Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-614/2025 14.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və bəraət almış şəxs X6 iştirakları ilə xx.xx.1983-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, “1 May” küçəsi, 41 saylı evdə yaşayan X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2024-cü il tarixli 1(099)-153/2024 nömrəli hökmü ilə (hakimlər: N.N.Hüseynov (sədrlik edən), N.H.Məmmədov və E.Q.Məmmədova) X7 Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinay ət Məcəlləsinin 234.4.3cü maddəsi ilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli 1(106)-659/2024 nömrəli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), P.V.Hacıyev və C.F.imanov) apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə aşağıdakı məzmunda ittiham elan edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,011 qram kustar üsulla hazırlanmış narkoti k vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 26 may 2023-cü il tarixdə saat 13:30 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində o, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Şirvan ŞPŞ-nin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 14:40-da üzərində axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 3,011 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli q ərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, məhkəmənin gəldiyi yalnış nəticədən fərqli olaraq işin faktiki hallarına görə X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3,011 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməsi, daşıması və saxlaması tam sübuta yetirilmişdir. İş materiallarından, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan aydın şəkildə görünür ki, Teymur Səfərov şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 3,011 qr çəkidə narkotik vasitə heroinin ona aid olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin və şahid qismində dindirilmiş pol is əməkdaşları Şahid1 və X2 ifadələrindən, habelə bununla bağlı videoçəkilişdən birmənalı görünür ki, Teymur Səfərov üzərində olan heroini özü şalvarının sağ yan cibindən bir ədəd bükümdə çıxararaq təqdim etmişdir, lakin, məhkəmə bu hala yalnız təqsirləndirilən şəxs Dövlət ittihamçısı3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə əsaslanaraq qiymət vermiş və ona aid olmadığı qənaətinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, Dövlət ittihamçısı3 özü belə ifadələrində narkotik vasitələrdən istifadə etdiyini aşkar bildirmişdir. Beləliklə, təqsirləndirilən şəxsin özü narkotik istifadəçisi olduğunu bildirdiyi halda məhkəmə israrla onun narkotik vasitələrdən uzaq olması barədə qənaətə gəlmişdir. Bundan başqa, məhkəmə Teymur Səfərovun üzərindən heroin narkotik vasitəsinin aşkar edilməsi ilə bağlı v erdiyi etirafedici ifadələrinin polis əməkdaşı tərəfindən zorakılığa məruz qalması ilə əlaqələndirmişdir ki, bu da cinayət işinin ibtidai istintaqı zamanı toplanmış materiallarda qətiyyən təsdiqini tapmır. Məhkəmə israrla Bakı İstintaq Təcridxanasında Dövlət ittihamçısı3 adına açılmış tibbi kitabçasında qeyd olunan xəsarətlərin onun məhz polislər tərəfindən saxlanılaraq Şirvan ŞPŞ-də olduğu müddətdə aldığı qənaətinə gəlmişdir, lakin məhkəmə nəzərə almaq istəməmişdir ki, Dövlət ittihamçısı3 Şirvan ŞPŞnin MSY-də verdiyi izahatında yaşadığı evin darvazasını bağlı görüb hasardan həyətlərinə tullanarkən yıxılan zaman həmin xəsarətləri aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Şirvan şəhər prokurorluğunun böyük müstəntiqi X4 “cinayət işinin başlanmasının rədd edilməsi ha qqında” 19 iyul 2023-cü il tarixli qərarının surətindən görünür ki, X6 3 saylı İstintaq Təcridxanasına daxil olarkən hər iki bazunun arxa səthində bənövşəyi rəngli qançırın aşkar olunması ilə bağlı Şirvan şəhər prokurorluğunda aparılan araşdırma zamanı Teymur Səfərovun döyülməsi xüsusatı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs Dövlət ittihamçısı3 və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya pr otesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya ins tansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “Külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanu nsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satması əməli nəzərdə tutulmuşdur və həmin əməl: “səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifay ət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbul unu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında g östərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəs i)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Beləliklə, kassasiya məhkəmə kollegiyası hazırkı iş üzrə aşağı instansiya məhkəmələrinin hökm və qərarını, işdə olan digər sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, Teymur Səfərovun bədəni üzərində xəsarətlərin olmasını və onun 4 saatdan artıq vaxt müddətində müdafiəçisi olmadan polis şöbəsində polisin nəzarətində qalmasını nəzərə alaraq təqsirləndirilən şəxs Dövlət ittihamçısı3 məhkəməyədək dövrdə özünə qarşı ve rdiyi ifadələrin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirafedici ifadələr sübut növü kimi qəbul edilib Dövlət ittihamçısı3 qarşı irəli sürülən ittihamı təsdiq edə biləcək sübut kimi qəbul edilə bilməz. Əlavə olaraq məhkəmələr müəyyən etmişdir ki, tutulmazdan əvvəl Dövlət ittihamçısı3 üzərində heç bir xəsarət olmasa da, o, polisin MSY-nə və İstintaq Təcridxanasına daxil olarkən onun bədən səthində çoxsaylı xəsarətlər aşkar edilmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, Dövlət ittihamçısı3 bədən səthində olan xəsarətlərlə bağlı müvafiq prokurorluq tərəfindən aparılan araşdırma da səmərəsiz olmuşdur. Belə ki, prokurorluq yuxarıda qeyd olunan, yəni Dövlət ittihamçısı3 Şirvan ŞPŞ-nə qəbulu zamanı aşkar edilmiş xəsarətlər barədə aktı, ümumiyyətlə, əld ə edib tədqiq etməmiş, müvafiq təcridxanadan xəsarətlərlə bağlı daxil olmuş məlumata isə lazımi əhəmiyyət verməmişdir. Şirvan şəhər Prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Dövlət ittihamçısı3 tutulduqdan sonra onun üzərində xəsarətlər yaranması faktı inkar edilməsə də, həmin xəsarətlərin Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən yetirilməsi sübuta yetməmişdir. Beləliklə, Dövlət ittihamçısı3 tutulmazdan əvvəl heç bir xəsarətinin olmaması, tutulduqdan sonra isə onda xəsarətlər aşkar edilməsi faktı araşdırma aparan prokurorluq tərəfindən inkar edilməmişdir. Bu hissədə prokurorluğun fəaliyyəti, yalnız polis əməkdaşlarının bu xəsarətləri yetirib- yetirməməsi ilə bağlı olmuşdur ki, prokurorluq həmin polis əməkdaşlarını d indirib cinayət işinin başlanmasını rədd etməklə kifayətlənmişdir. Aşağı instansiya məhkəməsinin gəldiyi nəticələr digər sübutlarla da təsdiq olunur. Belə ki, Dövlət ittihamçısı3 şübhəli şəxs qismində tutulması haqqında protokoldan görünür ki, Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən Şirvan şəhərində 26 may 2023-cü il tarixdə saat 14:25-də tutulmuşdur. Şəxsi axtarış protokolundan görünür ki, Dövlət ittihamçısı3 üzərində saat 14:40-dan saat 15:00-dək, yəni 20 dəqiqə müddətində axtarış aparılmışdır. Məhkəmənin keçirdiyi video-texniki ekspertizaların rəylərindən isə görünür ki, şəxsi axtarış saat 16:53-dən saat 16:59-dək, yəni 6 dəqiqə müddətində keçirilmişdir. Beləliklə, ibtidai istintaqın sübut əhəmiyyətinə malik 2 sənədi, yəni şəxsi axtarış protokolu ilə onun ayrılmaz tərkib hissəsi olan vide oçəkiliş məlumatları arasında əhəmiyyətli ziddiyyətlər olduğu müəyyən edilir. Protokolda şəxsi axtarışın 20 dəqiqə, videoçəkilişdə isə şəxsi axtarışın 6 dəqiqə müddətində aparıldığı müəyyən olunur. Bu isə protokolun əhəmiyyətli olan həmin hissələri ilə bağlı məlumatları şübhə altına alır. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi, Dövlət ittihamçısı3 faktiki tutulduğu vaxtdan (14:25) üstünə baxış keçirildiyi vaxtadək (16:53) 2 saat 30 dəqiqə vaxt keçmişdir. Bu müddət ərzində təqsirləndirilən şəxsin üstünə hansı səbəbdən ağlabatan müddətdə baxış keçirilməməsi müəyyən deyil. Hər bir halda istintaq orqanının yol verdiyi belə qeyrimüəyyənlik nəticə etibarı ilə Dövlət ittihamçısı3 məhkəmədəki ifadəsinin doğru olması qənaətini yaradır. Şübhəli şəxs qismində tutma protokolundan görünür ki, təq sirləndirilən şəxs 14:25 radələrində tutulmuş, 14:40 radələrində isə onun üstünə baxış keçirilməsinə başlanılmışdır. Bu hal onu təsdiq edir ki, həqiqətən, şübhəli şəxs tutulduğu andan 15 dəqiqə müddətində polisə çatdırılmışdır. Belə olan halda, onun 2 saat 30 dəqiqə müddətində hansı məqsədlə saxlanılması və dərhal üstünə baxış keçirilməməsi nəinki məhkəmənin şübhələrini artırır, hətta şəxsi axtarışın nəticələrini əks etdirən axtarış protokolunun və videoçəkilişin mötəbərliyinə əsaslı şübhələr yaradır. Bu isə onu göstərir ki, CPM-in 126.6-cı maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin etirafedici ifadələri digər sübutlarla təsdiq olunmur. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı olaraq, Dövlət ittihamçısı3 təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X5rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezum psiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslər in Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosess ual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Dövlət ittihamçısı3 əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarı əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasə n Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs X10 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-614/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-614/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver