Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-619/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum x və müdafiəçisi Hacıyeva Pərvanə Vaqif qızının, məhkum x1 və müdafiəçisi Göyüşov Nizami Əhraman oğlunun və məhkum x2 oğlunun müdafiəçisi Əyyubov Arif Vahid oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli 1(105)-25/2022 nömrəli qərarından məhkumlar Məhkum2, Məhkum3 və Məhkum4 müdafiəçisi Əyyubov Arif Vahid oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə və məhkumlar Məhkum3 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əlavələrə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər F.A.Qəribov (sədrlik edən), T.Q.Hüseynov və Ə.İ.Məmmədov) xx xxxx 1976-cı ildə Şəmkir rayonu, Şiştəpə kəndində anadan olmuş, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, evli, hal-hazırda cəza çəkən Məhkum2, xx xxxxxx 1974-cü ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Şəmkir rayonu, Şiş təpə kəndində qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olmayan, halhazırda cəza çəkən Məhkum3 və xx xxxxxx 1977-ci ildə Hacıqabul şəhərində(keçmiş Qazı-Məmməd şəhəri) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 3 ünvanında yaşamış, hal-hazırda cəza çəkən Məhkum4 hər birisi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə hər biri 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddə tə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onların hər birinə qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, hər birinin cəzasının əvvəli 24 noyabr 2018-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4,120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 18 (on səkkiz) il müddətə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hök mündən məhkumlar Məhkum2, Məhkum3 və onların müdafiəçisi Əliyev Nəriman İlqar oğlu, Məhkum1 müdafiəçisi Əskərov Zöhrab İmaməli oğlu, Məhkum4 müdafiəçisi Qasımov Telman Abiəli oğlu tərəfindən apellyasiya şikayətləri, dövlət ittihamçısı Valeh Ələkbərov tərəfindən apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Rzayev (sədrlik edən), E.G.Rəhimov və R.Ə.Ağayev) apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum3 CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə təyin olunmuş 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılaraq, 11 (on bir) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzasın a endirilmiş, sonuncuya CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə təyin edilmiş 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 144.2.3, 144.2.4, 144.2.6-cı maddələri ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə ona təyin olunmuş 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzaçəkmə müddətinin başlanğıcı 05 noyabr 2018-ci il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarından məhkumlar Məhkum2, Məhkum3 və Məhkum4 müdafiəçisi Əyyubov Arif Vahid oğlu tərəfindən kassasiya şikayətləri və məhkumlar Məhkum3 və Məhkum2 tərəfindən kassasiya şikayətinə əlavələr verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum2 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşları Məhkum1, X3, Azərbaycan Respublikasının vətəndaşları Məhkum3, Məhkum4, X9, Şahid1, Şahid2, Şahid5, Şahid4, Şahid3, şəxsiyyəti istintaqa məlum olmayan "Miri” adlı şəxs və qeyrilərindən ibarət mütəşəkkil dəstədə birləşib, aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək Məhkum1 və X2nın 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Zərərçəkmiş şəxs ilə şərikli kommersiya fəaliyyətində n onlara 30.000 ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edərək həmin borc məbləğinin bir qismi müqabilində sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə sifarişini mobil nömrə üzərindən "WhatsApp” proqramından istifadə etməklə dəstə üzvü Məhkum3 qəbul edib icrasına razılaşaraq dostu Məhkum4la birlikdə digər dəstə üzvü X3la görüşüb sifarişi sonuncuya çatdırmış, sifarişi qəbul edib onun icrası üzrə vəzifə bölgüsünə əsasən üzərilərinə düşən vəzifələri yerinə yetirməyə razılaşan X3 dəstənin digər üzvləri Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5 və qeyriləri əvvəlcədən Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələri müəyyənləşdirdik dən sonra 29 mart 2017-ci il tarixdə saat 11 radələrində dəstə üzvləri Şahid4, Şahid2 və Şahid1 tərəfindən, sonuncunun idarə etdiyi "X” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanaraq digər dəstə üzvləri X3 və Şahid5 birlikdə gözlədikləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri Şahid1, Şahid2, Şahid4, X3 və Şahid5 birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Şahid1 əli ilə Zərərçəkmiş şəxs sifət na hiyəsinə vurmaqla ona verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədəqorxu ilə tələb etmişlər, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Şahid4, Şahid1, X3, Şahid5 və Şahid2 onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Şahid1 idarə etdiyi "X” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarını n şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, ona verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmişlər, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X6 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə saat 18 radələrində yenidən dəstə üzvləri Şahid1, X3, Şahid5 və Şahid2 Xırdalan şəhərinə gəlib Z ərərçəkmiş şəxsla görüşmüşlər, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Şahid1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Karvan" çay evinə aparılması barədə dəstə üzvü Şahid2 göstəriş vermiş, Şahid5, Şahid1 və X3 isə birlikdə qızıl-zinət məmulatını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Karvan" çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısında Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət ol unan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli "Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, Şahid1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdı lmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görən dəstə üzvləri Şahid5, Şahid2 və X3 müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Şahid1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərk ibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülmüş, bundan sonra dəstə üzvlərindən hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi və X3un cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi barədə Məhkum1 və X2nın razılığı ilə 6.000 manat pulu Məhkum4 vasitəsilə X3a çatdırılması üçün sonuncunun qayınatası Şahid8 göndərmiş, daha sonra isə Məhkum1 göstərişi əsasında qeyd olunan məbləğdə pul dəstə üzvü Məhkum3 tərəfindən ona qaytarılmışdır. Məhkum3 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin külli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşları Məhkum1 və X3, Azərbaycan Respublikasının vətəndaşları Məhkum3, Məhkum4, X9, Şahid1, Şahid2, Şahid5, Şahid4, Şahid3, şəxsiyyəti istintaqa məlum olmayan "Miri” adlı şəxs və qeyrilərindən ibarət mütəşəkkil dəstədə birləşib, aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək Məhkum1 və X2nın 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Zərərçəkmiş şəxs ilə şərikli kommersiya fəaliyyətindən onlara 30.000 ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edib həmin borc məbləğinin bir qismi müqabilində sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldürülməsi barədə sifarişini İran İslam Respublikası ərazisində mobil nömrə üzərindən "WhatsApp” proqramından istifadə etməklə Məhkum2 vasitəsilə digər dəstə üzvləri Məhkum4 və X3a çatdırmış, sifarişi qəbul edib onun icrası ilə əlaqədar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə razılaşan X3 dəstənin digər üzvləri Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5 və qeyriləri əvvəlcədən Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələri müəyyənləşdirdikdən sonra 29 mart 2017-ci il tarixdə saat 11 radələrində dəstə üzvləri Şahid4, Şahid2 və Şahid1 tərəfindən, sonuncunun idarə etdiyi "X” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanaraq digər dəstə üzvləri X3 və Şahid5 birlikdə gözlədikləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri Şahid1, Şahid2, Şahid4, X3 və Şahid5 birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Şahid1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla ona verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədəqorxu ilə tələb etmişlər, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Şahid4, Şahid1, X3, Şahid5 və Şahid2 onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi əleyhinə Şahid1 idarə etdiyi "X” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əl də olunmuş razılığa əsasən digər dəstə üzvü Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, ona verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmişlər, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X6 məxsus, 15.000 manat dəyərind ə brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə saat 18 radələrində yenidən dəstə üzvləri Şahid1, X3, Şahid5 və Şahid2 Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüşlər, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Şahid1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Karvan" çay evinə aparılması barədə dəstə üzvü Şahid2 göstəriş vermiş, Şahid5, Şahid1 və X3 isə birlikdə qızıl-zinət məmulatını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlər ində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Karvan" çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısında Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictima i təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi sssdan atəşlər açarkən, Şahid1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görən dəstə üzvləri Şahid5, Şahid2 və X3 müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Şahid1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün təhlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş b eyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülmüş, bundan sonra o, dəstə üzvlərindən hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi və X3un cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi üçün Məhkum1 və X2nın göstərişi əsasında dəstə üzvləri Məhkum2 və Məhkum4 6000 manat pul vermiş, sonuncu tərəfindən həmin məbləğdə pul X3a çatdırılması üçün onun qayınatası Şahid8 verilmişdir. Məhkum4 2017-ci ilin mart ayında Bakı və Xırdalan şəhərlərində özgənin k ülli miqdarda əmlakını hədə-qorxu ilə tələb etməklə ələ keçirmək məqsədilə İran İslam Respublikasının vətəndaşları Məhkum1, X3, Azərbaycan Respublikasının vətəndaşları Məhkum3, Məhkum4, X9, Şahid1 Oqtay oğlu, Şahid2, Şahid5, Şahid4, Şahid3, şəxsiyyəti istintaqa məlum olmayan "Miri” adlı şəxs və qeyrilərindən ibarət mütəşəkkil dəstədə birləşib, aparılmış vəzifə bölgüsünə əsasən üzərinə düşən vəzifələri yerinə yetirərək Məhkum1 və X2nın 2016-cı ildən etibarən meyvə-tərəvəz məhsullarının ticarəti ilə məşğul olduqları Zərərçəkmiş şəxs ilə şərikli kommersiya fəaliyyətindən onlara 30.000 ABŞ dolları məbləğində pul borcunun yaranmasını iddia edib həmin borc məbləğinin bir qismi müqabilində sonuncunun oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldür ülməsi barədə sifarişini Məhkum2 ilə birlikdə qəbul edib digər dəstə üzvü X3a çatdırmış, sifarişi qəbul edib onun icrası ilə əlaqədar üzərlərinə düşən vəzifələri yerinə yetirməyə razılaşan X3 dəstənin digər üzvləri Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5 və qeyriləri əvvəlcədən Zərərçəkmiş şəxs yaşadığı ünvanı, hərəkət marşrutunu, əməllərinin törədilməsi üçün əlverişli vaxt, məkan, üsul və vasitələri müəyyənləşdirdikdən sonra 29 mart 2017-ci il tarixdə saat 11 radələrində dəstə üzvləri Şahid4, Şahid2 və Şahid1 tərəfindən, sonuncunun idarə etdiyi "X” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əl eyhinə avtomaşına mindirilib oğurlanaraq digər dəstə üzvləri X3 və Şahid5 birlikdə gözlədikləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri Şahid1, Şahid2, Şahid4, X3 və Şahid5 birlikdə Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Şahid1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla ona verməli olduğu 51.660 (əlli bir min altı yüz altmış) manata bərabər 30.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini hədəqorxu ilə tələb etmişlər, Zərərçəkmiş şəxs pulunun olmadığını bildirdikdə dəstə üzvləri Şahid4, Şahid1, X3, Şahid5 və Şahid2 onun əl və baş nahiyəsindən tutub həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, iradəsi ə leyhinə Şahid1 idarə etdiyi "X” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşına mindirərək əvvəlcədən əldə olunmuş razılığa əsasən digər dəstə üzvü Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə apararaq orada Zərərçəkmiş şəxs paltarlarını soyunduraraq bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələyərək, ona verməli olduğu külli miqdarda pul vəsaitini yenidən hədə-qorxu ilə tələb etmişlər, barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 ra dələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X6 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, cinayət əməllərini davam etdirərək 30 mart 2017-ci il tarixdə saat 18 radələrində yenidən dəstə üzvləri Şahid1, X3, Şahid5 və Şahid2 Xırdalan şəhərinə gəlib Zərərçəkmiş şəxsla görüşmüşlər, sonuncu qızıl-zinət məmulatının satılmasında iştirak etmək istəmədiyini bildirdikdə Şahid1 Zərərçəkmiş şəxs Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Karvan" çay evinə aparılması barədə dəstə üzvü Şahid2 göstəriş vermiş, Şahid5, Şahid1 və X3 isə birlikdə qızıl-zinət məmulatını satmaq üçün ayrı-ayrı zərgərlərə təklif etmiş, mütəşəkkil dəstənin tə ləblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Karvan" çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısında Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər edilərək sonuncunun sifət nahiyəsinə yumruq zərbələri endirilib ona alın nahiyəsinin sağ və orta hissəsinin, sağ almacıq, burun və üst dodağın sağ hissəsinin sıyrıqları, sağ gözün üst qapağının qançırı, üst dodağın sağ hissəsinin selikli qişasının əzilmiş yarası kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə güc ünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə edib həyat və sağlamlığına zərər vuran şəxslərin ictimai təhlükəli qəsdlərinin qarşısını almaq məqsədilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli "Pietro Beretta” markalı tapançadan atəşlər açarkən, Şahid1 Zərərçəkmiş şəxsla əlbəyaxa olmuş, sonuncunun qəsdən öldürülməsi ilə bağlı əvvəlcədən planlaşdırdılmış və mütəşəkkil dəstənin vahid niyyəti ilə ifadə olunan məqsədinə nail olmaq üçün əlverişli şərait yarandığını görən dəstə üzvləri Şahid5, Şahid2 və X3 müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Şahid1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alınıb ətrafda olan şəxslərin həyatı üçün tə hlükə yaratmasına məhəl qoymayaraq Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirilməsi ilə Zərərçəkmiş şəxs mütəşəkkil dəstə tərkibində ümumi təhlükəli üsulla, tamah məqsədilə, sifarişlə, hədə-qorxu ilə tələb etməklə əlaqədar qəsdən öldürülmüş, bundan sonra o, dəstə üzvlərindən hadisə zamanı yaralanan Şahid1 müalicə xərclərinin ödənilməsi və X3un cinayət məsuliyyətindən yayınaraq ölkə ərazisini tərk etməsi üçün Məhkum1 və X2nın göstərişi əsasında Məhkum2 aldığı 6.000 manat pulu X3a çatdırması üçün sonuncu nun qayınatası Şahid8 vermiş, daha sonra isə Məhkum1 tapşırığı və göstərişi ilə qeyd olunan məbləğdə pul dəstə üzvü Məhkum3 tərəfindən Məhkum2 qaytarılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum4 müdafiəçisi Əyyubov Arif Vahid oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri pozulmuş, işin həqiqi halları düzgün müəyyən edilməmiş, nəticədə Məhkum4 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətinin tərkibi olmadığı halda, əməlləri sübut olunmadığı halda, o əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin sadalanmış maddələrlə təqsirli bilinib cəzaya məruz qa lmış, onun Azərbaycan Respublikası Konstitusiyası, Avropa Konvensiyası ilə ehtiva olunan hüquqları pozulmuşdur. Müraciətində qeyd olunur ki, Məhkum4 tərəfindən törədilmiş əməl düzgün tövsif olunmamaqla, cinayət işi üzrə sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələbləri pozulmuşdur. Müdafiəçi kassasiya şikayətində iddia edir ki, adam oğurluğu, hədə qorxu ilə tələb etmə və qəsdən adam öldürmə cinayətlərini icra etmiş şəxslər X9, Şahid1, Şahid2 və Şahid5 və digərləri olmuşlar, hüquqlarını müdafiə etdiyi şəxs ümumiyyətlə orada olmamış və onun baş verən hadisədən məlumatı belə olmamışdır. Həmçinin Məhkum4 “mütəşəkkil dəstə”nin tərkibində cinayət törətməsinə dair məhkəmələrin gəldiyi nəticə CM-in 34.3-cü madd əsində verilən anlayışa zidd olmuşdur. Faktiki olaraq müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarın ləğv edilməsini, Məhkum4 CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, və 182.3.1-ci maddələri ilə bəraət verilməsini, habelə ona qarşı irəli sürülmüş CM-in 182.3.2-ci maddəsi ilə olan ittiham üzrə onun əməlinin CM-nin 322.2-ci maddəsinə tövsif edilməsini xahiş edir. Məhkum3 kassasiya şikayətini və ona edilmiş əlavəni onunla əsaslandırmışdır ki, onun Zərərçəkmiş şəxs oğurlanara q şəxsiyyəti üzərində zor tətbiq olunmaqla borcun tələb olunub alınması və qəsdən öldürülməsindən məlumatı olmamış, sonuncunun öldürülməsi ilə bağlı heç kimə sifariş etməmiş, heç bir “mütəşəkkil dəstə”nin tərkibində cinayət törətməmiş, o, sadəcə Zərərçəkmiş şəxs 16000 ABŞ dolları borcu olduğunu və həmin borcun qanuni şəkildə ödənilməsini xahiş etmişdir. Faktiki olaraq məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə apellyasiya məhkəməsində yeni məhkəmə baxışının təyin edilməsini xahi ş edir. Məhkum2 kassasiya şikayətini və ona edilmiş əlavəni onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə ona istinad edilən cinayətlərdən heç birini törətmədiyi halda, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinmişdir. İşin faktiki hallarını mübahisələndirən Məhkum2 öz kassasiya şikayətində bildirir ki, Məhkum3 ona zəng edərək Valeh adlı şəxsdən ona olan borcunu almaq üçün həmin şəxsə təsir göstərməsini xahiş etmiş, o, isə onu yola vermək üçün yalandan “yaxşı baxaram” deməklə heç kimə borcun alınması üçün məqsədli formada müraciət etməmiş, ona irəli sürülmüş ittihamda istinad edilən cinayətlərin nə hazırlanmasında, nə də törədilməsində iştirak etməmişdir. Onun mütəşəkkil dəstənin törətdiyi cinayətlərlə heç bir əlaqəsinin olmamasını "giriş-çıxış və qeydiyyat” idarələr arası avtomatlaşdırılmış məlumat axtarış sistemindən götürülmüş məlumatlarla da, müəyyən olunur, belə ki, götürülmüş məlumatlardan onun 26 mart 2017-ci il tarixdən - 1 aprel 2017-ci il tarixə kimi Azərbaycan Respublikası ərazisində olmaması öz təsdiqini tapır. Bununla belə məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə o, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinərək, məhkum edilmişdir. Məhkum2 kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə apellyasiya məhkəməsində yeni məhkəmə baxışının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahi yyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumlar Məhkum3, Məhkum2 və Məhkum4 müdafiəçisi A.V.Əyyubov kassasiya şikayətlərində (əlavələr nəzərə alınmaqla) məhkəmələrin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız ola raq Məhkum3, Məhkum2 və Məhkum4 CM-in 120.2.1 (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.5 (sifarişlə qəsdən adam öldürmə), 120.2.11 (hədə-qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə), 144.2.3 (mütəşəkkil dəstə tərəfindən adam oğurluğu), 144.2.4 (zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu), 144.2.6 (sifarişlə adam oğurluğu), 182.3.1 (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bildiklərini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1- 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlər inin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cin ayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi de dikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkəmə kollegiyası ilk öncə kassasiya şikayətlərinin müəlliflərinin Məhkum3, Məhkum2, Məhkum4 əməllərində istintaq orqanı tərəfindən irəli sürülmüş və məhkəmələrin razılaşdığı CM-nin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2-ci maddələrinin tərkib əlamətlərinin, həmçinin qeyd olunan maddələrlə təqsirli bilinmələri üçün cinayət işinin materiallarında hər hansı mümkün və mötəbər sübutların mövcud olmaması ilə bağlı dəlillərinə münasibətdə bildirməyi zəruri hesab edir. Belə ki, öyrənilmiş cinayət işi materialların dan müəyyən olunur ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya məhkəməsi cinayət işi üzrə təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi (CM-nin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri) ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 29-30 mart 2017-ci il tarixlərini əhatə edən hadisələrin təhlilini aparmaqla, işin həqiqi hallarına ədalətli hüquqi qiymətin verilməsi baxımından hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisələrin səbəbini, baş vermə şəraiti və mexanizminin və digər əhəmiyyətli halları nəzərə almışlar. Aşağı instansiya məhkəmələri cinayət hadisələrinin iştirakçılarını şəxsi münasibətlər baxımından bir-biri ilə aşkar surətdə daha uzun müddətli tanışlıqlarının olmasını, bununla bağlı ibtidai istintaq za manı vermiş olduqları ifadələrdən fərqli ifadə verərkən özləri ilə yanaşı məhz həmin şəxslərin də mənafeləri baxımından hadisələri təsvir etmələrinin gözlənilən olmasını, eyni zamanda elə hadisələrin sonrakı mərhələsində hələ istintaqa cəlb edilməmişdən öncə artıq qrup daxilində atılmış addımları nəzərə alaraq, məhkəmə istintaqı zamanı alınmış ifadələri ibtidai istintaq zamanı verilmiş ifadələrlə həm qarşılıqlı şəkildə, həm də cinayət işi üzrə toplanmış və iş materiallarında olan digər sübutlarla müqayisəli şəkildə qiymətləndirib və bu kimi qiymətləndirmədən çıxış edərək iş üzrə həqiqətin müəyyən edilməsi haqqında əsaslı nəticəyə gəlmişlər. Birinci və apellyasiya məhkəmələri ümumilikdə verilmiş ittiham üzrə Məhkum3, Məhkum2 və Məhkum4 mütəşəkkil dəstə tərkibində törətmiş olduqları cinayət əməllərində - qəsdinin yönəldiyi obyektlər baxımından ayrı ayrılıqda tam, hərtərəfli və obyektiv araşdırma həyata keçirərək aşağıdakı halları müəyyən etmişlər. _ mərhum Zərərçəkmiş şəxs İran İslam Respublikasının vətəndaşları Məhkum1 və X2ya 30.000 ABŞ dolları borcu olmuş, _ Zərərçəkmiş şəxs oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla ondan 30.000 ABŞ dolları məbləğində borcunun tələb olunub alınması barədə İran İslam Respublikasından Məhkum3 vasitəsilə Məhkum2, Məhkum4 və X3a sifariş verilmiş, _ X3 (hazırda axtarışda olan) tərəfindən mütəşəkkil dəstəyə cəlb olunmuş Şahid1, Şahid2, Şahid4, Şahid3, Şahid5 və digərləri tərəfindən Zərərçəkmiş şəxs yaşadığı ünvanın, hərəkət marşrutunun, oğurlanması üçün əlverişli vaxtın, məkan, üsul və vasitələr müəyyənləşdirilmiş, _ Zərərçəkmiş şəx s axtarılması barədə məlumatların mütəmadi olaraq X2ya çatdırılması üçün Məhkum2 tərəfindən Məhkum3 məlumat verilmiş, _ 29 mart 2017-ci il tarixdə saat 11 radələrində Şahid4, Şahid2 və Şahid1 tərəfindən "X” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanaraq digər dəstə üzvləri X3 və Şahid5 birlikdə gözlədikləri Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Manqal” adlı kafeyə gətirilmiş, orada dəstə üzvləri Zərərçəkmiş şəxs özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələmiş, Şahid1 əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla verməli olduğu külli miqdarda pul vəsaiti hədə qorxu ilə tələb edilmiş, _ Oradan isə digər dəstə üzvü Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə aparılmış, paltarlarının soyundurulub bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirilməklə, özünün və yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstəriləcəyi, əmlakının məhv ediləcəyi ilə hədələnərək Məhkum1 və X2ya verməli olduğu 30.000 ABŞ dolları pul hədə-qorxu ilə tələb edilmiş, _ Barəsində edilən zorakılıq səbəbindən hədəni real qəbul edən Zərərçəkmiş şəxs qeyd olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşması ilə əlaqədar saat 23 radələrində onu yaşadığı Xı rdalan şəhərində yerləşən evinə gətirilmiş, arvadı X6 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, _ 2017-ci ilin mart ayında Məhkum4 X3la telefon danışıqlarından əvvəl və sonra Məhkum2la telefon danışıqları aparmış, _ Zərərçəkmiş şəxs mütəşəkkil dəstənin üzvləri tərəfindən oğurlandığı 29 mart 2017ci il tarixində saat 11:41, saat 14:07, saat 17:57, saat 18:27 və saat 23:00-da X3un istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Məhkum4 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında qarşılıqlı telefon danışıqları aparılmış, Birinci və apellyasiya instansiyası məhkəmələrinin müəyyən etdiyi faktiki hallar, məhkəmə istintaqında Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum3, Məhkum2, Məhkum4 özlərini CM-nin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə təqsirli bilməsələr də, onların hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş əməlləri törətmələri zərərçəkmiş şəxsin hüquqi varisi X5, şahidlər Şahid10, Şahid8 və Şahid9 ifadələri ilə yanaşı, məhkəmə-tibb ekspertizasının rəyləri, kompyuter-texniki ekspertizasının 11 may 2017-ci il tarixli 10707 nömrəli rəyi, üzləşmə protokolları, məhkumların və mərhum Zərərçəkmiş şəxs mobil nömrələrə daxil olan, çıxan zənglər, danışıqlar aparılan zaman mobil nömrələrin qeydə alındıqları antena əhatə dairələri, eləcə də hərəkət trayektoriyalarına dair məlumatlarla, «Zolotaya Korona» pul köçürmə sistemi vasitəsilə Məhkum3 adına 18 may, 23 may, 31 may 2017-ci il tarixlərində (ümumilikdə 3000 ABŞ dollar) köçürülmüş pul vəsaitləri ilə, Məhkum2 istifadəsində olan ***-***-**-** mobil nömrədən iş üzrə digər təqsirləndirilən şəxs X3un istifadəsində olan ***-***-**-** mobil nömrə arasında aparılmış danışıqlarla, Məhkum3 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə 2017-ci ilin aprel ayında iş üzrə digər təqsirləndirilən şəxslər Məhkum2 istifadəsində olan ***-***-**-** və Məhkum1 istifadəsində olan **********32, 2017-ci ilin aprel və may aylarında iş üzrə digər təqsirləndirilən şəxs Məhkum4 istifadəsində olan ***-***-**-**, İran İslam Respublikasının vətəndaşı X2nın istifadəsin də olan +**********88 mobil nömrələr arasında olan qarşılıqlı danışıqlarla, Məhkum4 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə X3un istifadəsində olan ***-***-**-** mobil nömrə, həmçinin Məhkum4 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Məhkum2 istifadəsində olan ***-***-**-** mobil nömrə, ən əsas isə Zərərçəkmiş şəxs mütəşəkkil dəstənin üzvləri tərəfindən oğurlandığı 29 mart 2017-ci il tarixində saat 11:41, saat 14:07, saat 17:57, saat 18:27 və saat 23:00-da X3un istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Məhkum4 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında qarşılıqlı telefon danışıqları ilə (həmçinin baş vermiş hadisədən sonra Məhkum4 istifadəsində olan 055-786-1301 mobil nömrədən X3un istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng cəhdi etmiş), sənədlər və digər sübutlarla təsdiq olunmuşdur. Qeyd olunan digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq və bir-biri ilə müqayisə edilməklə şərh edildiyindən və məhkəmələr öz mülahizələrini həmin sübutların obyektiv qiymətləndirilməsi üzərində qurduğundan, kassasiya şikayətlərində göstərilənlər isə məhkəmələrin sözügedən məsələlər üzrə gəldikləri nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir edilməsini zəruri saymır və məhkəmələrin Məhkum3, Məhkum2 və Məhkum4 hərəkətlərinin faktiki məzmunu, onların təqsirli olaraq bu cinayətkar hərəkətləri törətmələrinin sübuta yetirilmiş olması, onların hərəkətlərin Cinayət Məcəlləsinin 144.2. 3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2-ci maddələri maddələrinin dispozisyaları ilə uyğunluq təşkil etməsi üzrə yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Kassasiya şikayətlərində irəli sürülmüş Məhkum3, Məhkum2, Məhkum4 hərəkətlərində "mütəşəkkil dəstə" əlamətlərinin mövcud olmaması ilə bağlı dəlillərə gəldikdə, məhkəmə heyəti kassasiya şikayətlərinin bu nəticənin mübahisələndirilməsinə həsr olunmuş hissəsi ilə razılaşmır. Çünki, CM-in 34.3-cü maddəsinə əsasən bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 20 aprel 1999-cu il tarixli qərarında, həmçinin Azərba ycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı Qərarında mütəşəkkil dəstəyə verilən təfsirdə göstərilmişdir ki, "mütəşəkkil dəstə" dedikdə bir və ya bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən birləşmiş iki və yaxud daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşülməli, cinayət törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs anlayışından fərqli olaraq, mütəşəkkil dəstə həm də özünün sabitliyi, tərkibində təşkilatçısının (rəhbərinin) və birgə cinayətkar fəaliyyət üçün əvvəlcədən hazırlanmış planın olması, cinayətin törədilməsinə hazırlıq və cinayətkar niyyətin həyata keçirilməsi zamanı qrup üzvləri arasında funk siyaların bölüşdürülməsi ilə xarakterizə olunur. Mütəşəkkil dəstənin sabitliyi təkcə dəstənin uzun müddət ərzində mövcudluğunda, qrup üzvlərinin dəfələrlə cinayət törətməsində deyil, onların texniki cəhətdən təmin edilməsində, hətta, bir cinayətin törədilməsi üçün uzun müddət hazırlıq görmələrində, həmçinin digər hallarda da özünü göstərə bilər. Bu cinayətlərin mütəşəkkil dəstə tərəfindən törədilməsi qənaətinə gələrkən, bütün birgə iştirakçıların hərəkətləri, onların törədilmiş əməldə rolundan asılı olmayaraq, CM-nin 32-ci maddəsinə istinad edilmədən, birgə icraçı kimi tövsif edilməlidir. Məhkəmələr tərəfindən nəzərə alınmış hazırkı işin faktiki hallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs oğurlanaraq şəxsiyyəti üzərində zor tətbiq olunmaqla ondan 30.000 ABŞ dolları məbləğində borcunun tələb olunub alınması barədə İran İslam Respublikasından Məhkum3 vasitəsilə Məhkum2, Məhkum4 sifariş verildikdən sonra, sonuncular tərəfindən məsələnin həll edilməsi üçün uzun müddət idman karyerası olan X3 (hazırda axtarışda olan), x təşəbbüsü ilə isə mütəşəkkil dəstəyə Şahid1, Şahid2, Şahid4, Şahid3 cəlb olunmuşlar. Digər tərəfdən birinci və apellyasiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, 29-30 mart 2017-ci il tarixlərini əhatə edən hadisələrdən öncə birgə cinayətkar fəaliyyət üçün əvvəlcədən hazırlanmış plana uyğun olan addımlar atılmış (Zərərçəkmiş şəxs yaşadığı ünvanın, hərəkət marşrutunun, oğurlanması üçün əlverişli vaxtın, məkanın və üsulun seçilməsi), planları diqqətlə hazırlanmış (dəstə üzvləri arasında 29-30 mart 2017-ci il tarixdən öncə qarşılıqlı və intensiv telefon danışıqları aparılması), cinayətin törədilməsinə hazırlıq və cinayətkar niyyətin həyata keçirilməsi zamanı qrup üzvləri arasında funksiyaların bölüşdürülməsi (Şahid1 məxsus X” markalı **-HE-*** dövlət nömrə nişanlı avtomaşınla Zərərçəkmiş şəxs yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 23 saylı evin qarşısından əl və baş nahiyəsindən tutularaq həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edilməklə, iradəsi əleyhinə avtomaşına mindirilib oğurlanması, X3 və Şahid5 birlikdə gözlədikləri yerə gətirilməsi, daha sonra Şahid3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar yaşayış massivində yerləşən bağ evinə aparılmaqla orada zərərçəkmiş şəxsə zor tətbiq edilməsi) həyata keçirilmişdir. Göründüyü kimi Məhkum3, Məhkum2 və Məhkum4 hərəkətlərində "mütəşəkkil dəstə" əlamətlərinin mövcud olması ilə bağlı məhkəmələrin qənaətləri, cinayət məcəlləsinin müvafiq normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi, Ali Məhkəməsinin Plenumununun izahları ilə müqayisə etdikdə, kassatorların məhkumların əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən adam oğurluğu və hədə qorxu ilə tələb etmə) maddələrində göstərilən cinayətin tərkibinin olmaması haqqında iddialarının əsassız olduğu, onların əməllərində qeyd olunan cinayət tərkibini (həmçinin CM 144.2.4, 144.2.6 və 182.3.2ci maddələrində) səciyyələndirən əlamətlərin olması səbəbindən həmin maddələrlə ilə təqsirli bilinməsinin və cəzalandırılmasının əsaslı və qanuni olduğu müəyyən edilir. Məhkum3, Məhkum2 və Məhkum4 əmə llərinin Cinayət Məcəlləsinin 120.2.1 (mütəşəkkil dəstə tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.5 (sifarişlə qəsdən adam öldürmə), 120.2.11 (hədə-qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə), maddələri ilə tövsif edilməsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakı hallardan çıxış edərək bu hissədə birinci və apellyasiya instansiyası məhkəmələri ilə razılaşmır. Belə ki, hazırki iş üzrə məhkəmələrin müəyyən etdikləri faktiki halları, həmin faktiki hallardan hasil etdikləri hüquqi nəticələrlə müqayisə etdikdə, məhkəmələrin qeyd olunan cinayət və cinayət-prosessual normalara əməl etdiklərini, o cümlədən onların Məhkum3, Məhkum2, Məhkum4 əməllərində mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, sifarişlə, hədə-qorxu ilə tələ b etmə ilə əlaqədar qəsdən adam öldürmə cinayəti kimi Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə tövsif edilməsi haqqında qənaətlərinin müəyyən edilmiş saydıqları faktiki hallarla uzlaşdığını söyləmək, beləliklə də bu qənaəti mötəbər, inandırıcı nəticə kimi qəbul etmək mümkün deyil. Belə ki, Məhkum3, Məhkum2 və Məhkum4 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə məhkum edilmələrinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olması, apellyasiya şikayətinin əsassız olması qənaətinə gələrkən təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülən cinayət əməlini törətmələri sonuncuların ibtidai istintaq dövründə verdikləri ifadələri, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapdığı, sübutların işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamladığı və sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmadığını qeyd etmişdir. Habelə apellyasiya instansiyası məhkəməsi məhkum edilmiş şəxslərin və müdafiəçilərin apellyasiya şikayətində məhkumların təqsirsizlikləri (Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri ilə) ilə bağlı dəlillərini hərtərəfli və obyektiv araşdırmaq əvəzinə, həmin dəlilərin heç birinin məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmamasını qeyd etməklə, həmçinin məhkəmə qərarının həcminin mütləq əksəriyyətini b irinci instansiya məhkəməsinin hökmündə göstərilmiş halları təkrar olaraq sadalamaqla kifayətlənmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. təqsirsizlik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təq sirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 1-ci bəndində məhkəmələrə qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqətinin törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılma sı zəruriliyinə cəlb edilməsi tövsiyə edilmişdir. Qəsdən adam öldürmə cinayəti CM-nin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları CM-nin 34-cü maddəsində şərh edilmişdir. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Belə qruplar bir qayda olaraq cinayəti diqqətlə planlaşdırdıqlarına, əvvəlcədən cinayətin alətlərini hazırladıqlarına, qrup iştirakçıları arasında rol bölgüsü apardıqlarına görə iştirakçıların hamısı cinayət hadisəsindəki rollarından asılı olmayar aq cinayətin icraçıları hesab olunurlar və onların əməlləri tövsif edilərkən CM-nin 32-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Verilmiş ittihamdan və məhkəmələrin müəyyən etdikləri faktiki hallardan müəyyən olunur ki, 30 mart 2017-ci il tarixdə "Karvan" çay evinin qarşısında baş vermiş və Zərərçəkmiş şəxs oğlunun həyatdan məhrum edilməsi ilə nəticələnən hadisələrin mexanizmi aşağıdakı aradıcıllıqla davam etmişdir. _ Zərərçəkmiş şəxs 29 mart 2017-ci tarixdə saat 23 radələrində onu yaşadığı Xırdalan şəhərində yerləşən evinə gətirərək arvadı X6 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini qəbul edib ələ keçirdikdən sonra növbəti gün saat 11 radələrində görüşməyə razılaşmış, _ Şahid5, Şahid1 və X3 birlikdə qızıl-zinət məmulatını satmaq üç ün ayrı-ayrı zərgərlərə təklif etmişlər, mütəşəkkil dəstənin tələblərini qane edən qiymət verilmədiyindən hədə-qorxu ilə ələ keçirdikləri qızıl məmulatını satmayaraq özlərində saxlayıb saat 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Karvan" çay evinə gələrək Zərərçəkmiş şəxsla yenidən görüşmüşlər, _ Dəstə üzvləri (cinayətin icraçıları) Şahid1, Şahid5, Şahid2 və X3 30 mart 2017-ci il tarixdə 22 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Karvan" çay evinə gələrək Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı çay evinin qarşısında Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə etmək məqsədilə üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli "Pietro Beretta” markalı tapançadan atəşlər açmış, _ Dəstə üzvləri Şahid5, Şahid2 və X3 müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmış, bundan istifadə edən Şahid1 tərəfindən silahın Zərərçəkmiş şəxs əlindən alıb Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açılmaqla ona qəsdən başın dəlib keçən güllə yarasından ibarət olub baş beyin toxumasının dağılması və hissəvi evakuasiyası, kəllə tağı və əsası sümüklərinin qəlpəli sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olub ölümünə səbəb olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən öldürülmüşdür. Verilmiş ittiham diqqət etdikdə Zərərçəkmiş şəxs hadisə yerinə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli “Pietro Beretta” markalı tapança ilə gəlməsi işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmələr tərəfindən araşdırılmış sübutlardan müəyyən olunur ki, Məhkum3, Məhkum2 və Məhkum4 qəsdi ilə əhatə olunan mütəşəkkil dəstə tərəfindən Zərərçəkmiş şəxs oğurlanması və sonuncudan külli miqdarda pulun tələb edilməsi ilə bağlı atılmış addımlar (Şahid1, X3un, Şahid2, Şahid3, Şahid4 və Şahid5 yol verdikləri hərəkətlər) arzu edilən nəticəni, yekun məqsədi hasil etmişdir. Belə ki, Zərərçəkmiş şəxs oğurlandıqdan və barəsində edilən zorakılıq səbəbindən ona qarşı irəli sürülmüş hədəni real qəbul edərək, tələb olunan pul vəsaitinin əvəzinə ilkin olaraq arvadına məxsus qızıl-zinət məmulatını verməyə razılaşmış, bununla əlaqədar arvadı X6 məxsus, 15.000 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğanı və bir ədəd qızıl üzük dəstini Şahid1 və digərlərinə təqdim etmişdir. Digər tərəfdən verilmiş ittihama diqqət etdikdə müəyyən olunur ki, Zərərçəkmiş şəxs əlavə pul vəsaitlərinin verilməsini hədə-qorxu ilə tələb edərkən aralarında yaranmış mübahisə zamanı Şahid1 tərəfindən Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək xəsarətlər yetirilmiş, Zərərçəkmiş şəxs hücum edən şəxslərlə gücünün uyğunsuzluq təşkil etdiyini görüb özünü müdafiə etmək məqsədilə üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli "Pietro Beretta” markalı tapançadan atəşlər açmış, mütəşəkkil dəstə üzvləri olan Şahid5, Şahid2 və X3un hadisə müdaxilə edərək Zərərçəkmiş şəxs müqavimətini qırmaqla onun özünü müdafiə imkanını şüurlu surətdə məhdudlaşdırmışl ar, bundan istifadə edən Şahid1 isə silahın Zərərçəkmiş şəxs əlindən alıb Zərərçəkmiş şəxs sağ gicgah alın nahiyyəsinə bir dəfə atəş açmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli hökmü ilə 30 mart 2017-ci il tarixdə "Karvan" çay evinin qarşısında hadisəni bilavasitə iştirakçıları olmuş mütəşəkkil dəstənin üzvləri Şahid1, Şahid2 və Şahid5 CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1, 182.3.2-ci maddələri ilə, hadisədə bilavasitə iştirak etməyən lakin mütəşəkkil dəstənin niyyəti ilə əhatə olunan adam oğurluğu və hədə qorxu ilə tələb etmə cinayətlərini törətmiş Şahid3 müvafiq olaraq CM-nin 144.2.3, 144.2.6, 182.3.1 və 182.3.2-ci, Şahid4 isə CM-nin 144.2.3, 144.2.4, 144.2.6, 182.3.1 və 182.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Belə olan halda Məhkum3, Məhkum2 və Məhkum4 Zərərçəkmiş şəxs hadisə yerinə “Pietro Beretta” markalı tapança ilə gəlməsini, Şahid1 Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək xəsarətlər yetirməsini, qarşılığında zərərçəkmiş şəxsin üzərində gəzdirdiyi odlu silah olan 9 mm kalibrli "Pietro Beretta” markalı tapançadan atəşlər açmasını, daha sonra Şahid1, Şahid5, Şahid2 və qeyrisi tərəfindən Zərərçəkmiş şəxs qəsdən öldürmələrindən ibarət hərəkətlərə yol vermələrini qabaqcadan görmələri, bunu arzu etmələri, hətta qeyd olunan nəticələrin baş vermə ehtimalını dərk etmələri kimi cinayətin subyektiv cəhətinə aid olan halların aydınlaşdırması tələb olunur. Lakin birinci və apellyasiya məhkəmələrinin qəbul etmiş olduqları yekun məhkəmə aktlarına diqqət etdikdə müəyyən olunur ki, məhkəmələr t ərəfindən cinayətkar qəsdin baş verməsi üçün hər hansı hərəkətverici kriminal motiv, yekun ictimai təhlükəli məqsədin əldə edilməsinə yönəlmiş niyyətinin olmasını təsdiq edən heç bir dəlil və fakt göstərilməmiş, cinayətin motivi və məqsədi ilə bağlı istinad edilmiş hallar isə ziddiyyətli olmaqla, hər hansı mötəbər sübuta əsaslanmamış, yalnız fərziyələr üzərində qurulmuşdur. Məhkəmə kollegiyası bildirir ki, Cinayət Məcəlləsinin ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsini tənzimləyən 35-ci maddəsində iştirakçıların əməllərinin müstəqil deyil, icraçının törətmiş olduğu cinayətdən asılı olduğu göstərilmişdir. Bu maddənin mənasına görə, icraçı cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə, digər iştirakçılar onun həmin (ümum i niyyətdən kənara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Vahid cinayətkar nəticə (maddi tərkibli cinayətlər üçün) iştirakçılığın obyektiv tərəfinin üçüncü əlamətidir. O, iştirakçılığın növlərindən asılı olmayaraq bütün iştirakçıların müştərək səyləri nəticəsində əldə olunur, yəni birgə hərəkət (hərəkətsizlik) ümumi və hər kəs üçün ictimai təhlükəli əhəmiyyət kəsb edən vahid cinayətkar nəticəyə gətirib çıxarır. Yuxarıda sadalanmış hallardan görünür ki, apellyasiya məhkəməsi faktların düzgün müəyyən olunması üçün keyfiyyətli məhkəmə istintaqı həyata keçirmədən Şahid1, Şahid5, Şahid2 və qeyrisi tərəfindən Zərərçəkmiş şəxs qəsdən öldürməsi cinayətində Məhkum3, Məhkum2 və Məhkum4 (bilavasitə iştirak etmədikləri halda) qeyd olunan cinayətin onların niyyəti (qəsdi) ilə əhatə olunması yoxsa həmin cinayətləri törədən şəxslərin icraçıların ekstsessi qaydasında hərəkət etmələrinə aydınlıq gətirilmədən erkən, əsassız qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Lakin apellyasiya şi kayətləri üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmaqla, müdafiə tərəfinin Məhkum3, Məhkum2 və Məhkum4 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11-ci maddələri irəli sürülmüş ittihamın mübahisələndirilməsinə dair iddialarını qanunla nəzərdə tutulmuş qaydada yoxlamaq əvəzinə, heç bir tutarlı dəlil gətirmədən səthi araşdırma nəticəsində onların qeyd olunan maddələrlə təqsirli bilinmələri barədə nəticəyə gəlmişdir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müra ciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə da ir mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə apellyasiya tələbləri əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Ap ellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticəyə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da lazımınca kifayət edən həcimdə məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, verilmiş kassasiya şikayətləri qismən əsaslı hesab edilməli, müdafiə tərəfinin Məhkum3, Məhkum2 və Məhkum4 Cinayət Məcəlləsinin 120.2.1, 12 0.2.4, 120.2.5, 120.2.11-ci maddələri irəli sürülmüş ittihamın mübahisələndirilməsinə dair istinad edilmiş dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması, ziddiyyətlərin aradan qaldırılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (apellyasiya instansiyası məhkəmələrində sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisələndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair Məhkum2 və müdafiəçisi Müdafiəçi14 Vaqif qızının, Məhkum3 və müdafiəçisi Göyüşov Nizami Əhraman oğlunun və Məhkum4 müdafiəçisi Ə yyubov Arif Vahid oğlunun, habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri (əlavələr nəzərə almaqla) qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli 1(105)-25/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumlar Məhkum2, Məhkum3 və Məhkum4 müdafiəçisi Əyyubov Arif Vahid oğlu tərəfindən verilmiş kassasiya şikayətləri və məhkumlar Məhkum3 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əlavə lər qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 aprel 2022-ci il tarixli 1(105)-25/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-619/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-619/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver