Məhkəmə qərarları › İş №1(102)-619/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-619/2021

12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-619/2021 12.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəz oğlunun iştirakı ilə xx xxxxxxx 1956-cı ildə Masallı rayonu Köhnə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan1 qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, *** saylı hökmü ilə, Məhkum Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum edilmiş şəxs Məhkum hökmdən apelyasiya şikayəti və eyni zamanda apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə müraciət edərək apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmasını üzrlü hesab edilərək müddətin bərpa olunmasını xahiş etmişdir Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli, *** saylı qərarı ilə məhkum edilmiş şəxs Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2013cü il tarixli *** saylı hökmündən apelyasiya şikayəti verilməsi üçün qanunda müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Məhkum apelyasiya şikayəti verərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli *** saylı qərarının ləğv edilməsini və həmin məhkəmənin xx xxxx 2013-cü il tarixli *** saylı hökmündən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli ** saylı qərarı ilə, məhkum edilmiş şəxs Məhku m tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli *** saylı qərarı apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkum Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli ** saylı qərarından müddəti buraxmaqla xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 13 saylı Cəzaçəkmə müəssisəsinin xx/xx-3762 saylı məktubu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına müddəti buraxmaqla kassasiya şikayəti və müddətin bərpasına dair vəsatət vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: İ.H.Əhmədov, hakimlər: E.Ə.Camalov və R.M.Cəfərov) Lə nkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli hökmündən məhkumun apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair məhkumun vəsatəti təmin edilməmişdir. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 410.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı gündən 1 (bir) ay müddətində kassa siya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs sə hhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həm in Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş materiallarından göründüyü kimi, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli ** saylı qərarından kassasiya şikayəti vermə müddəti 2017-ci ilin yanvar ayında bitmişdir. İş materiallarından görünür ki, Məhkum kassasiya şikayəti və müddətin bərpasına dair ərizəsi xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Beləliklə də, müəyyən olunur ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş 1 ay ərzində deyil, həmin müddət xeyli keçdikdən sonra verilmiş və bununla da kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkəmə kollegiyası göstərilən hallara qiymət verərək belə qənaətə gəlir ki, məhkum Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti əsassızdır və həmin müddət bərpa edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar