Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-614/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Bəraət almış şəxs X5 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun iştirakları ilə x xxxxxx 1986-cı ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Zaqatala rayon Əliabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə (hakim: T.H.Həsənov) X6 - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət ver ilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), G.Q.Abbasov və İ.H.Şükürov) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ləğv edilmişdir. X10 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 5 oktyabr 2022-ci il tarixdən hesasblanması hökm edilmişdir. Apellyasiya instansiya məhkəməsinin həmin hökmündən məhkum X5 müdafiəçisi tərəfindən verilmiş kassasiya şika yəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 6 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.Ə.Rəcəbov (sədrlik edən), R.M.Abdulov və V.C.Cəfərov) məhkum X5 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, X5 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarı ilə (hakimlər: X.H.Səmədov (sədrlik edən), E.M.Mehdiyev və V.İ.Məlikov) apellyasiya protesti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq materiallarına görə X10 23 iyul 2021-ci il tarixdə saat 12 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,120 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamış, həmin gün saat 16:30 radələrində Zaqatala rayonu, Əliabad qəsəbəsində üzərində qanunsuz daşıyarkən Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Zaqatala rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və saat 18:23 radələrində üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ ön cibində bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,120 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götür ülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X6 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallar ına uyğun deyildir. Dövlət ittihamçısının fikrincə, ibtidai araşdırma orqanı tərəfindən bəraət almış şəxsun barəsində olan cinayət işinin istintaqı zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla toplanmış sübutlarla onun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və məhkəmə əsassız olaraq həmin sübutları mötəbər hesab etməyərək bəraət almış şəxsun təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi S.Cəfərovun çıxışlarını dinləyər ək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, X5 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndiri lən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, ci nayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, o nun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsa bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətb iq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyər ək ifadəsində göstərmişdir ki, o, bundan əvvəl də bir dəfə təqsiri olmadığı təqdirdə əsassız yerə tutularaq məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə səhər saat 12 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək Zaqatala Rayon Polis Şöbəsinin rəisinin onu çağırdığını demişlər. O, da səbəbini soruşduqda onunla işi olduğunu bildirmişlər. Sonra onlarla məcburiyyət qarşısında qalaraq razılaşıb,onların avtomobilinə oturub şəhərə tərəf gəlmişlər. Yolda o, fikrindən daşındığını, getmək istəmədiyini, avtomobili saxlayaraq onu buraxmalarını demişdir. Lakin, onu buraxmamışlar. Beləliklə, polis əməkdaşlarına məxsus avtomobildə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməli olmuşdur. Bu zaman o, avtomobilin arxa oturacağında oturmuş, avtomobili isə polis əməkdaşlarından biri idarə etm işdir. Onunla birlikdə, yəni sağında və solunda, avtomobilin arxa oturacağında iki nəfər polis əməkdaşı əyləşmişdir. Sonra nahar vaxtı olduğu üçün şəhərdə kafedə oturub yemək yemək istəmişlər. Onlar birlikdə kafedə oturmuşlar. Kafedə oturan zaman polislər ona təklif etmişlər ki, spirtli içki içsin. O da içmək istədiyindən spirtli içki içmişdir. Bundan sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona narkotik vasitə verərək onu boynuna almasını, həmin maddənin özünə aid olmasını deməsini, 2 gün şöbədə qaldıqdan sonra onu azad edəcəklərini bildirmişlər. Bundan sonra həmin şəxslər ona şüşə deyilən maddəni vermişlər. Hansı ki, o, şüşəni birinci dəfədir ki, görürdü. Zaqatala Rayon Polis Şöbəsində hər şeyin danışıldığını və ona pul və yemək içməyin də veriləcəyi deyilmişdir. Ona həmin p sixotrop maddənin özünə aid olmadığını deyərsə, ona qarşı ifadə verəcək şahid tapılacağını və onun ifadəsi alınmaqla təqsirləndirildiyi maddənin ağırlaşdırılacağı bildirilmişdir. Daha sonra Zaqatala Rayon Polis Şöbəsində onun üzərində videoçəkiliş vasitəsilə axtarış aparılmış və əvvəldən polis əməkdaşları tərəfindən ona verilmiş şüşə adlı maddə onun şalvarının cibindən çıxarılmışdır. Videoçəkilişdə onu necə öyrətmişlərsə, o cür də hərəkət etmişdir. Amma onaX10söz vermişdir ki, heç bir cinayət işi olmayacaqdır, onu iki günə buraxacaqlar. Bundan sonra X10 demişdir ki, ona buraxılacağını söz vermişdir, bəs nə oldu? CavabındaX10ona bildirmişdir ki, 48 saat saxlanılıb, buraxılacaq. Lakin buraxılması əvəzinə Zaqatala Rayon Məhkəməsinə aparılmış və məhkəmə qərarı ilə barəsində «həbs» növündə qəti mkan tədbiri seçilmişdir. Barəsində həbs seçildikdən sonra yenə də, X10 buraxılmadığını bildirmiş,X10isə ona iki aydan sonra buraxılacağını bildirmişdir. Buraxılacağına inandığı üçün bütün sənədləri imzalamışdır. İşin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, saxlanıldığı vaxt və bundan sonrakı müddətdə əlləri qandallanmayıb. Videoçəkiliş isə saxlanıldıqdan xeyli sonra aparılıb. Əgər üzərində narkotik vasitə və ya hər hansı başqa qanunsuz əşya olsa idi, onu saxlanıldıqdan sonrakı müddətdə rahatlıqla üstündən ata bilərdi. O bildirdi ki, videoçəkilişdən əvvəl kafeyə getmiş, sonra polis şöbəsində rahatçılıqla hərəkət etmiş və orada tək olmuşdur. Videoçəkilişə baxıldıqdan sonra proses iştirakçılarının sullarına cavab olaraq göstərdi ki: Sual: videoçəkilişdə başı ilə nə işarə edirdi? Cavab: o, Şahid1 narkotikin ona aid olmadığını və onunla yenidən söhbət etmək istədiyini bildirmək üçün başı ilə ona işarə etmişdir. Sual: Polis əməkdaşı onu qapı tərəfdən gətirən zaman onunla pıçıltı ilə nəsə danışır, sonra bəraət almış şəxs sən qapıdan qayıdırsan, aranızda nə danışırdız? Cavab: bununla bağlı bildirir ki, Şahid1 narkotikin ona aid olmasını deməsini bildirir. Ona sual verilir-videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda qabaq stolunda söykənərək dayanan şəxs ona əli ilə işarə edir, burada ona həmin şəxsin nə demək istədiyi soruşulur. O, isə cavabında bildirir ki, işarə edən şəxs narkotikin ona aid olmasını deməsini bildirir. Ona sual verilir-ona yenidən təhqiqatçı nə məqsədlə üzərində daşıması ba rədə sual verir. Videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda pəncərənin qabağında dayanan şəxs əlini ağzına tərəf apararaq bəraət almış şəxs sənə əli ilə bir neçə dəfə işarə edir. Sən də həmin şəxsə tərəf baxırsan, burada sənə polis əməkdaşının nə demək istədiyi soruşulur. Bununla bağlı bəraət almış şəxs bildirir ki, işarə edən şəxs narkotikin ona aid olmasını deməsini və çəkmək üçün saxladığını deməsini işarə edir. Sonda təqsirli olmadığını, himayəsində qoca anasından başqa kimsənin olmamasını, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, artıq istifadə etmədiyini, polislərin çağırışı ilə polislərlə şöbəyə getdiyini, üzərində narkotik vasitə olmadığını bildirərək, məhkəmədən heç bir təqsiri olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. İbtidai istintaq zamanı etirafedici ifadəsinin verməsi ilə əlaqədar proses iştirakçılarının suallarına cavab olaraq, qeyd olunan ifadələrin müstəntiq tərəfindən yazıldığını, ona göstərilmiş qorxu və təzyiq nəticəsində həmin ifadələri imzaladığını bildirdi. Eyni zamanda onun üzərində axtarış aparılan zaman sərxoş olduğunu, milliyətcə gürcü olduğunu, tədqiqatçının nə danışdığını tam şəkildə anlamadığını, tərcüməçi olsa da, ona polislərin danışdığını tərcümə etmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zaqatala rayon polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Zaqatala rayon Əliabad Qəsəbə sakini X5 narkotik maddə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etdikdən sonra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Zaqatala rayon Əliabad qəsəbəsində xidmətdə olarkən günortadan sonra X7 yolun kənarında görüb ona yaxınlaşaraq özünü təqdim edib Zaqatala rayon polis şöbəsinə dəvət edib raportla polis şöbəsinin rəhbərliyinə məruzə edərək X10 qanunsuz olaraq narkotik maddə istifadəsində və üzərində daşımasında şübhəli olduğundan Zaqatala rayon Əliabad qəsəbəsində saxlanılaraq polis şöbəsinə dəvət olunduğunu, eləcə də həmin şəxsin üzərinə baxış keçirilməsi üçün ai diyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Məlumatın yoxlanılması TB-nin təhqiqatçısı X11ə həvalə olunmuşdur. Bundan sonra TB-nin təhqiqatçısı X11 tərəfindən vəkil dəvət olunaraq vəkilin və tərcüməçinin iştirakı ilə bəraət almış şəxs şübhəli şəxs qismində tutularaq ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində olan hüquq və vəzifələri izah olunaraq video çəklişdən istifadə ediləcəyi elan olunmuşdur. Bundan sonra bəraət almış şəxsun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı TB-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən bəraət almış şəxsun üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşyalar və predmetləri təqdim etməsi təklif olunmuş, bəraət almış şəxs əynindəki qara rəngli şalvarın sağ ön cibindən 1 ədəd selofan büküm çıxa rıb təqdim etmiş, həmin büküm açılarkən bükümün içərisində ağ rəngli kristal şəkilli narkotik vasitə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 1,2 qram olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı bəraət almış şəxs üzərində aşkar olunmuş narkotik vasitə olan metamfetamini sellofan bükümlə birlikdə 23 iyul 2021-ci il tarixdə Zaqatala rayon Əliabad qəsəbəsində yolun kənarından tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə matafetaminə bənzər kütlə qablaşdırılıb Zaqatala RPŞ-nin 62 nömrəli möhürü ilə möhürlənərək məhkəmə bioloji ekspertizasına göndərilməsi məqsədi ilə götürülmüşdür. X5 yalnız qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş dur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xususatları təsdiq etmişdir. Əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, o, əməliyyat məlumatına əsasən X10lə birlikdə nahardan sonra Əliabad qəsəbəsinə getmiş, orada bəraət almış şəxsu görmüşlər. Onu narkotik vasitənin istifadəsində şübhəli olduğu üçün polis şöbəsinə dəvət etmişlər. bəraət almış şəxs və o, avtomobilin arxa oturacağında əyləşmiş,X10isə avtomobili idarə etmişdir. Bundan sonra birbaşa polis şöbəsinə gəlmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Zaqatala RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. xx.xx.2021-ci il tarixdə o, polis şöbəsində o larkən TB-nin təhqiqatçısı polis kapitanı X11 onu dəvət edərək bir nəfər şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə etməsini xahiş etmişdir. X11in təklifi ilə razılaşıb polis şöbəsinin nəzdində olan “Panasonic” markalı video kamera ilə çəkilişə başlamışdır. X11 tərəfindən vəkil dəvət olunaraq vəkilin iştirakı ilə sonradan tanıdığı bəraət almış şəxsa hüquq və vəzifələri izah olunaraq videoçəkilişdən istifadə ediləcəyi elan edilmiş, bundan sonra bəraət almış şəxsun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı TB-nin təhqiqatçısı polis kapitanı X11 tərəfindən bəraət almış şəxsa üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşyaları və predmetləri təqdim etməsi təklifi olunmuşdur. bəraət almış şəxs əynindəki qara rəngli şalvarın sağ ön cibindən 1 ədəd selofan büküm çıxarıb təqdim etmiş, polis əməkdaşları tərəfindən həmin büküm açılarkən bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin aşkar edilmiş, həmin kütlə polis əməkdaşları tərəfindən sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 1,2 qram olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı bəraət almış şəxs üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamini sellofan bükümlə birlikdə 23 iyul 2021-ci il tarixdə Zaqatala rayon Əliabad qəsəbəsində yolun kənarından tapdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılaraq Zaqatala RPŞ-nin 62 nömrəli möhürü ilə möhürlənərək məhkəmə bioloji ekspertizasına göndərilməsi məqsədi ilə götürül müş, bundan sonra şəxsi axtarış zamanı aparılmış video çəkilişə aid görüntülər 01 ədəd diskə köçürülürək qablaşdırılıb protokola əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X12 ifadəsində göstərmişdir ki, 23 iyul 2021-ci il tarixdə onun tərəfindən vəkil dəvət olunaraq vəkilin və tərcüməçinin iştirakı ilə bəraət almış şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində olan hüquq və vəzifələri izah olunaraq video çəkilişdən istifadə ediləcəyi elan olunmuşdur. Bundan sonra bəraət almış şəxsun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun tərəfindən bəraət almış şəxsun üzərində qanunsuz saxladığı narkotik vasitə, həmçinin cin ayət xarakterli digər əşyalar və predmetləri təqdim etməsi təklif olunmuş, bəraət almış şəxs əynindəki qara rəngli şalvarın sağ ön cibindən 1 ədəd selofan büküm çıxarıb təqdim etmiş, həmin büküm açılarkən bükümün içərisində ağ rəngli kristal şəkilli narkotik vasitə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilərkən ümumi çəkisi 1,2 qram olduğu müəyyən edilmişdir. Bununla bağlı həmin tarixdə şəxsi axtarış haqqında protokol da tərtib olunmuşdur. Şəxsi axtarış aparılarkən qanunverciliyin tələblərinə riayət olunmuşdur. Proses iştirakçılarının suallarına cavab olaraq təhqiqatçı bildirmişdir ki, videoçəkilişdə işarə edən şəxs polis şöbəsinin qarşısında olan bağbana işarə edir, daha sonra bildirdi ki, ola bilsin ki, pəncərədən çöldə k imsə otaqda olan şəxslərə işarə edir. Psixotrop maddə aşkar olunduqdan dərhal sonra onun əynində olan şalvarın digər ciblərini hansı səbəbdən dərhal yoxlamaması barədə suala cavab verə bilməmişdir. Cinayət işinin materiallarında olan 23 iyul 2021-ci il tarixli “Şəxsi axtarış haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı X6 təklif olundu ki, üzərində qanunsuz saxladığı maddə, narkotik vasitə, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa, onları təqdim etsin. X10 əynindəki qara rəngli şalvarın sağ ön cibindən çıxarıb 1 ədəd sellofan büküm təqdim etmişdir. Həmin büküm açıldıqda onun içərisində ağ rəngli kristal şəkilli narkotik vasitə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə sellofan bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,2 qram olduğumüəyyən olunmuşdur. bəraət almış şəxsun üzərində aşkar edilən həmin kütlə ağ rəngli zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Eləcə də, şəxsi axtarış zamanı video çəkilişə aid görüntülər DVD diskə köçürülərək qablaşdırılıb protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17/534 saylı 24 iyul 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “X5 üzərində aşkar olunmuş... sellofan büküm.......” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,120 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispa nserin 10 avqust 2021-ci il tarixli, 940 nömrəli rəyindən görünür ki, X10 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən əməliyyat axtarış tədbirinin, şəxsi axtarış və götürmənin kobud qanun pozuntuları ilə həyata keçirildiyi, axtarış və götürmə zamanı iştirakçıların davranışı, sual və cavabların məzmunu, videoyazıda, habelə tərtib olunmuş sənədlərdə kifayət qədər çox ziddiyyət və qeyrimüəyyənliyin təhqiqatçı tərəfindən araşdırılmadığı, nəticədə kobud prosessual pozuntulara yol verildiyini müəyyən edildiyindən, 11 yanvar 2022-ci il tarixdə xüsusi qərar qəbul edilərək, təhqiqatçı X9 fəaliyyətində olan çatışmazlıqlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin nəzərinə çatdırılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə ünvanlanmış 18 mart 2022-ci il tarixli məktubdan görünür ki, xüsusi qərara baxılması nəticəsində təhqiqatçı V.Əliyevin cinayət-prosessual qanunvericiliyin tələblərini pozaraq bəraət almış şəxsun üzərindən psixotrop maddə aşkar edilməsi faktı üzrə araşdırma zamanı şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması ilə əlaqədar video çəkilişin qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etməməklə müvafiq prosessual qaydaya riayət et məməsi müəyyən olunmuşdur. Xüsusi qərar qeyd olunan əməkdaşın iştirakı ilə müzakirə olunmuş və sonuncuya nöqsanlara yol verdiyinə görə ciddi xəbərdar edilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını verilmiş protestlə əlaqəli şəkildə təhlil edərək, aşağı instansiya məhkəmələrinin mövqeyləri ilə razılaşaraq qeyd edir ki, saxlanılan şəxs bəraət almış şəxsun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti saxlanıldığı vaxtda və yerdə deyil, saxlanıldıqdan bir neçə saatdan çox vaxt keçdikdən sonra polis şöbəsində xidməti otaqda keçirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, X5 üzərindən psixotrop maddə olan“metamfetamin”in aşkar edilib götürülməsi ilə bağlı istintaq hərəkətləri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, videoçəkiliş zamanı kobud pozuntulara y ol verilmiş, polis əməkdaşlarının qanunsuz təsiri nəticəsində ittiham tərəfinin sübut kimi istinad etdiyi şəxsi axtarış haqqında protokol tərtib edilərək videoçəkiliş aparılmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar məhkəməyə təqdim edilsə də, qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edildiyindən qərarın qanuniliyi yoxlanılmadan geri qaytarılmış, onun üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı vaxtda deyil, bir neçə saat sonra polis şöbəsində keçirilmiş, axtarış və ya götürmədə iştirak etmiş şəxslərin doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, yaşadığı və qeydiyyatda olduqları yer göstərilməmiş, həmçinin təqsirləndirilən şəxsin üzərindən başqa hər hansı əşyanın aşkar olunub-olunmaması protokolda göstərilməmiş, şəxsi axtarış və götürmə istintaq hə rəkəti haqqında protokolun surətinin barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzil istismar təşkilatının nümayəndəsinə verilməsi təmin olunmamış və bununla Azərbaycan Respublikası CPM-nin 247.1.3, 247.1.9 və 247.4-cü maddələrinin tələbləri kobudcasına pozulmuşdur. Həmçinin şahid ifadələri ilə ittiham tərəfinin digər sübut kimi istinad etdiyi sənədlər və videoçəkilişdə aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu müəyyən edilmişdir. Zaqatala Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili polis mayoru Şahid1 xx.xx.2021-ci il tarixli qərarı ilə, xx.xx.2021-ci il tarixdə, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan X5 qanunsuz əməlini ifşa etmək məqsədi ilə təxirəsalınmadan əməliyyat axtarış tədbiri keçirilməklə üzərinə baxış keçirilməsi və qəbul olunmuş qərаrın müvafiq tədbir aparıldıqdan sonra 48 sааt müddətində məhkəmə nəzаrətini həyаtа keçirən məhkəməyə və ibtidаi аrаşdırmаyа prоsessаl rəhbərliyi həyаtа keçirən prokurora təqdim edilməsi qərаrа аlınmışdır. Zaqatala RPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Daşqın Quliyev tərəfindən 23 iyul 2021-ci il tаrixli, 201-17344-1221 sаylı məktublа 23 iyul 2021-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan X5 ətrafında təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirinə dair qəbul edilmiş qərаrın surəti 26 iyul 2021-ci il tarixdə Zaqatala Rаyоn Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin 27 iyul 2021-ci il tarixli qərarı ilə Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkklili, polis mayoru Şahid1 23 iyul 2021-ci il tarixli Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan X5 qanunsuz əməlini ifşa etmək məqsədi ilə təxirəsalınmadan əməliyyat axtarış tədbiri keçirilməklə üzərinə baxış keçirilməsinə dair qərarı yoxlanılmadan geri qaytarılmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, əməliyyat axtarış tədbirlərinin siyahısını müəyyən edən «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 4-cü hissəsində şəxsin üzərinə baxış keçirilməsi əməliyyataxtarış tədbiri nəzərdə tutulmamışdır. Eyni zamanda Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirlərini əks etdirən Azərbaycan Respublikası CPM-nin 445.1-ci maddəsində şəxsin üzə rinə baxış keçirilməsi əməliyyat-axtarış tədbirinin məhkəmə qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə xx.xx.2021-ci il tarixdə daxil olmuş Zaqatala RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkklili, polis mayoru Şahid1 23 iyul 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərini həyata keçirilməsinə dair” qərarının qanuniliyi və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qərar qəbul edilməsini mümkünsüz hesab etmişdir. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 10cu maddəsinin 4-cü hissəsinin tələbinə görə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər, cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar həmin Qanuna müvafiq əldə edildikdə və A zərbaycan Respublikasının CPM-nin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Qanunvericiliyin tələbindən görünür ki, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş hallarda Cinayət-Prosessual Məcəlləsinin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan keçirilməli, daha sonra əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir Bununla bağlı məhkəm ə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin kobud pozuntusu kimi qiymətləndirilmişdir. İş materiallarından görünür ki, Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən 23 iyul 2021-ci il tarixli “Şəxsi axtarış haqqında” protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarına maddi sübut kimi əlavə edilmiş DVD diskdəki videoyazıdan da görünür ki, təhqiqatçı tərəfindən X5 üzərinə şəxsi axtarış aparılması elan olunur (saat 18:23). Bu zaman DVD diskin 19-cu saniyəsində polis əməkdaşı Şahid1 tərəfindən bəraət almış şəxsa qoruyucu tibbi vasitəni üzünə qaldırması bildirilir. Burada isə açıq-aşkar bəraət almış şəxsun hərəkətlərindən sərxoş olması görünür. Sonra axt arışda iştirak edən şəxslər özlərini təqdim edən zaman da təqsirləndirilən şəxs (diskin 01:19-cu dəqiqəsi) “bəraət almış şəxsəm də” deyərək cavab verir. Bundan sonra X5 üzərinə keçirilən baxış zamanı əvvəlcə təqsirləndirilən şəxsə üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa könüllü surətdə təqdim olunması təklif olunur. Təqsirləndirilən şəxs üzərində hər hansı əşya olmamasını bildirir, təkrar soruşulur, yenə də təqsirləndirilən şəxs üstündə olmadığını bildirir. (diskin 06:48-07:10cu dəqiqəsi) Bundan sonra bəraət almış şəxs başını iki dəfə sağa əyərək polis əməkdaşlarına çölə çıxmalarını bildirir. (diskin 07:11-ci dəqiqəsi) O, cibində ancaq siqaret və alışqan olduğunu bildirir. Bundan sonra polis əməkdaşı onun qolundan tutaraq cibindəkiləri gəlib çıxarmasını bildirir. Bundan sonra bəraət almış şəxs stola yaxınlaşan kimi əlini sağ cibinə ataraq bükülünü stolun üstünə qoyur (diskin 07:39-cu dəqiqəsi). Onun cibindən çıxan bükülünü açan zaman bəraət almış şəxs bu hadisələri gülməklə qarşılayır. X3 bükülünün nə olduğunu soruşur (diskin 09:17-ci dəqiqəsi). O, isə fikirləşir, cavabında “nəbilim səndə” deyərək cavab verir (diskin 09:32ci dəqiqəsi). Sonra təhqiqatçı qışqıraraq yenidən soruşur. bəraət almış şəxs isə şüşə, şüşə deyərək cavab verir (diskin 09:41-ci dəqiqəsi). Təhqiqatçı nə üçün istifadə etdiyini soruşur, təqsiləndirilən isə cavabında “mən istifadə edən deyiləm, prosta” deyərək cavab verir (diskin 09:53-cü dəqiqəsi). Təhqiqatçının haradan əldə etmisən sualına tapılıb deyə, yenidən suala yenə də tapılıb da cavab verərək otaqdan çıxmaq üçün qapıya t ərəf gedir (diskin 10:05-ci dəqiqəsi). Bu zaman polis əməkdaşı onu qapı tərəfdən gətirən zaman onunla pıçıltı ilə nəsə danışır, sonra bəraət almış şəxs qayıdır (diskin 10:11-ci dəqiqəsi). Sonra aşkar olunan bükülü elektron tərəzidə çəkilir. X8 müraciət edərək bunu haradan əldə etdiyini soruşur. O isə cavabında bilmirəm heç nədi, tapmışam deyir. Sonra ondan nə məqsədlə üzərində daşıdığını soruşur. O, isə fikirləşir cavab vermir. Lakin videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda qabaq stolunda söykənərək dayanan şəxs bəraət almış şəxsə əli ilə işarə edir (diskin 12:01-ci dəqiqəsi). bəraət almış şəxs isə gözlərini həmin şəxsə tərəf çevirir və ona başı ilə səssiz reaksiya verir, cavab vermir. Sonra zərf təhiqatçı tərəfindən yazılır, üstü bəraət almış şəxs, Müdafiəçi1, tərcüməçi 12 və təhqiqatçı X11 tərəfindən imzalanır. Sonra psixotrop maddə qablaşdırılır və zərfə qoyularaq möhürlənir. Bundan sonra təhqiqatçı tərəfindən bəraət almış şəxsdən, başqa üstündə nə olması soruşulur. O isə cavabında heç bir şey olmadığını bildirir. Onun üstü təhqiqatçı tərəfindən axtarılır. Bundan sonra yenə də, bəraət almış şəxsdən üzərində aşkar olunmuş maddə ilə bağlı nə deyə bilməsi soruşulur (diskin 17:23-cü dəqiqəsi). O isə bir daha olmaz deyərək qırağa çəkilir. Təhqiqatçı ondan yenidən soruşur. O, tərcüməçiyə baxaraq azərbaycan dilində çətinlik çəkdiyini bildirir. Gürcü dilində tərcüməçi onun dediklərini tərcümə edərək deyir “bilmirəm nədi, yolda izdə tapdım, götürdüm deyir” (diskin 18:05ci dəqiqəsi). bəraət almış şəxsə yenidən təhqiqatçı nə məqsədlə üzərində daşıması barədə sual verir. Videoçəkilişin qapıdan əks edən görüntüsündən görünür ki, həmin otaqda pəncərənin qabağında dayanan şəxs əlini ağzına tərəf apararaq bəraət almış şəxsə əli ilə bir neçə dəfə işarə edir. bəraət almış şəxs də həmin şəxsə tərəf baxır (diskin 18:23-cü dəqiqəsi). Ondan sonra bəraət almış şəxs təsadüf olduğunu üzərinə götürdüyünü deyir. bəraət almış şəxs sonra hər hansı narazılığının olmadığını bildirir. Sonra çəkiliş protokol tərtib olunması üçün dayandırılmışdır (saat 18:43 dəqiqədə). Təhqiqatçı videoçəkilişə baxıldığını və bununla bağlı bəraət almış şəxsün fikrini soruşur (saat 18:53). Yenidəntəhqiqatçı bəraət almış şəxsdən üzərindən çıxanın nə olduğunu soruşur. Polis əməkdaşı Şahid1 bəraət almış şəxsə “tərcüməçiyə de tərcümə eləsin” deyərək bəraət almış şəxsə bildirir (d iskin ikinci çəkilişi 00:48-ci dəqiqə). bəraət almış şəxs tərcüməçidən onun adı nə idi deyə soruşur, tərcüməçi də təhqiqatçıdan soruşur (diskin ikinci çəkilişi 00:55-ci dəqiqə). Sonra təhqiqatçı tərcüməçi vasitəsilə bəraət almış şəxsə həmin əşyannın narkotik vasitə-şüşə olduğunu təsdiqlədirlər (diskin ikinci çəkilişi 01:06-cı dəqiqə). Bundan sonra təhqiqatçı şəxsi axtarışın qurtarmasını və videoçəkilişin başa çatdığını elan edir (saat 18:55). Məhkəmə kollegiyası iş materiallarında olan DVD diskə baxışla əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış zamanı ona polis əməkdaşları tərəfindən təsirlər olmuş, üzərindən aşkar edilmiş psixotrop maddənin ona aid olması barədə dəfələrlə yönəldici işarələr edilmiş, bununla da, birinci instansiya məhkəməsi haqlı olaraq, cinayət işi üzrə ibtidai istintaq tərəfindən sübut növü kimi qəbul edilən xx.xx.2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokolu, şahid ifadələrini sübut kimi qəbul etməmiş, onları sübutların siyahısından çıxarmış və Azərbaycan Respublikasının CPM-nin 125.2-ci maddəsinin tələblərinə görə əhəmiyyətsiz hesab etmişdir. Həmçinin, göstərilənləri, o cümlədən təqsirləndirilən şəxsin dəlillərini, əməliyyat axtarış tədbirinin, şəxsi axtarış və götürmənin kobud qanun pozuntuları ilə həyata keçirildiyini, axtarış və götürmə zamanı iştirakçıların davranışını, sual və cavabların məzmununu, videoyazıda, habelə tərtib olunmuş sənədlərdə kifayət qədər çox ziddiyyət və qeyri-müəyyənlik olduğunu məcmu şəkildə qiymətləndirərək əməliyyat axtarış tədbirinin, habelə şəxsi axtarış və götürmənin nəticələri əsaslı şübhələr yaratdığına görə mötəbər deyil və iş üzrə sübut kimi qəbul edilə bilməzlər. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələbl ərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqd a əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və ş əxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdan ını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayə t və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X6 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X5 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyy ətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsun qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq v ə azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbd ən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq X5 qanunsuz olaraq psixotrop maddəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edi r ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X10 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya pr
Məhkəmə qərarları › İş №1(102)-614/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-614/2024
06.03.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver