Məhkəmə qərarları › İş №1(102)-614/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-614/2019

15.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-614/2019 15.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 614/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "15" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Məmmədli Yaqub Həbib oğlunun işti rakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X7 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarından X4 müdafiəçisi Məmmədli Yaqub Həbib oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məcidov X24, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) xx xxxxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndi rilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmü ilə X7 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, üstündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 mart 2018-ci il tarixdə günorta vaxtlarında şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən külli miqdarda – 2.035,0 qram çəkidə kustar üsulla haz ırlanmış narkotik vasitə olan heroin əldə edib, üstündə saxlamış və daşımış, 12 mart 2018-ci il tarixdə saat 1545-də Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 41 saylı binanın qarşısında Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nə gətirilmiş və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zamanı 2.035,0 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin əlində olan qara rəngli sellofan torbada saxladığı bağlamanın içərisindən aşkar edilərək götürülmüşdür. Hökmdən X4nun müdafiəçisi Məmmədli Yaqub Həbib oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Əflatun İbrahim oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) 03 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarından X4 müdafiəçisi Məmmədli Yaqub Həbib oğlu ilə birlikdə kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə X7 barəsində bəraət hökmü çıxarılması üzün cinayət işini yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: X4 və onun müdafiəçisi Məmmədli Yaqub Həbib oğlu kassasiya şikayətində, apellyasiya məhkəm əsinin apellyasiya şikayətində qeyd edilmiş dəlillərin heç birinə hüquqi qiymət vermədən, araşdırma aparmadan, sübutların tədqiqindən əsassız imtina etdiyini, yüngülləşdirici halları nəzərə almadan ittiham hökmü çıxardığını, apellyasiya şikayətinə əlavəni ümumiyyətlə, nəzərə almadığını, apellyasiya məhkəməsinin yalnız apellyasiya şikayətində yazılanlara qərarda bir cümlə ilə qiymət verərək, “apellyasiya şikayətində müdafiəçi bəraətin əsaslarını təsdiq edən faktların nədən ibarət olduğunu göstərməmişdir” kimi qeyd etdiyini, apellyasiya instansiyası məhkəməsinin qərarının qanunlara zidd və əsassız olduğu üçün ləğv edilməli olduğunu, bəraətin əsaslarının istər apellyasiya şikayətində, istərsə də kassasiya şikayətində göstərildiyini, apellyasiya instansiyası məhkəməsində onun tərəfindən iki də fə işin məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatət verildiyini, bu vəsatətin verilməsinə səbəblər kimi hal şahidlərinin yenidən dindirilməsini və “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı madd sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair” 12 mart 2018-ci il tarixli aktın surətinin təqdim edilməsi üçün Məhkəmə Ekspertiza Mərkəzinə sorğu verilməsini göstərdiyini, özünün də bu barədə iki dəfə soğru göndərdiyini və sorğuya cavab verilməsindən imtina olunduğunu, apellyasiya instansiyası məhkəməsinin işin məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatətləri təmin etmədiyini və Məhkəmə Ekspertiza Mərkəzinə soğru göndərmədiyini, apellyasiya şikayə tinə əlavədə qeyd olunmuş məhkum Təqsirləndirilən şəxs latın qrafikasında ümumiyyətlə yaza və oxuya bilməməsi, Azərbaycan dilində çox çətinliklə danışması, onun ana dilini Rus dilli olması barədə dəlillərə apellyasiya məhkəməsinin öz qərarında münasibət bildirmədiyini, hətta təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə tərcüməçi təyin olunmamasının kobud pozuntu olması barədə bildirilsə də, bunun araşdırılmadığını, bundan başqa, müstəntiq tərəfindən istintaq materiallarının, ittiham aktının surətinin, məhkəmə tərəfindən hökmün surətinin təqsirləndirilən şəxsə ana dilində təqdim olunmadığını, ibtidai istintaqın təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə aparıldığını, belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı onun hüquqlarının müdafiə edilm əsi üçün müdafiəçi dəvət edilmədiyini, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, müdafiəçinin xidmətindən istifadə etmək hüquqlarının olmasının izah edilmədiyini, müdafiəçinin iştirakının təmin edilməsi barədə Təqsirləndirilən şəxs təklif olunmadığını, Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə”nin cinayət işi başlanmadan təhqiqatçı tərəfindən həyata keçirildiyini, işin ibtidai istintaqı zamanı iki müdafiəçinin dəyişdiyini, 12 mart və 14 mart tarixlərində ayrı-ayrı müdafiəçilərin təyin olunduqlarını, guya, məhkum Təqsirləndirilən şəxs başqa müdafiəçinin təqdim olunduğunu və sonuncunun ərizə yazaraq, həmin müdafiəçini qəbul etmədiyini, başqa müdafiəçi ilə təmin olunmasını istədiyini, lakin müdafiəçidən imtinanın əvvəlki müdafiəçi Yaşar Babayevin real iştirakı olmadan h əyata keçirildiyini, müdafiəçidən imtinanın imtina olunan vəkilin real iştirakı ilə həyata keçirilməli olduğunu, ibtidai istintaq zamanı “əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə dair” qərarın məhkəməyə göndərilmədiyini, cinayət işinin materiallarına əsasən, həmin qərarın məlumat üçün məhkəməyə göndərildiyini, lakin məhkəmənin sorğuya cavab məktubuna əsasən, həmin qərarın məhkəməyə daxil olmadığının göstərildiyini, həmin qərarın məhkəməyə göndərilməsi ilə hər hansı xəbərnamənin iş materiallarında olmadığını, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən, əməliyyat-axtarış fəaliyyətinin aparılmasına dair qərar məhkəməyə daxil olduqda məhkəmənin həmin tədbirin qanunauyğunluluğunu yoxlamaq hüququna malik olduğunu, bundan başqa, iş materiallarında olan təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olması barədə 22 may 2018-ci il tarixli protokola əsasən, cinayət işi materialları ilə tanış olma saatının 1040-da başladığını və saat 1400-da bitdiyini, İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin 06 sentyabr 2018-ci il tarixli məktubuna əsasən, müstəntiq və müdafiəçinin 22 may 2018-ci il tarixdə saat 1143 radələrindən 1253-dək İxtisaslaşdırılmış Müalicə Müəssisəsində olduqlarını, həmin protokolun da sübut kimi qəbul edilməsinin mümkünsüzlüyünü, iş üzrə şahid qismində dindirilmiş X10 və hal şahidi qismində dindirilmiş X11 əvvəllər də digər cinayət işləri üzrə hal şahidi qismində iştirak etmələrinin onların şəxsi maraqlarının olmamasını şübhə altına aldığını, xüsusilə də, Təqsirləndirilən şəxs barəsində cinayət işinin X10 ərizəsi əs asında başlandığını, məhkum Təqsirləndirilən şəxs şəkər xəstəliyindən əziyyət çəkdiyini və yaşayış yerindən müsbət xarakterizə olunduğunu, həmin halların yüngülləşdirici hallar kimi nəzərə alınmadığını, hətta məhkum Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasının onun şəxsiyyətini xarakterizə edən hal kimi də nəzərə alınmadığını, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməli törətmədiyini və qabaqcadan əlbir olduğu bildirilən şəxsi tanımadığını, onun qabaqcadan əlbir olduğu bildirilən şəxsin kim olmasının məlum olmadığını bildirib kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarının ləğv olunmasını, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasından ötrü işin yenidən apell yasiya baxışına təyin olunmasını xahiş etdilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qər arda göstərilmişdir. X5 törətdiyi əməllərə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq məhkəmələr tərəfindən həmin maddələrlə tövsif edilmişdir. Məhkəmələrin bu məsələlər üzrə mövqeyinin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində cinayət işinin yeni apellaysiya baxışına təyin edilməli olduğu iddia edilir və bununla bağlı bir sıra dəlillərə istinad edilir. Məhkəmə kollegiyasının qənaətinə görə həmin dəlillər iş materiallarına uyğun olmamaqla əsassızdır. Belə dəlillərin əksəriy yəti apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “... məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində müdafiəçi məhkum Təqsirləndirilən şəxs təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirsiz bilinərək bəraət verilməsi tələbini irəli sürmüşdür. Lakin, bəraətin əsaslarını təsdiq edən faktların nədən ibarət olduğunu göstərməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, sübutların toplanması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətinin protokollarını, ekspert rəylərini, maddi sübutları və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyekti v və hərtərəfli hüquqi qiymət verərək düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, məhkumun və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsinin özünü müdafiə xarakteri daşıdığını düzgün nəzərə alaraq, məsuliyyətini yüngülləşdirməyə cəhd kimi qiymətləndirməsi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət işinin materiallarına tam uyğun çıxarılmışdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə ona bəraət verilməsi haqqında müdafiəçinin şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəlləni n 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq et dikdə çıxarılır. Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə müəyyən edilməmişdir. Məhkəmənin ittiham hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi, məhkəmə istintaqı zamanı tədiq edilmiş və biri-digərinə uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilmişdir. Məhkəmə kollegyası iş materiallarına və məhkəmədə tədqiq edilmiş mötəbər sübutların məcmuyuna əsasən, müdafiəçi Yaqub Məmmədlinin məhkuma bəraət verilməsi haqqında şikayətini, Təqsirləndirilən şəxs təqsirsizliyi təsdiq edilmədiyindən əsassız hesab edir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirlən dirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittiham özünü təqsirli bilməməsini, onun prosessual hüququ kimi qiymətləndirir. Odur ki, birinci instansiya məhkəməsi məhkumun və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq düzgün qiymətləndirmiş və tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq gəldiyi nəticələri məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ona görə ki məhkəmədə tədqiq edilmiş subutların analizi göstərir ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, başqa sözlə ittiham orqanının təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmuyu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və oby ektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Habelə, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinəəsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Qeyd olunanlara əsasən, işin faktiki hallarını hərtərəfli tam və obyektiv araşdıran məhkəmə kollegiyası, məhkum - Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquq i tövsifini müəyyən edərkən, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsini, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndini və Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, birinci instansiya məhkəməsi tərəfindən onun törətmiş olduğu cinayət əməllərinin Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş 12 may 2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhər Nizami rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis mayoru Mahir Quliyev tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni aldığı və şəxsiyyəti istintaqa məlum olmayan şəxs haqqında Azərbaycan Re spublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə kollegiyası eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzanı şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi b arədə tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini düzgün müəyyən etmişdir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən edilir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onlar ı bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşd irən və ağırlaşdıran hallar ona münasibətdə müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası işin konkret hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cu maddələrinin tələblərini və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyyəsini, ədalət prinsipini və sosial ədalətin bərpasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini düzg ün nəzərə alan birinci instansiya məhkəməsi, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə cəzanın məqsədlərini təmin edən qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». İş üzrə maddi və prosessual qanunvericiliyinin normalarının tətbiqi ilə bağlı pozuntular müəyyən edilməmişdir. Odur ki, verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qanuni və əsaslı hökmünün ləğv edilməsi üçün əsas ola bilm əz...”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın təsdiq olunduğuna, əməlin tövsifinə dair gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası ittihamın təsdiq edildiyinə dair nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən ed ilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) X6 verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Kassasiya şikayətində vəsatətlərin təmin edilmədiyinə istinad edilir. İş materiallarını şikayətin həmin dəlilləri baxımından təhlili göstərir ki, müdafiə tərəfinin vəsatətlərinə qanunla nəzərdə tutulmuş qaydada baxılmış (müvafiq müzakirə aparılmaqla) və müvafiq qərarlar çıxarılmışdır. Bu qərarların qanuniliyini şübhə altına almağa əsas yoxdur. Kassasiya şikayətində X6 bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-n in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, şəxsə bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Kassasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, X7 ibtidai istintaq zamanı ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək cinayət törətməsi barədə ətraflı ifadələr vermişdir. Həmin ifadələr digər sübutlar və işin faktiki hallarına uyğun old uğu üçün məhkəmə də məhz bu ifadələrə üstünlük vermiş (Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəyə münasibətdə) və özünün bu mövqeyini əsaslandırmışdır. X5 tərcüməçiyə ehtiyacı olduğuna dair şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, o, hələ ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən azərbaycan dilində hətta latın qrafikası ilə oxuya bildiyini göstərmiş (latın qrafikası ilə yalnız yaza bilmədiyini qeyd etmişdir), məhkəmədə də azərbaycan dilini bildiyini qeyd etmişdir. Bu baxımdan Təqsirləndirilən şəxsin azərbaycan dilini bilmədiyi barədə fikir söyləməyə əsas yoxdur. Bunlarla əlaqədar qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs bütün ifadələrini müdafiəçinin iştirakı ilə vermiş, iş materialları ilə də müdafiəçi ilə tanış olmuşdur. Kassasiya şikayətində müdafiə hüququnun pozulması iddia edilsə də, istinad edilən hallar (kassasiya şikayətində) Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması qənaətinə gəlməyə əsas vermir, əksinə, iş materiallarından görünür ki, bu hüquqa qanunla nəzərdə tutulmuş qaydada riayət olunmuşdur. Kassasiya şikayətində bir sıra cinayət prosessual qanunvericiliyinin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının müvafiq olaraq müddəalarına və izahlarına istinad edilərək, bu normaların və qərarların müddəaları və izahları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı Konstitusiya Məhkəməsinin və Ali Məhkə mənin Plenum qərarlarının müddəaları və izahları, habelə şikayətdə istinad olunan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə də heç bir ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, X4na cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə X4nun islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiya sı bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş X7 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar