Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-613/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəz oğlunun, Zərərçəkmiş şəxs nümayəndəsi, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili, Nümayəndə iştirakları ilə xx xxxxx 1975-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan, ünvan1 də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim X3, hakimlər X1 və X4 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsin ə əsasən Məhkum xx xxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi, yəni 07 ay 17 gün həbsdə olduğu müddət təyin olunan cəzadan çıxmaqla üzərində qəti olaraq 04 il 04 ay 13 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəza 03 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Həmin hökmdən narazı qalan Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci ildə apellyasiya şikayətinin vermə müddətinin bərpası barədə vəsatət vermiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatət təmin olunmamışdır. Qərardan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məh kəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv olunmasını və apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Zərərçəkmiş şəxs apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsindən imtina edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv olunmuşdur. Qərarla Zərərçəkmiş şəxs vəsatəti təmin edilmiş və Bakı Ağır Cinayət lər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddəti bərpa olunaraq qərar icra olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkum işə sonradan qoşulmuş müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair apellyasiya instansiyası məhkəməsi qarşısında vəsatət qaldıraraq buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən: Q.X.Babayev, hakimlər: Ə.S.Seyfəliyev və R.M.Abdulov) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən zərərçəkmiş şəxsin apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməs inə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair məhkum edilmiş şəxsin müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlunun vəsatəti təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Rəfiyev Şahin Hamlet oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranov və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılar a əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 410.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı gündən 1 (bir) ay müddətində kassasiya şikayət i və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin u zun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəlləni n 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı elan olunduqdan sonra qərarın surəti Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq poçt vasitəsilə tərəflərə göndərilmişdir. Lakin, məhkum edilmiş Məhkum müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu məhkum edilmiş şəxslə xx xxxx 2020-ci il tarixində, yəni Bakı Apellyasiya Məhkəməsinin qərarının elan olunduğu vaxtdan üç aydan çox müddət keçdikdən müqavilə bağlayaraq işə qoşulmuş və xx xxxx 2020-ci il tarixdə isə vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası göstərilən hallara qiymət verərək belə qənaətə gəlir ki, məhkum edilmiş şəxsin müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsdinə dair vəsatəti əsassızdır və həmin müddət bərpa edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oyna yır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-c i maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-613/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-613/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver