Məhkəmə qərarları › İş №1(102)-616/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-616/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-616/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib - Elnur Nizami oğlu İsa-zadə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, mülki iddiaçının nümayəndəsi Məmmədli Orxan Məmmədqulu oğlunun, bəraət almı ş şəxslər X6 və X7 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X21 və X22 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Zəfər Ramazanovun kassasiya protestinə və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lerik Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə (hakim: Kiçibəyov Atabəy Qələbəy oğlu) X21 - 03.10.1985-ci il tarixdə Lerik rayonunun Çayrud kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, orta təhsil li, işləməyən, Lerik rayonu Hamarmeşə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi və ona 2 (iki) il sınaq müddəti təyin edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, X6 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, onun davranışı üzərində nəzarətin daimi qeydiyyatda olduğu və yaşdığı ye r üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. X22 – 05 yanvar 1982-ci ildə Lerik rayonunun Vizəzəmin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan orta təhsilli, işləməyən, Lerik rayonu, Vizəzəmin kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi və ona 2 (iki) il sınaq müddəti təyin edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanma sı, X7 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, onun davranışı üzərində nəzarətin daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən X21 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək, məhkum olunmuşdur ona görə ki, o, həmkəndlisi X23 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə əlində meşə buraxılış orderi və ağacların kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan 2018-ci ilin sentyabr ayı ərzində Lerik meşə sahəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının “Huş” və digər sahələrində, bi r-birinə yaxın məsafədə, davamlı olaraq 94,07 kub metr həcmində, 2542,93 (iki min beş yüz qırx iki) manat nırx dəyərində müxtəlif cins və diametrdə 45 ədəd kök üstə yaş ağacları motorlu mişarla qanunsuz kəsmiş, həmkəndlisi X7la birlikdə qanunsuz kəsdiyi həmin ağacları meşə sahəsində emal edib atla daşıyaraq meşə sahəsindən aparmaqla 148,09 (yüz qırx səkkiz) manat cərimə pulu ilə birlikdə dövlət meşə fonduna 2691,02 (iki min altı yüz doxsan bir) manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. X22 Azərbaycan Respublikasının CM-nin 259.3-cü maddəsi ilə təqsirli bilinərək, məhkum olunmuşdur ona görə ki, o, həmkəndlisi X21 ilə qabaqcadan əlbir olub bir qrup təşkil etməklə əlində meşə buraxılış orderi və ağacların kəsilməsinə dair rəsmi meşə qırma bileti olmadan X21un 2018-ci ilin sentyabr ayı ərzində Lerik meşə sahəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının “Huş” və digər sahələrində, bir-birinə yaxın məsafədə, davamlı olaraq 94,07 kub metr həcmində, 2542,93 (iki min beş yüz qırx iki) manat nırx dəyərində müxtəlif cins və diametrdə 45 ədəd kök üstə yaş ağacları motorlu mişarla qanunsuz kəsdiyi həmin ağacları sonuncu ilə birlikdə meşə sahəsində emal edib atla daşıyaraq meşə sahəsindən aparmaqla 148,09 (yüz qırx səkkiz) manat cərimə pulu ilə birlikdə dövlət meşə fonduna 2691,02 (iki min altı yüz doxsan bir) manat məbləğində, xeyli miqdarda ziyan vurmuşdur. Hökmdən məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Soltanov Fuad Kamil oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 12 dekabr 2019-cu il tarixli hökmü ilə apellyasiya şikayətləri təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli, 1 (048)-13/2019 saylı hökmü həmin apelyasiya şikayətlərinə əsasən ləğv olunmuş, məhkumlar X13 və X14 təqsirlilikləri sübuta yetirilməməsi əsası üzrə Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya protesti və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Məmmədli Orxan Məmmədqulu oğlu kassasiya şikayəti verilmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protesti verərək bildirm işdir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlardan görünür ki, X21 və X22 tərəfindən göstərilən cinayət əməlinin törədilməsi tamamilə sübut olunur. Belə ki, şahidlər X9, X10 və X4in ifadələrindən görünür ki, 2018-ci ilin sentyabr ayının sonlarında X21 və X22 tərəfindən ittihamda qeyd edilən ərazidə ağacların kəsilməsini müəyyən etmişlər. Belə ki, şahid X9 bilavasitə hadisənin şahidi olmuş, yəni ağacların sentyabr ayının 28-dən 29-na keçən gecə X21 və X22 tərəfindən kəsilməsini görmüş, bundan dərhal sonra X4 hadisə yerinə gəlmiş, X21a məxsus motorlu mişarı ərazidə aşkar edərək götürmüşdür. Verilmiş ittihama görə ağaclar (45 ədəd) 2018-ci ilin sentyabr ayı ərzində kəsilmişdir. Yəni ağacların bir gün içərisində kəsilərək atla ərazidən daşınması obyektiv cəhətdən mümkün deyil. Cinay ət hadisəsi sentyabr ayı boyunca baş vermiş, 03 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş akta əsasən isə ərazidə 45 ədəd ağacın kəsilməsi müəyyən edilmişdir. Bundan əlavə mütəxəssis rəyindən görünür ki, həmin ağacların kötüklərində əmələ gəlmiş əlamətlərdən görünür ki, ağaclar 2018-ci ilin yay aylarının axırında qanunsuz kəsilmişdir. Cinayət işinin materiallarından görünür ki, sentyabr ayı ərzində X21 və X22 tərəfindən həmin ərazidən ağacların kəsilib daşınmasına dair üç fakt qeydə alınmışdır. Əwəla, həmin əraziyə məsul şəxs X10 tərəfindən təqdim edilmiş videoçəkilişdən görünür ki, 2018-ci ilin sentyabr ayının əvvəlində X21 və X22 ərazidə qanunsuz olaraq ağac kəsirlər. İkincisi, cinayət işi üzrə ifadə vermiş Rasif Ağayev ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayında özünə məxsu s PİKAP markalı avtomobillə X21un həyətinədən 1.5 kub metr ağac materialını Lənkəran şəhərinə daşımışdır. Üçüncü fakt isə X9 tərəfindən aşkar edilmiş ifadəsində qeyd etdiyi sentyabr ayının 28-dən 29-na keçən gecə baş vermişdir. Protest müəllifi hesab etmişdir ki, məhz bu xüsusatlar nəzərə alınmaqla ibtidai istintaq və birinci instansiya məhkməsi tərəfindən cinayət əməlinin məhz X21 və X22 tərəfindən törədildiyi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası isə sadəcə təqsirləndirilən şəxslərin ifadələrinə istinad etməklə nəticəyə gəlmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə bəraət verərəkən əsas şahid X9in ifadəsinin bəzi hissələrinin X19 və X4 Salahovun ifadələri ilə uzlaşmadığını əsas gətirmişdir. X46 və X4 Salahovun ifadələrinin mü əyyən hissələrinin X9in ifadəsi ilə üst-üstə düşməməsi X9in ifadəsini şübhə altına almağa əsas vermir. Çünki X9in bütün istintaq boyu verdiyi ifadələri tərtib edilmiş 3 oktyabr 2018-ci il tarixli akta uyğun olmuşdur. Məhkəmə xüsusilə vurğulamışdır ki, bütün şahidlər ifadələrində məlumatları X9dən eşitdiklərini göstərmişlər. Belə bir yanaşma ümumiyyətlə doğru deyildir. Təbii ki, sentyabr ayının 28-dən 29-na keçən gecə bütün şahidlərin X21 və İ.Abbasovu hadisə yerində görmələri mümkün deyildi. X9 özü də bu barədə məlumat aldıqdan sonra hadisə yerinə getmiş, X21 və İ.Abbasovu hadisə yerində görmüş, ondan sonra digər şəxslər hadisə yerinə gəlmiş və daha sonra 3 oktyabr 2018-ci il tarixli təhvil-təslim aktının tərtib edilməsində iştirak etmişlər. Məhkəmə kollegiyası şahid X9in ifadəsini heç bir formada inkar edə bilməmiş, həmin ifadəni qəbul etməməsinin motivlərini göstərməmişdir. Bundan başqa qeyd edilməlidir ki, hökmün 19-cu səhifəsində məhkəmə X21 və İ.Abbasov tərəfindən ərazidən müəyyən sayda ağacların kəsildiyini qəbul etdiyini göstərmiş, lakin həmin hərəkətlər nəticəsində CM-nin 259-cu maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş 1000 manat məbləğinin yaranmadığı nəticəsinə gəlmişdir. Halbuki məhkəmə bununla əlaqədar müvafiq araşdırma aparmalı, həqiqətən hansı sayda ağacların kəsilməsini, onların hansı növə aid olmasını və sair xüsusatları müəyyən etməli, bundan sonra müvafiq ekspertiza keçirməklə təbiətə dəymiş ziyanın hansı məbləğ təşkil etməsini dəqiqləşdirməli idi. Lakin məhkəmə kollegiyası bütün bunların üzərindən səthi və təqribi hesablamalar apararaq, hər bir halda c inayət tərkibinin yaranmayacağı qənaətinə gəlmiş, təqsirləndirilən şəxslərə bəraət verilməsi nəticəsinə gələrkən prosessual qanunvericiliyin tələblərini də pozmuşdur. Qeyd olunanlara əsasən X6 və X7 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2019-cu il tarixli hökmünün ləğv olunmasını və işin apelyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Məmmədli Orxan Məmmədqulu oğlu kassasiya şikayətində qeyd edir ki, cinayət işi üzrə mövcud sübutlar bəraət hökmünün çıxarılmasını istisna edir. Belə ki, iş üzrə ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı zamanı verilmiş şahi d ifadələri və digər sübutlar X21 və X14 elan olunmuş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törətmələrini təsdiq edir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X21 və X7 ifadələrini obyektiv və mötəbər sübut kimi qəbul etsə də, həmin ifadələr özünü müdafiə xarakteri daşıdığından rədd edilməli idi. X7un və eləcə də X21un ifadələrini mötəbər hesab etmək olmaz, çünki həmin ifadələri təkzib edən və iş materiallarına əlavə olunmuş mötəbər şahid ifadələrindən əlavə, həm də mötəbər sübut kimi qəbul edilməli olan video çəkiliş verilmiş ittihamın əsaslılığını, X22un və X21 tərəfindən ağacların kəsilməsi hallarının mütəmadiliyini təsdiq edir. Belə ki, həmin video çəkilişdən də görünür ki, X22 və X21 ağacları kəsərkən yaxalandıqlarından əllərindəki işi saxlamışlar və kamera çəkiliş inə düşməmək naminə arxalarını X10a çevirmişlər. X31 X22la və X21la istehzalı danışığı da cinayət başında yaxalanmanı ehtiva edir. Video çəkilişdən aydın görünür ki, X10 təkrar-təkrar qeyd edir ki, “indi deyirsən Fiki? indi deynən! gördün də, indi bax Fiki necə olur...". Həmin video çəkilişdəki istehza isə onunla bağlı olmuşdur ki, Fikrət Əmirovun dəfələrlə X22a və X21a etdiyi xahişlərə sonuncular tərəfindən məhəl qoyulmamışdır. Bu isə Abbasov və X21 tərəfindən törədilmiş cinayətin mütəmadiliyinin göstəricilərindən biridir. Video çəkilişdə görünən ağaca kəndirlə bağlanmış və yəhərlənmiş 2 at da həmin ərazidə ağacların kəsilməsinin mütəmadiliyinə dəlalət edən hallardan biridir. Belə ki, ərazidə kəsilmiş digər ağacların ətrafında da atın ayaq izləri olmuşdur ki, bu xüsusat da ittihamda göstə rilən 45 ədəd ağacın motorlu mişarla qanunsuz kəsilməsini təsdiq edir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası həmin video çəkilişi mötəbər sübut qismində qəbul etməli olduğu halda, həmin sübuta ümumiyyətlə heç bir qiymət verməmişdir. Yəni birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi həmin sübutun sübutlar siyahısından xaric edilməsi barədə qərar qəbul etməmişdir. Eləcə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının bəraət hökmündə də həmin sübutun sübut qismində qəbul edilməməsi və yaxud mötəbər sübut olmaması barədə hər hansı bir əsaslandırma yoxdur. Həmçinin iş üzrə dindirilmiş şahidlər – X28, X9, X10, X4, X15, X19 və X16 ifadələri də törədilmiş cinayətin mötəbər sübutlarındandır. İş materiallarına əlavə olunmuş 07 mart 2019-cu il tarixli müt əxəssis rəyi də törədilmiş cinayətlə bağlı sübutlardan biridir. Belə ki, həmin rəydən də görünür ki, 13 saylı meşə dolayısında 45 ədəd ağac 2018-ci ilin sentyabr ayı ərzində kəsilmişdir. Həmçinin qeyd etməliyəm ki, iş materiallarına əlavə olunmuş "URAL" markalı motorlu mişarın cinayət törədilərkən istifadə edilməsi xüsusatı da ağacların davamlı şəkildə kəsilməsinə dəlalət edir. Yəni 2-3 ağacın kəsilməsindən ötrü kənd sakini tərəfindən motorlu mişarın alınması da məntiqə uyğun deyil. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası X17 və X18 hətta inzibati hüquq pozmada da təqsirli bilməmişdir. Yəni onların özlərinin vermiş olduğu özünümüdafiə xarakterli ifadələr əmələ münasibətdə ən azı inzibati qaydada hüquqi qiymət verilməsini tələb edir. Lakin iş materiallarından da göründüyü kimi, X21 və X22 hətta inzibati məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbir görülməmişdir. Törədilmiş cinayətlə əlaqədar dəymiş ziyan ödənilməmişdir və məhz hazırki cinayət işi üzrə bəraət hökmü çıxarılmış olduğundan qanunvericiliyin tələblərinə adekvat olaraq həmin ziyanın tələb olunması da qeyri-mümkündür. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2019-cu il tarixli 1(106) -471/2019 saylı bəraət hökmünün qanunsuz və əsassız olması səbəbindən, eləcə də dəymiş ziyanın ödənilməməsi səbəbindən ləğv olunması zəruridir. Birinci instansiya məhkəməsi X13 və X14 münasibətdə kifayət qədər humanist mövqe tutmuşdur və belə olan təqdirdə həmin mövqedən yararlanıb vurulmuş ziyanı ödəmək daha məqsədəmüvafiq olardı. Qeyd olunanlara əsasən Şirvan Apellyasiya Məhkəməs inin Cinayət Kollegiyasının 12 dekabr 2019-cu il tarixli hökmünün ləğv olunmasını və işin apelyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının, və mülki iddiaçının nümayəndəsinin, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxslərin çıxışlarını dinləyib aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzr ə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işi üzrə birinci instansiya məhkəməsi ittiham hökmü qəbul etsə də apellyasiya instansiyası məhkəməsi bəraət hökmü çıxsrmışdır. Kassasiya protestində və kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası hökmündə göstərmişdir ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144, 145.1 və 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə bir-biri ilə müqasiyəli şəkildə qiymət verə rək aşağıdakıları qeyd edir:

1. İttiham tərəfinin təqdim etdiyi və birinci instansiya məhkəməsinin əsaslandığı yuxarıda sadalanan sübutlardan göründüyü kimi X21 və X14 qarşı Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə sübutların mənbəyini əsasən iş üzrə şahid, X9 ifadəsi təşkil edir ki, həmin ifadə də özündə mötəbər sübutlarla təsdiq olunan faktiki halları deyil, X9in özünün formal mülahizələrini əks etdirir. Belə ki, X9 sözügedən ifadəsinin ittihamın mahiyyətinə aid olan hissəsindən göründüyü kimi, o, 29 sentyabr 2018-ci il taixdə səhər vaxtlarında Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayında, Huş kəndinin ərazisində yenicə kəsilmiş, 110 sm uzunluğunda kötüklərə bölünmüş, 2 ədəd 52 sm, bir ədəd 62 və bir ədəd 64 sm diametrliyində 4 ədəd ağcaqayın cinsind ən ağacları aşkar etdiyinə, bu ağacların ətrafında X21 və X18 atları ilə birlikdə gördüyünə, onu görüb onların atları ilə meşədən uzaqlaşdığına, bundan sonra meşə gözətçiləri X4 və X19la kəsilmiş ağacların yarpaqlarının altında motorlu mişar aşkar etdiklərinə, həmçinin at izlərinin onları X21un həyətinə doğru apardığına istinad edib sözügedən 4 ədəd ağacın X21 və X7 tərəfindən kəsildiyini ehtimal etmişdir ki, bunu da X9in özündən başqa birbaşa görən şahid və ya təsdiq edən hər hansı digər bir sübut yoxdur. Həmin hallar X21 və X22un ifadələri ilə tam inkar olunurlar. Bundan başqa X9in ifadəsinin bəzi hissələri ittiham tərəfindən sübut kimi təqdim olunan iş üzrə şahid X19 ifadəsi ilə də təkzib olunur. Belə ki, X9 ifadəsində 29 sentyabr 2018-ci il tarixdə, səhər tezdən meşədə ağacların kəsilm əsi barədə məlumat aldıqdan dərhal sonra 13 saylı dolayın gözətçisi X4 və 23 saylı qonşu dolayın gözətçisi X19a meşəyə getmələrini tapşırdığını, X21 və Talehin ağac kəsdikləri yerdə onu görüb qaçaraq atlara minib meşə sahəsindən çıxdıqlarını, bundan sonra X19 və X4in onun yanına gəldiyini, ətrafa baxanda yeni, yəni həmin gecə kəsilmiş 4 ədəd ağcaqayın cinsindən ağacların kötüklərinin yanında yarpaqların altında “Ural” markalı motorlu mişarı görüb götürdüklərini göstərsə də, X19 ifadəsində 29 sentyabr 2018-ci il tarixdə səhər saatlarında 13 saylı dolaya X4in xahişi ilə onunla yoldaşlığa görə getdiyini, həmin vaxt X4in X9ın da arxadan gəlməsini bildirdiyini, meşəyə gedib bir qədər X4lə gəzdiyini, daha sonra həmin sahə ilə sərhəd olan mühafizə etdiyi 23 saylı dolayının ərazisinə keçdiyini, ərazini gəzdikdən sonra kəndə qayıtdığını, sonradan X4dən meşədə ağacların kəsildiyi yerdə bir ədəd “URAL” markalı motorlu mişar aşkar etməsini və götürüb müəssisəyə təhvil verməsini eşitdiyini göstərmişdir. Göründüyü kimi X19 29 senyabr 2018-ci il tarixdə nəinki X9 və X4lə birlikdə, kəsilmiş ağacların kötüklərinin yanında yarpaqların altında motorlu mişar aşkar etmiş, hətda həmin gün X9lə görüşməmişlər belə. Bundan başqa şahid X5 da ifadəsində 2018-ci ilin sentyabr ayının 28-dən 29-na keçən gecə 4 ədəd ağacın qanunsuz kəsilməsini və hissələrə bölünməsini, həmçinin atla meşə sahəsindən daşınıb aparılmasını X9lə birlikdə müəyyən etdiklərini, həmin qanunsuz kəsilmiş ağacların yanında, yarpaqların altında bir ədəd “URAL” markalı motorlu mişarı aşkar edib götürdüklərini, qanunsuz kəsilmiş ağac ların yerindən kəndə tərəf gələn at ayaq izləri ilə hərəkət edib Hamarmeşə kənd sakini X21un yaşadığı evin yaxınlığına kimi gəldiklərini, X9in deməsinə görə ağacların X21ın kəsib-doğradığını, X7un isə atla daşıyıb gətirdiyini göstərsə də, özünün X21ı və yaxud da digər bir şəxsi meşədə görmədiyini bildirmişdir. Göründüyü kimi şahid X9in ifadəsində istinad etdiyi hal, yəni 29 sentyabr 2018-ci il taixdə səhər vaxtlarında Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayında ağcaqayın cinsindən olan 4 ədəd ağacın X21 və X7 tərəfindən kəsilməsi halı X9in ifadəsində şahid kimi göstərdiyi nə X19un ifadəsi, nə də ki X9lə kəsilmiş həmin ağacları və onların ətrafında motorlu mişarı aşkar etmiş şahid X4in ifadəsi ilə təsdiq olunur. X4 sözügedən 4 ağacın X21 və X22 tərəfindən kəsilməsini X9in sözlərindən eşitdi yini, X19 isə ikinci şəxsdən, yəni X4 Salayevin sözlərindən eşitdiyini bildirmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hökmündə şahid X4in sözügedən 4 ağacın X21 və X22 tərəfindən kəsilməsini bilavasitə görmədiyini, bunu X9in sözlərindən bildiyini ifadəsində göstərdiyinə istinad etsə də, onun qanunsuz kəsilmiş ağacların yanında, yarpaqların altında bir ədəd “URAL” markalı motorlu mişarı aşkar edib götürdüklərini, ağacların qanunsuz kəsilməsi yerindən kəndə tərəf, ağac kəsən şəxslərin ağac kəsilən yeri tərk etdikləri at ayaq izləri ilə hərəkət edib Hamarmeşə kənd sakini X21un yaşadığı evin yaxınlığına kimi gəldiklərini də ifadələrində gəstərdiyini nəzərə almamışdır. Apellyasiya məhkəmə kollegiyası X4in ifadəsinin bu hissəsinin X9in ifadəsin in bir hissəsi ilə uyğunluq təşkil etdiyini nəzərə almamışdır. Göstərilən şahidlərin məhkəmə iclasındakı ifadələrinin həqiqiliyinə həm də əvvəlki ifadələrinin, o cümlədən ibtidai istintaqdakı ifadələrinin məhkəmə iclasında tədqiq edilməsi ilə daha düzgün hüquqi qiymət verilə bilərdi. Göstərilən hər üç şahidin ifadələrinin həqiqiliyi yoxlanılarkən ağacların sentyabr ayı ərzində kəsilməsi və eyni ərazidən kəsilməsi kimi faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılıb nəzərə alınmamışdır. Apelyasiya instansiyası məhkəməsininnin hökmündə daha sonra göstərilir ki,

2. X9in ifadəsinin X21 və X7 tərfindən 38 ağacın kəsilməsi hissəsi də onun gördüyü və ya aşkar etdiyi faktiki hallara deyil, mötəbər sübutlara söykənməyən mülahizələrinə əsaslanır. Belə ki, X9 2018-ci lin sentyabr ayının 29-da Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayında 4 ədəd ağacın X21 və X7 tərəfindən kəsilib atla daşınması barədə mötəbər sübutlarla təsdiq olunmayan ehtimalına əsaslanıb, 03 oktyabr 2018-ci il tarixdə də həmin ərazidə, 13 saylı dolaya yeni təyin olunmuş gözətçi X4ə müvafiq sahənin təhvil verilməsi ilə bağlı yoxlama aparılarkən kəsilməsini aşkar etdiyi əlavə 38 ədəd müxtəlif cins və diametrdə ağcaqayın və qızılağac cinsindən ağacların atla daşınmasına, eləcə də kəsilmiş hər bir ağacın emal olunmuş hissələrinin yanında at ayaq izlərinin olmasına görə həmin ağacların da X21 və X7 tərəfindən kəsilməsi və atla daşınması qənaətinə gələrək, bu qənaətini öz mülahizəsi kimi deyil, fakt kimi idarənin işçilərinə bildirmiş və bu barədə onların iştirakı ilə 03 oktyabr 2018-ci il tarixli akt tərtib etmişd ir. Halbuki, dağlardan və meşələrdən ibarət olan sözügedən həmin ərazilərdə X21 və X7dan savayı, başqa şəxslərin də atlarının olması, atlardan minik və yük daşıma vasitəsi kimi istifadə edilməsi, bu baxımdan meşə ətrafı yaşayış məntəqələrində əksəriyyət məhəllələrə və həyətlərə gedən yollarda da at izlərinin olması istisna deyil. Eyni zamanda ağac kəsməyə icazəsi olan və ya olmayan başqa şəxslərin də meşəyə gedərkən kəsilmiş ağacları daşıması üçün atlardan istifadə etməsi də təbiidir. Bu baxımdan şahid X9in kəsilmiş ağacların ətrafında məhz at izlərinin olmasına istinad edib, bu ağacların konkret olaraq X21 və X7 tərəfindən kəsilməsi qənaətinə gəlməsi əsaslı hesab edilə bilməz. 03 oktyabr 2018-ci il tarixli aktın tərtib olunmasında iştirak etmiş, iş üzrə şahidlər Ekologiya və Təbii Sərvətl ər Nazirliyinin X40 Təsərrüfatı Mərkəzinin əməkdaşalrı X25, X26 və X5 da ifadələrində 2018-ci lin sentyabr ayı ərzində Vizəzəmin meşəbəyliyinin 13 saylı dolayında 42 ağacın X21 və X7 tərəfindən kəsilib atla daşınmasına dair məlumatı onlara idarənin rəis müavini X9in bildirdiyini və buna görə də bu barədə tərtib olunmuş aktı imzaladıqlarını göstərmişlər. İş üzrə şahidlər X25, X26, X5 və X19 ifadələrindən göründüyü kimi həmin şəxslər 2018-ci ilin sentyabr ayı ərzində Lerik meşə sahəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının “Huş” və digər sahələrində, bir-birinə yaxın məsafədə, davamlı olaraq 94,07 kub metr həcmində, 2542,93 (iki min beş yüz qırx iki) manat nırx dəyərində müxtəlif cins və diametrdə 45 ədəd kök üstə yaş ağacların konkret olaraq X21 və X7 tərəfindən kəsilməsinin və daşınmasının birbaşa şahidi olmamışlar, bu barədə məlumatları X9in sözlərindən eşitmişlər. Halbuki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə görə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, tərtib edilmiş akt 2018-ci ilin sentyabr ayına dəlalət edən vaxt kəsiyində Lerik meşə sahəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının “Huş” və digər sahələrində, bir-birinə yaxın məsafədə, davamlı olaraq 94,07 kub metr həcmində, 2542,93 (iki min b eş yüz qırx iki) manat nırx dəyərində müxtəlif cins və diametrdə 45 ədəd kök üstə yaş ağacların kəsilərək atla daşınmasını təsdiq edir. Apelyasiya məhkəmə kollegiyası həmin ağacların başqa şəxslər tərəfindən qanuni və ya qanunsuz olaraq kəsilib atla daşınması halının mümkünlüyü ehtimalına istinad edərək ittihamın və birinci instansiya məhkəməsinin ehtimallara əsaslandığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi hökmdə həmin meşə sahəsindən başqa şəxslərin qanuni və ya qanunsuz əsaslarla ağac kəsib atla daşımalarına aid hər hansı fakta istinad etməmişdir. Lakin, 2018-ci ilin sentyabr ayının həm əvvəlində və həm də son günlərində Lerik meşə sahəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının “Huş” və digər sahələrində, bir-birinə yaxın məsafədən X21 və X7 tərfindən ağaclar ın kəsilib atla daşınmasına, eləcə də sentyabr ayının ortalarında X21un həyətindən 1,5 kub metr həcmində meşə materialı olan şpalların maşına yüklənib Lənkəran şəhərinə aparmasına dair şahid ifadələrində göstərilənlər tam təkzib edilmədiyi halda apellyasiya instansiyası məhkəməsi hansısa başqa şəxslərin qanuni və ya qanunsuz əsaslarla ağac kəsib atla daşımalarına dair ehtimallara istinad etmişdir. Yuxarıda göstərildiyi kimi şahidlərin ifadələrinin özgənin sözlərindən deyil bilavasitə öz müşahidələrinə əsaslanan və işin faktiki hallarına uyğun gələn hissələrinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Apelyasiya məhkəmə kollegiyasının hökmün 3-cü nəticünədə göstərilir ki, şahid X24 ifadəsində 2018-ci ilin sentyabr ayının əvvəllərində 13 saylı meşə do layısının “Huş” deyilən sahəsində Hamarmeşə kənd sakini X21ın kəsdiyi ağacı motorlu mişarla hissələrə bölməsini, həmkəndlisi Talehin onun yanında olmasını, atların da yaxınlıqda olmasını gördüyünü, onlara yaxınlaşaraq gördüklərini mobil telefonunun yaddaşına köçürməklə videoçəkiliş apardığını, videoçəklişi X40 Təsərrüfatı Mərkəzinin direktor müavini X9ə verdiyini, həmin ərazidə olan digər ağacların da X21 və onunla olan şəxsin kəsib emal edərək meşə sahəsindən atla daşıyıb apardıqlarını düşündüyünü göstərsə də, həmin hallar 2018-ci ilin sentyabr ayının əvvəllərində baş verməklə, hazırki ittiham üzrə istinad olunan halları, yəni 29 sentyabr və 03 oktyabr 2018-ci il tarixlərdə aşkar edilmiş ağacların kəsilməsi halını əhatə və təsdiq etmir. Eyni zamanda şahid X28 ifadəsində göstərdiyi məlum atlar da, yəni 2018-ci ilin sentyabr ayında bir dəfə X21un sifarişi ilə 1,5 kub metr həcmində, cinsini bilmədiyi meşə materialı olan şpalları maşınına yükləyib Lənkəran şəhərinə aparması hazırki ittiham üzrə istinad olunan halları əhatə və təsdiq etmir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda 2018-ci ilin sentyabr ayı ərzində Lerik meşə sahəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının “Huş” və digər sahələrində, bir-birinə yaxın məsafədə, davamlı olaraq 94,07 kub metr həcmində, 2542,93 (iki min beş yüz qırx iki) manat nırx dəyərində müxtəlif cins və diametrdə 45 ədəd kök üstə yaş ağacların kəsilməsi barədədir. Belə olduğu halda şahid X10 ifadəsində göstərdiyi 2018-ci ilin sentyabr ayının əvvəllərində baş verən qanunsuz ağac kəsilməsi hallarının hazırki ittiham üzrə istinad olunan halları, yəni 29 sentyabr və 03 oktyabr 2018-ci il tarixlərdə aşkar edilmiş ağacların kəsilməsi hallarını əhatə və təsdiq etməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Ona görə ki, şahid X10 ifadəsində göstərdiyi 2018-ci ilin əvvəlində aşkar edilmiş qanunsuz ağac kəsmələr də təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın əhatə etdiyi 2018-ci ilin sentyabr ayı ərzindəki qanunsuz ağac kəsmələrə aid ittihamın bir hissəsidir. 2018-ci ilin əvvəlində və sonunda eyni ərazidən aşkar edilmiş ağackəsmələrin X21 və onunla olan şəxs tərəfindən törədilməsinə dair müəyyən edilmiş sübutlar başqa mötəbər sübutlarla təkzib edilməmişdir. 2018-ci ilin sentyabr ayında X21un sifarişi ilə 1,5 kub metr həcmində şpalların onun həyətindən maşina yükləyib Lənkəran şəhərinə aparması tam araşdırılmamışdır. Həmin şpalların 2018-ci ilin sentyabr ayının əvvəllərində 13 saylı meşə dolayısının “Huş” deyilən sahəsindən kəsilmiş ağaclardan hazırlanmamasna dair X21 hər hansı izahedici ifadə verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündə gəldiyi nəticələrdən biri də ittiham tərəfindən sübut kimi təqdim edilmiş və məhkəmənin əsaslandığı “Mütəxəssis rəyi” adlandırılan 07 mart 2019-cu il tarixli sənəd ittihamda istinad olunan hadisənin aşkar edilməsindən təxminən altı ay sonra tərtib edildiyindən, eləcə də müəyyən hissəsində təyinatından kənar olaraq hazırki ittihamın nəticəvi hissəsini əks etdirdiyindən və cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmadığından mötəbər hesab edilə və sübut kimi qəbul oluna bilməz. “Mütəxəssis rəyi” adlandırılan 07 mart 2019-cu il tarixli sənəd işin nəticəsində maraqlı olan şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X40 Təsərrüfatı Mərkəzinin baş mühəndisi X25 tərəfindən tərtib olunmuşdur. Eyni zamanda həmin sənəddə mütəxəssis 2018-ci ilin sentyabr ayı ərzində cəmi 45 ədəd, 94,07 kub metr həcmində, 2542,93 manat nırx dəyərində kök üstə yaş ağacların X21 tərəfindən qanunsuz kəsildiyini və s. göstərərək, qanunvericiliyin tələblərinə zidd olaraq cinayət prosesinin hüquqi məsələlərinə müdaxilə etmişdir. Bundan başqa sözügedən sənəddə mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etməməklə, cinayət prosessual qanunvericiliyinə görə sübut kimi qəbul oluna bilməz. İstinad olunanlara əsasən məhkəmə ko llegiyası qeyd edir ki, aparılmış müqasiyəli təhlildən və onlara tətbiq edilməli olan maddi və prosessual hüquq normalarından göründyü kimi məhkum olunmuş şəxslər X21 və X14 qarşı Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə irəli sürülmüş hazırki ittihamın sübut olunmasında mövcud olan şübhələrin aradan qaldırılması mümkün deyildir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin faktiki hallarına uyğun gəlmir və bəzi hallarda da cinayət işinin faktiki halları ilə ziddiyət təşkil edir. İş materiallarına əlavə olunmuş 03 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş akta əsasən Lerik meşə sahəsinin Vizəzəmin meşəbəyliyinin 13 saylı meşə dolayısının “Huş” və digər sahələrində, bir-birinə yaxın məsaf ədə 45 ədəd ağacın kəsilməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 07 mart 2019-cu il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, 13 saylı meşə dolayısında kəsilmiş 45 ədəd ağacların kötüklərində əmələ gəlmiş əlamətlərdən görünür ki, ağaclar 2018-ci ilin yay aylarının axırında kəsilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin mütəxəssis rəyini, mütəxəssisin maraqlı şəxs olduğuna və ya ekspert rəyi olmadığına görə mümkün hesab etməmiş, eyni zamanda həmin halın aydınlaşdırılması üçün işin nəticəsi ilə maraqlı olmayan mütəxəssis, yaxud ekspertiza təyin edilməsi məsələsinin mümkünlüyünü də müzakirə etməmişdir. Hazırkı cinayət işi üzrə həmçinin dindirilmiş şahidlər – X28, X9, X10, X4, X15, X19 və X16 ifadələrində göstərdiyi hallar da Azərbaycan Respublikası CPM-nin 144 -146-cı maddələrinə müvafiq tədqiq edilib qiymətləndirilməmişdir. Apelyasiya məhkəmə kollegiyası ittihamda göstərilən 45 ağacdan yalnız 7-nin təqsirləndirilən şəxslər tərəfindən kəsilməsi nəticəsinə gəlirdisə həmin ağacların qiymətləndirilməsi onların cinsi, növü, yaşı və s hallar nəzərə alınmaqla konkret ekspertiza rəyi ilə müəyyən edilməli olduğu halda edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış mövqeyinə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nıticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsinə əsasən sübut ların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Göstərilən prosessual qanunların mənasına görə sübutların, o cümlədən şahid ifadələrinin toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə prosessual hərəkətlərlə həyata keçirilir. Ona gərə də məhkəmə iclasında verilmiş ifadələrlə əvvəlki ifadələr arasında fərqli hallar o lduqda onların hansının daha mötəbər olduğunun müəyyən edilməsi üçün bu ifadələr məhkəmə iclasında ifadə vermiş şəxsin iştirakı ilə elan edilib tədqiq edilməlidir. Həmin sübutların bir-birini tamamladığı, birbirinə uyğunluğu müəyyən edilib, işin faktiki hallarına uyğunluğuna məcmu halında qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası göstərilən prosessual hüquq normalarının mənası baxımından hesab edir ki, baxılan cinayət işinin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, məhkəmə iclasında sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilməmiş, toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməmişdir. Ona görə də kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilərək təmin edilməlidir. Beləliklə Ali Məhkəmənin Cinayət Kollegiyasının məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 12 dekabr 2019-cu il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilərək, qərar ləğv edilməli bə cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti və kassasiya şikayətli təmin edilsin. X13 və X14 Azərbaycan Respublikası CM-in 259.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 dekabr 2019-cu il tarixli hökmü ləğv edilsin və ci nayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar