Məhkəmə qərarları › İş №1(102)-613/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-613/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-613/2024 27.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bil inib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Rayon Məhkəməsinin (sədrlik edən hakim: Məmmədov Toğrul Məhəmməd oğlu) 16 avqust 2021-ci il tarixli hökmü ilə xx.xx.1977-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşağı olan, məhkumluğu olan, Lənkəran şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasının əvvəlinin 8 mart 2021-ci il tarixdən hesablanması, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər:Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bəşirov Kamil Sücəddin oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 8 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: Novruzov X14 (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 11 aprel 2023-cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş kas sasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarı ləğv olunmuş və cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və X6 ibarət tərkibdə) 4 iyul 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 1(049)-336/2023 saylı hökmü apellyasiya şikayəti nə əsasən dəyişdirilmişdir. Məhkum əməlinin tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum 8 mart 2021-ci il tarixdən həbsdə olması nəzərə alınmış və ona təyin olunmuş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmişdir. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən qanunsuz olaraq satış məqsədi ilə siqaretin gümüşü rəngli kağızına bükülmüş 5 (beş) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,265 qram, 0,248 qram, 0,244 qram, 0,202 qram, 0,183 qram, ümumi təmiz çəkisi 1,142 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 8 mart 2021-ci il tarixdə, saat 23 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən Lənkəran şəhəri, Fizuli küçəsində keçirilmiş əməliyyat tədbirləri zamanı həmin küçədə saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümlərdə və çəkilərdə olan narkotik vasitə heroin əynindəki gödəkçənin sol döş cibindən, həmçinin üzərində narkotik vasitə hero in izləri olan 1 (bir) ədəd elektron tərəzi əynindəki gödəkçənin sağ iç cibindən aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiya məhkəməsinin hökmü ilə Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tösif edilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Apellyasiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, Məhkum əməlinin tövsifındə səhvə yol verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının Məhk um barəsindəki qərarı işdəki sübutların CPM-ııin 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməsinə əsaslanmış nəticə hesab oluna bilməz. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə məhkum və müdafiəçinin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cin ayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində üzrə sübutların araşdırılmamasını, əməlin hüquqi tövsifini mübahisələndirərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddəlrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə al araq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid bi ri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci m addəsinə tövsif edilməsi qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti ondan ibarət olmuşdur ki, o, qanunsuz olaraq satış məqsədi ilə siqaretin gümüşü rəngli kağızına bükülmüş 5(beş) bükümdə, ayrı- ayrılıqda təmiz çəkiləri 0,265 qram, 0,248 qram, 0,244 qram, 0,202 qram, 0,183 qram, ümumi təmiz çəkisi 1,142 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Cinayət işinin materiallarında olan sənədlərə və apellyas iya instansiya məhkəməsində cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən: Məhkəmə-kimyəvi ekspertizasının 09 mart 2021-ci il tarixli, 19/207 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Məhkum üzərindən aşkar edilmiş kütlə...» sözlər və imzalar olan bir ədəd zərfdəki 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,265 qram, 0,248 qram, 0,244 qram, 0,202 qram, 0,183 qram, ümumi təmiz çəkisi 1,142 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində "tərəzi” yazısı olan ikinci zərfdəki bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli təqdiqat (eynilik) aparmaq m ümkün olmamışdır; Məhkəmə-narkoloji ekspertizasının 9 mart 2021-ci il tarixli, 235 nömrəli rəyindən görünür ki, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nın bizə təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş 12 mart 2021-ci il tarixli Xüsusi Məlumatda göstərilir ki, Məhkum 12 mart 2021-ci il tarixdə müəssisənin tibbi sanitar hissəsində müayinədən keçirilən zaman sol gözünün ətrafında, başının tüklü hissəsində, hər iki dirsə k və diz nahiyyələrində qərtməkli yara xəsarətləri, sol gözünün ağlı qişasında isə qansızma əlamətləri aşkar olunmuşdur. Məhkum həmin xəsarətləri həbs olunan zaman almış olduğunu bildirmişdir; Lənkəran rayon prokuroru Taryel Ələkbərov tərəfindən məhkəməyə ünvanlanmış 16 iyul 2021-ci il tarixli məktubda qeyd edilir ki, Məhkum polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin edilməsi barədə şkayəti əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış, şikayətdə göstərilən xüsusatlar öz təstiqini tapmadığı üçün xx.xx.2021-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Prokuror istinad etdiyi qərarı məktubuna əlavə etməmişdir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırkı cinayət işi üzrə Məhkum satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlaması barədə verilən ittihamla bağlı ilk növbədə təqsirkar şəxsin məqsədinin əldə etdiyi və saxladığı narkotik vasitəni satmağa yönəldiyi sübuta yetirilməli, həmin maddəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməli idi. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onlarin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlidir ki, qeyd olunan bu əməl də «Narkotik vasitələrin, psixotrop maddələrin və onl arin prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinin təsiri altına düşən hərəkətlərdəndir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsini n müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum şikayətlərində onun vurulduğu nahiyyələri kimi göstərdiyi bədən nahiyyələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının göndərdiyi Xüsusi Məlumatda xəsarətli olduğu göstərilən bədən nahiyyələri ilə eynidir. Buna görə də əldə edilmiş ilkin sübut ların, o cümlədən Məhkum üzərində elektron tərəzi olması barədə etirafın Məhkum qarşı zorakılıq göstərilməsi yolu ilə əldə edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tədbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq kassasiya məhkəmə kollegiyası Məhkum üzərində elektron tərəzinin olması barədə məlumat və onun götürülməsi barədə protokol sübut kimi və elektron tərəzi özü maddi sübut kimi sübutlar siyahısından xaric edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı və inandırıcı qənaət kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edə biləcək əlavə hallar, o cümlədən istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittihamın əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmasını təsdiq edir. İstintaq orqanı tərəfindən Məhkum narkotik vasitəni saxlamaqda niyyətinin və məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, cinayət işinin materialların dan göründüyü kimi məhkum olunmuş şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələrində narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmamasını bildirmiş, onun bu ifadəsi dindirilmiş şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarından görünür ki, ittihamın Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittihamın düzgün olmasını əsaslandırmaq üçün istinad etdiyi sübutlar yalnız Məhkum narkotik vasitəni satış məqsədi ilə daşıması şübhəsini yarada bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsində isə qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxs in xeyrinə təfsir edilir. İstintaq orqanı Məhkum üzərindən aşkar etdiyi narkotik vasitəni satış məqsədi ilə əldə edibetməməsi, elektron tərəzinin ona məxsus olub-olmaması şübhəsini həll etmək üçün heç bir sübut əldə etməyə cəhd belə etmədən yaranan şübhəni Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinin ziddinə olaraq özünün verdiyi ittihamın xeyrinə təfsir etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Məhkum uzun müddətdir ki, narkotik vasitə istifadəçisi olmuş, narkomaniya xəstəliyindən əziyyət çəkmiş, narkotik vasitəni məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə etməklə, ibtidai araşdırma başlandığı ilk gündən və məhkəmə istintaqı başa çatanadək verdiyi izahat və ifadələrində narkotik vasitə istifadəçisi olduğunu bildirərək özünü Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 234.2-ci maddəsi ilə deyil, yalnız həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. X3 birinci instansiya məhkəməsində ifadəsində Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət etməsini, 08 mart 2021-ci il tarixdə Lənkəran şəhəri, Fizuli küçəsi, dalan 4, ev 6-da yaşayan Məhkum narkotik vasitələrin qəbul etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş olduğunu göstərsə də, Məhkum narkotik vasitə heroini satma məqsədi ilə onun bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi istər ibtidai istintaq, istərsə də məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edə biləcək hər hansı bir sübut olmadığından onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitənin əldə edilməsi, saxlanması və daşıması qənaətinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslıdır. Məhkum CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırlması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və iş materiallarında da belə sübut yoxdur. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilsə də, onun narkotik vasitənin satış məqsədilə əldə etməsi təsdiq olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq kassasiya protestinin Məhkum narko tik vasitəni satış məqsədi ilə əldə etməsini və həmin əsaslarla da apellyasiya instansiyası məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər məhkum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsub iyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətlənd irilərək, düzgün hüquqi nəticəyə gəlmiş; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif e tmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessua l qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və h alları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əh əmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun əməlinin tövsifi, həmçinin CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən cinayət işinə baxılarkən cinayət və cinayət-prosesseal qanunvericiliyin tələbləri pozul mamış, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 iyul 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar