Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-614/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,120.1ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun Əzizov Azər Mirzə oğlu və Mahmudov Müşfiq Ziyəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər K.F.Əliyev (sədrlik edən), E.İ.Rüstəmov və M.Ə.Bağırov) Məhkum, xx xxx 1983-cü il tarixdə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1də qeydiyyatda olan CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx.xx.2018-ci il tarixdə saat 17 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul oduğu Ağstafa şəhəri, H. Əliyev prospektində yerləşən paltar mağazasının qarşısında saxladığı xxx dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş dostu X6 telefonda X10 ilə danışarkən sonuncunun Samir Ərəbovu, onu və vəfat etmiş anasının ünvanına müxtəlif söyüşlər etdiyini eşitdiyindən, o cümlədən əvvəllərdə də haqqında xoşagəlməz sözlər danışdığından şəxsi münasibətlər zəminində XXX qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə cinayətkar niyyətini həy ata keçirmək üçün XXX vasitəsi ilə X15 şəhəri, 33-cü məhəllədə yerləşən evinə çağırsa da, sonuncu evə gəlməkdən imtina etdiyindən yaşadığı evə gedərək, evində saxladığı heç bir yerdə qeydiyyatda olmayan 12 kalibrli, XXX modelli, XXX saylı qoşa lüləli ov tüfəngini və iki ədəd dolu patronu götürərək patronları güllə yatağına yerləşdirdikdən sonra, tüfəngi XXX markalı avtomobilin ön sərnişin oturacağının sağ hissəsindən arxaya doğru uzadaraq yenidən işlətdiyi mağazanın qarşısına gəlmiş, X12 rayonunun XXX kəndindəki XXX çayxanasının yaxınlığında olmasını öyrəndiyindən özü avtomobilin ön sərnişin oturacağında əyləşmiş, mağazanın qarşısında olan XXX isə avtomobilin «sükanı arxasına keçərək XXX kəndinə getmələrini bildirmişdir. XXX kəndinə çatdıqda XXX “XXX” çay evinin yaxınlığında gördüyündən ma şını saxladaraq düşüb, qoşa lülə ov silahını götürərək XXX doğru tutub atəş açmaq istədikdə, bunu görən XXX qaçsa da təxminən 15 metrlik məsafədən bir dəfə atəş açmış, XXX çay evi istiqamətində qaçdığından onun arxası ilə gedərək ikinci dəfə atəş açıb XXX sol dirsək nahiyəsinə, sol saidin aşağı üçdə birinin tış səthinə və sol budun orta üçdə birinə tüfəngdən açılmış qırmaların dəyməsi nəticəsində sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, patronu olmadığından əlavə atəş aça bilmədiyinə görə sonuncunu tapıb tüfəngin qundağı ilə öldürmək niyyəti ilə arxası ilə getsə də, XXX qaçaraq gizləndiyindən iradəsindən asılı olmayan səbəbdən şəxsi münasibətlər zəminində qəsdən adam öldürməyə cəhd etmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əs asən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu(sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundanibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Əzizov Azər Mirzə oğlu və Mahmudov Müşfiq Ziyəddin oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Müdafiəçi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilərək, Məhkum əməlinin CM-nin 128-ci maddəsinə tövsüf edilməsini və onun zərərçəkmişlə barışmasını nəzərə alaraq barəsində olan cinayət işinə x itam verilməsini, müdafiəçi XXX isə kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum əməlinin CM-nin 29,120.1-ci maddələrindən CMnin 221.3-cü maddəsinə tövsif edilməsi və məhkuma ədalətli cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: İşin hallarını mübahisələndirən Müdafiəçi kassasiya şikayətini belə əsaslandırmışdır ki, əlində silah və patron olan XXX zərərçəkmiş XXX daha da yaxın məsafədən açaraq ona həyat üçün təhlükəli olan xəsarətlər yetirmək və onu öldürmək imkanı olsa da, bunu etməmiş, kənar məsafədən onun ayaqları hissəsindən qorxutmaq üçün atəş açmış, onun qaçmasını görsə də, zərərçəkmişi öldürmək niyyətini sona çatdırmaq üçün heç bir əlavə hərəkətlərə yol verməmiş, əksinə atəş açandan sonra hadisə yerindən gedərək özünü polisə təhvil vermişdir. Zərərçəkmiş XXX da bildirmişdir ki, təqsirləndirilən şəxs sadəcə olaraq onun istiqamətində atəş açmış, lakin onun ardınca gələrək guya öldürmək niyyətini sona çatdırmaq üçün əlavə hərəkətlərə və səylərə yol verməmiş, hazırda da ondan hər hansı bir şikayəti yoxdur. Belə olan halda məhkəmə kollegiyasının bu izahat və ifadəni qəbul etməməsi prosesual cəhətdən əsassız olmuşdur. Müdafiəçi qeyd etmişdir ki, ibtidai araşdırma zamanı alınmış ifadələrlə məhkəmə iclasında verilmiş ziddiyyətlər olduğundan, məhkəmələr məhz məhkəmə baxışı zamanı əldə edilmiş sübutlara üstünlük verməli və bu sübutlara əsasən də yekun məhkəmə aktları qəbul etməli idilər. Müdafiəçi belə hesab edir ki, məhkə mə kollegiyası qərar qəbul edərkən Məhkum əməlini bu sübutlara əsasən düzgün, yəni CM-nin 129-ci maddəsi ilə düzgün tövsif etməli və məhkumun zərər çəkmiş şəxslə barışması nəzərə alınaraq cinayət işinin icraatına xitam verilməlidir. Müdafiəçi M.Z.Mahmudov kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadələri oxumamış, ifadə alınan zaman müdafiəçi onun yanında olmamışdır. Məhkum heç bir zaman müstəntiqə zərərçəkmiş şəxs XXX öldürmək niyyəti ilə ona atəş açması barədə heç bir söz deməmişdir. Bütün bunları müstəntiq özündən uyduraraq yazmış, işə baxan həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri isə Məhkum məhkəmədə verdiyi ifadələrinə deyil, müstəntiqin uydurmalarına istinad etmiş, işin hallarını tam və hərtərəfli araşdırmamış, bunu nla da Məhkum müdafiə hüququ pozulmuşdur. Bundan başqa zərərçəkmiş şəxs X10 məhkəmədə ərizə təqdim edərək Məhkumla ilə barışdığını, onun barəsində şikayət və ya tələbinin olmadığını göstərmişdir. İşə baxan məhkəmələr isə yuxarıda qeyd edilən hallara düzgün qiymət verməmiş və Məhkum əməlini silah tətbiq edilməklə xuliqanlıq cinayəti kimi, yəni CM-nin 221.3-cü maddəsi ilə ixtisaslaşdırılması əvəzinə onun CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinməsi haqqında yekun məhkəmə aktları qəbul etmişlər. Müdafiəçinin qənaətinə görə, Məhkum əməlinin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsi və ona həmin maddənin aşağı həddində yüngül cəza təyin olunması haqqında qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Kassasiya şikayətlərinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiya sının xx xxxxxxxx 2020-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin müdafiəçilər A.M.Əzizov, M.Z.Mahmudov və iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış XXX naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, Məhkum isə məhkəmə iclasında iştirak etməsini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun, onun müdafiəçilərinin və zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsindən Mə hkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından müdafiəçiləri A.M.Əzizov, M.Z.Mahmudov verdikləri kassasiya şikayətlərini geri götürdüyünü bildirərək həmin şikayətlərin baxışdan çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılm ası barədə dövlət ittihamçısının çıxışını dinləyib iş materiallarını, o cümlədən Məhkum ərizəsini nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq müdafiəçilər A.M.Əzizov, M.Z.Mahmudov kassasiya şikayətlərinin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A AL D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-cimaddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci iltarixli qərarından Məhkum A.M.Əzizov, M.Z.Mahmudov tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-614/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-614/2020
01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver