Məhkəmə qərarları › İş №1(102)-614/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-614/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-614/2022 07.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarından Azərbaycan Respublik ası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, habelə məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.Q.Abdullayev, hakimlər C.C.Nəbiyev və M.V.Məmmədovdan ibarət məhkəmə tərkibi) Təqsirləndirilən şəxs1 (xx xxx 1994-cü ildə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan4 -də qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 08 mart 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır; Təqsirləndirilən şəxs2 (xx xxxxxxxx 1995-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan5-də qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 08 mart 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 narkomaniyadan m üalicə olunması üçün tibbi xarakterli məcburi tədbirin təyin edilməsi qərara alınmışdır; Təqsirləndirilən şəxs3 (xx xxxxxx 1990-cı ildə ünvan6ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan7-də qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 08 mart 2021-ci il ta rixdən hesablanması, Təqsirləndirilən şəxs3 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi X4, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4, habelə məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) il 6 (altı) aydan 8 (səkkiz) il 6 (al tı) aya, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) il 6 (altı) aydan 8 (səkkiz) il 6 (altı) aya endirilmiş, Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ildən 9 doqquz) ilə endirilərək, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəza ilə ona hökmlə Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddələri ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla, qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsin in Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 isə kassasiya şikayəti vermişlər. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs2 XXX25nın sakini – şəxsiyyəti məlum olmayan X80 adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə – metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə XXX26-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçirəcəyi həmin maddəni onun qoyacağı yerdən götürüb müqəddəratına sərəncam verməyi qabaqcadan vəd vermiş, bunda n sonra X80 adlı şəxs müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda – bir ədəd bükümdə təmiz çəkisi 1070,0 qram olan psixotrop maddə – metamfetamini məlum olmayan vaxtda və şəraitdə qaçaqmalçılıqla keçirməklə ünvan8ndə yerləşən təsərrüfat malları mağazasının yanında olan daşın altında yerləşdirib bu barədə 08 mart 2021-ci ildə Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsilə məlumat verdikdən sonra, sonuncu ümumi cinayətkar niyyəti realizə etmək üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı qrupa cəlb etməklə onlarla qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan psixotrop maddəni qoyulduğu yerdən əldə edilməsi, saxlanması və daşınması barəd ə razılığa gəlmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 həmin gün saat 18 radələrində qeyd olunan əraziyə gedərək oradan içərisində külli miqdarda psixotrop maddə metamfetamin olan müvafiq bağlamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyarkən XXX27nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı şöbənin inzibati binasına gətirilmiş və orada tutulub şəxsi axtarışa məruz qalarkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin iç hissəsindən bir ədəd bükümdə qeyd olunan psixotrop maddə – metamfetamin, habelə saat 21 radələrində metamfetamini götürmək üçün gələn Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 XXX35 ərazisində saxlanılıb üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sol yan cibindən 19,957 qram metamfetamin, Təqsirləndirilən şəxs3 əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 3,383 qram narkotik vasitə – heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının müddətlərinin azaldılması haqqında nəticəyə gələrkən, düzgün omayaraq təqsirkarların ilk dəfə cinayət törətmələrini, məhkumluqlarının olmamasını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, nəticədə onların şəxsiyyətlərinə, təqsirli bilindikləri cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan, qəsdin yönəldiyi obyektin xüsusiyyətini lazımınca nəzərə almayan, cəzanın məqsədlərini kifayət qədər təmin etməyən həddindən artıq yüngül cəzalar təyin etmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 58.3, 59, 41.2-ci maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Mə hkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılsa da, onun məsuliyyətini yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamış, nəticədə Təqsirləndirilən şəxs1 şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi4 kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya mür aciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 şəxsiyyətlərinə, törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respu blikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 isə kassasiya şikayətində Təqsirləndirilən şəxs1 apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəzanı onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almayan həddindən artıq ağır cəza hesab edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və Təqsirləndirilən şəxs1 cəzasının yüngülləşdirilməsi barədə tələbini CPMin eyni maddəsində nəzərdə tutulmuş halla əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş ci nayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələ rdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2 -ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilindikləri cinayət əməli Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi, Təqsirləndirilən şəxs2 CM-in 32.5, 206.2-ci maddələri ilə təqsirli biliniyi əməl isə CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cəzalara dəyişiklik edildiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə apellyasiya məhkəməsi tərəfindən CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası daxilində - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 8 il 6 ay müddətə, Təqsirləndirilən şəxs2 isə 9 il (həmin və CM-in 32.5, 206.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə 9 il 6 ay) müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilmişdir. Baxılan işdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cəzanı yüngülləşdirən hallara gəldikdə isə birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs1 münasibətdə əməlini qismən etiraf etməsi, əməlindən peşman olması, əvvəllər məhkum olunmaması, atasının və qardaşının əlil olması, gəncliyi; Təqsirləndirilən şəxs3 münasibətdə əvvəllər məhkum olunmaması və gəncliyi; Təqsirləndirilən şəxs2 münasibətdə əməlini qismən etiraf etməsi, peşman olması və gəncliyi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və bununla apellyasiya instansiyası məhkəməsi razılaşdığı kimi, həmin məhkəmədə ittihamı müdafiə etmiş dövlət ittihamçısı da razılaşmışdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmiş, apellyasiya məhkəməsində çıxış edən dövlət ittihamçısı isə hökmdən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini, hökmün (yəni o cümlədən, cəzanı yüng ülləşdirən halların müəyyən edilməsinə dair müddəların) dəyişdirilmədən saxlanılmasını məhkəməyə təklif etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409.9-cu maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı onun məhkəmə tərəfindən nəzərə alınmamış nəticə və təkliflərinə dair hissədən kassasiya protesti vermək hüququna malikdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü, birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş (ilk dəfə cinayət törətmə və məhkumluğun olmaması kimi) cəzanı yüngülləşdirən halların mübahisələndirilməsinə həsr olunmuş dəlilləri (onun tərəfindən apellyasiya instansiyası məhkəməsində mü dafiə olunmuş mövqedən kənara çıxıdığından) əsaslı sayıla bilməz. O da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin cəza təyin edərkən artıq müəyyən halları cəzanı yüngülləşdirən hallar qismində nəzərə alması, apellyasiya instansiyası məhkəməsini həmin halları fərqli şəkildə, yəni təqsirkarlara hökmlə müqayisədə daha yüngül və yaxud daha az müddətə cəzanın təyin edilməsinə əsas verən hallar kimi qiymətləndirmək hüququndan məhrum etmir. Eynilə, apellyasiya instansiyası məhkəməsi təqsirkarların şəxsiyyətinin qiymətləndirilməsi üzrə məsələdə də birinci instansiya məhkəməsinin buna dair gəldiyi nəticə ilə sərt şəkildə bağlı deyil. Məsələn, birinci instansiya məhkəməsinin təqsirkarları mənfi xarakterizə olunan şəxslər kimi səciyyələndirməsi apellyasiya məhkəməsinin (müvafiq materialla r buna əsas verdikdə) fərqli qənaətə gəlməsini (birinci instansiya məhkəməsində baxılmış sübutları əsaslandırılmış şəkildə başqa cür qiymətləndirməsini) istisna edilmir. Bu baxımdan apellyasiya instansiya məhkəməsi tərəfindən məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində yaşayış yerindən verilmiş xasiyyətnamələri birinci instansiya məhkəməsindən fərqli olaraq onları müsbət xarakterizə edən sənədlər kimi qiymətləndirməsi pozuntu hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi hökmdə digər təqsirkar – Təqsirləndirilən şəxs3 barəsində verilmiş xasiyyətnamədə onun müsbət xarakterizə olunmasını işin həqiqi halı kimi qəbul etmişdir. XXX30 başçısının XXX31 inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 04 iyun 2021-ci il tarixli həmin xasiyyətnamədə isə mü stəsna olaraq Təqsirləndirilən şəxs3 XXX31sində qeydiyyatda olması və qeydiyyatda olduğu müddətdə onun barəsində qəsəbə üzrə icra nümayəndəliyinə şikayətin daxil olmaması göstərilmişdir (cinayət işi, 2-ci cild, i.v.174). XXX31 başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 15 mart 2021-ci ildə və 17 may 2021-ci ildə müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində verilmiş xasiyyətnamələrdə isə onların hər biri barəsində göstərilmişdir ki, onlar yaşadıqları ərazidə əvvəllər özlərini səmimi aparmış və qonşuları ilə birgəyaşayış qaydalarına əməl etmişlər, onların barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır, yalnız son zamanlar onlar hüquqa ziddi hərəkətlərə (yəni hazrki cinayət işi üzrə təqsirli bilindikləri cinayət əməllərinə) yol vermişlər (cinayət işi, 2-ci cild, i.v.67 və 148). Göründüyü kimi, Təqsirləndirilən şəxs3, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xasiyyətnamələrdə faktiki olaraq eyni sözlərlə xarakterizə olunmuşlar (hətta sonuncular barəsində verilmiş xasiyyətnamələrdə onları müsbət cəhətdən xarakterizə edən daha çox məlumatlar əks etdirilmişdir), xasiyyətnamələri fərqləndirən yeganə cəhət isə odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri barədə də xasiyyətnamələrdə məlumat verilmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin eynilə Təqsirləndirilən şəxs3 münasibətdə olduğu kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 də onlar barəsində verilmiş xasiyyətnamələrdə müsbət xara kterizə olunduqlarını qeyd etməsi və bunu cəzanı yüngülləşdirən hal kimi nəzərə alması, sözügedən xasiyyətnamələrin həqiqi məzmunları ilə uzlaşmayan nəticə kimi qiymətləndirilə bilməz. Qeyd olunan halların cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması cinayət qanununun tələblərinə də zidd deyil. Çünki, artıq yuxarıda istinad olunduğu kimi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsi Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Məhkəmənin cəzanı yüngülləşdirən hallar barədə mövqeyi əsaslı və qanuni olduğu kimi, baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci madd əsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkumlara daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Belə ki, kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlər CM-in 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki 8 il 6 ay və yaxud 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının, bunlardan da az müddətə (5 ildən başlayan) azadlıqdan məhrum etmənin təyin edilməsi mümkün görülmüşdür. Qeyd olunan halların fonunda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 həm də həmin və CM-in 32.5,206.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəzalar bu məsələlərin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətlərin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarların şəxsiyyətlərinin, cəzanın onların islah olunmasına, digər məqsədlərinin təmin edilməsinə və ailələrinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbirlər kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan cəzalar kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası yuxarıda təsvir olunanlarla yanaşı, kassasiya protesti ilə mübahisələndirilən məsələ ilə əlaqədar aşağıdakıları da qeyd etməklə diqqəti kassasiya icraatının məqsədlərinə cəlb etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müva fiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası “məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi” kimi, yuxarıda qeyd olunan apellyasiya icraatına aid müddəlardan müəyyən qədər fərqli məzmunda təsbit edilmişdir. Lakin, fərqli məzmunda olmalarına baxmayaraq, kassasiya instansiyası məhkəməsində sözügedən məsələyə baxılarkən də qeyd olunan normalar bir-biri ilə əlaqəli şəkildə nəzərdən keçirilməli və məsuliyyəti yüngülləşdirən və yaxud ağırlaşdıran halların nəzərə alınmamasında ifadə olunan aşağı instansiya məhkəmələrinin yol verdikləri pozuntu mühüm əhəmiyyətli olmaqla cəzanın “açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır cəza kimi qiymətləndirilməsi üçün əsas yaratmalıdır. Çünki, məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə və məhz belə olduqda, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin pozulması, CPM-in 8.0.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının vəzfəsinin lazmınca yerinə yetirilməməsi haqqında mühakimə yürütmək və bunun nəticəsi olaraq (kassasiya müraciətində məhkumun vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda) apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və apellyasiya baxışının təkrarlanması üçün işin həmin instansiyaya qaytarılmasına bəraət qazandırmaq olar. Kassasiya məhkəməsində məhz belə (fundamental) xarakterli pozuntuların müəyyən edilməsinin apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi nəzərdən keçirilməsi kassasiya icraatının xüsusiyyətlərindən irəli gəlir. Belə ki, CPM-in 407.2, 408.1, 419.11-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxaraq, ancaq hüquq məsələləri üzrə cinayət, cinayətprosessual qanunların tətbiqinin düzgünlüyünü yoxlayır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda - fundamental pozuntuları aradan qald ırmaq üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. O da nəzərdən qaçırılmamalıdır ki, cinayət prosesi çəkişməli xarakterlidir və hakimlər ittiham və müdafiə tərəflərinin məhkəmə baxışının predmetini təşkil edən məsələlər, o cümlədən cəzanın təyini məsələsi üzrə dəlillərini bərabər şərtlər əsasında nəzərdən keçirməklə qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə nəticəyə gəlirlər (CPM, maddələr 32, 145). Odur ki, çəkişməli xarakterli cinayət prosesində məhkəmənin gəldiyi nəticənin çəkişən tərəflərin birinin və yaxud hər ikisinin təklifləri ilə üst-üstə düşməməsinə təbii hal kimi baxılmalı və cinayət prosesi tər əfinin hüququn tətbiqi üzrə fundamental pozuntuya yol verilməsi barədə məsələ qaldırmayan, müstəsna olaraq fərqli mövqeyin (prosessual mənafeyin) müdafiəsi üçün verdiyi kasassiya şikayəti və yaxud kassasiya protesti qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsinə və apellyasiya baxışının (müvafiq olaraq da həmin instansiyada cinayət təqibinin) təkrarlanmasına əsas yaratmayan müraciət kimi qiymətləndirilməlidir. Hazırki işin hallarından isə görünür ki, müdafiə tərəfinin apellyasiya şikayətləri ilə əlaqədar işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası məhkəmə baxışında iştirak etmiş müdafiə və ittiham tərəflərinin dəlillərini dinləmiş, yekunda müdafiə tərəfinin apellyasiya şikayətlərini yalnız qismən təmin edib Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsir ləndirilən şəxs2 onların cəzasını ağırlaşdıran hallar müəyyən edilmədiyi, əksinə bir sıra hallar cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirildiyi vəziyyətdə, törədilən əməllərin xarakteri, ictimai təhlükəliliyi, təqsirkarların şəxsiyyətləri, cəzanın onların islah olunmalarına, ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmaqla Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının aşağı həddindən 3 il 6 ay, Təqsirləndirilən şəxs2 isə 4 il çox olan (müvafiq olaraq 8 il 6 ay və 9 il) müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Birinci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti verilmədiyi, yəni hökmlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin olunmuş (müvafiq olaraq 9 il 6 ay v ə 10 il müddətə) cəzalar ittiham tərəfinin müraciəti ilə apellyasiya qaydasında mübahisələndirilmədiyi üçün təqsirkarların cəzalarının hökmlə müəyyən olunmuş həddədək artırılmasını (bu məqsədlə işin yeni apellyasiya baxışına qaytarılmasını) ehtiva edən kassasiya protesti, yuxarıda istinad olunmuş digər hallar da nəzərə alınmaqla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarının ləğv edilməsinə, apellyasiya baxışının təkrar keçirilməsinə əsas yaradan (məhkəmə tərəfindən məhz fundamental xarakterli pozuntuya yol verilməsi barədə məsələ qaldıran) müraciət kimi qiymətləndirilə bilməz. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəzaların CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinə xidmət etməməsinə, yəni fundamental xarakter li pozuntu kimi səciyyələndirilə biləcək hala formal olaraq istinad edilsə də, müraciətdə nəyə görə Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş 10 il və digər məhkumlara təyin olunmuş 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzalarının cəzanın məqsədlərini təmin edə bildiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş müvafiq olaraq 9 il və 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzalarının isə cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etmədiyi izah edilməmiş, buna dair inandırıcı dəlillər gətirilməmişdir. Yuxarıda təsvir olunanlar kassasiya protestinin əsassız olduğuna dəlalət etməklə yanaşı, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı n yüngülləşdirilməsi barədə tələbin irəli sürüldüyü) kassasiya şikayətinin də əsassız olduğunu, yəni kassasiya baxışı nəticəsində istər kassasiya protestinə, istərsə də Təqsirləndirilən şəxs1 müdafiəçisinin kassasiya şikayətinə münasibətdə CPM-in 416.1.21-ci maddəsində göstərilən, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas verən halların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin isə təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti təmin edilməməli, bu kassasiya müraciətləri ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan 08 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan 08 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə və Təqsirləndirilən şəxs1 müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar