Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-62/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Q Ə R A R Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X2 və Məhkum iştirakı ilə, Balakən Rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 32.4, 312. 1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrisinin barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim Hümbət Səlimov) 1(019)-6/2019 nömrəli 22 yanvar 2019-cu il tarixli hökmü ilə, Məhkum, xx xxxxxx 1977-ci Balakən rayonunun Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, ***** rayon ******** ******* vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cina yət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 178.2.1 və 178.2.3-cü maddələri ilə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına, CM-in 32.4, 312.1-ci maddəsi ilə 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. X1 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Balakən bələdiyyəsinin *******, X5 isə həmin bələdiyyənin sədr müavini vəzifəsində işləməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək qulluq mövqelərinə görə onlara olan inam və etibardan sui-istifadə etməklə 2016-cı ilin may ayında Balakən şəhəri ************ küçəsində yerləşən 52,5 kv/m torpaq sahəsində avtotəmir sexi tikmək məqsədilə S6 müraciət edən Balakən rayon sakini X6 əmlakını ələ keçirmək məqsədilə, ünvan 3 ünvanında yerləşən Balakən bələdiyyəsinin inzibati binasında Y6 həmin tikintiyə icazə haqqında sərəncam və rəyin alınmasına köməklik göstərəcəklərinə yalandan vəd verib aldadaraq, qeyd edilən məsələni, yəni Balakən rayon İcra Hakimiyyəti başçısının müvafiq tikintiyə icazə haqqında sərəncamının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyindən müvafiq rəyin alınmasını həmin dövlət qurumlarının səlahiyyətli vəzifəli şəxslərinə edəcəkləri hərəkətə görə onların vasitəsilə birbaşa yolla maddi nemət olan 3.000 (üç min) manat pul verilməsi müqabilində həll edəcə klərini bildirdikdən sonra 2016-cı ilin sentyabr ayında Y6 bələdiyyənin inzibati binasında S6 həmin məqsədlə 3.000 (üç min) manat pulu verməsinə nail olub, həmin pul vəsaitini öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, X7 məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə alıb ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətin müqabilində birbaşa yolla vasitəçidən istifadə etməklə maddi neməti rüşvət qismində verməyə Y6 təhrik etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Mirbahəddin Hüseynov, hakimlər Rafail Əliyev və İmanverdi Şükürovdan ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmiş, hökmlə məhkumlar Məhkum və S6 əsas cəza kimi qəti olaraq təyin edilmiş 5000 (beş min) manat miqdarında cərimə cəzası ilə yanaşı, CM-in 46.2-ci maddəsinə əsasən ona əlavə cəza olaraq 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2019-cu il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarı ona aid hissədə əsassız və qanunsuz olduğundan ləğv edilməsini və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası iş materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı Vüsal Mehrəliyevin çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2019-cu il tarixli qərarı Məhkum aid hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respubl ikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator kassasiya şikayətində heç bir dəlil gətirmədən Cinayət-Prosessual Məcəlləsinin bir sıra maddələrini sadalayaraq barəsində olan cinayət işinə bəraətveri ci əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bununla belə məhkəmə kollegiyası kassatorun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə tələbinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin o nun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materiallarından müəyyən olunur ki, Məhkum birinci instansiyası məhkəməsində araşdırmalar zamanı özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə tam təqsirli bilmiş, iş üzrə ətraflı ifadə vermiş və əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilməmiş, yalnız dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya məhkəmənin məhkəmə iclas protokolundan müəyyən olunur ki, Məhkum və müdafiəçisi apellyasiya protestinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmi şlər. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum isnad edilən cinayət əməllərini törətməsini özünün ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə və iş üzrə toplanmış digər sənədlərlə təsdiq olunur. Məhkəmə aktlarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr sübutları Məhkum aid hissədə CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkumna i snad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələrində təsbit edilən cinayət əməllərinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən məhkumun özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, keçirilmiş üzləşdirmə protokolları, eləcə də tədqiq edilmiş cinayət işinin materiallarında olan sənədlərə əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin məhkum X4 cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkum X4 cinayət əməlləri məhk əmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Həmçinin, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələbləri düzgün nəzərə alınmışdır. Azərbaycan Res publikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, kassasiya kollegiyası məhkumun kas sasiya şikayətində göstərdiyi mülahizələri istintaq orqanı tərəfindən qanunamüvafiq qaydada toplanmış və məhkəmə araşdırmaları zamanı tam, hərtərəfli və obyektiv surətdə araşdırılaraq qiymət verilmiş sübutların məcmusu ilə müqayisəli surətdə tədqiq edərək belə qənaətə gəlir ki, Məhkum isnad edilən cinayət əməlləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan əməllər) mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarındakı sübutlar Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinə dair məhkəmələrin gəldikləri nəticənin qanuni və əsaslı olduğuna heç bir şübhə yeri qoymur. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum özünün barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum aid hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 mart 2019-cu il tarixli qərarı Məhkum aid hissədə ka
Məhkəmə qərarları › İş №1(102)-62/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-62/2020
11.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver