəsində ifadə verməkdən imtina etmək, onun əleyhinə ifadə verməmək hüquqları vardır. Lakin Məhkum onlara belə təklif etməmiş, habelə ifadələrinə dəyişiklik etməyə cəhd etməmişdir. Məhkəmə kollegiyasının gəldiyi nəticənin tam əksinə olaraq cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrində heç bir ziddiyyət yoxdur və o, ardıcıl olaraq eyni məzmunlu ifadələr vermişdir. Məhkum hər ifadəsində əvvəlki ifadələrini təsdiq etdiyini bildirmişdir. Sadəcə, o, təbii olaraq şəxsi həyatı ilə bağlı olan bəzi məlumatları, o cümlədən Şahid6la olan münasibətləri barədə məlumatı əvvəlcədən istintaq orqanına bildirməmişdir. Məhkum həmin münasibətlər barədə məlumat verməməsi onların qətl hadisəs i ilə bağlı olmadığı qənaətində olması ilə əlaqədar olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu in stansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittihamda təqsiri cinayət işi üzrə toplanmış sübutlarla təsdiq edilməmiş, lakin buna baxmayaraq məhkəmələr iş üzrə toplanmış sübutlara düzgün qiymət vermədən məhkum barəsində yalnız ehtimallar əsasında ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyas ı kassasiya şikayətinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübu tların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, onun ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsi, həm məhkumun özünün qətl hadisəsinin işin hallarına uyğun olmayan şəraitdə törədilməsi barədə ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları və işin digər m aterialları ilə təsdiq edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası həmin sübutların məcmusunun Məhkum əməlində Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin olmasını müəyyən etmək üçün kifayət olmasına dair məhkəmələrin gəldiyi nəticəni də əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4 və 120.2.9cu maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində düzgün olaraq qeyd edilmişdir ki, hazırki cinayət qeyri-aşkar şəraitdə törədilmiş, cinayəti birbaşa görən şahidlər olmamışdır. Belə olan halda hadisənin baş verdiyi şərait və hadisə yerinə baxış keçirilməsi zamanı əldə edilmiş məlumatlar böyük əhəmiyyət kəsb edir və məhkəmələr tərəfindən digər sübutların həmin şəraitə və məlumatlara uyğun olması baxımından qiymətləndirilməsi əsaslıdır və ehtimal kimi qəbul edilə bilməz. Hadisə yerinə b axış protokolundan və işin digər materiallarından görünür ki, hadisə gecə vaxtı içəridən kilidlə bağlanmış mənzildə baş vermiş, xəsarət yetirərkən zərərçəkmiş paltarsız, yalnız tumanda divanda uzanmış və yarımoturaq vəziyyətdə olmuş, ölümün baş verməsindən sonra da meyit yarımoturaq ayağı adyalla ötürmüş vəziyyətdə olmuş, otaqda mübarizə izləri olmamışdır. İşin bu halları hadisə yerinə baxış zamanı və digər sübutlar əsasında obyektiv müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən məhkumun, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, habelə digər sübutların məhz işin yuxarıda göstərilən hallardan çıxış edərək qiymətləndirilməsini düzgün və əsaslı hesab edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq həmin sübutları yenidən təhlil edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Həmçinin məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplər inə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız sayır. Birinci və apellyasiya instansiyası məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib və onlara qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hiss əsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəmə iclasında dindirilmiş zərərçək miş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, baxış və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işin digər materialları ilə sübuta yetirilmiş, məhkəmə tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar biri nci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4 və 120.2.9cu maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulu r ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi ol madıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutul ar əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3 maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, göstərilən q ərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.9cu maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar