Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-616/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli h ökmü ilə Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində kassasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmündən məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasında (hakimlər: Q.F.Məmmədov (sədrlik edən və məruzəçi), R.K.Səfərov və A.K.Abdinbəyovdan ibarət tərkibdə) xx xxxx 2015-ci il tarixdə baxılaraq apelyasiya şikayət təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.E.Rəhimov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və F.A.Qasımovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, müddətin buraxılmasını üzürlü səbəbdən hesab edərək k assasiya şikayəti vermə müddətinin bərpa edilməsini və kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2015-ci il tarixdən hal-hazıradək uzun müddətli fiziki pozuntularına səbəb olan ağır onkoloji xəstəliyə tutulmuşdur və bunun nəticəsində obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv edərək kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya ş ikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə b axmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2015-ci il tarixdən hal-hazıradək uzun müddətli fiziki pozuntularına səbəb olan ağır onkoloji xəstəliyə tutulmuşdur və bunun nəticəsində obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv edərək kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməsi ni xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Məhkum kassasiya şikayəti ve rmə müddətini ötürməsininin səbəbini uzunmüddətli xəstəliyə tutulması ilə izah etsə də onun ağır xəstəliyə tutulmasını və stasionarda müalicə almasını təsdiq edən sübut kassasiya şikayətinə əlavə etməmişdir. Ona görə də Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası müddətin buraxılmasını üzürsüz səbədən hesab edərək, müddətin bərpası barədə məhkumun vəsatətini təmin etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (köhnə red. 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər. Hazır kı iş üzrə apelyasiya instansiyası məhkəməsinin qərarı xx xxxx 2015-ci il tarixdə qəbul edilmiş və həmin qərardan kassasiya şikayəti vermə müddəti xx xxxxxx 2017-ci il tarixdə bitmişdir. Məhkum Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarından xx xxxxxx 2017-ci il tarixdə kassasiya şikayəti vermiş, lakin sonradan kassasiya şikayətini geri götürmüşdür. Daha sonra apelyasiya instansiya məhkəməsinin qərarı qəbul edildiyi vaxtdan 4 il 6 ay 6 gün vaxt keçdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə yenidən kassasiya şikayəti vermişdir. Belə ki, Məhkum Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarından qanunda nəzərdə tutulmuş qaydada kassasiya şikayəti verməmiş, qərarı aldıqdan uzun müddət keçdikdən sonra kassasiya şika yəti verilmə müddətinin bərpa edilməsinə dair vəsatət vermiş, vəsatətində kassasiya şikayətini üzürlü səbəblərdən buraxdığını qeyd etsə də, faktiki olaraq əsaslı üzrlü səbəblər göstərə bilməmişdir. Cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanması haqda Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-616/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-616/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver