Məhkəmə qərarları › İş №1(102)-617/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-617/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-617/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Əliyev Namiq Qadir oğlunun, Məhkum, məhkumun müdafiəçisi-vəkil Verdiyeva Aytən Çingiz qızının iştirakları ilə, Məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpasından imtina olunması haqqında Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), M.Ə.Abdullayev və A.H.Hacıyevdən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Cm-nin 66.3-cü maddəsinə əsasən 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apelyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ə.Ə.Novruzov (sədrlik edən), R.M.Cəfərov və K.S.Bəşirovdan ibarət tərkibdə) 28 fevral 2020-ci il tarixli ilkin baxış qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İ.H.Əhmədov (sədrlik edən və məruzəçi), E.Ə.Camalov və R.M.Cəfərovdan ibarət tərkibdə) 03 sentyabr 2020-ci il tarixli qərarı ilə məhkumun kassasiya şikayəti vermə müddətinin bərpası ilə bağlı vəsatəti təmin olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib, apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində apelyasiya şikayəti vermə müdətinin Şirvan Apllyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən təmin edilmədiyini, ona görə də müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, k assasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində müddətin bərpası üçün hər hansı üzürlü səbəbə istinad etməmiş, sadəcə apelyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən təmin edilməməsinə istinad etməklə apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir. CPM-nin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından müəyyən edilir ki, mə hkumun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmünün surətini 20 sentyabr 2018-ci il tarixdə almasını öz imzası ilə təsdiq etdiyi qəbz cinayət işinin materiallarına əlavə edilmişdir. Lakin, apelyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatəti 04 dekabr 2019-cu il tarixdə, yəni hökm elan edilən vaxtdan 1 il 2 ay 23 gün sonra imzalayıb məhkəməyə göndərmişdir. Vəsatətə müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Vəsatətdə hüquqi savadının olmadığı və xəstəliyi müddətin buraxılmasına səbəb olan hallar kimi göstərilmişdir. Lakin bu hallar da müddətin üzürlü səbəbdən buraxılmasına əsas verən dəlillər hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apelyasiya Məhkəməsinin Cinay ət kollegiyası müddətin bərpası barədə məhkumun vəsatətinə baxarkən müddətin bərpasına əsas verən qanuni əsaslar müəyyən edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarında müddətin bərpası ilə əlaqədar məhkumun yol verdiyi digər anlaşılmazlıqlara da hüquqi qiymət verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar