Məhkəmə qərarları › İş №1(102)-614/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-614/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-614/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyasında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 149.2.5 və 150.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhk əməsinin xx xxxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İsmayılov Eldar Herov oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi haqqında vəsatətə əsasən işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim İsmayılov Eldar Herov oğlu) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi haqqında vəsatət rədd edilmişdir. Həmin qərardan Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən), Rəhimov Elmar Eldar oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib, apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, atasının rəhmətə getməsi və ailə vəziyyəti ilə bağlı güclü sarsıntı keçirməsinə görə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətini ötürmüşdür. Məhkum qeyd olunanların nəzərə alınmasını, kassasiya şikayətinin təmin edilməsini və apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kas sasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 3 84.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. İş material larından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 1(101)-400/2019 hökmü məhkum edilmiş şəxs Məhkum xx xxx 2019-cu il tarixdə təqdim edilmişdir. Lakin, Məhkum xx xxxxxxx 2019-cu il tarixdə apelyasiya şikayəti vermişdir ki, bununla da o, apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarı məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisinin iştirakı ilə elan edilmiş, bu zaman məhkəmənin hakimi qərardan şikayət vermə müddətini və qaydasını da proses iştirakçılarına izah etmişdir. Lakin, Məhkum tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi haqqında vəsatət xx xxxxxxx 2019-cu il tarixdə, yən i hökm çıxarıldığı vaxtdan 5 ay 18 gün müddətin keçməsindən sonra verilmişdir. Məhkum kassasiya şikayətində üzürlü səbəbindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətini ötürdüyünü qeyd etsə də, bu müddətin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğundur. Məhkəmə kollegiyası da onunla razılaşır və Məhkum 6 aydan çox müddət ərzində apellyasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən hal apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsinə əsas vermir. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də birinci və apellyasiya instansiya məhkəmələri hökmdən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi haqqında vəsatəti təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 149.2.5 və 150.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar