Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-612/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Saatlı Rayon Məhkəməsinin 1(055)-27/2024 saylı, 4 iyun 2024-cü tarixli hökmü ilə (sədrlik edən hakim X6) xx xxxxxxxx 1979-cu il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi və ona bir il altı ay sınaq müddəti müəyyən edilməklə hökmlə təyin olunmuş iki il müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi, təyin olunmuş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan təbdirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun məhkəmə qərarı qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-674/2024 saylı, 8 avqust 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X7, hakimlər X3 və X1 ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 1(055)-27/2024 saylı, 4 iyun 2024-cü tarixli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya protestinə qarşı etiraz verilomişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 29 dekabr 2023-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən 1 ədədinin qiyməti 2 manat olmaqla 836 manat dəyərində 418 qutu “X15”, 1 ədədinin qiyməti 2,50 manat olmaqla 317,50 manat dəyərində 127 qutu “GSS Silver”, 1 ədədinin qiyməti 2 manat olmaqla 150 manat dəyərində 75 qutu “X16”, 1 ədədinin qiyməti 2 manat olmaqla 84 manat dəyərində 42 qutu “X24” (qara), 1 ədədinin qiyməti 3 manat olmaqla 114 manat dəyərində 38 qutu “X20”, 1 ədədinin qiyməti 2 manat olmaqla 70 manat dəyərində 35 qutu “Sam Nano white”, 1 ədədinin qiyməti 6,50 manat olmaqla 195 manat dəyərində 30 qutu “X21”, 1 ədədinin qiyməti 3 manat olmaqla 87 manat dəyərində 29 qutu “Kent Nanotek 2.0”, 1 ədədinin qiyməti 2 manat olmaqla 44 manat dəyərində 22 qutu “GSS White”, 1 ədədinin qiyməti 2 manat olmaqla 40 manat dəyərində 20 qutu “303 SS Blue”, 1 ədədinin qiyməti 2 manat olmaqla 382 manat dəyərində 191 qutu “Milano London”, 1 ədədinin qiyməti 2,50 manat olmaqla 45 manat dəyərində 18 qutu “X22”, 1 ədədinin qiyməti 2 manat olmaqla 7636 manat dəyərində 3818 qutu “X13”, 1 ədədinin qiyməti 2,50 manat olmaqla 45 manat dəyərində 18 qutu “M1”, 1 ədədinin qiyməti 2 manat olmaqla 872 manat dəyərində 436 qutu “X25 Silver”, 1 ədədinin qiyməti 3 manat olmaqla 39 manat dəyərində 13 qutu “Winston Silver”, 1 ədədinin qiyməti 2,50 manat olmaqla 3 2,50 manat dəyərində 13 qutu “X17”, 1 ədədinin qiyməti 2 manat olmaqla 1884 manat dəyərində 942 qutu “X25 White”, 1 ədədinin qiyməti 2 manat olmaqla 22 manat dəyərində 11 qutu “X24” (ağ), 1 ədədinin qiyməti 5 manat olmaqla 50 manat dəyərində 10 qutu “Marlboro” (qırmızı nazik), 1 ədədinin qiyməti 5 manat olmaqla 50 manat dəyərində 10 qutu “Marlboro micro”, 1 ədədinin qiyməti 6,50 manat olmaqla 65 manat dəyərində 10 qutu “X10”, 1 ədədinin qiyməti 2 manat olmaqla 20 manat dəyərində 10 qutu “X11”, 1 ədədinin qiyməti 2 manat olmaqla 18 manat dəyərində 9 qutu “X18”, 1 ədədinin qiyməti 2 manat olmaqla 734 manat dəyərində 367 qutu “X25 Black”, 1 ədədinin qiyməti 6,50 manat olmaqla 45,50 manat dəyərində 7 qutu “Marlboro” (qırmızı qalın), 1 ədədinin qiyməti 2 manat olmaqla 2630 manat dəyərində 1315 qutu “X23 Extra filter” markalı, ümumilikdə külli miqdarda, yəni 16507,50 manat dəyərində 8034 qutu Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarını əldə edib onlardan 418 qutu “X15”, 127 qutu “GSS Silver”, 75 qutu “X16”, 42 qutu “X24” (qara), 38 qutu “X20”, 35 qutu “Sam Nano white”, 30 qutu “X21”, 29 qutu “Kent Nanotek 2.0”, 22 qutu “GSS White”, 20 qutu “303 SS Blue”, 21 qutu “Milano London”, 18 qutu “X22”, 18 qutu “X13”, 18 qutu “M1”, 16 qutu “X25 Silver”, 13 qutu “Winston Silver”, 13 qutu “X17”, 12 qutu “X25 White”, 11 qutu X24” (ağ), 10 qutu “Marlboro” (qırmızı nazik), 10 qutu “Marlboro micro”, 10 qutu “X10”, 10 qutu “X11”, 9 qutu “X18”, 7 qutu “X25 Black” və 7 qutu “Marlboro” (qırmızı qalın) markalı siqaretlər i istifadəsində olan Saatlı şəhəri, Heydər Əliyev prospekti 113 ünvanında yerləşən ticarət obyektinin içərisindəki piştaxtanın alt hissəsində, 3800 qutu “X13”, 1315 qutu “X23 extra filter”, 930 qutu “X25 White”, 420 qutu “X26 Silver”, 360 qutu “X25 Black” və 170 qutu “Milano London” markalı siqaretləri isə yaşadığı Saatlı şəhəri, 20 Yanvar küçəsi ev 1 ünvanında yerləşən fərdi yaşayış evində qəsdən tamah niyyəti və satış məqsədi ilə saxlamış, 29 dekabr 2023- cü il tarixdə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən tütün məmulatları saxlanıldıqları yerdən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya protestinə etirazın dəlilləri: Dövlət ittihamçısı pro testində göstərmişdir ki, aşağıda şərh edilənlərə görə hesab edirəm ki, məhkəmə kollegiyasının həmin qərarı Məhkum cəza təyininə dair hissədə CMnin 70-ci maddəsinin tətbiqi əsassız olduğundan, habelə cinayət və cinayət-prosessual qanunlarının normaları düzgün tətbiq edilmədiyindən iş üzrə maddi sübutun xüsusi müsadirə edilməməsinə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, işin hallarından görünür ki, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, Məhkum birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərək onun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərkən, apellyasiya məhkəməsi tərəfindən isə bu qərar əsaslı hesab edilərkən cinayət qanununun normalarının, eləcə də K onstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə de Məhkum şəxsiyyətinə əhəmiyyət verilməmiş, birinci instansiya məhkəməsi külli miqdarda 16507,50 manat dəyərində 8034 qutu aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarını əldə edib ticarət obyektində və yaşadığı evində satış məqsədi ilə saxlama cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan Məhkum ona təyin edilmiş cəzanı real olaraq çəkməsi ədalətli olmasın a baxmayaraq əsassız olaraq barəsində şərti məhkum etmə tətbiq etmiş və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını barəsində əsassız olaraq CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti hesab etmiş, apellyasiya intansiya məhkəməsi də həmin nəticə ilə razılaşmaqla eyni nöqsanları təkrarlamış, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasının, Məhkum islah edilməsinin, gələcəkdə həm o, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Göründüyü kimi, Məhkum dövlətin nomal iqtisadi fəaliyyətini təmin edən ictimai münasibətlərə ziyan vuraraq CM-nin 213-1.2.1-ci maddəsində nəzərdə tutulan, az 4 ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətmişdir. Bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Məhkum törətdiyi cinayətin hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıtması, dövlət orqanlarının əhali arasında hörmətdən və nüfuzadan salınması, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsip olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olması kimi ictimai təhlükəli nəticələri, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməsini şərtləndirən amillərdir. Lakin, hər iki məhkəmə hazırki iş üzrə qeyd olunun bütün halları araşd ırmamış, yuxarıda göstərilən hallar Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmələr bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuşlar. Bundan başqa, məhkəmə CM-nin 70-ci maddəsinə əsasən Məhkum barəsində şərti məhkum etmə haqqında qərar qəbul edərkən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən peşmançılıq hissi keçirməsini, ailəsinin tək gəlir gətirən üzvü olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəhid ailələrinə və muharibə əlillərinə maddi və mənəvi köməklik göstərməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Lakin birinci instansi ya məhkəməsi Məhkum cəza təyin edərkən qanunda nəzərdə tutulmamış yuxarıda göstərilən halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla əsassız və qanunsuz nəticəyə gəlmiş, o cümlədən nəyə görə həmin hallari cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını əsaslandırmamış və obyektiv qiymətləndirməmiş, apellyasiya intansiya məhkəməsi də həmin hökmü qüvvədə saxlamaqla eyni nöqsanları təkrarlamışdır. Əvvəla, qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsinin, yəni əvvəllər məhkum olunmamasının cinayət qanununun tələbləri baxımından Məhkum münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması qeyri-mümkündür. Belə ki, CM-in 59.1.1-ci maddəsinə əsasən, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Həmin maddənin mənasına görə bu növ cinayətlərin törədilməsi bütün hallarda deyil, yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə baş verdikdə yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən, cinayət qanununun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə alması, həmin halın hadisələrin qabaqcadan düşünülən, hazırlaşılan deyil, təsadüf nəticəsində ilk dəfə baş verməsi ilə bağlı olması və cinayəti törədən şəxsin fərdi-mənəvi əlamətlərinə, onun ictimaitəhlükəliliyinə birbaşa təsir göstərməsi ilə əlaqələndirmişdir. Hazırkı cinayət işi üzrə isə təqsirləndirilən şəxsin törətdiyi cinayət əmə linin qəsd etdiyi ictimai münasibətlərdən, təqsirinin formasından, əməlin törədilmə forma və üsullarından, habelə ictimai təhlükəlilik dərəcəsindən görünür ki, o, bu cinayəti hadisələrin təsadüfi axarı zəminində törətməmiş, planlı şəkildə birbaşa qəsdlə törətmişdir. Ona görə də, birinci intansiya məhkəməsinin Məhkum ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alması tamamilə əsassız olmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin təqsirini etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, bunun nədə ifadə olunduğunu hökmdə əsaslandırmamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarının ləğv edilərək Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəanın hökmdən xaric edilməsini xahiş edir. Müdafiəçi etirazında kassasiya protestinin əsaslı olmadığını əsas gətirərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarının ədalətli və qanuni olduğu üçün kassasiya protestinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. D övlət ittihamçısı protestdə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum təqsirli bilindiyi CM-in 2131.2.1-ci maddəsi ilə CM-in 70-ci maddəsinə əsasən 1 il 6 ay sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq olunmuş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının mübahisələndirilməsi üzrə dəlilləri ilə kassasiya müraciətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Belə ki, baxılan işdə Nemət Qasımovun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, ailəsinin tək gəlir gətirən üzvü olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, şəhid ailələrinə və muharibə əlillərinə maddi və mənəvi köməklik göstərməsinicəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və birinci instansiya məhkəməsi cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar məsələsi üzrə müəyyən et diklərini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, o cümlədən ailə vəziyyəti, törətdiyi cinayətə və onun nəticələrinə görə məsuliyyətini dərk etməsi, öz vəziyyətinə tənqidi münasibət bəsləməsi, prosessual vəzifələrini vicdanla yerinə yetirməsi, məhkəmədə davranışı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə nəzərə almış və Məhkum barəsində 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə şəklində CM-in 58-ci maddəsi ilə yanaşı 59, 61, 70-ci maddələrinin tələblərinə cavab verən və CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün kifayət edən ədalətli cinayət-hüquqi xarakterli tətbir tətbiq etmişdir. Məhkəmələrin cəzanı yüngülləşdirən və ağırlaşdıran, təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş digər məsələlər üzrə nəticələri məhkəmə baxışında CPM-in 143-146-cı maddələrinə müvafiq sürətdə tədqiq olunub-qiymətləndirilmiş sübutlardan hasil edilmiş, yəni məhkəmələr tərəfindən CPM-in 139, o cümlədən 139.0.5-ci maddəsinin tələblərinə də əməl olunmuşdur. Odur ki, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin Məhkum şərti məhkum etməni tətbiq etməklə (apellyasiya məhkəməsinin bu cinayət-hüquqi xarakterli tədbirlə razılaşmaqla) Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəllənin pozuntularına yol vermələri barədə iddiası əsaslı sayıla bilməz. Kassasiya protesti ndə mübahisələndirilən məsələlərdən biridə maddi sübutların müsadirə olunması və müvafiq təşkilatlara verilməsi, onların qiyməti olmadıqda isə məhv edilməsi barədədir. Kassasiya şikayətinin bu dəlili də apellyasiya protesti ilə eynilik təşkil edir və apellyasiya məhkəməsi bu hala da qiymət verərkən öz qərarında göstərmişdir ki,....” Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) dövlət nəfinə müsadirə olunur. -Azərbaycan Respublikası CPM-in 132 və 346.1.19-cu m addələrinin tələblərinə müvafiq olaraq cinayət işləri üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən cinayətin predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. -Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinin tələbinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; -“Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 27-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və İnsan Hüquqları üzrə Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İ smaylov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı”iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Eyni zamanda nəzərə alınmalıdır ki, CM-nin və digər normativ-hüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan isfadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan e dilir. Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur. Cinayət əməli Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış tütün məmulatlarını satış məqsədi ilə sax lanması ilə törədilmişdir. Bundan başqa təyin olunmuş ekspertiza rəyləri ilə müəyyən olunmuşdur ki, maddi sübut olan siqaretlərin keyfiyyət göstəriciləri standart tələblərinə cavab verir. Göründüyü kimi, maddi sübut olan tütün məmulatları ölkəyə idxal olunarkən gömrük rəsmiləşdirilməsinin aparılması qaydalarına əməl olunmamışdır. Belə olan halda maddi sübut olan həmin məmulatlar Məhkum mülkiyyəti hesab olunur və gömrük prosedur qaydaları üzrə əvvəlki vəziyyətin bərpa olunması üçün, qeyd olunan mallar gömrük rəsmləşdirilməsi qaydalarına uyğun olaraq aksiz markası ilə markalanmalı (məcburi nişanlama), müəyyən edilmiş dövlət rüsumu ödənilməli və bundan sonra mülkiyyətçi olaraq Seymur Əliyevə qaytarılmalıdır. Əks halda müsadirə mülkiyyət hüququna müdaxiləyə səbəb ola bilər”... Məhkəmə kollegiy ası apellyasiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və qeyd edir ki, kassasiya protestinin bu dəlilləridə əsassızdır və heç bir hüquqi əsasa söykənmir. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya protesti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, bu protestin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını və kassasiya protestinin təmin edilməməsinə dair müdafiəçinin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesa b edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 8 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 avqust 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-612/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-612/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver