Məhkəmə qərarları › İş №1(102)-615/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-615/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-615/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Qasımov Telman Abiəli oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Qasımov Telman Abiəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli 1(099)-54/2023 nömrəli (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1970-ci ildə X rayonu x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək, onun CM-in 309.1-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMin 311.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən həmin əlavə və əsas cəzaların qismən toplanılması yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisə sində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 iyun 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmlə, həmçinin Təqsirləndirilən şəxs da CM-in 32.5,311.1 və 312-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilmiş, iş üzrə maddi sübutların taleyi və ekspertiza xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxslərin müdafiəçiləri Abbaslı Təyyar Bəhram oğlu və Kərimov Tural Baris oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 1(106)-600/2023 nömrəli (hakimlər: Abdullayev İlkin Qismət oğlu (səd rliyi ilə), Xasməmmədov Elçin İsgəndər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Qasımov Telman Abiəli oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 9 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Zərərçəkmiş şəxs üzrə 4 avqust 2016-cı il tarixli əmrlə Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsinə təyin edilərək həmin vəzi fədə işləyərkən yerli icra hakimiyyəti başçısının memarlıq və tikinti sahəsində təsbit edilmiş funksiyalarının həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və Zərərçəkmiş şəxs başçısı tərəfindən 7 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş “Zərərçəkmiş şəxs başçısı aparatının vəzifə bölgüsü”nə əsasən, şəhərsalma, memarlıq və tikinti sahələrində öz səlahiyyəti çərçivəsində yerli səviyyədə normativ tənzimlənmənin, dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsinin təmin edilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada yerli səviyyədə şəhərsalma, memarlıq və tikinti sahələrində dövlət nəzarətinin həyata keçirilməsi, yaşayış məskənlər inin baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, yaşayış məskənlərinin hüdudları layihələrinin və digər layihələrin, habelə onlarda müvafiq dəyişiklikləri nəzərdə tutan layihələrin hazırlanmasının təşkil edilməsi, təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsinə rəy verilməsi, müvafiq qaydada təsdiq olunmuş şəhərsalma sənədləri olmadıqda və ya şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi zamanı baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində dəyişiklik edilməsi tələb olunduğu hallarda bu dəyişikliklərə razılıq verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada arxitektura qurumundan rəy alınmasının təşkil edilməsi, tikinti obyektlərinin inşası, genişləndirilməsi v ə yenidən qurulmasının memarlıq həlləri üzrə layihələrinə baxılması və razılaşdırılmasının təmin edilməsi, tikintisi başa çatmış obyektlərin istismara qəbulu üzrə komissiyaların işində iştirak edilməsi, obyektin tikintisinə icazə və tikinti obyektlərinin istismarına icazə sənədlərinin hazırlanaraq təsdiq üçün təqdim edilməsi, yerli səviyyədə dövlət şəhərsalma kadastrının yaradılması və aparılması, şöbəyə daxil olmuş ərizə və şikayətlərə baxılması və qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi, rəylər verilməsi, tikinti layihələrinin təsdiq edilməsi, şəhərsalmanın əsasları haqqında qanunvericiliyin pozulması haqqında işlərə baxılması, rayon İcra Hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirməklə şöbəyə rəhbərliyin həyata keçirilməsi, başçının memarlıq və tikinti sahəsində qa nunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlərinin həyata keçirilməsinin təmin edilməsi, yaşayış və qeyri-yaşayış binalarının tikintisinə və istismarına nəzarət edilməsi, bu sahədə sənədlərin hazırlanması və təsdiqinə rəhbərlik etməklə rəy verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik, xidməti vəzifəsinə görə fiziki və hüquqi şəxslərin müraciəti əsasında inşa edilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihəsinin şəhərsalma və tikinti normalarına uyğunluğunu müəyyən etdikdə layihənin təsdiq edilməsi, həmçinin tikinti işlərini aparmaq üçün icazə, təqdim ed ilmiş layihəyə uyğun qeyri-yaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilməsi barədə baş memarın rəyi və tikintisi başa çatdırılmış obyektin istismara qəbul (icazə) aktının verilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etməli olan vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində, yəni X rayonu X kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində yerləşən, sahəsi 188 m2 olan ticarət və xidmət obyektinə dair layihənin təsdiq olunması, tikinti işlərinin aparılmasına icazə, baş memarın rəyi və istismara icazə (qəbul) aktının verilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin yanvar-fevral aylarında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs inzibati binasının yaxınlığındakı kafedə özünə müraciət etmiş həmin tikinti obyektinin sahibi Şahid1 həmin obyektlə bağlı layihənin təsdiq olunması, baş memarın rəyi və digər zəruri sənədlərin verilməsinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, qeyd edilən ünvanda Şahid1 həmin gün maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində, yəni X rayonu, X kəndində yerləşən, arvadı X10 məxsus 0,008502 ha torpaq sahəsi üzərində inşa edilmiş, sahəsi 94,60 m2 olan ticarət obye ktinə dair layihənin təsdiq olunması, tikinti işlərinin aparılmasına icazə, baş memarın rəyi və istismara icazə aktının verilməsində köməklik göstərilməsi üçün 2022-ci ilin aprel ayında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs inzibati binasının həyətində özünə müraciət etmiş Şahid3 həmin obyektlə bağlı layihənin təsdiq olunması, baş memarın rəyi və digər zəruri sənədlərin verilməsinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib, qeyd edilən ünvanda Şahid3 həmin gün maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini şəxsən özü üçün birbaşa yolla təkrarən rüşvət qismində almışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati- təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi Azərbaycan Respublikası xxxxxxxx Müfəttişliyinin baş məsləhətçisi vəzifəsində işləyən tanışı Təqsirləndirilən şəxs müraciət edən şəxsi özünə yönləndirməklə tərəfindən tikinti ilə əlaqədar verilməsi nəzərdə tutulan sənədlərin mahiyyəti və təqdiminə, habelə arzuolunmaz nəticələrin baş verməyəcəyinə əminlik üçün pul vəsaitinin onun iştirakı ilə veriləcəyi barədə sonuncunun cinayətin törədilməsinə yardım etməyə yönəlmiş məsləhət və məlumatları, yəni köməkçiliyi ilə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni Şahid4 məxsus olmaqla X rayonu X kəndi ərazisində yerləşən 0,449 ha torpaq sahəsi üzərində inşa edilmiş 191,20 m2 sahəsi olan xidmət obyektinə dair layihənin təsdiq olunması, tikinti işlərinin aparılmasına icazə, baş memarın rəyi və istismara icazə aktının verilməsində köməklik göstərilməsi üçün Təqsirləndirilən şəxs müraciət etməklə sonuncunun eyni xarakterli məsləhət və məlumatları əsasında 2022-ci ilin may ayında ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs inzibati binasında özünə müraciət etmiş Şahid4 etibarnamə üzrə nümayəndəsi Şahid5 həmin obyektlə bağlı layihənin təsdiq olunması, baş memarın rəyi və digər zəruri sənədlərin verilməsi ilə əlaqədar tədbirlərin görülməsinə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək Şahid5 razılığını alıb, həmin niyyətlə 21 iyun 2022-ci il tarixdə eyni ünvanda maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini şəxsən özü üçün birbaşa yolla Təqsirləndirilən şəxs köməkçil iyi ilə Şahid5 təkrarən rüşvət qismində almış, bundan sonra verdiyi vədin icrası ilə əlaqədar, Zərərçəkmiş şəxs başçısı tərəfindən 7 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş “Zərərçəkmiş şəxs başçısı aparatının vəzifə bölgüsü”nə əsasən, Memarlıq və tikinti şöbəsinin fəaliyyətinə nəzarəti həyata keçirməklə obyektin tikintisinə icazə və tikinti obyektinin istismarına icazə sənədlərinin təsdiq edilməsi rayon İcra Hakimiyyəti başçısının birinci müavininin səlahiyyətlərinə aid edildiyi halda, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək 21 iyun 2022-ci ildən 25 iyun 2022-ci ilədək keçən müddət ərzində Zərərçəkmiş şəxs inzibati binasındakı xidməti otağında istifadəsində olan kompyuter vasitəsilə öz adından, müəyyən edilmiş rekvizitlərə malik olan və t orpaq sahəsi üzərində tikinti-quraşdırma işlərinin aparılmasına başlamaq hüququ verməklə rəsmi sənəd hesab edilən “Tikinti işlərini aparmaq üçün İcazə” adlanan 129 nömrəli icazə sənədinin nümunəvi blankını doldurub aşağı hissədə “Rayon İcra Hakimiyyəti başçısının birinci müavini: Şahid9” qrafasının yerinə “RİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri: Məhkum” formasında sözlərini qeyd etməklə yanaşı, eyni məzmunlu icazə sənədinin başçının birinci müavininin adından ikinci nüsxəsini hazırlayıb, müvafiq icazələrin inşası artıq başa çatdırılmış sözügedən obyektdə guya tikinti işlərinə başlanmazdan əvvəl verilməsi görüntüsünü yaratmaqla obyektə dair zəruri sənədlərin hazırlanması prosesində digər dövlət orqanları və aidiyyəti təşkilatların razılığının alınması görüntüsü yaratmaqla ta mah niyyəti ilə “Tikinti işlərini aparmaq üçün İcazə” adlanan 129 nömrəli rəsmi icazə sənədlərinin məzmununa qeyd olunan sənədlərin hər iki nüsxəsinin guya 22 sentyabr 2016-cı il tarixdə tərtib edilməsinə dair bilə-bilə yalan məlumat daxil etdikdən sonra printer vasitəsilə çap edib, müvafiq nüsxənin digər təşkilati sənədlərlə birgə təqdim edib cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs başçısının birinci müavini Şahid9 tərəfindən imzalanmasına və üzərində “Azərbaycan Respublikası Zərərçəkmiş şəxs başçısı” sözləri yazılmış dairəvi möhürlə həmin müddətdə İcra Hakimiyyətinin inzibati binasında təsdiq edilməsinə nail olub, cinayətkar niyyətinə uyğun olaraq, səlahiyyətlərinə aid olmadığı halda öz adından tərtib etdiyi icazə sənədini də şəxsən imzalayaraq üzərində orta hissədə “Memarlıq və tikinti şöb əsi” sözləri yazılmış dairəvi möhürlə təsdiq etməklə rəsmi sənədlərin məzmununa vahid tamah niyyətilə biləbilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə dövlətin məqsəd və funksiyalarının yerli səviyyədə həyata keçirilməsi sahəsində qanunçuluğun, nizamlılığın, fəaliyyətin bütün sferaları üzrə koordinasiyanın mərkəzləşməsinin təmin edilməsi ilə əlaqədar fəaliyyətini pozmaqla qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Qasımov Telman Abiəli oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətlərinin dəlilləri kifayət qədər əsaslı və qanunauyğun olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmi n dəlilləri düzgün olmayaraq əsassız hesab etmişdir. Belə ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət prosessual qanunun tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum CM-in 311.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın faktiki tərəfi həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, o, əsassız və qanunsuz olaraq CM-in 311.3.2-ci maddəsi təqsirli bilinərək cəzalandırılmışdır. Məhkum Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiribaş memarı kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələ rdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, olmadan layihənin təsdiq olunması, rəyi və digər zəruri sənədləri vermək səlahiyyəti olmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Məhkum əməlində vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü üçün şəxsən birbaşa yolla maddi neməti təkrarən rüşvət qismində istəməklə təkrarən alma” cinayətinin deyil, ‘‘təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrar ələ keçirmə” cinayətinin tərkib əlaməti vardır. Bundan başqa, məhkum edilmiş şəxsin ictimai təhlükəli olmaması, cinayət nəticəsində və təndaşlara dəymiş ziyanın tam həcmdə bərpa olunması, cəzanın məhkumun ailəsinin həyat şəraitinə çox ağır təsiri, hazırda şəraitin dəyişməsi deməyə əsas verir ki, Məhkum barəsində cəza təyin olunarkən CM-in 62-ci maddəsinin tətbiq olunması üçün bütün əsaslar olmuşdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023cü il tarixli qərarının Məhkum aid hissədə ləğv edilərək, həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi Qasımov Telman Abiəli oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəs inin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarının Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəy işdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, Məhkum əməlinin düzgün tövsif olunmadığı məhkumun barəsində qanunsuz və ədalətsiz qərarl ar qəbul edildiyi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir. Məhkəmə kollegiyası ilkin olaraq kassasiya müraciətinin “əməlin düzgün tövsif olunmamasına” dair dəlilləri ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkib inin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslan dığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessual qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Cinayət mühakimə icraatında sübutların qiymət ləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda a ydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin maddə ilə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 2ci bəndində qeyd olunur ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə təcrübəsində oxşar cinayət işləri üzrə şəxsin əməlində o halda dələduzluq cinayətinin tərkib əlamətləri mövcud ola bilərdi ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə müəyyən hərəkəti (hərəkətsizliyi) icra edəcəyi barədə yalandan vəd verərək onların pulunu ələ keçirsin və sonra isə həmin hərəkəti (hərəkətsizliyi) icra etməsin. Lakin cinayət işi üzrə toplanılmış sübutlarla da edəcəyi hərəkətə görə Məhkum pul alınması faktı məhkəmələr tərəfindən təsdiq olunmuş fakt kimi qəbul edilmişdir. Kassasiya müraciətinin dəlillərinin cinayət işinin materialları ilə müqayisəli təhlilindən göründüyü kimi, apellyasiya instansiya məhkəməsi cinayət qanunvericiliyində nəzərdə tutulmuş, öz məntiqindən irəli gələn tələblərinə əsaslanaraq vəzifə icrası ilə bağlı olan hərəkətlərə görə maddi nemət alan şəxsin əməllərini aldatma və etibardan sui-istifadə kimi qəbul etməyərək, düzgün mövqe nümayiş etdirmişdir. Yuxarıda qeyd edilən normanın tərkib əlamətlərini baxılan iş üzrə aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş işin faktiki halları ilə əlaqəli şəkildə müqayisə etdikdə aydın olur ki, apellyasiya məhkəmə kollegiyasının əməlin rüşvət alma (passiv rüşvətxorluq) cinayəti kimi qiymətləndirilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Bununla belə kassasiya məhkəmə kollegiyası Məhkum əməlinin CM-in 178-ci maddəsinə tövsif edilməsinə dair kassasiya müraciətinin dəli llərini təhlil edərkən müəyyən olunur ki, müdafiə tərəfi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsinin gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya müraciətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin kassasiya müraciətində məhkəmə qərarlarının mübahisələndirilməsi üçün gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub- olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodunu təşkil e dən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Bu baxımdan kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən olunmuş sübutların qiymətləndirməsi və müəyyən olunmuş işin faktiki hallarına uyğun əməlin CM-in 311.3.2-ci maddəsi ilə tövsifi məsələsinə, eyni zamanda Məhkum rüşvət alma cinayəti törətməsi və onun bu cinayətin subyekti olması ilə bağlı bu barədə kassasiya şikayətlərinin və ona əlavənin dəlillərinə hüquqi qiymət vermək mümkündür. CM-in 311-ci maddəsinə əsasən, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər ü çün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsidir. Rüşvət vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə törədilən əməllərin (hərəkət və ya hərəkətsizliyin) müqabilində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında izah edilir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnı z hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Apellyasiya məhkəmə kollegiyası qərarında CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində olan “vəzifəli şəxs” anlayışına istinad etməklə Məhkum hərəkətlərini hüquqi əhəmiyyət kəsb edən hərəkətlər kimi xarakterizə etmiş, xüsusilə də Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar vəzifəsində çalışarkən fəaliyyəti ilə əlaqədar olan hərəkətlərdən yaranan münasibətlərin hüquqi xarakterə malik olması, hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəldiyi barədə nəticəyə gəlmişdir. Şəxsin vəzifəli şəxs hesab edilməsinin spesifik xüsusiyyətlə rindən biri də funksiyalarda hüquqi əhəmiyyətə malik olan qərarların qəbulu üzrə sırf peşə vəzifələrinin birləşməsi ilə xarakterizə olunan fəaliyyətin mümkünlüyüdür. Təsvir olunanlar apellyasiya məhkəməsinin sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət etməklə, əməlin tövsifi üçün mühüm əhəmiyyət kəsb edən sübutları düzgün qiymətləndirməklə, Məhkum əməlini haqlı olaraq CM-in 178.2.2-ci maddəsi ilə deyil, CM-in 311.3.2-ci maddəsi ilə tövsif edilməsi haqqında nəticəyə gəldiyini göstərir. Apellyasiya məhkəməsinin qərarını kassasiya müraciətinin dəlilləri ilə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu ü çün kassasiya şikayətinin dəlilləri məhkəmənin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə ki, cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskə köçürülmüş gizli audio-video yazılarda Şahid5 ilə xxxxxx baş məsləhətçisi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Məhkum arasında X rayonu, X kənd sakini Şahid4 məxsus olmaqla Şirvan-X yolunun 8-ci kilometrliyində, rayonun X kəndi ərazisində 0.449 ha torpaq sahəsi üzərində yerləşən 191 m2 sahəsi olan qeyri-yaşayış obyektinə dair tikinti işlərini aparmaq üçün icazə, təqdim edilmiş layihəyə uyğun qeyriyaşayış obyektinin tikintisinin aparılmasının məqsədəmüvafiq hesab edilmə si barədə Zərərçəkmiş şəxs baş memarının rəyi, tikinti obyektinin istismara hazırlıq və istismara qəbul aktlarının verilməsində köməklik göstərilməsi müqabilində hər bir şəxsin özü üçün 3.000 manat məbləğində pul vəsaiti tələb edib alması bağlı görüş və müzakirələr qeydə alınmışdır. Cinayət işinin materiallarında olan əşya və sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, əməliyyat İdarəsi tərəfindən təqdim edilmiş, Məhkum Zərərçəkmiş şəxs inzibati binasındakı xidməti otağından götürülmüş iki ədəd bağlamanın içərisində X rayonu, X kənd sakini Şahid4 məxsus 0,449 ha torpaq sahəsinin çıxarışının və sonuncu tərəfindən Şahid5 verilmiş 16 iyun 2022-ci il tarixli etibarnamənin surətləri, X rayonu, X kəndində yerləşən X10 məxsus ticarət və xidmət binasının m emarlıq planlaşdırma bölməsi, iki nüsxədən ibarət “Tikinti işlərini aparmaq üçün 22 sentyabr 2016cı il tarixli 129 №-li İcazə”lərin, “X rayonu Baş memarının Rəyi”nin və Zərərçəkmiş şəxs başçısının birinci müavini tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi X-ə ünvanlanan 21 iyun 2022-ci il tarixli 2/2107 №-li məktubun surətləri və İcra Hakimiyyətinin fəaliyyəti ilə əlaqədar digər sənədlər mövcud olmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tikintiyə icazə vermək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinin olmamasını Şahid1, Şahid3 və Şahid5 gizlətməsi fonunda pulu uyğunluq rəyi olmadığı halda tikintiyə icazə verməyə görə istəyib alması, onun əməlini dələduzluğa çevirən xüsusat kimi çı xış etmir. Belə ki, istər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi verilsin, istərsə də hələ rəy olmadığı halda, söylənilən tikintiyə icazə verməyə görə olsun, pulun məhz tikintiyə icazə verməyə görə, özü də bu icazəni vermək səlahiyyətində olan vəzifəli şəxs tərəfindən istənilib alınmasını inkar etmir və ortadan qaldırmır. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiəçi tərəfindən ve rilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci ma ddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxı ş etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1, 311.3.2 və 313-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 309.1, 311.3.2 və 313-c ü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində, o cümlədən məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və onun barəsində CM-in 62-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərə k, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 311.3.2-ci maddəsi ilə təyin edilmiş cəza ilə əlaqədar mövqeyi ilə razılaşmır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkə n törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları m üəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəz a növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsi yyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayə tin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçinin məhkuma cəza təyini zamanı CM-in 62-ci maddəsinin tətbiqinin ümumiyyətlə müzakirə olunmaması, cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının qismən əsaslı olduğu müəyyən edilir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici c inayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin di gər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəz anı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlil ik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 62-ci maddə sinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hök mdə əsaslandırmalıdır. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını qeyd edilən normaların tələbləri baxımından kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, həmin qərarlarda məhkumun cəzasını yüngülləşdirən hallar olmadığı göstərilsə də, cəzanı yüngülləşdirən və məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcuddur. İş materiallarına əsasən müəyyən olunur ki, Məhkum ailəlidir, ali təhsillidir, uzun illərdir Zərərçəkmiş şəxsndə memar vəzifəsində çalışmışdır, bu müddət ərzində həm iş yerində, həm də məişətdə özünü nümunəvi vətəndaş kimi aparmış, insanlarla mehriban münasibətdə olmuş, rayonun ictimai həyatında aktiv iştirak etmişdir, müsbət xasiyyətləndirilir. İlk dəfədir cinayət törətmişdir. Eyni zamanda Məhkum törətdiyi cinayət əməlinin faktiki halları barədə etirafedici (yalnız törədilmiş əməlin hüquqi tövsifini mübahisələndirir) ifadələr vermişdir. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclaslarında Məhkum qarşı zərərçəkmiş hüquqi şəxsin heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin CM-in 61-ci maddəsində nəzərdə tutulmuş Məhkumun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməlinin faktiki halları barədə etirafedici ifadələr verərək cinayətin açılmasına kömək etməsi, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik də rəcəsini əhəmiyyətli surətdə azaldan hallar kimi, eyni zamanda məhkumun şəxsiyyətini xarakterizə edən yuxarıda sadalanan hallar isə cəzanı yüngülləşdirən halların məcmusu kimi Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq olunmasına və ona təqsirli bilindiyi CM-in 311.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin həmin maddədə müəyyən edilmiş aşağı həddən də az müddətədək endirilməsi üçün əsas yaradır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları ümumiyyətlə nəzərə almadan məhkum olunmuş şəxsin barəsində hər hansı başqa cəza tədbirinin seçilməsi, o, cümlədən barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının CM-in 311.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş bu cəzanın mü ddətindən daha aşağı müddətdə təyin edilməsi mümkünlüyünü müzakirə etməmişdir. Məhkəmələr tərəfindən Məhkum təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, CM-in 62-ci maddəsinin tətbiq edilərək Məhkum barəsində CM-in 311.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin həmin maddədə müəyyən edilmiş aşağı həddən də az müddətədək endirilməsi, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, təyin olunan cəzanın onun islah olunmasını, cəzanın digər məqsədlərinin realizə edilməsini təmin edəcək. Odur ki, apellyasiya məhkəməsin in mübahisələndirilən qərarı Məhkum cəza təyin etmə ilə bağlı hissədə dəyişdirilməli, ona CM-in 311.3.2-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 62-ci maddəsi tətbiq edilməklə, 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməli, həmin cəzaları, Məhkum CM-in 309.1 və 313-cü maddələri ilə təqsirli bili nərək təyin edilmiş əsas və əlavə cəzalar ilə CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya tamamilə birləşdirməklə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum aid hissədə qismən əsaslı olduğundan, həmin hissədə dəyişdirilməli, Məhkum müdafiəçisi Qasımov Telman Abiəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Qasımov Telman Abiəli oğlu tərəfindən verilmiş kassas iya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1, 311.3.2 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Həmin cəzaları, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş əsas və əlavə cəzalar ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplamaq yolu ilə və əlavə cəzanı əsas cəzaya tamamilə birləşdirməklə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bələdiyyə, müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və inzibati-təsərrüfat f unksiyalarını yerinə yetirən vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar