Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-618/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxs x1 və nümayəndəsi x2, məhkumlar x3, x4, onların müdafiəçiləri vəkillər Süleymanov Türkel Hümmət oğlunun və Məmmədov Zabid Salman oğlunun iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə x3 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə, x4 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim S.Ə.Ağayev) x3- xx xxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, Azərbaycan Respublikası Ədl iyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə alayının Atıcı tağımında atıcı vəzifəsində işləyən, ünvan 1-də qeydiyyatda olan, ünvan 2-də yaşayan Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 127.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.2.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək xx xxx 2018-ci il tarixdən xx xxx 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmənin bir gü nünə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq alınan 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 04 (dörd) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. x4- xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən,ünvan 3 qeydiyyatda olan, ünvan 4 yaşayan Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x3 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, yaxın münasibətdə olduğu dostu x4 ilə xx xxx 2018-ci il tarixdə, gecə saat 00:55 radələrində bacısının nişan məclisindən taksi ilə yaşadığı ünvan 5 qayıtdıqda uzaq qohumu x1 «Vaz-21063» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilini həmin küçədə, 12 «A» nömrəli evin bərabərində saxlayıb sükan arxasında oturduğunu görərək, sonuncunun avtomobili yaşadığı evin yaxınlığında saxlamasını cüzi səbəb kimi bəhanə edib, öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, avtomobilə yaxınlaşaraq sol qarşı qapısını açıb ucadan x1 orada nəyə görə dayanmasını soruşub, ünvanına nəlayiq ifadələr işlətməklə təhqir edib əli ilə başından dəfələrlə vurmaqla oradan çıxıb getməsini tələb etməyə başlamış, x1 həmin hərəkət inə görə əsaslı olaraq irad bildirərək avtomobildən düşdükdə isə, dostu x4 ilə birlikdə silah qismində istifadə olunan taxta parçası və yumruqla qəsdən xuliqanlıq niyyəti ilə x1un baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib ona baş beyin silkələnməsi, sağ almacıq sümüyünün yerini dəyişən qapılı sınıqları, sağ gözyuvasıətrafı və sağ almacıq nahiyələrinin dərialtı hematomaları, hər iki bazı, hər iki kürək, sol bud nahiyələrinin qançırları, sağ bazu nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə və avtomobilinin alın şüşəsini vurub sındıraraq əmlakının zədələnməsi nəticəsində 50 manat məbləğində ziyan vurmaqla, bir neçə dəqiqə davam etdirdikləri həmin qərəzli hərəkətləri ilə orada yaşayanların və ətrafda olan digər şəxslərin rahatlıqlarını, dincliklərini pozub x4lə bir qrup şəxs halında silah qismində əşya tətbiq edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, x1a qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. x4 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə ittiham edilir ona görə ki,o, yaxın münasibətdə olduğu dostu x3 ilə xx xxx 2018-ci il tarixdə, gecə saat 00:55 radələrində sonuncunun bacısının nişan məclisindən taksi ilə ünvan 5 qayıtdıqda x3 uzaq qohumu x1 «Vaz-21063» markalı, **-CL*** dövlət qeydiyyat ni şanlı avtomobilini həmin küçədə, 12 «A» nömrəli evin bərabərində saxlayıb sükan arxasında oturduğunu görərək, sonuncunun avtomobili yaşadığı evin yaxınlığında saxlamasını cüzi səbəb kimi bəhanə edib, öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, avtomobilə yaxınlaşaraq sol qarşı qapısını açıb ucadan x1 orada nəyə görə dayanmasını soruşub ünvanına nalayiq ifadələr işlətməklə təhqir edib əli ilə başından dəfələrlə vurmaqla oradan çıxıb getməsini tələb etməyə başladıqda və x1 həmin hərəkətinə görə əsaslı olaraq irad bildirərək avtomobildən düşdükdə, dostu x3 ilə birlikdə silah qismində istifadə olunan taxta parçası və yumruqla qəsdən xuliqanlıq niyyəti ilə x1un baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib ona baş beyin silkələnməsi, sağ almacıq sümüyünün yerini dəyişən qapalı sınıqları, sağ gözyuvasıətrafı və sağ almacıq nahiyələrinin dərialtı hematomaları, hər iki bazı, hər iki kürək, sol bud nahiyələrinin qançırları, sağ bazu nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə və avtomobilinin alın şüşəsini vurub sındıraraq əmlakının zədələnməsi nəticəsində 50 manat məbləğində ziyan vurmaqla, bir neçə dəqiqə davam etdirdikləri həmin qərəzli hərəkətləri ilə orada yaşayanların və ətrafda olan digər şəxslərin rahatlıqlarını, dincliklərini pozub x3la bir qrup şəxs halında silah qismində əşya tət biq edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, x1a qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs x1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayət lərinin dəlilləri: Zərərçəkmiş x1 kassasiya şikayətində göstərmişdir ki, məhkəmə kollegiyası işə apelyasiya şikayətinin dəlilləri əsasında baxarkən birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, işin faktiki hallarını və cinayət qanunun normasının düzgün tətbiq edilməsini, iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs x4 hadisə zamanı istifadə etdiyi taxta parçası gizlədilərək onun ittiham olunduğu CM-nin 221.3-cü maddəsi CM-nin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğ v olunaraq işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi məhkumlar x3, x4 və onların müdafiəçiləri vəkillər Süleymanov Türkel Hümmət oğlunun və Məmmədov Zabid Salman oğlunun, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxs x1 və nümayəndəsi x2, dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tət biqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyü nü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxsin kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs x4 hadisə zamanı istifadə etdiyi taxta parçası gizlədilərək onun ittiham olunduğu CM-nin 221.3-cü maddəsi CM-nin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin bu halı birinci instansiya məhkəməsinin məhkəmə iclasında toplanmış sübutlarla tədqiq edilmiş və qiymətləndirilmişdir. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmündə göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxs x3 törətmiş olduğu cinayət əməllərinə hüquqi qiymət verərək və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları təhlil edərək hesab edir ki, o, dostu x4 ilə xx xxx 2018-ci il tarixdə, gecə saat 00:55 radələrində bacı sının nişan məclisindən taksi ilə yaşadığı ünvan 5 qayıtmışdır.Həmin vaxt uzaq qohumu olan x1 «Vaz21063» markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin orada dayandığını görmüşdür. Avtomobilə yaxınlaşarkən sükan arxasında x1un oturduğunu görən kimi, atası x5 ilə aralarında olan şəxsi münasibətlər zəminində mövcud olan mübahisəyə görə onu hədələdiyi üçün şübhələnib, ondan evlərinin yanında nəyə görə dayanmasını soruşmuşdur. Onun cavabından qane olmayıb, avtomobilin sol qabaq qapısını açıb əli ilə başından və üzündən dəfələrlə vurmuş və oradan çıxıb getməsini tələb etmişdir. x1 avtomobildən düşərək x3 nə üçün belə etdiyini soruşanda o, x1un sağ və sol üz nahiyəsinə yumuruğu ilə güclü zərbələr endirib ona baş beyin silkələnməsi, sağ almacıq sümüyünün yerini dəyişən qapalı sınıqları, sağ gözyuvasıətrafı və sağ almacıq nahiyələrinin dərialtı hematomaları, hər iki bazı, hər iki kürək, sol bud nahiyələrinin qançırları, sağ bazu nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Həmin hadisə zamanı x1 avtomobilinin alın şüşəsi də sındırılmışdır, ona əmlakının zədələnməsi nəticəsində 50 manat məbləğində ziyan vurmuşdur. Bir neçə dəqiqə davam etdirdikləri həmin qərəzli hərəkətləri ilə orada yaşayanların və ətrafda olan digər şəxslərin rahatlıqlarını, dincliklərini pozub x4 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən q ərəzli hərəkətlər etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş hadisənin video görüntüsü, iş üzrə alınmış məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, T-281/2019 saylı rəyi hadisənin göstərilən qaydada baş verməsini təsdiq edir. Göründüyü kimi, zərərçəkmiş şəxs x1 aldığı az ağır dərəcəli bədən xəsarətləri hesab olunan baş beyin silkələnməsi, sağ almacıq sümüyünün yerini dəyişən qapalı sınıqları, sağ gözyuvasıətrafı və sağ almacıq nahiyələrinin dərialtı hematomaları vahid mexanizmdən əmələ gəlməklə, təqsirləndirilən şəxs x3 tərəfindən yumuruq zərbəsi ilə üz və baş nahiyyələrinə vurularkən almışdır. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxs x3 xx xxx 2018-ci il tarixdə, gecə saat 00:55 radələrində ünvan 5 uzaq qohumu olan x1 ilə aralarında baş vermiş münaqişəli hadisən in, x3un evlərinin birinci mərtəbəsində yerləşən gözəllik salonunda saç ustası işləmiş x1 arvadı x6 ilə atası x5 arasında mobil telefonla sevgi xarakterli mesaj yazışmalarının olması səbəbindən, onların ailələri arasında yaranmış qərəzli münasibətlər və x1 bu məsələ ilə əlaqədar atası x5 zəng vurub ölümlə hədələyici sözlər işlətməsi fonunda yaranmış şəxsi münasibətlərin pozulması səbəbindən baş verməsinə dair xüsusatı müzakirə və təhlil edərək belə qənaətə gəlir ki, həmin hadisədən xeyli müddət keçəndən sonra bu hadisənin baş verməsi və hadisənin sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrildiyindən,təqsirləndirilən şəxslərin əməllərii xuliqanlıq kimi qiymətləndirilməlidir. Bunlara əsasən də məhkəmə hesab edir ki, təqsirlən dirilən şəxs x3 zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə az ağır zərər yetirilməsi və bir qrup şəxs tərəfindən xuliqanlıq törədilməsindən ibarət olan əməlləri Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrindən, həmin Məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif olunmalıdır və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündə daha sonra göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxs x4 törətmiş olduğu cinayət əməlinə hüquqi qiymət verərək və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları təhlil edərək hesab edir ki, o, dostu x3 ilə xx xxx 2018-ci il tarixdə, gecə saat 00:55 radələrində sonuncunun bacısının nişan məclisindən taksi ilə ünvan 5 qayıtmışlar. x3 uzaq qohumu olan x1 «Vaz-21063» markal ı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilini həmin küçədə dayandığını görüb, ona yaxınlaşmışdır. Avtomobilin sükanı arxasında x1 oturduğunu görüb, avtomobilin sol qabaq qapısını açıb ucadan x1 evlərinin yanında nəyə görə dayanmasını soruşarkən aralarında mübahisə yaranmışdır. x3 əli ilə x1 üz və başından dəfələrlə vuraraq oradan çıxıb getməsini tələb etmiş, x1 ona etiraz edərək avtomobildən düşdükdə, dostu x3 qəsdən xuliqanlıq niyyəti ilə yumruqla x1un hər iki üzünə və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib ona baş beyin silkələnməsi, sağ almacıq sümüyünün yerini dəyişən qapalı sınıqları, sağ gözyuvasıətrafı və sağ almacıq nahiyələrinin dərialtı hematomaları, hər iki bazı, hər iki kürək, sol bud nahiyələrinin qançırları, sağ bazu nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə ümu milikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Hadisə zamanı x1 avtomobilinin alın şüşəsi də sındırılaraq, onun əmlakının zədələnməsi nəticəsində 50 manat məbləğində ziyan dəymişdir. Həmin vaxt x1 ilə birlikdə olmuş tanışı x7 ona kömək etmək niyyəti ilə x1 avtomobilinin yük yerində saxladıqları divardeşən perferatoru əlinə aldıqda, x4 də yerdən tapdığı taxta parçasını əlinə götürüb onun üstünə getmişdir. Lakin x7 əlindəki perferatoru qaytarıb avtomobilin yük yerinə qoduğuna görə x4 də taxta parçasını kənara atmışdır.Həmin vaxtı bir neçə dəqiqə davam etdirdikləri qərəzli hərəkətləri ilə orada yaşayanların və ətrafda olan digər şəxslərin rahatlıqlarını, dincliklərini pozub x3 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında şərh edilir ki, silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs x4 hadisə yerindən əlinə götürdüyü taxta parçasından x1na xəsarət yetirməsi və yaxud başqa qaydada tətbiq etməsi öz təsdiqini tapmamışdır. İbtidai araşdırma zamanı da həmin taxta parçası maddi sübut kimi müəyyən olunmamışdır. Bunlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs x4 bir qrup şəxs tərəfindən xuliqanlıq törədilməsindən ibarət olan əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrindən, həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif olunmalıdır və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Cinayət işinə apellyasiya şikayətləri əsasında baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkumların cinayət əməllərinin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığını cinayət işinin materialları üzrə yoxlayaraq həmin nəticələrin cinayət işinin faktiki hallarına uyğun olduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumların cinayət əməllərinin hüquqi tövsifi barədə cinayət i şinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş və qiymətləndirilmiş sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə təsdiq edilməklə cinayət işinin faktiki hallarına da uyğun olduğundan cinayət işinin faktiki hallarının araşdırılmaması və məhkumların cinayət əməllərinin Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilməli olması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Birinci instansiya məhkəməsinin hökmündə göstərilmişdir ki, məhkəmə təqsirləndirilən şəxs x3 əməlini səmimi etiraf edib peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə razılıq əld ə edilməsinə cəhd olunmasını, iş yeri və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir və iş üzrə cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxs x4 əməlini səmimi etiraf edib peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə razılıq əldə edilməsinə cəhd olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qəbul edib qiymətləndirir və iş üzrə cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkumlara cəza təyin edilməsi barədə birinci instansiya məhkəməsinin hökmünün hissəsi də apellyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin materiallarından məhkumların hüquqi vəziyyəti nin pisləşməsinə dəlalət edən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cinayət işi üzrə məhkumlara cəza təyin edilməsi barədə məhkəmələrin gəldikləri nəticələr də qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs x1 Kassasiya şikayəti təmin edilməsin. x3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə, x4 CM-nin 221.2.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxs x1 kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-618/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-618/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver