Məhkəmə qərarları › İş №1(102)-615/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-615/2020

24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-615/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkum və onun müdafiəçisi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Orucov Vüsal Əkbər oğlunun iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Şəmkir rayonu Tatarlı kəndində anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmayan, orta təhsilli, evli, ünvan qeydiyyat da olan və həmin ünvanda yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: F.Mahmudov (sədrlik edən), E.Rüstəmov və X.Səmədov) Məhkum CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ilk 2 (iki) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməkl ə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) məhkumun müdafiəçisinin apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum təyin edilmiş cəza ağırlaşdırılaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ilk 3 (üç) ilini həbsxanada, qalan hiss əsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum, bacısı qızı X3 xx xxxx 2018-ci il tarixdə Daşkəsən rayonunun, Almalı kənd sakini X10 tərəfindən qaçırılıb sonuncunun Xa ilə cinsi əlaqədə olaraq qızlıq bəkarətinin pozmasına baxmayaraq onunla evlənməməsini özünün və nəslinin adının, namusunun ləkələnməsi kimi qiymətləndirib, X2dən qisas alıb onu qəsdən öldürmək qərarına gəlmişdir. Öz cinayətkar niyyətini həyata keçirtmək məqsədilə əvvəlcədən hazırlamış olduğu plana uyğun olaraq hadisədən 3 gün əvvəl özünə məxsus "Hyundai SantaFe" markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Daşkəsən rayonuna gedib, ilk öncə özünü x3nın dayısı kimi deyil, üzüm alverçisi kimi təqdim edərək X2lə tanış olmu ş, onunla guya ucuz qiymətə üzüm alıb baha qiymətə satacaqları barədə söhbət aparıb bu yolla onu aldadaraq Gəncə şəhərinə dəvət etmişdir. Daha sonra, xx xxxxxxxx 2018-ci il tarixdə saat 11:00 radələrində X2i Gəncə şəhərində qarşılayaraq idarə etdiyi avtomaşına mindirib özünə məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə apararaq ona x3nın dayısı olduğunu bildirdikdən sonra orada Asif İsayevi qəsdən öldürmək məqsədilə əvvəl evin həyətindən götürdüyü taxta parçası ilə Asif İsayevin bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr vuraraq ona həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən baş beynin yumşaq qişasına, beyin mədəciklərinə, beyinciyə qansızma ilə müşayiət edilən alın, sağ təpə-gicgah, sol gicgah və ənsə nahiyələrinin hematomaları xə sarətləri, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən üst dodağın selikli qişasına qansızma, sağ bazu, sağ said, sağ qalça, sağ kürəküstü, sol bud, sağ baldır, sol qulaq nahiyələrinin, döş qəfəsinin arxa səthlərinin, sağ kürək nahiyəsinin qançırları, sol gicgah, sağ almacıq, hər iki said, sol sarğı nahiyələrinin sıyrıqları xəsarətlərini yetirdikdən sonra zərbələrin təsirindən üzü üstə uzanmış vəziyyətdə olan X2in saçından sol əli ilə tutub özünə doğru qaldıraraq evin həyətindən götürmüş olduğu ümumi uzunluğu 291 mm, tiyəsinin uzunluğu 62 mm, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı turist bıçağı ilə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərib xüsusi amansızlıq nümayiş etdirərək davamlı olaraq Asif İsayevin boyun nahiyəsini kəsməklə on a həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən boyun nahiyəsinin yuxarı 1/3 hissəsində yuxu arteriyalarının, qırtlağın, yemək borusunun, onurğa beyninin tam kəsilməsi ilə müşayiət edilən xəsarətləri, habelə müqavimət göstərməsi səbəbindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və yüngül zərər vurmaya aid edilən sağ əlin İİİ-İV və sol əlin İİİ barmaqlarının ovuc səthlərinin kəsilməsi kimi olan xəsarətləri yetirməklə Asif İsayevi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və Məhkum təqsirli bilindiyi maddə ilə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyərək, Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirləndirilən şəxsin özünün şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyev, Məhkum və müdafiəçi V.Orucovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhk əməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayət-prosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Odur ki, məhkəmə k ollegiyası cinayət işi üzrə məhkumun təqsirliliyi və əməlinin tövsifi ilə bağlı işin hallarının təhlilini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədə n Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxs in islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə a id olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, himayəsində 4 azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış və ona törətdiyi əməlləri nəzərdə tutan CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş hədlərdə cəza təyin etməklə düzgün nəticəyə gəlinmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş kassasiya şikayətində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum daha ağ ır cəza təyin edilməsindən ötrü apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 20 19-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar