Məhkəmə qərarları › İş №1(102)-615/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-615/2021

26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-615/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxs X4, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi X 5 iştirakları ilə, Beyləqan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Səmədov Müşfiq Ədalət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Beyləqan Rayon Məhkəməsinin (sədrlik edən hakim: R.V.Nurullayev) xx xxxxxx 2019-cu İl tarixli hökmü ilə, Məhkum-xx xxxxxx 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, üç uşaq atası, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qazax rayonunun Çaylı kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan R espublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin həmin müəssisədə qeydə alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində sürücülük vəsiqəsi ilə və aylıq idarə etdiyi DAF TE85XF markalı **-JP-*** dövlət qeydiyyat nişanlı, arxasına “Feldbinder” markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş yük avtomobili ilə Beyləqan rayonu 2-ci Aşıqlı kəndi ərazisindən keçən maqistral yolda hərkətdə olarkən sərt döngəli yolda “X13” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən yol hərkətinin iştirakçıları yol hərkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərkətsizliyi ilə digər hərkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, qarşıda sərt döngə olduğu halda diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin öz hərəkət zolağı ilə dayanıqlı hərəkətini təmin etməli, 1-1 üfüqi nişanlama xəttini əsib keçərək qarşı sol hərəkət zolağına çıxarmayaraq nhadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərəkən əks istiqamətli hərəkət zolaqlarını ayıran 1-1 üfüqi nişanlama xəttini kəsib keçərək qarşı yol hərkət zolağına çıxmış və bu zaman idarə etdiyi yük avtomobilinin qabaq sol tini ilə qarşıdan öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü X1 vəsiqəsi ilə və aylıq idarə etdiyi MersrdesBenz markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən vuraraq toqquşmuş, nəticədə Mersedes-brnz markalı avtomobildə olan sərnişin X7 alın, təpə, ənsə və sol gicgah nahiyyələriniəhatə edən əzilmiş-cırılmış yara, alın, təpə, ənsə və gicgah sümüklərinin çoxqəlpəli sınıqları, kəllə əsası sümüyünün xətvari sınığı, baş-beyin toxumasının əzilib-dağılması, baş beyin toxumasına qansızama xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olduğundan sağ lamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq ölməsinə, xxyə məxsus Mersedes-benz markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə AA 134 nömrəli ziyan aktına əsasən 9000-11000 manat arası maddi zərər dəyməsinə səbəb olmuş, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyyatsızlqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və K.S.Bəşirovdan ibarət tərkibdə) təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməmiş, zərərçə kmiş şəxsin hüquqi varisinin apelyasiya şikayəti qismən təmin edilərək Beyləqan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş əsas cəzanın müddəti artırılaraq, o, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkməsinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Səmədov Müşfiq Ədalət oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, Məhkum maddənin sanksiyasının aşağı həddində cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Səmədov Müşfiq Ədalət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini, vurulmuş maddi və mənəvi zərərin aradan qaldırılmamasını nəzərə alaraq onun cəzasını ağırlaşdırmışdır. Məhkum ilk dəfə cinayət əməli törətmiş, əməlindən səmimi peşiman olduğunu bildirmiş, əməlini etiraf etmiş, istintaqın aparılmasına yardımçı olmuş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə dəfələrlə cəhd etmiş, zərərçəkmiş şəxsə maddi və mənəvi dəstək göstərməyə çalışmış, cinayət hadisəsindən sonra zərərçəkmiş şəxsə ilkin yardım göstərərək onu xəstəxanaya yola salmış, yaşayış yeri üzrə müs bət xarakterizə olunur, ailəlidir, 3 uşağı vardır, ailənin yeganə qazanc gətirənidir, həyat yoldaşı heç bir yerdə işləmir, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarını ləğv edərək cəzasının minimum həddə endirilməsini, cəzaçəkmə müəssisəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsi növündə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələ rə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzr ə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum müdafiəçisi-vəkil Səmədov Müşfiq Ədalət oğlu kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsini, vurulmuş maddi və mənəvi zərərin aradan qaldırılmamasını nəzərə alaraq onun cəzasını ağırlaşdırmışdır. Məhkum ilk dəfə cinayət əməli törətmiş, əməlindən səmimi peşiman olduğunu bildirmiş, əməlini etiraf etmiş, istintaqın aparılmasına yardımçı olmuş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə dəfələrlə cəhd etmiş, zərərçəkmiş şəxsə maddi və mənəvi dəstək göstərməyə çalışmış, cinayət hadisəsindən sonra zərər çəkmiş şəxsə ilkin yardım göstərərək onu xəstəxanaya yola salmış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailəlidir, 3 uşağı vardır, ailənin yeganə qazanc gətirənidir, həyat yoldaşı heç bir yerdə işləmir, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Sübutların toplanması, məhkəmə iclasında tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində təsbit olunmuş tələblərin pozulması halları müəyyən edilməmiş, Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsində sadalanan hallara uyğun mümkünsüz sübutlara istinad edilməmişdir. Toplanmış və məhkəmənin istinad etdiyi sübutların məcmusu sübutetmə pr edmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermişdir. Cinayət işi üzrə Beyləqan Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu İl tarixli hökmündən və Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, işə baxan məhkəmələr Məhkum əvvəllər məhkum olunmamasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşadığı yerdən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə almışlar. Cinayət işinin materiallarından təqsirləndirilən şəxsin nə zərərçəkmiş şəxslərlə, nə də zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi müəyyən edilməmişdir. Eləcə də zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrindən və ya hər hansı b aşqa sübutla hadisə yerində Məhkum zərərçəkmiş şəxsə ilkin yardım göstərərək onu xəstəxanaya yola salması müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin bu barədə dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Kassasiya şikayətində göstərilən cəzanı yüngülləşdirən hallar cinayət işi baxmış məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alındığından və cəzanın yüngülləşdirilməsinə əsas verən başqa hallar cinayət işinin materiallarından müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Apelyasiya instansiyası məhkəməsi məhkuma təyin edilmiş cəzanı ağırlaşdırarkən yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallarla yanaşı cinayətin ictimai təhlükəliliyini xarakterizə edən halları, iki nəfər zərərçəkmiş şəxslərdən birinin həyatını itirməsi kimi hallar, zər ərçəkmiş şəxsin avtomobilinə vurulmuş zərərin aradan qaldırılmaması da nəzərə alınmışdır. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Səmədov Müşfiq Ədalət oğlunun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar