Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-618/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X14 iştirakları ilə xx xxxx 1976-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmuş, işləməyən, ünvanda qeydiyyatda olmaqla, ünvanda yaşamış, hal hazırda həbsdə olan Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.1, 120.2.5 və 186.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), R.Ə.Sadıxov və F.A.Qəribov) Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.5 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 186.2.2-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsi nə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 19 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X9 və X3 məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumlar özləri ayrı-ayrılıqda və məhkum X4 müdafiəçisi ilə birgə apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), E.E.Rəhimov və M.Ə.Abbasov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin h alları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, sifarişlə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, özgənin əmlakını ümumi təhlükəli olan yandırma üsulu ilə qəsdən məhv etmişdir. Belə ki, o, 2018-ci ilin yanvar ayında tanışı X1 atası Zərərçəkmiş şəxs1 kişilərlə qeyritəbii yola cinsi əlaqədə olaraq əxlaqsız hərəkətləri ilə ailəsini rüsvay etməsinə görə qəsdən öldürmək təklifinə tanışı X3 ilə birlikdə razılıq verib cinayəti bir qrup şəxs halında həyata keçirməyi birgə planlaşdıraraq, cinayətin üsulu, yeri və aləti barədə ümumi razılığa gəlmiş, Zərərçəkmiş şəxs1 üzdən tanımadığına görə razılaşdırılmış plana müvafiq olaraq xx xxxxxx 2018-ci il tarixdə gündüz vaxtı sonuncunu X tərəfindən aldatma yolu ilə gətirdiyi Zirə qəsəbəsini n bağlar massivində yerləşən və X6 məxsus nömrəsiz evin həyətində gizli yolla müşahidə edib yadında saxlamış, daha sonra onun xahişi ilə XX və X13 qəsəbəsində yerləşən “Market” adlanan mağazadan aldıqları bıçaq və özündə olan daş baltası ilə silahlanaraq, əvvəlcədən razılaşdırılmış plana müvafiq olaraq vahid niyyətlə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək üçün birlikdə xx.xx.2018-ci il tarixdə, saat 19 radələrində, Xun idarə etdiyi “VAZ-21011” markalı Az-**-ER-*** dövlət qeydiyyat nişanlı avtomaşınla XXlə birlikdə Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2 məxsus Zirə qəsəbəsinin bağlar massivində yerləşən yaşayış olmayan nömrəsiz evə gəlmiş, Məhkum həmin evdə gizlənmiş, sonra X10 Əliyevin cinsi meyllərindən məlumatlı olan şəxs kimi sonuncunun ev telefonuna zəng edərək, guya qeyri-təbii yolla cinsi əlaqədə olması üçün kişi tapdığını bildirərək həmin evə gəlməsini xahiş edib, vəzifə bölgüsünə əsasən onunla birlikdə evin yaxınlığında gizlənərək kənar şəxslərin gəldiyi halda məlumat vermək üçün pusquda durub Zərərçəkmiş şəxs1 gözləmiş, sonuncu gəlib həmin evə daxil olarkən o, özü ilə gətirdiyi daş baltası ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə bir zərbə endirib həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurma əlamətlərinə malik alın sümüyünün basılmış, qəlpəli sınığı, sonuncu yıxıldıqda isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik döş qəfəsinin sağ yan səthinin daxilinə nüfuz etməyən 2 ədəd və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurma əlamətlərinə malik döş qəfəsinin ön səthinin sağ yarı sının döş boşluğuna nüfuz, edən, sağ ağ ciyərin zədələnməsi və kəskin qanitirmə ilə müşayiət edilərək ölümünə səbəb olan 1 ədəd deşilmiş-kəsilmiş yaralar yetirərək sifarişlə qəsdən öldürüb, yəni Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum edib, əvvəlcədən razılaşdırılmış plan əsasında alışqanın fənəri ilə işıq verməklə XX və Xu evə çağıraraq Zərərçəkmiş şəxs1 ölməsinə əmin olduqdan sonra hadisə yerindən qaçmışlar. Bundan sonra, xx.xx.2018-ci il tarixdə, saat 02 radələrində, o, XXlə birlikdə cinayətin izlərini məhv etmək məqsədilə Zərərçəkmiş şəxs1 meyiti ilə birlikdə Zərərçəkmiş şəxs2 məxsus Zirə qəsəbəsinin bağlar massivində yerləşən nömrəsiz evi yandırmaq qərarına gəlib, tanışları X8 avtomaşınında Zirə qəsəbəsində plastmas qabda aldıqları benzinlə cinayət törətdikləri yerin yaxınlığına gedi b evdən bir qədər aralıda avtomaşını saxlatdıraraq, XXlə birlikdə Zərərçəkmiş şəxs1 öldürdükləri evə gəlmiş və evin yaxınlığında götürdükləri avtomobil təkərinin rezin şinini meyitin üzərinə qoyub özgə əmlak olan birmərtəbəli, ümumi sahəsi təxminən 40 kvadrat metr olan bağ evini əşyalarla birlikdə ümumi təhlükəli üsulla məhv edəcəklərini dərk və arzu edərək, aldıqları benzini meyitin üzərinə və ətrafa səpərək evi və meyiti alışdırmaqla evin içərisində olan 40 manat dəyərində 01 ədəd odun peçi, cəmi 30 manat dəyərində olan 3 ədəd bel, cəmi 40 manat dəyərində olan 02 ədəd çarpayı, cəmi 10 manat dəyərində olan 02 ədəd mişarı, 60 manat dəyərində olan 01 ədəd soyuducunu, 40 manat dəyərində olan 01 ədəd televizoru, həmçinin evin zirzəmisində saxlanılan və cəmi 450 manat qiymətində olan 30 ədəd t oyuq, cəmi 450 manat qiymətində olan 03 baş qoyunu, ümumilikdə isə 1.120 manat dəyərlərində olan əşyaları və ev heyvanlarını, eləcə də evin təmir-tikintisində istifadə edilmiş materiallar və usta pulu daxil olmaqla ümumi dəyəri 8.000 manat məbləğində qiymətləndirilmiş kürsülü birmərtəbəli evi ümumi təhlükəli üsul olan yandırmaqla Zərərçəkmiş şəxs2 məxsus cəmi 9.120 manat məbləğində əmlakını qəsdən məhv etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, o və onunla birlikdə məsuliyyətə cəlb olunmuş digər şəxslər ibtidai istintaq zamanı təzyiqlərə məruz qalmış, ona görə də törətmədikləri cinayəti etiraf etmiş və öz xəttləri ilə ifadə vermişlər. Həmçinin qeyd edir ki, heç bir cinayət törətmədiyi halda, 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi R.Qocayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblər inə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinə, digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayə tində barəsində qəbul edilmiş qərarların qanunsuz və əsassız olduğu mübahisə edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələ lərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret s osial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X18rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivi nin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni təqsirləndirilən şəxslərin, zərərçəkmi ş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəm ə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlini CM-nin 120.2.1, 120.2.5 və 186.2.2-ci maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası he sab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. CM-nin 120.2.1-ci maddəsində bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürməyə görə məsuliyyət nəzərdə tutulur. CM-nin 120.2.5-ci maddəsində tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə qəsdən adam öldürməyə görə m əsuliyyət nəzərdə tutulur. CM-nin 186.1-ci maddəsində “Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə, CM-nin 186.2.2-ci maddəsində isə “Eyni əməllər yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda” cinayət məsuliyyətini nəzərdə tutulur. İş materiallarından görünür ki, Məhkum CM-nin 120.2.1, 120.2.5 və 186.2.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisi X15 və Zərərçəkmiş şəxs2 ifadələri ilə yanaşı, şahidlər X16, X17 və X5 ifadələri, məhkəmə tibb ekspertizasının xx xxxx 2018-ci il tarixli 9 saylı rəyi, məhkəmə tibb ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 79, 80 və 81 saylı rəyləri, məhkəmə-tibbi bioloji ekspertiza sının xx xxxxxx 2018-ci il tarixli, 121/2018-MTBŞ saylı rəyi, məhkəmə tibbi kriminalistik ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 96/2018-MTKŞB saylı rəyi, məhkəmə tikinti texniki ekspertizasının xx xxxxx 2018-ci il tarixli, 3593/3805/06 saylı rəyi, məhkəmə yanğın-təhlükəsizlik ekspertizasının xx xxxx 2018-ci il tarixli, 3805 saylı rəyi, məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2018-ci il tarixli, 3593 saylı rəyi, məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxxx 2018-ci il tarixli, 3807 saylı rəyi, kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 228 saylı rəyi, üzləşmə, baxış, axtarış, götürmə protokolları, telefon zənglərinin məlumatları, digər istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu i lə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxxxx 2002-ci il tarixli 03 nömrəli qərarının 3-cü bəndinə görə təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən, cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yoll a əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-nin 120.2.1 və 120.2.5-ci maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsind ə göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkum tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiall arını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndi rərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-618/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-618/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver