Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-616/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Hacıyev Məhərrəm Durdağ oğlunun, Məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Əliyev Hikmət Vilayət oğlunun, Zərərçəkmiş şəxs2 nümayəndəsi, "Fid es" Vəkil Bürosunun vəkili Zeynalov Orxan Rauf oğlunun iştirakları ilə xx xxxxxx 1959-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi sahibkarlıqla məşğul olan, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 32.4, 309.2, 32.4, 313-cü maddələri ilə xx xxxxxxxx 1969-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 309.2, 32.4, 313cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 av qust 2024-cü il tarixli 1(103)-1442/2024 nömrəli qərarından Məhkum müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Hacıyev Məhərrəm Durdağ oğlu və məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Əliyev Hikmət Vilayət oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli 1(101)-562/2024 nömrəli hökmünə əsasən (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), S.A.Məmmədzadə və Ə.İ.Məmmədov) Məhkum – Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4 309.2, 32.4, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 32.4, 309.2-ci mad dəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 32.4, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməmiş, təyin olunmuş cəzalar CM-in 66.3 maddəsinə əsasən, qismən, CM-in 66.4-cü maddəsinə əsasən, isə tam toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CMin 70-ci maddəsi tətbiq edilməklə əsas cəzası şərti hesab edilərək 2 (iki) il sınaq müddəti təyin edilmişdir. Təqsirləndirilən şəxs3 - Azərbayca n Respublikası CM-in 178.3.2, 32.4, 309.2, 32.4, 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 32.4, 309.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 32.4, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin maddə ilə cəza təyin edilməmiş, təyin olunmuş cəzalar CM-in 66.3 maddəsinə əsasən, qismən, CM-in 66.4-cü maddəsinə əsasən, isə tam toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CMin 70-ci maddəsi tətbiq edilməklə əsas cəzası şərti hesab edilərək 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 309.2, 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs3 müdafiəçisi Bak tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli 1(103)1442/2024 nömrəli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədo v və E.H.Allahverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 may 2024-cü il tarixli 1(101)-562/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki və hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi vah id şəxsi niyyət ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Belə ki, o, xx.xx.2007-ci il tarixli 2 saylı iclas protokolu əsasında xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixli 1 saylı iclas protokolu əsasında xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixli 1 saylı iclas protokolu əsasında Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri seçilib həmin vəzifədə işləyən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış Yasamal bələdiyyəsinin üzvlərinin xx.xx.2000-ci il tarixli, 2 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin Nizamnaməsi”nə əsasən, əmr və sərəncamların verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəa liyyətinin təşkil edilməsi, aktlarının icrasının təmin edilməsi, bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında açıqlanmasının təmin edilməsi, üçüncü şəxslər qarşısında bələdiyyənin təmsil edilməsi, icra aparatının işinin təşkil edilməsi və digər səlahiyyətlərin daşıyıcısı olan hüquqi şəxsin təşkilatisərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs Təqsirləndirilən şəxs1 özünün təhriki ilə 2007-ci ilin may ayında ünvan 3 ölçüdə torpaq sahəsinin istifadəsi üçün ayrılmasına dair Təqsirləndirilən şəxs1 şifahi müraciətinə əsasən sonuncunun özünü nüfuzlu şəxs kimi göstərməkdən və bələdiyyə büdcəsinə daxil olan vergi və ödənişləri artırmaqdan ibarət şəxsi niyyətlə sədri olduğu bələdiyyənin mülkiyyətində olmayan, vahid elektron kadastr bazasına əsasən dövlət mülkiyyətində olan qeyd edilən torpaq sahəsini 2007-ci ilin may ayında ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasında tərəfindən Təqsirləndirilən şəxs1 təqdim edilmiş tanışı Şahid1 şəxsiyyət vəsiqəsinin surətindən istifadə etməklə, habelə istifadəsi üçün torpaq sahəsinin ayrılması barədə hər hansı müraciətinin olmamasına baxmayaraq, guya bələdiyyə mülkiyyətində olan ünvan 3 ölçüdə torpaq sahəsinin daş hasara alınaraq faktiki istifadəsində olduğuna və bələdiyyəyə daxil olmuş müraciətinə görə Şahid1 icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd olan xx.xx.2007-ci il t arixli, 24/06-1 nömrəli sərəncamı və həmin torpaq sahəsinin istifadəsi üçün xx.xx.2050-ci il tarixədək Şahid1 icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilmiş xx.xx.2007-ci il tarixli, 33-1 nömrəli torpaq icarəsi müqaviləsini 2007-ci ilin may ayında qeyd olunan Bələdiyyənin inzibati binasında Təqsirləndirilən şəxs1 tərəfindən hazırlanıb həmin sənədlərdə sonuncunun şəxsən imzalandıqdan sonra, Şahid1 aid hissədə isə naməlum şəraitdə imzalanmasına nail olub, bələdiyyənin dairəvi möhürü ilə Təqsirləndirilən şəxs1 tərəfindən təsdiq edilərək qanunsuz və əsassız olaraq bələdiyyə mülkiyyətində olmayan dövlət mülkiyyəti hesab edilən ünvan 3 ölçüdə torpaq sahəsindən istifadə hüququna dair Şahid1 adına rəsmiləşdirmə aparılmasına nail olmuş, bundan sonra cinayətkar niyyətinin realizəs inə uyğun aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə 2017-ci ilin sonlarında qeyd edilən torpaq sahəsinin 0,21 ha ölçüdə hissəsinə dair icarə hüququnu Zərərçəkmiş şəxs2 adına keçirmək istəməsinə dair sonuncunun Təqsirləndirilən şəxs3 müraciəti ilə əlaqədar sonuncu Zərərçəkmiş şəxs2 ünvan 3 ölçüdə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını və həmin torpaq sahəsinin 0,21 ha hissəsinə dair xx.xx.2028-ci il tarixədək olan müddətə istifadə hüququnu pul vəsaitinə ehtiyacları olduğu üçün şərikləri ilə birlikdə satdıqlarını, habelə həmin torpaq sahəsinə dair sənədlərin qanuni olması və adına rəsmiləşdirildikdən sonra dövlət qeydiyyatın a da asanlıqla alındıra biləcəyinə Zərərçəkmiş şəxs2 inandıraraq 330.000 manata həmin sahəyə olan icarə hüququnu ona sata biləcəklərini bildirib, sonuncunun buna görə 300.000 manat verə biləcəyini bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs3lə müzakirə edib şifahi qaydada alqı-satqıya razılıq vermələri ilə əlaqədar 2017-ci ilin dekabr ayının sonlarında ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 bacısı oğlu cinayətdən xəbərsiz Şahid2 adına guya bələdiyyə mülkiyyətində olan ünvan 4ölçüdə torpaq sahəsinin Şahid1 müraciətinə əsasən qarşılıqlı razılaşma əsasında icarə haqqını ödəmək məqsədi ilə Şahid2 adına sənədləşdirərək icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilməklə köhnə tarixə tərtib edilən x x.xx.2014-cü il tarixli, 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsini hazırlamağa bələdiyyənin sədri Təqsirləndirilən şəxs1 təhrik edərək həmin sənədləri əldə edib Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs2 təqdim etməsindən sonra Təqsirləndirilən şəxs3 vasitəsilə 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində 30.000 manat, 2017-ci ilin dekabr ayının sonlarında isə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 6 ünvanında 270.000 manat olmaqla, ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alaraq həmin pul vəsaitini əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və eti bardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 və Bakı şəhəri Zərərçəkmiş şəxs1 cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa və vəzifəli şəxsi Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid şəxsi niyyət ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəz ifə saxtakarlığı törətməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki və hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi vahid şəxsi niyyət ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xx.xx.2007ci il tarixli 2 saylı iclas protokolu əsasında xx.xx.2010cu il tarixədək, xx.xx.2010-cu il tarixli 1 saylı iclas protokolu əsasında xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixli 1 saylı iclas protokolu əsasında Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri seçilib həmin vəzifədə işləyən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış Yasamal bələdiyyəsinin üzvlərinin xx.xx.2000-ci il tarixli, 2 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin Nizamnaməsinə əsasən, əmr və sərəncamların verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələd iyyənin fəaliyyətinin təşkil edilməsi, aktlarının icrasının təmin edilməsi, bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında açıqlanmasının təmin edilməsi, üçüncü şəxslər qarşısında bələdiyyənin təmsil edilməsi, icra aparatının işinin təşkil edilməsi və digər səlahiyyətlərin daşıyıcısı olan hüquqi şəxsin təşkilati-sərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs Təqsirləndirilən şəxs1 Məhkum ilə birlikdə təhrik etməklə 2017-ci ilin sonlarında ünvan 3 ölçüdə torpaq sahəsinin 0,21 ha ölçüdə hissəsinə dair icarə hüququnu Zərərçəkmiş şəxs2 adına keçirmək istəməsinə dair sonuncunun özünə müraciəti ilə əlaqədar Zərərçə kmiş şəxs2 ünvan 3 ölçüdə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını və həmin torpaq sahəsinin 0,21 ha hissəsinə dair xx.xx.2028-ci il tarixədək olan müddətə istifadə hüququnu pul vəsaitinə ehtiyacları olduğu üçün şərikləri ilə birlikdə satdıqlarını, habelə həmin torpaq sahəsinə dair sənədlərin qanuni olması və adına rəsmiləşdirildikdən sonra dövlət qeydiyyatına da asanlıqla alındıra biləcəyinə Zərərçəkmiş şəxs2 inandıraraq 330.000 manata həmin sahəyə olan icarə hüququnu ona sata biləcəklərini bildirib, sonuncunun buna görə 300.000 manat verə biləcəyini bildirməsi ilə əlaqədar Məhkumla müzakirə edib şifahi qaydada alqı-satqıya razılıq vermələri ilə əlaqədar 2017-ci ilin dekabr ayının sonlarında ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibat i binasında Zərərçəkmiş şəxs2 bacısı oğlu cinayətdən xəbərsiz Şahid2 adına guya bələdiyyə mülkiyyətində olan ünvan 4ölçüdə torpaq sahəsinin Şahid1 müraciətinə əsasən qarşılıqlı razılaşma əsasında icarə haqqını ödəmək məqsədi ilə Şahid2 adına sənədləşdirərək icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilməklə köhnə tarixə tərtib edilən xx.xx.2014-cü il tarixli, 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsini hazırlamağa bələdiyyənin sədri Təqsirləndirilən şəxs1 təhrik edərək həmin sənədləri əldə edib Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs2 təqdim etməsindən sonra 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində 30.000 manat, 2017-ci ilin dekabr ayının sonlarında isə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünva n 6 ünvanında 270.000 manat olmaqla, ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alaraq həmin pul vəsaitini əlbir olduğu Məhkum ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Məhkum ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə Zərərçəkmiş şəxs2 və Bakı şəhəri Zərərçəkmiş şəxs1 cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafel ərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa və vəzifəli şəxsi Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid şəxsi niyyət ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Məhkum bələdiyyə qərarına əsasən istifadəsində olan, 200000 manat xərc çəkərək abadlaşdırdığı torpaq sahəsinə olan istifadə hüququnu satmaq niyy ətində olur və satır. Təqsirləndirilən şəxs3 makler fəaliyyəti ilə məşğuldur və yeganə niyyəti torpaq sahəsinin satılması nəticəsində gəlir əldə etmək olmuşdur. Təqsirləndirilən şəxs1 isə niyyəti vergilərin dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi məqsədi ilə rəsmiləşmə aparılması olmuşdur. Göründüyü kimi burda vahid niyyətdən söhbət gedə bilməz. Mübahisəsiz olaraq təsdiq olunur ki, Məhkum cinayətlərin törədilməsi üçün qabaqcadan birləşməmiş, hər hansı bir cinayət törətməmiş və törədilmiş cinayətlərdə iştirakı və hər hansı bir əlaqəsi olmamışdır. Həmçinin zərər çəkmiş şəxs ilə torpağın alqısatqısı zamanı və sonra hər hansı dələduzluq niyyətinin əmələ gəlməsi və həmin niyyətin icrası məqsədi ilə qeyd edilən saxtakarlıq, pul tələb etmək və s. faktı nə ibtidai istintaq orqanı, nə də məh kəmə tərəfindən sübuta yetirilməmişdir. Hazırki işdə isə nə “etibardan sui-istifadə və aldatma” nə də ki, bu yol ilə “özgə əmlakını ələ keçirmə” halı mövcud deyil. Bu münasibətdə isə Şahid1 istifadəsində olan torpaq sahəsini (çəkmiş olduğu xərclərlə birlikdə) satır və bunun qarşılığında pul vəsaitlərini əldə edir. Eyni zamanda aldatma halı da mövcud deyildir çünki, zərərçəkən bildirir ki, Şahid1 ona bildirmişdir ki, adına bələdiyyə sənədi və müqavilə mövcuddur və həmin sənədlərin sürətini zərərçəkmişə təqdim etmiş, sonuncu sənədləri araşdırmış və bu hal onu qane etdiyi üçün Şahid1 torpaq sahəsinə olan hüququnu almaq istəmişdir. Hazırki vəziyyətdə Şahid1 torpaq verilən zaman həmin torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması şübhə altındadır. Çünki bu hal araşdırılmayıb. B u halın araşdırılması üçün ekspertiza təyin edilməli idi. Amma lap həmin vaxt torpaq sahəsi dövlət mülkiyyətində olmuş olsa idi belə bunu Şahid1 bilə bilməzdi. Dövlət ondan vergiləri qəbul etməklə onun hüquqlarını tanımışdır. Məhkum bələdiyyəyə ödənilmiş rüsumları, vergi ödənişlərini və abadlaşdırma üçün çəkdiyi xərcləri əldə etmək üçün başqasının xeyrinə icarə müqaviləsindən imtina etmişdir. Məhkəmə və istintaq bu halda “təhrik” etməni sübut etməli və təhrikin nədə ifadə olunmasını izah etməli idilər. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair q ərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, məhkəmənin ittiham qənaətinə necə gəlməsi bəlli olmamış, məhkəmənin bu qənaətləri hər hansı bir sübuta söykənməmişdir. Təqsirləndirilən şəxs3 makler fəaliyyəti ilə məşğuldur və yeganə niyyəti torpaq sahəsinin satılması nəticəsində gəlir əldə etmək olmuşdur. Mübahisəsiz olaraq təsdiq olunur ki, Təqsirləndirilən şəxs3 cinayətlərin törədilməsi üçün qabaqcadan birləşməmiş, hər hansı bir cinayət törətməmiş və törədilmiş cinayətlərdə iştirakı və hər hansı bir əlaqəsi olmamışdır. O, sadəcə torpaq alqı-satqısı ilə məşğul olan bir şəxs kimi bu işdə müəyyən məbləğdə pul qazanmaq istəmişdir. Həmçinin zərər çəkmiş şəxs ilə torpağın alqı-satqısı zamanı və sonra hər hansı dələduzluq niyyətinin əmələ gəlməsi və həmin niyyətin icrası məqsədi ilə qeyd edilən saxtakarlıq, pul tələb etmək və s. faktı nə ibtidai istintaq orqanı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Həmin sübutlar heç bir halda birbaşa olaraq Təqsirləndirilən şəxs3 ittiham elan etmək üçün əsas ola bilməz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumlar Şahid1 və Təqsirləndirilən şəxs3, müdafiəçilər M.Hacıyevin və H.Əliyevin, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və nümayəndə O.Zeynalovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə bax ılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərində məhkumlar Məhkum və Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kü lli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsində "Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsinə əsasən: “Bu Məcəllənin 309.1ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 313-cü maddəsində “Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdəmin beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegi yası məhkumların müdafiəçiləri tərəfindən ayır-ayrılıqda verilmiş kassasiya şikayətləri ilə qismən razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 309.2, 32.4, 313-cü maddələri ilə təqsirli bilərkən kifayət qədər araşdırma aparmadan və mötəbər sübutlara əsaslanmadan yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdiri lməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıd ır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Məhkəmə h ökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CP M-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxil ində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş ol sun... Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşıs ına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq mə qsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. İşin hallarından göründüyü kimi, verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyət lə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə fiziki və hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi vahid şəxsi niyyət ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Belə ki, o, xx.xx.2007-ci il tarixli 2 saylı iclas protokolu əsasında xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixli 1 saylı iclas protokolu əsasında xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixli 1 saylı iclas protokolu əsasında Bakı şəh əri Zərərçəkmiş şəxs1 sədri seçilib həmin vəzifədə işləyən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış Yasamal bələdiyyəsinin üzvlərinin xx.xx.2000-ci il tarixli, 2 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin Nizamnaməsi”nə əsasən, əmr və sərəncamların verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktlarının icrasının təmin edilməsi, bələdiyyə aktlarının elektron informasiya ehtiyatlarında açıqlanmasının təmin edilməsi, üçüncü şəxslər qarşısında bələdiyyənin təmsil edilməsi, icra aparatının işinin təşkil edilməsi və digər səlahiyyətlərin daşıyıcısı olan hüquqi şəxsin təşkilatisərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər ü çün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs Təqsirləndirilən şəxs1 özünün təhriki ilə 2007-ci ilin may ayında ünvan 3 ölçüdə torpaq sahəsinin istifadəsi üçün ayrılmasına dair Təqsirləndirilən şəxs1 şifahi müraciətinə əsasən sonuncunun özünü nüfuzlu şəxs kimi göstərməkdən və bələdiyyə büdcəsinə daxil olan vergi və ödənişləri artırmaqdan ibarət şəxsi niyyətlə sədri olduğu bələdiyyənin mülkiyyətində olmayan, vahid elektron kadastr bazasına əsasən dövlət mülkiyyətində olan qeyd edilən torpaq sahəsini 2007-ci ilin may ayında ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasında tərəfindən Təqsirləndirilən şəxs1 təqdim edilmiş tanışı Ş ahid1 şəxsiyyət vəsiqəsinin surətindən istifadə etməklə, habelə istifadəsi üçün torpaq sahəsinin ayrılması barədə hər hansı müraciətinin olmamasına baxmayaraq, guya bələdiyyə mülkiyyətində olan ünvan 3 ölçüdə torpaq sahəsinin daş hasara alınaraq faktiki istifadəsində olduğuna və bələdiyyəyə daxil olmuş müraciətinə görə Şahid1 icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənəd olan xx.xx.2007-ci il tarixli, 24/06-1 nömrəli sərəncamı və həmin torpaq sahəsinin istifadəsi üçün xx.xx.2050-ci il tarixədək Şahid1 icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilmiş xx.xx.2007-ci il tarixli, 33-1 nömrəli torpaq icarəsi müqaviləsini 2007-ci ilin may ayında qeyd olunan Bələdiyyənin inzibati binasında Təqsirləndirilən şəxs1 tərəfindən hazırlanıb həmin sənədlərd ə sonuncunun şəxsən imzalandıqdan sonra, Şahid1 aid hissədə isə naməlum şəraitdə imzalanmasına nail olub, bələdiyyənin dairəvi möhürü ilə Təqsirləndirilən şəxs1 tərəfindən təsdiq edilərək qanunsuz və əsassız olaraq bələdiyyə mülkiyyətində olmayan dövlət mülkiyyəti hesab edilən ünvan 3 ölçüdə torpaq sahəsindən istifadə hüququna dair Şahid1 adına rəsmiləşdirmə aparılmasına nail olmuş, bundan sonra cinayətkar niyyətinin realizəsinə uyğun aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayətkar əlaqəyə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə 2017-ci ilin sonlarında qeyd edilən torpaq sahəsinin 0,21 ha ölçüdə hissəsinə dair icarə hüququnu Zərərçəkmiş şəxs2 adına keçirmək istəməsinə dair sonuncunun Tə qsirləndirilən şəxs3 müraciəti ilə əlaqədar sonuncu Zərərçəkmiş şəxs2 ünvan 3 ölçüdə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını və həmin torpaq sahəsinin 0,21 ha hissəsinə dair xx.xx.2028-ci il tarixədək olan müddətə istifadə hüququnu pul vəsaitinə ehtiyacları olduğu üçün şərikləri ilə birlikdə satdıqlarını, habelə həmin torpaq sahəsinə dair sənədlərin qanuni olması və adına rəsmiləşdirildikdən sonra dövlət qeydiyyatına da asanlıqla alındıra biləcəyinə Zərərçəkmiş şəxs2 inandıraraq 330.000 manata həmin sahəyə olan icarə hüququnu ona sata biləcəklərini bildirib, sonuncunun buna görə 300.000 manat verə biləcəyini bildirməsi ilə əlaqədar Təqsirləndirilən şəxs3lə müzakirə edib şifahi qaydada alqı-satqıya razılıq vermələri ilə əlaqədar 2017-ci ilin dekabr ayının sonlarında ünvan 3 ünvanı nda yerləşən Bakı şəhəri Yasamal rayonunun Yasamal Bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 bacısı oğlu cinayətdən xəbərsiz Şahid2 adına guya bələdiyyə mülkiyyətində olan ünvan 4ölçüdə torpaq sahəsinin Şahid1 müraciətinə əsasən qarşılıqlı razılaşma əsasında icarə haqqını ödəmək məqsədi ilə Şahid2 adına sənədləşdirərək icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilməklə köhnə tarixə tərtib edilən xx.xx.2014-cü il tarixli, 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsini hazırlamağa bələdiyyənin sədri Təqsirləndirilən şəxs1 təhrik edərək həmin sənədləri əldə edib Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs2 təqdim etməsindən sonra Təqsirləndirilən şəxs3 vasitəsilə 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində 30.000 manat, 2 017-ci ilin dekabr ayının sonlarında isə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 6 ünvanında 270.000 manat olmaqla, ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alaraq həmin pul vəsaitini əlbir olduğu Təqsirləndirilən şəxs3 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan h ərəkətlər etməklə Zərərçəkmiş şəxs2 və Bakı şəhəri Zərərçəkmiş şəxs1 cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa və vəzifəli şəxsi Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid şəxsi niyyət ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. İttihamın məzmunundan görünür ki, Məhkum təqsirləndirildiyi cinayət əməlləri aşağıdakılardan ibarətdir: 1)Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri Təqsirləndirilən şəxs1 2007-ci ildə vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərini aşmağa təhrik edərək bələdiyyə mülkiyyətində olmayan dövlət mülkiyyəti hesab edilən ünvan 3 ölçüdə tor paq sahəsindən istifadə hüququna dair qohumu Şahid1 adına rəsmiləşdirmişdir; 2)Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə 2017-ci ilin sonlarında qeyd edilən torpaq sahəsinin 0,21 ha ölçüdə hissəsinə dair icarə hüququnu Zərərçəkmiş şəxs2 xx.xx.2028-ci il tarixədək olan müddətə istifadə hüququnu şərikləri ilə birlikdə satdıqlarını, habelə həmin torpaq sahəsinə dair sənədlərin qanuni olması və adına rəsmiləşdirildikdən sonra dövlət qeydiyyatına da asanlıqla alındıra biləcəyinə inandıraraq həmin sahəyə olan icarə hüququnu ona sata biləcəklərini bildirib, Zərərçəkmiş şəxs2 bacısı oğlu cinayətdən xəbərsiz Şahid2 adına guya bələdiyyə mülkiyyətində olan ünvan 4ölçüdə torpaq sahəsinin Şahid1 müraciətinə əsasən qarşılıqlı razılaşma əsasında icarə haqqını ödə mək məqsədi ilə Şahid2 adına sənədləşdirərək icarəyə verilməsinə dair bilə-bilə yalan məlumatlar daxil edilməklə köhnə tarixə tərtib edilən xx.xx.2014-cü il tarixli, 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsini hazırlamağa bələdiyyənin sədri Təqsirləndirilən şəxs1 təhrik edərək həmin sənədləri əldə edib Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs2 təqdim etməsindən sonra Təqsirləndirilən şəxs3 vasitəsilə 2017-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində 30.000 manat, 2017-ci ilin dekabr ayının sonlarında isə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 6 ünvanında 270.000 manat olmaqla, ümumilikdə 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alaraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Məhkum ona el an olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə Bakı şəhərində torpaq almaq qərarına gəlmişdir. O, Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinin ona verilməsinə görə Yasamal Bələdiyyəsinə və Yasamal Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. O, həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsində ev tikdirmək istəyirmiş. 2007-ci ildə Yasamal Bələdiyyəsində Təqsirləndirilən şəxs1 tərəfindən sərəncamla ona həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsi verilmişdir. 2017-ci ilədək o, həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinin qanuni vergi ödəyicisi olmuşdur. 10 il ərzində o, həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini təmizləmiş, barı çəkmiş və həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinə müəyyən miqdarda pul xərcləmişdir. Lakin 2017-ci ildə artıq həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinin vergisini ödəməyə gücü çatmadığından həmin torpaq sahəsini satmaq istədiyini Təqsirləndirilən şəxs3 demişdir. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 adlı bir şəxsin həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs2 həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahə ilə bağlı sənədlərin qanuni olub-olmamasını yoxlatdırmaq istədiyini demişdir. 15 gündən sonra Zərərçəkmiş şəxs2 həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini almağa razı olduğunu və ondan imtina ərizəsi yazmağını demişdir. O, Yasamal Bələdiyyəsində Təqsirləndirilən şəxs1 yanında imtina ərizəsi yazdıqdan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 sənədlə həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini vermişdir. O, bununla həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini Zərərçəkmiş şəxs2 300.000 manata satmışdır. Torpaq sahəsinin satışını hər hansı bir sənəd ilə rəsmiləşdirməmiş, sadəcə olaraq Şahid1ın adından imtina ərizəsi yazılmışdır. O, Zərərçəkmiş şəxs2 torpağa olan hüququnu satırmış və Zərərçəkmiş şəxs2 həmin Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinə çəkdiyi xərclərin pulunun qaytarılmasını istəyirmiş. O, Zərərçəkmiş şəxs2 həmin Ya samal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsinin kupçasını verəcəyini deməmişdir. Hazırda torpaq sahəsinin yarısı icra başçısının yaxının istifadəsində, yarısı da ortada qalmışdır. Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək göstərmişdir ki, onun Məhkum başqa digər təqsirləndirilən şəxslərlə şəxsi əlaqəsi olmamışdır. O, 2017-ci ildə arendaya çay evi işlədərkən Məhkum onun yanına gəlib harada qaldığını soruşmuşdur. O, Məhkum Yeni Yasamal ərazisində yaşadığını demişdir. Məhkum ona Bakı şəhəri, Yasamal rayonunda yerləşən torpaq sahəsini 5 oğluna ev tikdirmək üçün aldığını, həmin torpaq sahəsini təmizlətdirdiyini və həmin torpaq sahəsinin ətrafına barı çəkdirdiyini demişdir. Məhkum ona həmin torpaq sahəsini satmaq istədiyini demişdir. Məhkum həmin torpaq sahəsini alma q istəyən olsa, ona deməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 evində kirayə qalırmış. O, Zərərçəkmiş şəxs2 bacısı oğlunun yanında torpaq sahəsi satıldığını demişdir. Bu söhbətdən 2 gün keçdikdən sonra Zərərçəkmiş şəxs2 ona zəng edərək görüşmək istədiyini deyib həyətə düşməyini istəmişdir. Zərərçəkmiş şəxs2 ona bacısı oğluna torpaq satıldığını dediyini bildirmiş və həmin torpaq sahəsini göstərməyini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsini göstərmişdir. Zərərçəkmiş şəxs2 ondan həmin torpaq sahəsinin hansı sənədi olduğunu soruşduqda o, Zərərçəkmiş şəxs2 yanında Məhkum zəng etmişdir. O, Məhkum həmin torpaq sahəsinin hansı sənədinin olmasını soruşduqda Məhkum ona həmin torpaq sahəsinin sərəncamı olduğunu demişdir. O, Məhkum Zərərçəkmiş şəxs2 həmin sərəncama baxmaq istədiy ini demişdir. Məhkum da ona həmin sərəncamı səhəri gün verə biləcəyini demişdir. O, səhəri gün həmin sərəncamı Zərərçəkmiş şəxs2 vermişdir. Zərərçəkmiş şəxs2 həmin sərəncamı ondan alıb 15 gündən sonra qayıdıb bu sərəncamın kifayət etdiyini, həmin torpaq sahəsini almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs2 ondan yardım etməyini istəmiş, hətta bunun qarşılığında ona hörmət edəcəyini demişdir. O da Zərərçəkmiş şəxs2 Məhkum həmin torpaq sahəsinin barısını çəkdiyindən, təmizlətdirdiyindən, vergisini ödədiyindən özünün Məhkumla danışmasını demişdir. O, Təqsirləndirilən şəxs1 tanımamış, kiməsə hər hansı söz deməmişdir. Həmin torpaq sahəsinin sənədi ilə bağlı onun heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs2la Məhkum öz aralarında bu barədə danışmışlar. Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, bir müddət Yasamal rayonunda torpaq sahəsi axtarırmış. 2017-ci ilin dekabr ayında bacıoğlusu Şahid2 ilə görüşəndə Şahid2 ona bildirmişdir ki, bir nəfər şəxs bu ərazidə torpaq sahəsi satır. Şahid2 ilə zəng edib torpaq sahəsini satan şəxslə danışmışlar. Məlum olmuşdur ki, torpaq sahəsini satan şəxs Təqsirləndirilən şəxs3dir, torpaq sahəsi isə Yasamal rayonu, 32-nömrəli məktəbin yanında yerləşir. O və Şahid2 Təqsirləndirilən şəxs3lə torpaq sahəsinə baxmaq üçün görüşmüşlər. O, Şahid2 və Təqsirləndirilən şəxs3lə birlikdə torpağa baxmağa getmişlər, torpaq sahəsi 21 sot imiş. Torpaq sahəsi bomboş imiş, heç bir tikili yox imiş, hətta ağac belə yox imiş. O, Təqsirləndirilən şəxs3dən həmin torpaq sahəsinin sənədləri barədə soruşduqda Təqsirləndirilən şəxs3 demişdir ki, ancaq bələdiyyə sərəncamı vardır. Həmçinin Təqsirləndirilən şəxs3 torpaq sahəsini 330.000 manata satdığını demişdir. O, fikirləşmək və bələdiyyə sərəncamını yoxlatmaq üçün vaxt istəmişdir. Bələdiyyə sərəncamı 2007-ci ilin aprel ayına məxsus imiş və həmin sərəncamda torpaq sahəsinin Şahid1 adlı şəxsin mülkiyyətində olduğu yazılmışdı və həmin sənədə bələdiyyə sədri Təqsirləndirilən şəxs1 imza çəkmişdir. O, Təqsirləndirilən şəxs3lə danışaraq torpaq sahəsinin qiymətini 300.000 manata endirməyini istəmişdir. Təqsirləndirilən şəxs3 də bildirmişdir ki, torpaq sahibi Məhkumla danışaraq ona bildirəcək. O, qərara gəlmişdir ki, torpaq sahəsinə dair bələdiyyə sənədi bacıoğlusu Şahid2nin adına keçirilsin. Sonra Təqsirləndirilən şəxs3 300.000 manata razılaşdığını demişdir. O, Təqsirləndirilən şəxs3 adlı şəxsə 30.000 manat beh vermiş, 270.000 manat isə torpaq sahəsinə dair bələdiyyə sənədi Şahid2nin adına keçdikdən sonra veriləcəkmiş. Bir neçə gün sonra yəni 2017-ci ilin dekabr ayında onun yerinə Şahid2 Təqsirləndirilən şəxs3lə bələdiyyəyə getmişdir. Bələdiyyədə Şahid1, yəni torpaq sahəsinin ilkin sahibi olan şəxs imtina ərizəsi yazmış və 21 sot torpaq sahəsi bacıoğlusu Şahid2nin adına keçirilmişdir. Lakin həmin vaxt bacısıoğlu Şahid2 sənədlərdə tarixlərin düzgünlüyünə baxmamışdır. Çünki sənədlərdə 2014-cü il yazılmışdır. Əslində o, özü də ilk əvvəl həmin sənədə baxdıqda araşdırma edib bir tanışından soruşmuş və bildirmişdir ki, 2007-ci il tarixli sərəncamla çıxarış almaq olar. Torpaq sahəsi bacısıoğlu Şahid2nin adına keçirildikdən sonra o, Təqsirləndirilən şəxs3i Yasamal ərazisindəki evə dəvət edib 270.000 manat pulu Təqsirləndirilən şəxs3ə vermişdir. Yəni pulu vermək üçün notariusa getməmişlər. Təqsirləndirilən şəxs3 həmin pulu Məhkuma çatdırmışdır. Sonra 2018-ci ildə o, sənədi verib çıxarış almaq istəmiş, lakin Nərimanov Rayon Dövlət Reyestr Xidmətindən ona sənədin saxta olduğu deyilmişdir. O, Təqsirləndirilən şəxs3ə zəng edib sənədin saxta olduğunu desə də, Təqsirləndirilən şəxs3 sənədin saxta olduğunun mümkünsüz olduğunu demişdir. O, torpaq sahəsinin keçmiş sahibi Məhkum adlı şəxslə görüşmüşdür. O, Məhkumla bələdiyyə sədrinin yanına getmişlər, Təqsirləndirilən şəxs3 içəri girməmiş və çöldə gözləmişdir. O, bələdiyyə sədri Təqsirləndirilən şəxs1 sənədinin saxta olduğunu demişdir. Təqsirləndirilən şəxs1 onun sənədinin sərəncam əsasında ləğv etdiyini demişdir. O, həmin sənədə baxdıqda həqiqətən də Təqs irləndirilən şəxs1 onun adından sənədi ləğv etdiyini görmüşdür. Təqsirləndirilən şəxs1 onun torpaq sahəsinin sənədini niyə ləğv etdiyini deməmişdir O, Təqsirləndirilən şəxs3lə Məhkumdan pulunu geri istədikdə onlar pulunu geri verməmiş, sənədin düzgün, qanuni olduğunu demişlər. 2019-cu il tarixdə ona bələdiyyədən zəng gəlmiş və onu bələdiyyəyə çağırmışlar. O, 2019-cu ilin noyabr ayında bələdiyyəyə getdikdə onu bələdiyyə sədri Təqsirləndirilən şəxs1 qəbul etmiş, sonra Təqsirləndirilən şəxs1 zəng edərək bələdiyyə işçisi Təqsirləndirilən şəxs2 otağına çağırmışdır. Təqsirləndirilən şəxs1 ona torpaq sahəsinin sənədini geri qaytara biləcəklərini demişdir. Lakin Təqsirləndirilən şəxs1 şəxsən özü Təqsirləndirilən şəxs2 10.000 manat pul və torpağın qalan vergisini Təqsirləndirilən şəxs2 ödəməyini bi ldirmişdir. Belə ki, ilk əvvəl bacısıoğlu Şahid2 torpaq sahəsinə təxminən 4.900 manat vergi ödəsə də, qəbz yox imiş. O, Təqsirləndirilən şəxs1 otağından çıxıb sonrakı gün yəni 2019-cu ilin noyabr ayında şəxsən Təqsirləndirilən şəxs2 otağına yaxınlaşmış və Təqsirləndirilən şəxs2 10.000 manat pul vermiş, həmçinin Təqsirləndirilən şəxs2 təxminən 550 manat vergi pulu vermişdir. 21 sot torpaq sahəsinin yarısının onun, digər yarısının da həyat yoldaşının adına keçirilməyini təklif etmişdir. Bu qaydada sənədlər hazırlanmış və o, sənədə imza çəkmişdir O, səhhəti ilə əlaqədar ölkədən kənara çıxmalı olmuş, həyat yoldaşının adına olan sənədlər imzalanmamış qalmışdır. Həyat yoldaşı da ondan sonra sənədlərə imza çəkmişdir. Beləliklə, 21 sot torpaq sahəsinin 10,5 sotu onun, 10,5 sotu isə həyat yoldaşını n adına imiş. O, ölkəyə qayıdıb bələdiyyədən 2 nəfərin adına olan sənədin 2007-ci ilə rəsmiləşdirilməsini müşahidə etmişdir. O, həmin 2007-ci ilin bələdiyyə sərəncamını götürüb, Nərimanov Rayon Dövlət Reyestr Xidmətinə getmişdir. Nərimanov Rayon Dövlət Reyestr Xidmətindən sənədin saxta olduğunu, torpaq sahəsinin dövlətə məxsus torpaq sahəsi olduğunu bildirmişlər. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Məhkum, Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş ziyan ödənilimişdir. Belə ki, Təqsirləndirilən şəxs3 30.000 manat, Məhkum 30.000 manat, Təqsirləndirilən şəxs1 240.000 manat pul ona geri qaytarmışlar. O, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Proses iştirakçılarının suallarına cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, qa baqcadan torpaq sahəsinin sənədində tarixin 2007-ci il olacağı deyilməmişdir. Torpaq sahəsini alarkən Məhkum və Təqsirləndirilən şəxs3 çıxarış ala biləcəyini demişdilər. Həmid tərəfindən ona xx.xx.2007-ci il tarixli 30/2 nömrəli sərəncam və həmin tarixli 9/16 nömrəli torpaq icarəsi müqaviləsi, həyat yoldaşı Şahid3 adına olan xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncam və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsi təqdim edilmişdir. O, məsələni özü həll etməyə çalışmış, lakin sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə gedib təqsirləndirilən şəxslərə qarşı şikayət ərizəsi vermişdir. Şikayət ərizəsini özü yazmışdır. Şikayət ərizəsini kimin qəbul etdiyini xatırlamır. 2019-cu il tarixdə ona zəng edərək bələdiyyəyə çağıran işçinin kim olduğunu bilmir. 2019-cu il tarixdə Təqsirlə ndirilən şəxs1 onu qəbul edərkən otaqda Təqsirləndirilən şəxs2 da var imiş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 10.000 manat pul ödəməyini demişdir. O, 10.000 manat pulu Təqsirləndirilən şəxs2 otağında Təqsirləndirilən şəxs2 vermişdir. Əvvəlcədən də Təqsirləndirilən şəxs2 tanıyırmış, onun bələdiyyə görmüş və orda işlədiyini bilirmiş. Sənəd ləğv olunanda onun Təqsirləndirilən şəxs1la mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs1 sənədi ləğv etdiyini və narazıdırsa onun şikayət edə biləcəyini demişdir. Torpaq sahəsini bacısıoğlu Şahid2nin adına rəsmiləşdirərkən o, Təqsirləndirilən şəxs1 görməmiş, onun kim olduğunu bilmirmiş, Təqsirləndirilən şəxs1 ondan həmin vaxt pul istəməmişdir. O, Təqsirləndirilən şəxs1 onun sənədini ləğv etdikdən sonra tanımışdır. Torpaq sahəsi bacısıoğlu Şahi d2nin adına rəsmiləşdirilən zaman Təqsirləndirilən şəxs1 Şahid2dən pul istəməmiş, Şahid2 bu haqda ona heç nə deməmişdir. O, 300.000 manat zərərə düşmüş, buna görə də Təqsirləndirilən şəxs1 sənədi düzəltmək təklifini qəbul etmişdir. O, Təqsirləndirilən şəxs1 qəbuluna girdikdən bir gün sonra axşam saatlarında Təqsirləndirilən şəxs2 10.000 manat pul ödəmişdir. O, 10.000 manat pulu Təqsirləndirilən şəxs2 verdikdən sonra bələdiyyə vergisini ödəmişdir. 2018-ci il tarixdə Nərimanov Rayon Dövlət Reyestr Xidmətindən sənədin saxta olduğunu öyrəndikdə o, Təqsirləndirilən şəxs3lə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs3 Məhkumı da çağırmışdır. Məhkum ona verdiyi sənədin qanuni sənəd olduğunu demişdir. O, 300.000 manat pulunu istəsə də, Məhkum pulu qaytarmamışdır. 2019-cu ildə bələdiyyə ikinci dəfə on a həmin sənədi vermişdir. Ona deyilib ki, ona verilən sərəncamı icra başçısı Əzizov ləğv etdirmişdir. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 16 yanvar 2007-ci il tarixdən Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin sədri seçilmiş və 2020-ci ilə qədər Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin sədri olaraq xidmət etmişdir. Onun vəzifəsi Bakı şəhəri, Yasamal rayon Bələdiyyəsinin aidiyyətinə olan bütün işləri öz öhdəsinə götürüb yerinə yetirməkdən ibarət olmuşdur. Onun bələdiyyə torpaqlarını satmaq səlahiyyəti olmamışdır. 2007-ci ilin noyabr ayından bələdiyyə torpaqlarının satılması qadağan edilmişdir. O, əvvəlki tarix ilə bələdiyyə torpaqlarının satışı ilə məşğul olmamışdır. 2007-ci ilin may ayında ona Şahid1 adlı bir şəxs müraciət edərək Bakı şəhəri Yasamal rayonu, Ü.Əkbərov küçəsində 38 nömrəli orta məktəbin yaxınlığında yerləşən hasarlanmış 0.28 ha torpaq sahəsini qeyri-qanuni istifadə etdiyini deyib özünün həmin torpaqdan istifadə etdiyindən vergi ödəyicisi kimi vergiyə cəlb edilməsini xahiş etmişdir. O, vergi şöbəsinin işçilərini həmin yerə göndərmişdir. Vergi şöbəsinin işçiləri Bakı şəhəri Yasamal rayonu, Ü.Əkbərov küçəsində 38 nömrəli orta məktəbin yaxınlığında yerləşən 0.28 ha torpaq sahəsinin divarla əhatə olunduğunu, Şahid1 qeyri-qanuni həmin sahəni zəbt edərək istifadə etdiyini dair akt yazmışlar. Şahid1 həmin sahəni zəbt edərək istifadə etdiyindən, həmçinin Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin büdcəsini artırmaq üçün Şahid1 vergiyə cəlb etmişlər. Şahid1 ərizəsində də yazılı şəkildə onu vergi ödəyicisi kimi qeyd olunmasını xahiş etmişdi r. Müqavilə və sərəncamda da Şahid1 torpağa dair mülkiyyət hüququ verilmədiyi göstərilmişdir. Şahid1 qeyri-qanuni istifadə etdiyi həmin torpaq sahəsini 2000-ci ildən etibarən Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Vergiləri toplamaq çətin bir iş olduğundan o, 2007-ci ilin may ayında Şahid1 qeyri-qanuni istifadə etdiyi torpaq sahəsini vergiyə cəlb edilməsi ilə bağlı sərəncam verməklə Bakı şəhəri Yasamal rayon Bələdiyyəsinin büdcəsini artıra biləcəyini düşünmüşdür. Şahid1 illik 640 manat vergi ayrılmışdır. Şahid1 həmin illik 640 manat olan pulu üç aydan bir hissə-hissə ödəmişdir. 2014-cü ildə Şahid1 ona müraciət edərək həmin vergini ödəyə bilmədiyini demişdir. O da bundan sonra həmin 0.28 ha torpaq sahəsinin 21 sotunu Şahi d2, 7 sotunu isə X5 adına keçirmiş, Şahid2 və X13 vergini ödəməyə başlamışlar. Müəyyən bir müddətdən sonra Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri Yasamal rayon Bələdiyyəsində xeyli dəyişikliklər edilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ona vergi və digər şöbənin işçilərini, katibləri çıxarmağına dair göstəriş verilmişdir. Həmçinin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həmin 0.28 ha torpaq sahəsinə aid olan sərəncamı ləğv etməyə məcbur edilmişdir. Həmin 0.28 ha torpaq sahəsinə aid olan sərəncamı ləğv etdikdən sonra Zərərçəkmiş şəxs2 adlı həmin 0.28 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs2 özünə məxsus olduğunu demişdir. O, Zərərçəkmiş şəxs2 həmin 0.28 ha torpaq sahəsinin necə ona məxsus olduğunu soruşduqda Zərərçəkmiş şəxs2 əvvəl müharibədə iştirak etdiyinə, c əbhədə insanlara yardım etdiyinə həmin 0.28 ha torpaq sahəsinin ona verildiyini demişdir. Ona müharibədə iştirak etməsinə aid şəkillər göstərmişdir. O da Zərərçəkmiş şəxs2 dediklərinə inanmışdır. O, Zərərçəkmiş şəxs2 tərəfindən aldadılmışdır. Zərərçəkmiş şəxs2 həmin 0.28 ha torpaq sahəsinə aid olan sərəncamı bərpa etməyini demişdir. O, Zərərçəkmiş şəxs2 məcburiyyət qarşısında həmin 0.28 ha torpaq sahəsinə aid olan sərəncamı ləğv etdiyini deyib həmin 0.28 ha torpaq sahəsinə aid olan sərəncamı bərpa etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 həmin 0.28 ha torpaq sahəsini 300.000 manata aldığını demişdir. Onun Zərərçəkmiş şəxs2 həmin 0.28 ha torpaq sahəsini 300.000 manata almağına dair heç bir məlumatı yox imiş. O, həmin 0.28 ha torpaq sahəsinin Zərərçəkmiş şəxs2 300.000 manata satılmasında iştir ak etməmişdir. Proses iştirakçılarının suallarına cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, zibilliyin hasara alınmasına qərar verməkdə məqsədi bələdiyyənin maddi vəziyyətini düzəltmək olmuşdur. O, istintaq zamanı 3-4 dəfə ifadə vermişdir. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2 əvvəlcədən sənədləşmə prosesində iştirak etməmişdir, sonradan Zərərçəkmiş şəxs2 sənədləşmə prosesində iştirak etmişdir. Sənəd ləğv ediləndən sonra Zərərçəkmiş şəxs2 həmin yerin ona məxsus olduğunu deyən zaman o, həmin vaxt Zərərçəkmiş şəxs2 tanımışdır. Zərərçəkmiş şəxs2 ilə münasibəti pis olmamışdır. Zərərçəkmiş şəxs2 torpaqla bağlı sənədi ləğv etmə səbəbini soruşanda o qeyri-qanuni olduğunu, heç bir abadlıq işləri görülmədiyini bildirmişdir. Həmçin in İcra Hakimiyyətindən sənədi ləğv etməyə onu məcbur etdiyini, həmin torpağın dövlətin mülkiyyətində olduğunu bildirdiklərini demişdir. Əksinə həmin torpaq dövlət mülkiyyətində deyildi. 906 nömrəli sərəncama əsasən həmin ərazilər xx.xx.2000-ci ildə bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin sərəncamın 4cü maddəsində qeyd olunmuşdur ki, dəyişiklik olduğu təqdirdə həmin dəyişiklik gələcəkdə müəyyən məlumat veriləcəkdir. Lakin indiyə kimi heç bir məlumat verilməmişdir. Sərəncama əsasən verilmiş sahə 9-cu sahə olmaqla 4.49 hektardır. Bir sözlə, həmin yer bələdiyyə mülkiyyətinə daxil olan torpaqdır. O, 10.000 manat istəməmişdir. Bu ona atılmış bir böhtandır. Çünki belə bir niyyəti olsa imiş, elə ilk dəfə Məhkum və Ehtiram bəylə torpaq müqaviləsi bağlayarkən onlardan pul istəyərmiş. 300.000 mana t torpağı satan insanın 10.000 manat söhbəti etməsi absurddur. O, təmənnasız işlər gördüyü halda necə ola bilərmiş ki, o, Qarabağ Müharibəsi iştirakçısından 10.000 manat istəsin?! İlkin materiallara baxılsa müəyyən edilər ki, Zərərçəkmiş şəxs2 ondan heç bir şikayəti olmamışdır. İstintaq zamanı 6 aydan sonra Zərərçəkmiş şəxs2 ondan şikayət etmişdir. Deməli, sonradan Zərərçəkmiş şəxs2 düşünmüşdür ki, Məhkumdan pul ala bilmirsə, rüşvət adı ilə böhtan atıb pulu alsın. Zərərçəkmiş şəxs2 şikayət edəndə bildirmişdir ki, o, sənədi ləğv etdiyi üçün belə hadisələr baş verir. Lakin o, sənədi ləğv etməyə məcbur imiş. Çünki qeyri-qanuni işlər görülürmüş. O, zərəri ona görə ödəmişdir ki, ona ziyanı ödədiyi halda bu işin bağlanacağı deyilmişdir. O, Məhkum və digər şəxslərdən pulun ödənməsi üçün kömək ist əmiş, lakin heç kim pul ödəməmişdir. İcra Hakimiyyəti ona təsir edib məcbur etmişdir ki, torpağı Zərərçəkmiş şəxs2 əlindən alıb başqa şəxsə versin. O, torpağı başqa şəxsə verə bilməzmiş. İcra Hakimiyyəti ona təsir edib sənədi ləğv etdirmişdir. Sonra Zərərçəkmiş şəxs2 gəlib-getməyə başlamış Qarabağ müharibəsi iştirakçısı olduğunu, torpaq üçün 300.000 manat pul ödədiyini demişdir. O, Təqsirləndirilən şəxs3i əvvəllər tanımamış, Təqsirləndirilən şəxs3i istintaq zamanı tanımışdır. Təqsirləndirilən şəxs3 bələdiyyədə işləməmişdir. Təqsirləndirilən şəxs3 onu torpaqla bağlı sənəd hazırlamağa məcbur etməmişdir. O, 2007-ci ilin may ayında torpağı icarəyə vermişdir. 2007-ci ildə göndərdiyi işçilər akt yazmışdılar ki, həqiqətən də 2007-ci ildə torpaq icarəyə verilib. Həmin işçilərin bəziləri hazırda işləyir və onlar bunu təsdiq edə bilərlər. Şahid qismində dindirilmiş Şahid1 Səttar oğlu ifadəsində göstərmişdir ki, 2007-ci ildə dostu Məhkum Bakı şəhəri, Yasamal rayonu ərazisindən torpaq sahəsi almaq istədiyini, daimi yaşayış yerinin Bakı şəhəri yox, Bərdə rayonu olduğu üçün çox vaxt rayon ərazisində olduğunu, sənədləşdirmə işləri lazım olduğu təqdirdə Bakı şəhərində yaşadığı üçün daha tez həll edə biləcəyini deyərək torpaq sahəsini adına rəsmiləşdirməyini xahiş etmişdir. O, razılaşaraq təkcə şəxsiyyət vəsiqəsini surətini Məhkum vermişdir. 6-8 il sonra torpaqla bağlı ödənişlərdə gecikmə olduğu üçün Bələdiyyəyə çağırılanda ona məlum olmuşdur ki, onun adına torpaq sahəsi vardır. Yəni o, 2010-2012-ci illərdə yaşadığı ünvana torpağa görə vergi borcunun olması barədə bildiriş gəldikdən sonra Məhkum tərəfindən adına rəsmiləşdirilən torpaq sahəsinin ölçüsünün 21 sot torpaq olmaqla Bakı şəhəri, Yasamal rayonunda yerləşdiyini öyrənmişdir O, Məhkum torpaq sahəsinin adından çıxarılmasını istəmişdir. O, 2017-ci ildə Məhkumla birlikdə Yasamal rayon bələdiyyəsinə gedib torpaq sahəsinə görə imtina ərizəsi yazmış, həmin vaxt ora torpaq sahəsini alan Şahid2 adlı şəxs və torpağı satmaqda kömək edən Təqsirləndirilən şəxs3 adlı şəxs də gəlmişlər. Sonraki hadisələrdən də məlumatsız olmuşdur. Proses iştirakçılarının suallarına cavab olaraq Şahid1 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 şəxsən tanımamış, onun Bələdiyyə Sədri olduğunu bilmişdir. O, 2013- 2014-cü illərdə Bələdiyyənin dəftərxanasına gedib torpaq sahəsinin adından çıxarılmasını istəmişdir. 2007-ci ildə torpaq sahəsi adına rəsmi ləşdirilərkən heç bir sənədə imza çəkməmişdir. O, sadəcə şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. Bakı şəhəri Yasamal rayon bələdiyyəsi ilə onun arasında bağlanılmış xx.xx.2007-ci il tarixli, 10/16 nömrəli və xx.xx.2007-ci il tarixli, 33-1 nömrəli Torpaq icarəsi müqavilələrinin bağlanmasında iştirak etməmiş, müqavilələrdə “İcarəçi” qrafasında olan imzalar ona məxsus olmamışdır. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Cinayət işinin cild 1, 161-164-cü vərəqlərində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: “.....Təxminən 2016-cı ildə onun yaşadığı ünvana torpağa görə vergi borcunun olmas ı barədə bildiriş gəldikdən sonra Məhkum tərəfindən adına rəsmiləşdirilən torpaq sahəsinin ölçüsünün 28 sot torpaq olmaqla Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsində yerləşdiyini öyrənmişdir. 2022-ci ildə həmin torpaq sahəsinin Məhkum tərəfindən faktiki olaraq Zərərçəkmiş şəxs2 adlı şəxsə 300.000 manat satdığını, torpağın sənədləşdirilməsində problem yarandığını və Zərərçəkmiş şəxs2in verdiyi pulu geri tələb etdiyini öyrənmişdir. 2017-ci ildə torpağa dair imtina ərizəsi yazdıqdan sonra həmin torpaqdan 21 sotunu Məhkum Zərərçəkmiş şəxs2 adlı şəxsə satmışdır... “ Şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, bələdiyyə sədri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tanıyır, digər təqsirləndirilən şəxsləri tanımır. 2017-ci ilin dekabr ayında dayısı Zərərçəkmiş şəxs2 ona z əng edərək adına torpaq sahəsi almaq istədiyini bildirmişdir. O, etiraz etməmişdir. O, şəxsiyyət vəsiqəsini götürüb Yasamal Rayonuna getmiş, orda da dayısı Zərərçəkmiş şəxs2la birlikdə Təqsirləndirilən şəxs3lə görüşüb Yasamal Rayon Bələdiyyəsinə getmişlər. Yasamal Rayon Bələdiyyəsinin həyətində Şahid1 da onların yanlarına gəlmişlər. Belə ki, torpaq sahəsi Şahid1un adından onun adına rəsmiləşdiriləcəkmiş. Bələdiyyə Binasında Şahid1 21 sot torpaq sahəsindən imtina etməsinə dair ərizə yazmış və 21 sot torpaq sahəsi onun adına rəsmiləşdirilmişdir. Ona bələdiyyə sərəncamı təqdim olunmuşdur. O, sənədləri dayısına təqdim etmişdir. Onun dayısı Zərərçəkmiş şəxs2 torpaq sahəsinin adına rəsmiləşdirilməsinə 300.000 manat pul ödədiyini demişdir. Lakin o, pulun ödənilmə prosesində iştirak etmədiyindən d ayısı Zərərçəkmiş şəxs2 pulu kimə ödədiyini bilməmişdir. Proses iştirakçılarının suallarına cavab olaraq Şahid2 bildirmişdir ki, torpaq sahəsi adına rəsmiləşdirilərkən sənədlərin 2014-cü ilə aid olmağına diqqət etməmişdir. O, sonradan bilmişdir ki, rəsmiləşdirilmə prosesi 2017-ci ilə aid olsa da sənədlər guya 2014- cü ildə tərtib edilmiş sənəd olmuşdur. Torpaq sahəsi 2017-ci ilin dekabr ayında onun adına rəsmiləşdirilmişdir. Bütün danışıqları dayısı Zərərçəkmiş şəxs2 aparmışdır. O, heç bir prosesdə iştirak etməmiş, sadəcə dayısı Zərərçəkmiş şəxs2la birlikdə Bələdiyyəyə getmişdir. Onun icarə müqaviləsi və çıxarış barədə məlumatım olmamışdır. Sənədləşdirmə 2017-ci ilin dekabr ayında olmuşdur. Şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, 2009-2019-cu illər ərzində Yasamal Rayon Bəl ədiyyəsində əvvəlcə iclas katibi, sonra isə sədr müavini olaraq fəaliyyət göstərmişdir. 2007-ci ildə o, fəaliyyət göstərmədiyi üçün əlindəki qeydlərdən istifadə edərək bildirir ki, onun Şahid1 torpaq sahəsi ayrılmasına dair Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 24/06-1 nömrəli sərəncamı, Şahid2 torpaq sahəsi ayrılmasına dair Yasamal Bələdiyyəsinin xx.xx.2014-cğ il tarixli, 59/06 nömrəli sərəncamı, Şahid3 torpaq sahəsi ayrılmasına dair Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 31/2 nömrəli sərəncamı və Zərərçəkmiş şəxs2 torpaq sahəsi ayrılmasına dair Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 30/2 nömrəli sərəncamlarından məlumatı olmamışdır. Cinayət işinin 1-ci cild 266-268-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Bələdiyyə torpaqlarının idar ə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli, 160-İİQ nömrəli Azərbaycan Respublikası Qanunu və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Əsasnamədən çıxarışdan görünür ki, həmin normativ aktların tələblərinə əsasən, torpaq sahəsinin ayrılması üçün şəxs ərizə ilə bələdiyyəyə müraciət etməli, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildiyi halda, müraciətdən çıxarışın torpaq sahəsinin planı və ölçüsünü təsdiq etmək üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinə göndərilərək razılıq alınmalı, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla fiziki şəxslərə bələdiyyələrin qərarı ilə verilməli, b ələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır. Cinayət işinin 1-ci cild 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə ünvanlanmış ərizəsindən görünür ki, 2019-cu ilin noyabr ayında Yasamal rayon Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 və həmin bələdiyyənin vergi şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 onun və arvadının adına köhnə tarixə saxta sərəncam verərək 10.000 manat pul götürmüşlər. Cinayət işinin 1-ci cild 242-ci vərəqində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Yasamal Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il tarixli 24/06.1№-li sərəncamından görünür ki, Bakı şəhəri, Y.Yasamal 1, M.Xiyabani küçəsi 9a, saylı fərdi yaşayış evində yaşayan X2 Bələdiyyəsinə müraciət edərək uzun müddətdir ki, Ü.Əkbərov küçəsində fərdi yaşayış evi tikmək məqsədi ilə daş hasara alıb istifadə etdiyi torpaq sahəsinin torpaq haqqını ödəmək üçün sənədləşdirilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən qeyd olunan ünvanda, yəni situasiya planında göstərilən ərazidə sahəsi 0,28 ha olan torpaq sahəsini daş hasara alaraq hal-hazırda istifadə edir. Qeyd olunanları nəzərə alaraq:
1. Bakı şəhəri Y. Yasamal 1, Xiyabani küçəsi 9a, saylı evdə yaşayan Şahid1 Ü.Əkbərov küçədə situasiya planında göstərilən ərazidə sahəsi 0,28 ha. olan torpaq sahəsindən istifadə etmə faktı təsdiq edilsin və Yerli (Bələdiyyə) vergi ödəy icisi kimi qeydiyyata alınması,
2. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən istifadəsində olan 0.28 ha. torpaq sahəsi vətəndaş Şahid1 icarəyə verilməsi,
3. Torpaq sahəsinin icarəyə verilməsi şərtləri müqavilə əsasında tənzimlənməsi,
4. Bu sərəncam istifadəçiyə mülkiyyət hüququ vermir, yalnız faktiki istifadəsində olan torpaq sahəsindən istifadə müddətində vergi və ödənişlərə cəlb edilməsi üçün əsas verməsi,
5. İcarəsində olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, icarə haqqının vaxtında ödənilməsi və müvafiq memarlıq xidmətinin rəyi olmadan tikinti işləri aparmamaq vət. Şahid1 nəzərinə çatdırılması,
6. Sərəncamın icrası İcra aparatının Vergi və Ödənişlər şöbəsinə tapşırılması barədə sərəncam verilmişdir. Cinayət işinin 1-ci cil d 243-244-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 24/06-1 nömrəli sərəncamı və həmin tarixli 33-1 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0.28 ha ölçüdə torpaq sahəsi X10 müvəqqəti istifadəsi üçün icarəyə verilmişdir. Cinayət işinin 1-ci cild 245-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2007-ci il tarixli, 33.1 №-li torpaq icra müqaviləsi və ona əlavə edilmiş situasiya planından görünür ki, Bakı şəhəri, Ü.Ələkbərov küçəində situasiya planında göstərilən ərazidə yerləşən ümumi sahəsi 0,2800 ha olan torpaq sahəsi Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 24/06.1 saylı qərarı əsasında Şahid1 müvəqqəti istifadəsi üçün icarəyə verilir. Cinayət işinin 1-ci cild 260-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Yasamal Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il tarixli 30/2 №-li sərəncamından görünür ki, Yasamal rayonu Zərdabi 74 ünvanında məskunlaşan məcburi köçkün, Qarabağ müharibəsi veteranı, şəhid ailələri, əlillər və Müharibə Veteranlarının Müdafiəsi Cəmiyyətinin üzvü Zərərçəkmiş şəxs2 ərizə ilə Yasamal Bələdiyyəsinə müraciət edərək Ü.Əkbərov küçəsində faktiki abadlaşdıraraq istifadə etdiyi 1050 kvm torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Ərizə araşdırılmış və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 məcburi köçkün düşdükdən sonra həqiqətən həmin sahəni məişət t ullantılarından təmizləmiş və orada abadlıq işləri aparmışdır. Həmin 1050 kvm ərazidə gələcəkdə öz vəsaiti hesabına tikinti aparmaq istəyir. Qeyd olunanları nəzərə alaraq:
1. Yasamal rayonu, Zərdabi 74 ünvanında məskunlaşan məcburi köçkün, Zərərçəkmiş şəxs2 tərəfindən Ü.Əkbərov küçəsində 1050 kv metr torpaq sahəsinin ailəməişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq faktı təsdiq edilsin və vergi ödəyicisi kimi qeydə alınması, 2. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təsərrüfat otağının yerləşdiyi 1050 kv.metr torpaq sahəsi vətəndaş Zərərçəkmiş şəxs2 icarəyə verilməsi,
3. Torpaq sahəsinin icarəyə verilməsi şərtləri müqavilə əsasında tənzimlənməsi,
4. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, icarə ha qqının və əmlak vergisinin vaxtında ödənilməsi vətəndaş Zərərçəkmiş şəxs2 bildirilməsi,
5. Tikinti işləri apararkən aidiyyəti orqanlarla razılaşdırması,
6. Bu sərəncam istifadəçiyə mülkiyyət hüququ vermir, yalnız faktiki istifadəsində olan torpaq sahəsindən istifadə müddətində vergi və ödənişlərə cəlb edilməsi üçün əsas verdiyi,
7. Sərəncamın icrası İcra aparatının Vergi və Ödənişlər şöbəsinə tapşırılması barədə sərəncam verilmişdir. Cinayət işinin 1-ci cild 261-262-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2007-ci il tarixli, 9/16 №-li torpaq icra müqaviləsi və ona əlavə edilmiş situasiya planından görünür ki, Bakı şəhəri, Yasamal rayonu. Ü.Ələkbərov küçəsində situasiya planında göstərilən ərazidə yerləşən ümumi sahəsi 1050.00 kv.m olan torpaq sahəsi Yasamal Bəl ədiyyəsinin xx.xx.2007-ci il tarixli, 30/02 saylı qərarı əsasında Zərərçəkmiş şəxs2 müvəqqəti istifadəsi üçün icarəyə verilir. Cinayət işinin 1-ci cild 263-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Yasamal Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs1 xx.xx.2007-ci il tarixli 31/2 №-li sərəncamından görünür ki, Yasamal rayonu H.Zərdabi 74 ünvanında məskunlaşan məcburi köçkün, Qarabağ müharibəsi veteranının ailə üzvü Şahid3 arizə ilə Yasamal Bələdiyyəsinə müraciət edərək Ü Əkbərov küçəsində faktiki abadlaşdıraraq istifadə etdiyi 1050 kvm torpaq sahəsinin sənədləşdirilməsini xahiş etmişdir. Ərizə araşdırılmış və müəyyən edilmişdir ki, Şahid3 məcburi köçkün düşdükdən sonra həqiqətən həmin sahəni məişət tullantılarından təmizləmiş və orada abadlıq işləri aparmışdır. Həmin 1050 kvm ərazidə gələcəkdə yaşayış məqsədilə öz vəsaiti hesabına tikinti işləri aparmaq istəyir. Qeyd olunanları nəzərə alaraq:
1. Yasamal rayonu, H.Zərdabi 74 ünvanında məskunlaşan məcburi köçkün, Şahid3 tərəfindən Ü.Əkbərov küçəsində, 1050 kv metr torpaq sahəsinin ailə-məişət vəziyyətini yaxşılaşdırmaq, gələcəkdə tikinti aparmaq faktı təsdiq edilsin və vergi ödəyicisi kimi qeydə alınması, 2. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təsərrüfat otağının yerləşdiyi 1050.00 kv.metr torpaq sahəsi vətəndaş Şahid3 icarəyə verilməsi,
3. Torpaq sahəsinin icarəyə verilməsi şərtləri müqavilə əsasında tənzimlənməsi,
4. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, icarə haqqının və əmlak vergisinin vaxtında ödənilməsi və təndaş Şahid3 bildirilməsi,
5. Tikinti işləri apararkən aidiyyəti orqanlarla razılaşdırılması,
6. Bu sərəncam istifadəçiyə mülkiyyət hüququ vermir, yalnız faktiki istifadəsində olan torpaq istifadə müddətində vergi və ödənişlərə cəlb edilməsi üçün əsas verdiyi,
7. Sərəncamın icrası İcra aparatının Vergi və Ödənişlər şöbəsinə tapşırılması barədə sərəncam verilmişdir. Cinayət işinin 1-ci cild 264-265-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2007-ci il tarixli, 10/16 №-li torpaq icarə müqaviləsi və ona əlavə edilmiş situasiya planından görünür ki, Bakı şəhəri, Yasamal rayonu. Ü.Ələkbərov küçəsində situasiya planında göstərilən ərazidə yerləşən ümumi sahəsi 1050.00 kv.m olan torpaq sahəsi Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 31/02 saylı qərarı əsasında Ş ahid3 müvəqqəti istifadəsi üçün icarəyə verilir. Cinayət işinin 1-ci cild 246-247-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən təsdiq edilmiş 30 dekabr 2014-cü il tarixli, 59/06 nömrəli sərəncamı və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 0.21 ha ölçüdə torpaq sahəsi Şahid2 müvəqqəti istifadəsi üçün icarəyə verilmişdir. Cinayət işinin 1-ci cild 239-241, 246-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid1 Yasamal rayonu, Ələkbərov küçəsində yerləşən torpaq sahəsinin İ.S.Abdullayevanın və Şahid2 adına keçirilməsi və onları Yerli vergi ödəyicisi kimi qeydiyyata alınması haqqın da 30 dekabr 2014-cü il tarixli 59/06 nömrəli sərəncamından görünür ki, Yasamal Bələdiyyəsinə ünvan 5 saylı evdə yaşayan Şahid1 ərizə ilə müraciət edərək Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 24/06.1 saylı sərəncamı ilə icarəsində olan 0,28 ha torpaq sahəsinin 0,07 ha torpaq sahəsini ünvan 9nda qeydiyyatda olan X13 və alan 0,21 ha torpaq sahəsini Ağcabədi rayonu, Rancbərlər kəndində qeydiyyatda olan X16 qarşılıqlı razılaşma əsasında onlara verdiyi üçün torpaq sahəsinin icarə haqqını ödəmək məqsədi ilə onların adlarına sənədləşdirilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Yasamal Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 24:06.1 saylı sərəncamı ilə Şahid1 icarəsində olan torpaq sahəsinin 0,07 ha torpaq sahəsinin X və qalan 0,21 ha torpaq sahəsini Şahid2 ilə qarşı lıqlı razılaşma əsasında verilməsi barədə öz aralarında akt tərtib edib təqdim etmişdilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq: 1. ünvan 8 ünvanında yaşayan X10 Ü.Əkbərov küçəsində çizgidə göstərilən ünvanında yerləşən 0,28 ha torpaq sahəsinin 0,07 ha ünvan 9nda qeydiyyatda olan X8, qalan 0,21 ha isə Ağcabədi rayonu, Rənəbərlər kəndində qeydiyyatda olan Şahid2 adlarına keçirilsin və Yerli (bələdiyyə) Vergi ödəyicisi kimi qeydiyyata alınsınlar.
2. Yasamal Bələdiyyəsinin xx.xx.2007-cü il tarixli 24\06.1 saylı sərəncamı ləğv edilsin və 33.1 saylı müqaviləsinə xitam verilsin.
3. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanuna əsasən sahəsi 0.07 ha kv.metr olan torpaq sahəsi vətəndaş X9 və 0,21 ha torpaq sahəsi Şahid2 icarəyə verilsin.
4. Torpaq sahəsinin ica rəyə verilməsi şərtləri müqavilə əsasında tənzimlənsin.
5. İcarəsində olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, müvafiq İcra Hakimiyyətinin razılığı olmadan tikinti işlərinin aparılmaması və icarə haqqının vaxtında ödənilməsi X və Şahid2 bildirilsin.
6. Bu sərəncam İstifadəçiyə mülkiyyət hüququ vermir, yalnız istifadə etmə müddətində vergiyə cəlb etmək üçün əsas verir.
7. Sərəncamın icrasına nəzarət Vergi və Ödənişlər şöbəsinə tapşırılmışdır. Cinayət işinin 1-ci cild 248-249-cu vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx.xx.2014-cü il tarixli, 68 №-li torpaq icarə müqaviləsi və ona əlavə edilmiş situasiya planından görünür ki, Bakı şəhəri, Ü.Ələkbərov küçəsində situasiya planında göstərilən ərazidə yerləşən ümumi sahəsi 0,700 ha olan torpaq sahəsi Yasamal Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 59/06 saylı qərarı əsasında X6 müvəqqəti istifadəsi üçün icarəyə verilir. Cinayət işinin 1-ci cild 263-264-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Zərərçəkmiş şəxs1 sədri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 31/2 nömrəli nömrəli sərəncamı və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 1.050 kv.metr ölçüdə torpaq sahəsi Şahid3 müvəqqəti istifadəsi üçün icarəyə verilmişdir. Cinayət işinin 1-ci cild 199-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Yasamal Bələdiyyəsinin 07 yanvar 2015-ci il tarixli 02 saylı əmrin kserosurətindən görünür ki, saxl ama vaxtı keçmiş və əhəmiyyətini itirmiş sənədlərin məhv edilməsi üçün bələdiyyə əməkdaşları tərkibində komissiya yaradılmışdır. Cinayət işinin 1-ci cild 197-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 09/3-153 nömrəli məktubdan görünür ki, “Bələdiyyələrin fəaliyyətinə nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini təqdim etməli olduğu halda, Bakı şəhəri Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən qeyd edilən torpaq sahəsinə dair sərəncam və müqavilələrin, yəni Zərərçəkmiş şəxs2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 30/2 nömrəli sərəncam və həmin tarixli 9/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid3 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncam və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid1 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 24/06-1 nömrəli sərəncam və həmin tarixli 33-1 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2014cü il tarixli 59/06 və xx.xx.2018-ci il tarixli 05/6 nömrəli sərəncamlar Bələdiyyələrlə İş Mərkəzinə təqdim edilməmişdir. Həmçinin, kargüzarlıq sənədlərinin məhv edilməsi ilə bağlı Yasamal bələdiyyəsinin sabiq sədri Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il tarixli 2 nömrəli əmri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bə lədiyyələrlə İş Mərkəzinə məlumat verilməmiş və həmin əmr Mərkəzdə aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 73-75-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-8574/2021 nömrəli qərardadından görünür ki, İddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı X19 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə sərəncamın və çıxarışın ləğv edilməsi barədə iddiası Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən 0,10 ha torpaq sahəsinin X11 istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tari xli 102 nömrəli sərəncamın ləğv edilməsi hissəsində geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 117-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********01 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən qeyd edilən torpaq sahəsi vahid elektron kadastr bazasına əsasən dövlət mülkiyyətindədir. Cinayət işinin 2-ci cild 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak M əsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********41 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən qeyd edilən torpaq sahəsi vahid elektron kadastr bazasına əsasən dövlət mülkiyyətindədir, həmin torpaq sahələrinin əvvəlki illərdə bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Cinayət işinin 2-ci cild 261-263-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin inzibati binasında Azərbaycan Respublikası Yasamal Bələdiyyəsinə məxsus arxivə təhvil verilmiş qovluqlara 23 may 2023-cü il tarixli baxış protokolundan görünür ki, Ekspert-Yoxlama komissiyası nın təsdiq etdiyi xx.xx.2015-ci il tarixli, 3 nömrəli protokol və ona əlavə olunan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Yasamal Bələdiyyəsinə aid 39 qovluqda sənədlər, yəni Yasamal Bələdiyyəsi sədrinin sərəncamları əlavələri ilə birlikdə və sərəncamların qeydiyyat kitabları mövcuddur. Qeyd olunan sənədlər 2000-2009-cu illəri əhatə edir, həmin dövrə aid sənədlər arxivə təqdim edilmişdir. 2007-ci ilə aid dövrü əhatə edən sənədlərin saxlanıldığı 6 nömrəli bağlamaya baxış zamanı Şahid1 Bakı şəhəri, Ü.Əkbərov küçəsində 0.28 ha torpaq sahəsinin ayrılmasına dair Yasamal Bələdiyyəsi sədrinin xx.xx.2007-ci il tarixli 24/06-1 nömrəli sərəncam, həmin bağlamanın 112-ci səhifəsində Şahid1 aid ərizə, bağlamanın 114-cü səhifəsində Şahid1 aid xx.xx.2007ci il tarixli 33-1 nömrəli torpaq icarə mü qaviləsinin olduğu müəyyən edilmiş, lakin 2007-ci ilə aid sərəncamların qeydiyyat kitabı arxivə təhvil verilmədiyi üçün həmin sərəncamın qeydiyyata alınıb-alınmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, baxış zamanı Zərərçəkmiş şəxs2 adına olan xx.xx.2007-ci il tarixli 30/2 nömrəli sərəncam və həmin tarixli 9/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid3 adına olan xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncam və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsi, Şahid2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2014-cü il tarixli 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsi aşkar olunmamışdır. Cinayət işinin 2-ci cild 277-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı filialından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-48-2F/2- 03544/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri Yasamal bələdiyyəsinə aid xx.xx.2007-ci il tarixli 30/2 nömrəli sərəncam və həmin tarixli 9/16 nömrəli torpaq icarəsi müqaviləsi, xx.xx.2007-ci il tarixli 31/2 nömrəli sərəncam və həmin tarixli 10/16 nömrəli torpaq icarəsi müqaviləsi, xx.xx.2014-cü il tarixli 59/06 nömrəli sərəncam və həmin tarixli 69 nömrəli torpaq icarəsi müqaviləsi Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialından daxil olmuş 28 dekabr 2023-cü il tarixli, 3-48-2F/2-09390/2023 nömrəli məktubdan və məktuba əlavə edilmiş sərəncamın kserosurətindən görünür ki, Yasamal rayon bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.200 7-ci il tarixli, 24/06.1 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Yasamal bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, 30/2 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məktuba əlavə edilmiş sərəncamın kserosurətindən görünür ki, həmin sərəncamın yuxarı hissəsində Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədrinin sərəncamı 24/06.1, Bakı şəhəri, xx.xx.2007-ci il sözləri yazılmışdır. Sərəncamın məzmunu aşağıdakı kimidir: -Bakı şəhəri, Yeni Yasamal 1, M.Xiyabani küçəsi 9a saylı fərdi yaşayış evində yaşayan Kərimov X20 Bələdiyyəsinə müraciət edərək uzun müddətdir ki, Ü.Əkbərov küçəsində fərdi yaşayış evi tikmək məqsədi ilə daş hasara alıb istifadə etdiyi torpaq sahəsinin torpaq haqqını ödəmək üçün sənədləşdirilməsini xahiş etmişdir. Buna əsasə n, Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədrinin sərəncamı ilə Bakı şəhəri, Yeni Yasamal 1, M.Xiyabani küçəsi 9a saylı fərdi yaşayış evində yaşayan Şahid1 Ü.Əkbərov küçəsində yerləşən ərazidəki 0,28 ha torpaq sahəsində istifadə etmə faktı təsdiq edilməsi, yerli vergi ödəyicisi kimi qeydiyyata alınması, istifadəsində olan 0,28 ha olan torpaq sahəsinin vətəndaş Şahid1 icarəyə verilməsi qərara alınmışdır. Sərəncamın sonunda Yasamal Bələdiyyəsinin sədri sözünün qarşısında imza, üzərində Azərbaycan Respublikası Yasamal Bələdiyyəsi sözləri yazılmış möhür həkki, Təqsirləndirilən şəxs1 sözləri yazılmışdır. Cinayət işinin 3-cü cild 18-22-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/655 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, Şahid1 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli 33-1 nömrəli torpaq icarəsi müqaviləsində “İcarəçi” qrafasında əks olunmuş imza Şahid1 tərəfindən yox, Təqsirləndirilən şəxs1 tərəfindən yox, Məhkum tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 3-cü cild 22-28-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/843 nömrəli məhkəmə sənədlərinin texniki ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli, 30/2 nömrəli və Şahid2 torpaq sahəsi ayrılmasına dair xx.xx.2014cü il tarixli, 59/06 nömrəli sərəncamların üz ərində olan "Azərbaycan Respublikası Yasamal Bələdiyyəsi” məzmunlu möhür əksləri təqdim edilmiş eyni məzmunlu sərbəst nümunələr ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, aşağıda sadalanan səbəblərə görə apelyasiya instansiyası məhkəməsinin qərarı əsaslı hesab edilə bilməz. Belə ki: -məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə iş üzrə digər Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərini aşmağa və rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etməkdə ifadə olunan hərəkətlərinin konkret olaraq hansı hərəkətlərdən ibarət olması ibtidai araşdırma orqanı tərəfindən verilən ittihamdan və məhkəmənin hökmündən görünmür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 mübahisəli torpaq sahəsini Zərərçəkmiş şəxs2 və onun arvadı Kamalə Kərimovanın adına rəsmiləşdirməsində Məhkum və Təqsirləndirilən şəxs3 hər hansı formada iştirak etməsinə dair iş materiallarında ümumiyyətlə hər hansı məlumat yoxdur. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 özü də Şahid1 və Təqsirləndirilən şəxs3 onu qeyd edilən cinayət əməlləri törətməyə təhrik etmələri barədə hər hansı bir ifadə verməmiş, Təqsirləndirilən şəxs3, ümumiyyətlə, tanımadığını bildirmişdir. -işin mübahisəsiz halı odur ki, Məhkum 2007-ci ildə Bakı şəhərində torpaq almaq qərarına gəlmiş və Bakı şəhəri Yasamal rayon bələdiyyəsinə müraciət edərək Bələdiyyə sədrinin xx.xx.2007-ci il tarixli 24/01-1 nömrəli sərəncamı ilə Yasamal rayonunun Ü.Əkbərov küçəsində yerləşən 0.28 ha torpaq sahəsini qohumu Şahid1 adına icarəyə götürmüşdür. Həmin vaxt bələdiyyə sədri vəzifələrini Təqsirləndirilən şəxs1 icra etmişdir. Şahid1 ilə bələdiyyə arasında xx.xx.2007-ci il tarixli 33-1 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmışdır. 2017-ci ilin sentyabr ayında qeyd olunan torpaq sahəsini satmaq qərarına gəlmiş, tanışı Təqsirləndirilən şəxs3 bu barədə danışmış və torpaq sahəsini ona göstərərək ətraflı məlumat vermişdir. Təqsirləndirilən şəxs3 bir neçə gündən sonra ona zəng edərək bir nəfər şəxsin, yəni Zərərçəkmiş şəxs2 həmin torpaq sahəsinə baxdığını və almaq istədiyini, torpağa dair sənədlərlə tanış olmaq üçün ona təqdim olunmasını xahiş etdiyini bildirmişdır. Torpağa dair sənədləri, yəni bələdiyyənin sərənca m və icarə müqaviləsini Təqsirləndirilən şəxs3 vasitəsi ilə Zərərçəkmiş şəxs2 təqdim etmiş, təxminən 15 gün müddətində həmin şəxs sənədlərlə tanış olduqdan sonra torpağı almaq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs2 qohumu Şahid2 ilə birlikdə Yasamal rayon bələdiyyəsinə getmiş, orada Şahid1 adından imtina ərizəsi yazıldıqdan sonra 21 sot torpaq sahəsi isə X14 adına sərəncam verilərək icarə müqaviləsi bağlanılmışdır. Təxminən 2 il sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 və Məhkum torpaq sahəsində problem olduğunu, torpağın bələdiyyə mülkiyyətində olmadığını, torpaq sahəsinin dövlət torpağı olmaqla verilmiş sənədlərin saxta olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs3 məlumatlarının olması barədə iş materiallarında heç bir sübut yoxdur. Belə ki, xx.xx.2007-ci il tarixli 33-1 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış və uzun illər ərzində Məhkum tərəfindən bələdiyyənin hesabına icarə haqqı ödənilmiş və icarə hüququndan imtina edildikdən sonra Yasamal Rayon bələdiyyəsi Şahid2 ilə yeni icarə müqaviləsi bağlamışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum 2007-ci ildə mübahisəli torpaq sahəsini 2007-ci ildə icarəyə götürərkən həm Bakı şəhəri Yasamal Bələdiyyəsinə, həm də Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etməsi barədə ifadə vermişdir. Təqsirləndirilən şəxs1 da ifadələrindən görünür ki, torpağın Məhkum icarəyə verilməsi Yasamal Rayon İcra Hakimiyyəti ilə razılaşdırı lmaqla həyata keçirilmişdir. İcarə müqaviləsinin qüvvədə olduğu 10 il ərzində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə aparılan işlərə müdaxilə edilməməsi də ona dəlalət edir ki, mübahisəli torpaq sahəsinin icarəyə verilməsi zamanı tərəflər arasında hər hansı problem yaşanmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” 21 oktyabr 2005-ci il tarixli 1036-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun “Mötəbərlik prezumpsiyası” adlanan 19-cu maddəsinə əsasən: “19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.” Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı və məhkəmələr kifayət qədər araşdırma aparmadan, o cümlədən mübahisəli torpaq sahəsinin Şahid1 icarəyə verilməsinə dair sənədlərlə əlaqədar istinad edilən “İnzibati icraat haqqında” 21 oktyabr 2005-ci il tarixli 1036-İİQ nömrəli Azərbaycan Respublikası Qanununun 19-cu maddəsindən irəli gələn zəruri istintaq hərəkətləri yerinə yetirmədən Məhkum və Təqsirləndirilən şəxs3 həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bilmələri və Zərərçəkmi ş şəxs2 aldadaraq dövlət mülkiyyətində olan torpağı bələdiyyə mülkiyyətində olması barədə yalan məlumat verərək külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmələri nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs3 satıldığı qeyd edilən torpaq sahəsi və həmin torpaq sahəsinə aid göstərilən icarə müqaviləsi barədə məlumatın Yasamal bələdiyyəsinin arxiv fondunda mövcud olmaması və Dövlət Arxivi Bakı filialına təhvil verilməməsi onların CM-in 178.3.2, 32.4, 309.2, 32.4, 313-cü maddələri ilə ittiham olunması üçün kifayət hesab edilə bilməz. Şərh olunanlar belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 309.2, 32.4, 313-cü maddələri ilə ittiham olunmalarına dair cinayət işində kifayət qədər mübahisəli məqamlar mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış mü stəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dai r qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi t ərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs3 hərəkətlərinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2023-cü il tarixli 1(103)-1442/2024 nömrəli qərarı ləğv edilməli və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək halları qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsa sən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs3 müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs3 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2023-cü il tarixli 1(103)-1442/2024 nömrəli ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.