Məhkəmə qərarları › İş №1(102)-616/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-616/2019

30.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-616/2019 30.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi X4 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Azər Tağıyev) 24 sentyabr 2018-ci il tarixli hökmü ilə 15 avqust 1996-cı il tarixdə Şəki rayonu, Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “xxxx” MMC-də mühafizəçi işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza 1 (bir) il sınaq m üddəti ilə şərti hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs, 11 aprel 2018-ci il tarixdə saat 08 radələrində ünvan 1 ünvanında yerləşən Prezident Adminstarasiyasının yanında İdarəçilik Akademiyasının qarşısında tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, şəxsi münasibətlər zəminində yaranmış münaqişə ilə əlaqədar Zərərçəkmiş şəxs yumruq və təpiklə qəsdən vuraraq, sonuncuya çənə sümüyünün sol şaxəsinin bucaq proy eksiyasından yerini dəyişmiş sınığı, qarının ön-sol divarının və sol budun orta 1/3-in ön-iç səthinin qançırları ilə nəticələnən həyat üçün təhlükəli olmayan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və E.Y.Şamayevdən ibarət tərkibdə) 13 noyabr 2018-ci il tarixli qərarı ilə Səbail Rayon Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X3 tərəfindən birgə verdikləri apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs və onun nümayəndəsi X 3 birgə verdikləri kassasiya şikayətində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəa xaric edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətini dəlillərini Zərərçəkmiş şəxs və onun nümayəndəsi X4 onunla əsaslandırırlar ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Belə ki, təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.1-ci maddəsi ilə təqsirli bilinməli idi. Bundan başqa məhkəmə proseslərində zərərçəkmiş şəxsin nümayəndəsinə cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt verilməmiş, nümayəndəsi dinlənilməmiş, onu n vəsatətləri təmin edilməmiş, məhkəmə istintaqı cinayət prosesi iştirakçılarının mövqeyi soruşulmadan hökm çıxarılmışdır. Məhkəmə kollegiyası cinayətin xarakterini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməməsini və buna heç bir vaxt cəhd etməməsini ağırlaşdırıcı hal kimi qəbul etməli və buna görə də ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin etməli idi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə ma hiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Kassasiya şikayətinin başlıca dəlili məhkum X7 əməlinin düzgün tövsif edilməməsidir. Bununla bağlı məhkəmə kolleg iyası qeyd edir ki, şəxsin Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma baş verməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, məhkum Təqsirləndirilən şəxs, 11 aprel 2018-ci il tarixdə saat 08 radələrində ünvan 1 ünv anında yerləşən Prezident Adminstarasiyasının yanında İdarəçilik Akademiyasının qarşısında tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, şəxsi münasibətlər zəminində yaranmış münaqişə ilə əlaqədar Zərərçəkmiş şəxs yumruq və təpiklə qəsdən vuraraq, sonuncuya çənə sümüyünün sol şaxəsinin bucaq proyeksiyasından yerini dəyişmiş sınığı, qarının ön-sol divarının və sol budun orta 1/3-in ön-iç səthinin qançırları ilə nəticələnən həyat üçün təhlükəli olmayan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi məhkumun ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə tibbi eksper tizasının rəyi ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Həmçinin Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İşdən görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ittiham verilərək cinayət işi məhkəməyə daxil olmuş, məhkəmə də verilmiş ittihama baxaraq hökm çıxar mışdır. Məhkəmənin verilmiş ittihamı ağırlaşdırmaq hüququ yoxdur. Birinci instansiya məhkəməsinin iclas protokolundan da görünür ki, Zərərçəkmiş şəxs məhkəmə prosesində ittiham aktını aldığını, heç bir şikayət və tələbinin olmamasını və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Odur ki, zərərçəkmiş şəxsin kassasiya şikayətinin əməlin tövsifi ilə əlaqədar dəlili əsassızdır. Kassasiya şikayətinin başlıca dəlili birinci instansiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs barəsində qanunsuz və ədalətsiz olaraq Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hökmün qüvvəsində saxlanılmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Hökmdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin ed ərkən onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, gənc olmasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında və ya onların qarşısını almaq məqsədi ilə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar törətməsini, iş yeri üzrə müsbət xarakterizə olunmasını və əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları müəyyən edərkən cinayət və cinayət prosessual qanunvericiliyinin müddəalarını düzgün nəzərə almışdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xid mət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə əməl edilmişdir. Belə ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməs i ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərkən qanunun normasını düzgün tətbiq etmişlər. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Daha sonra, məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv və ya dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən və qərardan görünür ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almış və ona ədalətli cəza təyin etmişdir. İşin materiallarında Təqsirləndirilən şəxs cəzasının daha da ağırlaşdırılması, yaxud barəsində tətbiq olunmuş şərti məhkumetmənin ləğv üçün digər əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaəti nə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 noyabr 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar