Məhkəmə qərarları › İş №1(102)-619/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-619/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-619/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirl i bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli qərarından məhkum Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X7, (sədrlik edən və məruzəçi) X9 və X5 ibarət tərkibdə) 1(099)-70/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1978-ci ildə Lənkəran rayonu Zövlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu Zövlə kəndində qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2011ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 yanvar 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) il 6 (altı) aya endirilmiş, 22 oktyabr 2019- cu ildə cəzasını çəkib qurtarmış, hazırda 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 30 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. Həmin hökmdən məhkumun özü tərəfindən veri lmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli, 1-1(106)-319/2023 saylı qərarı ilə (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə) məhkumun özü tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmiş, onun əməli Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, Məhkum Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirli bilinərək ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli qərarın dan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti və ya kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 2022-ci ilin aprel ayının ortalarında özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxslə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamaqla satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, onun narkotik vasitələri qoyulduğu yerdən götürməklə qəbul edərək satdıqdan sonra əldə olunmuş pulun bir hissəsini “MilliÖn” ödənişi vasitəsi ilə həmin şəxsə göndə rəcəyi barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun digər üzvü qanunsuz olaraq hər biri şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla 1 ədəd bükümdə 27,077 qram narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd bükümdə 0,541 qram narkotik vasitə heroini, 1 ədəd kibrit qutusunun içərisindəki 1 ədəd bükümdə təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə metadon həbini və 2 ədəd bükümlərdə ayrılıqda çəkiləri 0,673 qram və 0,025 qram-ümumi çəkisi-0,698 qram olan, psixotrop maddə metamfetamini əldə edərək 27 aprel 2022-ci il tarixdə bir ədəd sellofan torbada Xırdalan qəsəbəsi ərazisində yerləşən “Al market” mağazasının yaxınlığındakı zibilliyə qoymaqla Məhkum bu barədə məlumatlandırdıqdan sonra o, 27 aprel 2022-ci il tarixdə saat 16 radələrində həmin yerə gedərək göstərilən maddələri qoyulduğu yerdən götürməklə ümümi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, daşıyaraq Lənkəran rayonu Zövlə kəndində yerləşən, yaşadığı evinə gətirməklə evin zirzəmisində gizlədib saxlamış, 1 ədəd bükümdə olan 0,541 qram narkotik vasitə heroini 29 aprel 2022-ci il tarixdə saat 14 radələrində Zövlə kəndində 35 manat pul müqabilində həmkəndlisi Şahid1 satmış, digər narkotik vasitələri və psixotrop maddə olan metamfetamini isə satmaq məqsədi ilə 30 aprel 2022- ci il tarixdə saat 11 radələrində Zövlə kəndi ərazisində piyada hərəkətdə olarkən üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş əməliyyat məlumatı əsasında Məhkum 30 aprel 2022-ci il tarixdə saat 11 radələrində Zövlə kəndi ərazis ində saxlanılmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək şübhəli şəxs kimi tutulmaqla üzərində müdafiəçisinin iştirakı il və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən 1 ədəd bükümdə 27,077 qram narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan şalvarının sol yan cibindən, 1 ədəd metadon həbi 1 ədəd kibrit qutusunun içərisində həmin şalvarının sağ yan cibindən, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,673 qr və 0,025 qram-ümumi təmiz çəkiləri 0,698 qram olan psixotrop maddə metamfetamin isə şalvarının sağ yan cibindən və əynində olan göy rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Anar Əzimov həm ibtidai araşd ırma zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində Mamed adlı şəxsin ona göndərdiyi narkotik vasitələri və psixotrop maddəni 27 aprel 2022-ci ildə Abşeron rayonu Xırdalan şəhəri ərazisindən götürdüyünü bildirsə da, bu hal "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 06 iyun 2022-ci il tarixli 9799 nömrəli məktubu ilə daxil olmuş CD diskə baxış keçirilməsihaqqında 22 sentyabr 2022-ci il tarixli protokolla təkzib olunur. Belə ki, Məhkum istifadəsində olmuş GSM nömrəsinin anteni 27 aprel 2022-ci ildə bütün gün ərzində Lənkəran rayonu Zövlə kəndində qeydə alınmışdır. Bununla da həm ibtidai araşdırma orqanı, həm də dövlət ittihamçısı Məhkum Mamed adlı şəxslə narkotik vasitələrin və psixotrop maddənin maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə birgə iştirakını və onların vahid cina yətkar nəticəyə istiqamətlənməsini sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən Məhkum narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayəti iştirakçılıqla törətməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasının bu qənaəti həmçinin ona əsaslanır ki, birinci instansiya məhkəməsində dövlət ittihamçısı Məhkum qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıqla, yəni Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Belə ki, təqsirləndirilən şəxsin İİR vətəndaşı ilə əlaqə saxladığını qeyd etdiyi istifadəsində olmuş mobil nömrəyə dair məlumatlar məhkəmə qərarı əsasında əldə edilərək iş materiallarına əlavə edilmiş, həmin mobil nömrəyə dair çıxarışlara da istintaq orqanı tərəfindən baxış keçirilərkən əhəmiyyə t kəsb edən məlumatlar aşkar edilməmişdir. Dövlət ittihamçısının Məhkumla Mamed adlı şəxsin qaçaqmalçılıq cinayətində birgə iştirakım inkar etdiyi halda, onların narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə birgə iştirakının sübuta yetirilməsi ilə mövqeyi və bununla razılaşan birinci instansiya məhkəməsinin gəldiyi nəticə başadüşülən və ağlabatan deyil. Ümumiyyətlə ümumi məlum olan faktlar əsasında İran İslam Respublikasına mənsub şəxsin "Mamed” adı daşıması belə mantiqi görsənmir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticələr əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Beləliklə, Şirvaıı Apelyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış süb utlar məcmu halda qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Qanııııun bu tələblərinə əməl edilməməsi isə CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15, və 416.1.21-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarının ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasi ya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna ə sas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hə r hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri Məhkum törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsinə dair apellyasiya instansiyası məhkəməinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilmə si – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmə lə görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinin Məhkum həmin maddə düzgün tövsif olunmaması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protetində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum törətdiyi əməlinin Cinayət Məc əlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Şirvan Apellyasiya Məhkəməsi gəldiyi nəticə ilə bağlı öz qərarında göstərmişdir ki, “...Məhkum üzərindən aşkar olunmuş və Şahid1 satdığı narkotik vasitələri və psixotrop maddənin əldə etməsi ilə bağlı cinayət təqibinin əvvəlində və birinci instansiya məhkəməsində verdiyi ifadəsi, yəni həmin maddələri pulla satın alması ilə bağlı bildirdikləri ağlabatan və məntiqli olmaqla, iş materialları ilə uzlaşdığından, onun həmin dövrdə verdiyi izahat və ifadə iş üzrə mötəbər sübut sayılmalıdır. Yuxarıda əks olunmuş hüquqi mövqe baxımından Məhkum tərəfindən törədilən əməldə cinayətdə iştirakçılığın birinci əlaməti, yəni həmin əməldə onun özünün və narkotik vasitəni əldə ed iyi məlum olmayan şəxsin iştirakı nəzərə çarpsa da, bu iştirak özündə ikinci əlaməti, yəni “müştərək” (birgə) iştirakı ehtiva etmir. Belə ki, məlum olmayan şəxs Məhkum qeyd olunan narkotik vasitələri və psixotrop maddəni satdıqdan – öz cinayətkar niyyətinin nəticəsinə nail olduqdan və həmin maddələr sonuncunun sərəncamına keçdikdən dərhal sonra, onların kriminal əlaqəsi kəsilmiş, yəni bundan sonra təqsirləndirilən şəxsin müvafiq maddələrə münasibətdə edəcəyi hərəkətlər həmin şəxsin (satıcının) qəsdi ilə əhatə olunmamışdır. Bununlada Məhkum narkotik və psixotrop maddələri məlum olmayan şəxsdən əldə etdikdən sonra sonuncunun, yəni məlum olmayan şəxsin qeyd olunan maddələrə münasibətdə hər hansı hərəkəti ilə təqsirləndirilən şəxsin cinayətkar hərəkətinə kömək etməsi, təqsirləndirilən şəxsin cinayətkar niyyətinin nəticəsinə istiqamətlənmiş hərəkəti və marağının, o cümlədən onun hər hansı bir hərəkətinin Məhkum hərəkəti ilə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqəsinin olması müəyyən edilməmişdir. Məhkum narkotik vasitələr və psixotrop maddəni əldə etdikdən sonra öz cinayətkar məqsədi üçün tək hərəkət etmişdir. Bununla da təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə irəli sürülmüş ittihamın heç bir sübuta əsaslanmadığı və həmin hissəsədə ittihamın irəli sürülməsi prosedurunun işin real olaraq müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki halı ilə uzlaşmadığı müəyyən edilmişdir. Odur ki, bu hissədə apellyasiya dəlili əsaslı hesab olunmalıdır. Beləliklə apellyasiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Mə hkum məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd bükümdə 27,077 qram narkotik vasitə – qurudulmuş marixuana, 1 (bir) ədəd bükümdə 0,541 qram narkotik vasitə heroin, 1 (bir) ədəd təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə metadon həbi və 2 (iki) ədəd bükümdə ayrılıqda təmiz çəkiləri – 0,673 qram və 0,025 qram olmaqla ümumi təmiz çəkisi – 0,698 qram olan psixotrop maddə – metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 29 aprel 2022-ci il tarixdə saat 14 radələrində yaşadığı Lənkəran rayonu Zövlə kəndində 1 (bir) ədəd bükümdə olan 0,541 qram narkotik vasitə heroini 35 manat pul müqabilində həmkəndlisi Şahid1 satmış, 30 aprel 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı kəndin ərazisində saxlanılmaqla Lənkəran Şəhər Rayon Polis Ş öbəsinin inzibati binasına gətirilərək müdafiə hüququ təmin olunmaqla üzərində şəxsi axtarış aparılarkən 1 (bir) ədəd bükümdə 27,077 qram narkotik vasitə – qurudulmuş marixuana əynindəki şalvarının sol yan cibindən, 1 (bir) ədəd təsiredici maddəsinin miqdarı 0,04 qram olan metadon həbi şalvarın sağ yan cibindən, 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri – 0,673 qr və 0,025 qram olmaqla ümumi təmiz çəkisi – 0,698 qram olan psixotrop maddə – metamfetamin isə şalvarının sağ yan cibindən və əynində olan göy rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən təqsirkarın cinayətkar məqsədini və əməlin hüquqi tövsifi barədə nəticələri ehtimal üzərində qurmaq olmaz....” Məhkəmə kollegiyası ibtidai istintaq zama nı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə tövsif edilməsi barədə irəli sürülmüş dəlillərdə qanuni əsaslar mövcud deyil və kassasiya protestinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya məhkəməsi Məhkum əməlini Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş material larında olan “Şəxsi axtarış keçirilməsi haqqında” 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman onun əynindəki şalvarın sol yan cibindən 1 (bir) ədəd qara rəngli sellofanun içərisindən narkotik vasitə – qurudulmuş marixuanaya, şalvarının sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisindən 1 (bir) ədəd narkotik vasitə – metadon həbinə, 1 (bir) ədəd göy rəngli sellofan bükümündə psixotrop maddə – metamfetamin, əynindəki göy rəngli qolsuz gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli falqa kağızı bükümündə psixotrop maddə – metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Məhkum həmin maddələrin özünə məxsus olduğunu və 620 manat pul ödəməklə tanımadığı şəxsdən aldığını bildirmişdir. İş materialla rında olan Məhkəmə bioloji ekspertizasının 30 aprel 2022-ci il tarixli 19/541 nömrəli rəyindən görünür ki, Məhkum aşkar olunmuş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 27,077 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Materialların məhkəmə ekspertizasının 30 aprel 2022-ci il tarixli 19/542 nömrəli rəyindən görünür ki, Məhkum aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,673 qram və 1 ədəd bükümdə təmiz çəkisi 0,025 qram olan, ağ rəngli, kristal formada olan maddələr metamfetamindir. 1 ədəd gümüşü rəngli falqa kağızının üzərində psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş metamfet aminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Məhkum aşkar olunmuş 1 ədəd üzərində "F/M40" sözləri yazılmış qəhvəyi rəngli, dairəvi formalı həb metadondur, həbin təsiredici maddəsinin miqdarı: -0,04 qramdır (bir həbdə 0,04 qr). Məhkum aşkar olunmuş metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. İş materiallarında olan Materialların məhkəmə ekspertizasının 30 aprel 2022-ci il tarixli,19/538 nömrəli rəyində göstərilmişdir ki, Şahid1 üzərindən aşkar olunmuş, 1 ədəd bükümdə təmiz çəkisi-0,541 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan şübhəli şəxs qismində tutulmuş Anar Əzimov müdafiə hüququ təmin olunmaqla verdiyi izahatında bildirmişdir ki, 30 aprel 2022-ci ildə üzə rindən aşkar olunmuş 1 ədəd bükümdə 27,077 qram narkotik vasitə qurudulmuş marixuanan, 1 ədəd bükümdə 0,541 qram narkotik vasitə heroin, 1 ədəd təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə metadon həbin və 2 ədəd bükümdə qablaşdırılmaqla ayrılıqda çəkiləri 0,673 qram və 0,025 qram, ümumi təmiz çəkisi 0,698 qram olan psixotrop maddə – metamfetamin özünə məxsusdur və həmin maddələri şəxsi istifadə məqsədilə 620 manata tanımadığı şəxsdən almışdır. İş materiallarında olan Anar Əzimov şübhəli şəxs qismində 30 aprel 2022-ci ildə və təqsirləndirlən şəxs qismində 01 may 2022-ci ildə verdiyi ifadələrində göstərmişdir ki, 2021-ci ilin yay aylarında sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikasında yaşayan “Mamed” adlı şəxslə tanış olmuş və sonuncu ilə “WhatsApp” proqramı vasitəsi lə əlaqə saxlamışdır. Mamedlə ona Azərbaycan Respublikasına keçiricəyi narkotik vasitələri satmağı və əldə olunan gəlirdən özünündə qazanc əldə etməsini təklif etmişdir. Mamedin təklifini qəbul etdikdən sonra onun Azərbaycan Respublikasına göndərib, Abşeron rayonu Xırdalan şəhərində “Al marektin” yanına qoyduğu narkotik vasitələri və pisxotrop maddəni götürmək üçün 27 aprel 2022-ci ildə həmin yerə getmiş və onları götürüb yaşadığı kəndə qayıtmışdır. Həmin maddələrin bir qismini sataraq əldə etdiyi pulun yarısını “MilliÖn” aparatı vasitəsi ilə Mamedin bank kartına göndərmişdir. 29 aprel 2022-ci ildə saat 14 radələrində yaşadığı kənddə olan zaman həmkəndlisi Şahid1 ağrıları olduğu üçün ondan heroin istəmiş və sonuncuya təmənnasız bir bükümdə heroin vermişdir. 30 aprel 2022-ci ildə saat 11 ra dələrində kənd ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunmuş və orada üzərində axtarış aparılan zaman qeyd olunan maddələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Şahid1 01 may 2022-ci ildə şahid qismində dindirilərkən və həmin tarixdə Anar Əzizla arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən 29 aprel 2022ci ildə saat 14 radələrində yaşadığı kəndin ərazisində 35 manat pul qarşılığında Anardan bir bükümdə heroin aldığını bildirmişdir. Müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığına 05 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Anar Əzimova narkotik vasitə göndərmiş “Mamed” adlı İran İslam Respublikası vətəndaşının kimiliyini və yaşadığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı- ayrılıqda və məcmu halında qiymət verən apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkum ibtidai araşdırma dövründə verdiyi ifadələri, iş üzrə toplanmış yuxarıda qeyd edilən digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edərək və məhz həmin ifadələr əsas götürülərək Məhkum əməli (qanunsiz olaraq narkotik vasitənin qanunsuz dövriyyəsindən ibarət ittiham üzrə) apelyasiya məhkəməsi tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə onun əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Aşağı instansiya məhkəmələr inin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən cinayət əməli (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 11- ci mаddəsində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Sözügedən plenum qərаrınа əsаsən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılаşmаqlа iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. CM-nin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edild ikdə əməl qeyd оlunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə işt irаk etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (icraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci m addəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublik ası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilə n cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlini n tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar