Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-62/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru 1-ci dərəcəli hüquqşünas Əiyev Namiq Qadir oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ə.M.Abasov (sədrlik edən), M.M.Ağalarov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) Məhkum - xx xxxx 1985-ci il tarixdə Kürdəmir rayonu Mollakənd kəndində anadan olmuş, Azərbaycar Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Kürdəmir rayonunun Mollakənd kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayış massivind ə yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən, onun 19 yanvar 2013-ci il tarixdən 20 yanvar 2018-ci il tarixədək həbsdə olduğu 1 gün təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 06 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 02 avqust 2018-ci tarixdən hesablanması hökm edilmişdir. İşin hal ları: Məhkəmənin hökmünə əsasən Məhkum «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «Daewoo BS090» markalı 10-TF 550 dövlət qeydiyyat nişanlı avtobusu 25 dekabr 2017-ci ildə saat 06:50 radələrində 202 saylı marşrut xətti üzrə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbinə əməl etməmiş, 07 fevral 2017-ci ildə AB****** saylı «B,C və D» kateqoryai sürücülük vəsiqəsi aldıqdan sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Binəqədi rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qərarı ilə 20 fevral 2017-ci il tarixdən 20 fevral 2018-ci il tarixədək olan 01 müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə sürücül ük vəsiqəsi Baş Dövlət Yol Polis İdarəsi Ağsu regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə 19 iyul 2017-ci ildə təhvil verilməklə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi ilə «N.Nərimanov» metrosu istiqamətində yolun hərəkət hissəsinin sağ zolağı ilə 30 km/saat sürətlə hərəkət edərək yolun Ünvan2 nömrəli ünvanının qarşısına düşən hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyərək, qarşıda yolun hərəkət hissəsində sağdan sola keçmək istəyən piyadanı 31,6 metr aralı məsafədən görüb vaxtında tədbir görməklə diqqətini avtomobilin idarə olunmasından ayırmamalı və avtomobilin təhlükəsiz idarə olunması üçün lazımı əməliyyatları vaxtında, düzgün yerin ə yetirməli, həmin piyadanın yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli, hərəkət təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bunu etməmiş, piyadanın yanından ötüb keçəcəyini güman edərək, yol-hərəkəti qaydalarını pozub yolu sağdan sola doğru adi yerişlə keçmək istəyən piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinə 4 metr keçdikdən sonra ayırıcı zolağa 7 metr qalmış avtomobilin qabaq qabarıq hissələri ilə ehtiyyatsızlıqdan vurmuş və nəticədə özgənin əmlakı olan avtomobili ehtiyatsızlıqdan zədələyərək zərəçəkmiş hüquqi şəxs «xxxx» MMC-yə 40 manat məbl əğində maddi ziyan vurmuş, Zərərçəkmiş şəxs isə baş beyin toxumasına, qişaları altına və yan mədəciklərə qansızma ilə müşayət edilən kəllə sümüklərinin sınıqları, baş yumşaq toxumasının iç səthinə qansızma, sağ gicgah və sağ almacıq nahiyəsinin cırılmış yaraları, hər iki göz ətrafının hematoması, sol əlin arxa səthinin qançırı, sağ əlin arxa səthinin sıyrılmış yaraları ilə müşayiət olunan, yetirildiyi anda ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirib göstərilən baş beyin toxumasına, qişalara və mədəciklərə baş vermiş qansızma nəticəsində yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs kimi pozaraq, yol- nəqliyyat hadisəsi törətməklə ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs 25 dekabr 2017-ci il tarixdə saat 07:10 radələri ndə Kliniki Tibbi Mərkəzi xəstəxanasında ölümünə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 avqust 2018-ci il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İ.M.Nurquzov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və H.H.Əhmədovdan ibarət tərkibdə) 19 oktyabr 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkum təyin olunmuş 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, CM-nin 69.3-cü maddə sinə əsasən, onun 19 yanvar 2018-ci il tarixdən 20 yanvar 2018-ci il tarixədək həbsdə olduğu 1 gün təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 05 (beş) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəza ədalətsizdir. Belə ki, ehtiyatsızlıqdan qəza törətməyinə baxmayaraq dərhal zərərçəkmiş şəxsi xəstəxanaya aparmış, zəruri tədbirlər göstər ilməsi üçün əlindən gələn köməkliyi etmişdir. Həmçinin zərərçəkmiş tərəflə barışıq əldə etmiş və dəymiş ziyan ödənilmişdir. Əməlindən səmimi peşiman olmağını, ilk dəfə məhkum olunmağını, həbs olunandan sonra atasının dünyasını dəyişməsini, qoca anasının onun himayəsində olmasını, ailənin tək qazanc gətirəninin olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini, nəqliyyat vasitələrini idarə etmək hüququnun 3 il müddətə endirilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi n əticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində məhkum zərərçəkmiş tərəflə barışıq əldə etdiyini və dəymiş ziyanı ödədiyini, əməlindən səmimi peşiman olmağını, ilk dəfə məhkum olunmağını, həbs olunandan sonra atasının dünyasını dəyişməsini, qoca anasının onun himayəsində olmasını, ailənin tək qazanc gətirəninin olmasını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini, nəqliyyat vasitələrini idarə etmək hüququnun 3 il müddətə endirilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə qərarından müəyyən edilir ki, məhkəmə kollegiyası Məhkum vurulmuş maddi ziyanı tam olaraq ödəməklə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin heç bir şikayət və tələbinin olmamasını, cəzanı ağırlaşdıran halın olmaması ilə yanaşı cəzanı yüngülləşdirən halları nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş və onun cəzasını daha da yüngülləşdirmişdir. İş materiallarında olan (1-ci cild, səhifə 248) zərərçəkmiş şəxsin hüquqi varisi Manaflı Ramin Kamil oğlunun ərizəsində Məhkum qarşı heç bir iddia tələbinin olmadığını, onu bağışladığını bildirərək məhkuma yüngül cəza verilməsini xahiş et mişdir. Həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Manaflı Ramin Kamil oğlu apelyasiya instansiya məhkəməsində də işə baxılarkən ərizə ilə (1-ci cild, səhifə 296) məhkəməyə müraciət edərək Məhkum qaşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkum cinayət işi üzrə apelyasiya instansiya məhkəməsi ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi əsas cəza növünün-a zadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən artıq olmayan həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Yəni cəzanı yüngülləşdirən hallar nəzərə alınmaqla göstərilən cinayət qanunu ilə müəyyən edilmiş aşağı hədlər daxilində ədalətli cəza təyin etmişdir. Cəzanın daha da yüngüllədirilməsi üçün cinayət işinin materiallarında hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı, birinci və apelyasiya instansiyaları məhkəmə baxışı mərhələlərində cinayət və cinayət prosessual qanunların kobud pozulması, X2 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkuma təyin edilmiş və sonradan Apelyasiya instansiya məhkəməsi tərəfindən endirilmiş cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi ilə müəyyən edilmiş cəzanın məqsədlərinə və 58.3cü maddəsi ilə müəyyən edilmiş cəza təyin etmənin ümumi əsaslarına uyğundur. Həmçinin məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində həmçinin təyin olunmuş cəzaçəkmə müəssisəsinin rejimin dəyişdirilərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi də xahiş edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə münasibət göstərərək bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 514.1-ci maddəsinə əsasən Cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmçinin məhkəmə kollegiyası məhkuma izah etməyi məqsədəmüvafiq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1-ci maddəsinə əsasən Azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, h abelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində Odur ki, Məhkum ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunduğundan məhkəmələr tərəfindən onun cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməyi qərara alındığından kassasiya şikayətinin bu dəlili də əsassız hesab edilir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kas sasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-62/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-62/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver