Məhkəmə qərarları › İş №1(102)-62/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-62/2023

19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-62/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X5 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X12 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 27 may 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmi ş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-86/2021 saylı hökmünə əsasən (hakim X14) xx.xx.1957-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Göygöl şəhəri H.Ə.Əliyev prospekti, ev 42-də qeydiyyatda olan və Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi, dalan 6, ev 11, mənzil 59-da yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət işinin məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, CPM-nin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X6 (sədrlik edən və məruzəçi), X15 və X1 ibarət tərkibdə) 27 may 2022-ci il tarixli, 1(104)168/2022 saylı hökmü ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-86/2021 saylı hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə bəraət verilmiş və o, təqsirsiz elan edilmişdir. Gəncə Ape llyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2022-ci il tarixli, 1(104)-168/2022 saylı hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, xx.xx.2019-cu il tarixdə saat 12 radələrində, guya həmin tarixdə “Yeni Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının keçirilməsi barədə saxta qərarını, həmin qərara əlavə edilməli olan yığıncağın boş protokol formasını Gəncə şəhəri, Nizami rayonu, M.C.Paşayev küçəsində yerləşən kompyuter ofisində printer vasitəsilə çap edərək sıra sayı ilə sakinlərin adlarını, mənzil nömrələrini, şəxsiyyət vəsiqələrinin nömrələrini əlyazma ilə protokola qeyd edib həmin sakinlərin bəzilərinə ayrıayrı vaxtlarda müxtəl if bəhanələrlə protokola imza etdirmiş, əlavə olaraq həmin binada 42 və 43 nömrəli mənzillərin faktiki sahibi olan X9 yerinə 42 nömrəli mənzilin sahibi kimi X10, 43 nömrəli mənzilin sahibi kimi isə X16 protokolda mənzil sahibi kimi göstərmiş, daha sonra həmin mənzil sahiblərindən protokolda 32-ci sətirdə adı qeyd edilən Şahid17, 56-cı sətrdə adı qeyd edilən Şahid13, 36 və 37-ci sətrlərində adı qeyd edilən Şahid11, 29-cu sətrində adı qeyd edilən X11, 20-ci strdə adı qeyd edilən X2, 23 və 24-cü sərtlərdə adı qeyd edilən X7, 16-cı sətrdə adı qeyd edilən X8, 13 və 14-cü sərtlərdə adı qeyd edilən X3, 7-ci sətrdə adı qeyd edilən X4 əvəzindən imza etməklə, “Yeni Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının qərarında 49 sahə mülkiyyətçisinin iştirak etdiyini göstərmə sinə baxmayaraq protokolda 59 sahə mülkiyyətçisinin iştirak etdiyini qeyd edərək guya həmin şəxslərin səsverməsi ilə Məhkum “Yeni Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin idarə heyətinin sədri seçildiyini göstərib hüquq verən və rəsmi sənəd hesab edilən xx.xx.2019-cu il tarixli qərarı və həmin qərara əlavə edilməli olan protokolu saxtalaşdırmış, həmin saxta qərar və protokolu xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinə təqdim edib “Yeni Gəncə-1” mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini qeydiyyatdan keçirməklə bilə-bilə həmin saxta qərar və protokoldan istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı onunla əsaslandırır ki, işə apellyasiya instansiya mə hkəməsində baxılan zaman məhkəmə təqsirləndirilən şəxs Məhkum cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını, bununla yanaşı hazırki vəziyyətdə cəmiyyətdə gedən prosesləri nəzərə almamış, nəticə etibarı ilə Məhkum bəraət verib məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur, bu səbəbdən Məhkum Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2022-ci il tarixli, 1(104)168/2022 saylı hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Göründüyü kimi, apellaysiya məhkəməsi şikayətin həmin dəlillərinə münasibət bildirmiş, nə səbəbdən onlarla razılaşmadığını qərarda göstərmiş, buna dair nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə iş materiallarına və işin fakti ki hallarına, habelə qanun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir Protest müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını, bununla yanaşı hazırki vəziyyətdə cəmiyyətdə gedən prosesləri nəzərə almamış, nəticə etibarı ilə Məhkum bəraət verib məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozaraq iş üzrə sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh ed ilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qa nuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş ha lların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərarında Məhkum barəsində ona irəli sürülmüş ittiham üzrə cinayət əməlinin törədilməsində hər hansı sübutun toplanılmaması, ittiham tərəfin bu barədə hər hansı mötəbər sübut təqdim edə bilməməsi, toplanmış sübutların şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinməsi üçün kifayət etməməsi barədə qeydləri ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən ha qlı olaraq şəxsin barəsində bəraət hökmü çıxarılmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2022-ci il tarixli, 1(104)- 168/2022 saylı hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarı da şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protestin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2022-ci il tarixli, 1(104)-168/2022 saylı hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar