Məhkəmə qərarları › İş №1(102)-613/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-613/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-613/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1 və 228.4-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.A.Allahverdiyeva (sədrlik edən və məruzəçi), N.A.Kərimov və R.Ə.Sadıxovdan ibarət tərkibdə) Məhkum- xx.xx.1986-cı il tarixdə, ünvan 1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, ünvan 1 qeydiyyatda olan və ünvan 2 yaşamış, Azərbaycan Respublikası CM-nin 29, 120.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törət məkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 10 (on) il müddətə, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qisas almaq məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağı ilə Zərərçəkmiş şəxs vuraraq qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, Məhkum, 2018-ci ilin birinci yarımilliyi dövründə bacısı qızı X2 Azərb aycan Pedoqoji Universitetində təhsil alarkən tələbə yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında münasibətlərinin olmasını sorğu-sual edib öyrənərək və bu münasibətlərin bacısı qızının adına xələl gətirəcəyini hesab edərək Zərərçəkmiş şəxs qisas almaq məqsədilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə xx xxxxxxxx 2018-ci il tarixdə, saat 12 radələrində sonuncunun əsgər kimi müddətli hərbi xidmət keçdiyi Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissənin buraxılış məntəqəsinə gələrək və məntəqə növbətçisinə əsgər Zərərçəkmiş şəxs qrup yoldaşının qohumu kimi özünü təqdim edərək, sonuncu ilə görüşüb ona pul vermək istədiyini bildirmiş, saat 14:40 radələrində Zərərçəkmiş şəxs görüşə gədikdən sonra onu buraxılış məntəqəsinin y axınlığında yerləşən təpənin arxa tərəfinə dəvət edib, orada guya X3 ilə qardaşı oğlunu evləndirmək niyyətinin olduğunu, bu səbəbdən həmin qız barəsində nə düşündüyünü soruşarkən, X5 müsbət xarakterizə etmədiyindən qəzəblənib niyyətini həyata keçirmək məqsədilə sonuncunun kitelinin boyun hissəsindən sol əli ilə tutaraq istintaqa məlum olmayan mənbədən qanunsuz əldə edib, üzərində gəzdirdiyi soyuq silah hesab edilən tiyəsi 185 mm, dəstəyi 120 mm, bir tərəfi kəsici, ucu deşici xassəyə malik zavod üsulu ilə hazılanmış gizlin qalması üçün əvvəlcədən sol ayağının içəri tərəfinə bağladığı ov bıçağını çıxarıb qəsdən Zərərçəkmiş şəxs döş nahiyəsinə 4 dəfə vuraraq, qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz edərək hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın toplanması) müşayiət olunan bir ə dəd, döş qəfəsinin sol yarısının döş və qarın boşluqlarına nüfuz edən böyük piyliyi, diafraqmanı, mədəni, dalağı və bağırsaqları yaralayan və hemopnevmotoraksla (döş boşluğuna qanın və havanın toplanması) müşayiət olunan üç ədəd deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs yaralı halda hərbi hissəyə doğru qaçdığına və hərbi qulluqçular tərəfindən vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatı xilas edildiyinə görə, öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağı ilə qisas almaq məqsədilə Zərərçəkmiş şəxs vuraraq qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum e tməyə cəhd etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: M.Ə.Rzayev (sədrlik edən və məruzəçi), F.G.Zeynallı və E.M.Əhmədovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək iki azyaşlı övladının olmasını, yaşlı ata və anasının onun himayəsində olmasını, aprel döyüşlərinin iştirakçısı olmağını nəzərə alaraq ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassa siya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxış ının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPMK-nin 143-`46-cı maddələrinə müvafiq toplanmış, məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun n əticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsaslanmaqla məhkumun cinayət əməlinin hüquqi tövsifinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlamış və məhkuma təyin edilmiş cəzanı yüngülləşdirməklə hökmdə dəyişiklik etmişdir. Kassasiya şikayətində yalnız cəzanın daha da yüngülləşdirilməsi məsələsi xahiş edildiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün cəza təyininə aid hissəsini kassasiya şikayətinin dəlilləri üzrə yoxlamışdır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi xx xxx 2019-cu il tarixli hökmündə Məhkum himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmiş, cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən cəzanı yün gülləşdirən halla yanaşı, həm də Məhkum törətdiyi əməllərin ictimai təhlükəliliyini xarakterizə edən halları da nəzərə almışdır. Məhkum kassasiya şikayətində göstərdiyi eyni dəlillər apellyasiya şikayətində də göstərilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin halların əsaslılığı cinayət işinin materialları üzrə yoxlanılaraq hüquqi qiymət verilmiş və Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi halı müəyyən edilmişdir ki, bu əsasla da məhkumun cəzası Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq yüngülləşdirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci m addəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar