Məhkəmə qərarları › İş №1(102)-62/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-62/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-62/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 Həsən oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin (hakim Qurban Hacıyev) 25 yanvar 2023-cü il tarixli 1(036)-24/2023 nömrəli hökmü ilə xxx xxxx xxxx -ci il tarixdə xxxx rayonunun xxxx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər Şamaxı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xxxx ray onunun xxxx kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şamaxı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş və çəkilməmiş qalmış 10 (on) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilmiş və üzərində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 19 yanvar 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki ) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 14 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Q azel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə birlikdə Kürdəmir rayonunun Sor-Sor kəndinə gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Məhkum və Təqsirləndirilən şəxs2 isə həmin kəndin ərazisində yerləşən, Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 200 (iki yüz) manat olan yeddi baş qoyunu, hər birinin dəyəri 192 (yüz doxsan iki) manat olan dörd baş quzunu və hər birinin dəyəri 8 (səkkiz) manat olan səkkiz ədəd toyuğu oradan çıxardıb avtomobilin yanına gətirib avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 2232 (iki min iki yüz otuz iki) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa onlar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 noyabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndinə gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Məhkum və Təqsirləndirilən şəxs2 isə həmin kəndin ərazisində yerləşən, Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil o laraq hər birinin dəyəri 200 (iki yüz) manat olmaqla 2400 (iki min dörd yüz) manat dəyərində on iki baş qoyunu oradan çıxarmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb, təkrarən, oğurluq etmişlər. Həmçinin onlar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 22 noyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndinə gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Məhkum və Təqsirləndirilən şəxs2 isə həmin kəndin ərazisində yerləşən, Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 150 (yüz əlli) manat olan dörd baş quzunu, hər birinin dəyəri 240 (iki yüz qırx) manat olan dörd baş ana qoyunu və hər birinin dəyəri 260 (iki yüz altmış) manat olan doqquz baş boğaz qoyunu oradan çıxardıb avtomobilin yanına gətirib avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 3900 (üç min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişlər. Eləcə də onlar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şə xs halında cinayət əlaqəsinə girərək,18 dekabr 2021-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndinə gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Məhkum və Təqsirləndirilən şəxs2 isə həmin kəndin ərazisində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 320 (üç yüz iyirmi) manat olan altı baş qoyunu və 210 (iki yüz on) manat dəyərində bir baş quzunu oradan çıxardıb avtomobilin yanına gətirib avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 2130 (iki min yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişlər. Bundan başqa onlar, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 30 dekabr 2021-ci il tarixdə gecə saat 01 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonunun Qobu qəsəbəsi, Təzəkənd kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığına gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Məhkum və Təqsirləndirilən şəxs2 isə həmin kəndin ərazisində ye rləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 170 (yüz yetmiş) manat olan on bir baş qoyunu və hər birinin dəyəri 150 (yüz əlli) manat olan yeddi baş quzunu, hər birinin dəyəri 80 (səksən) manat olan dörd baş erkək keçini və 300 (üç yüz) manat dəyərində bir baş dişi qoyunu oradan çıxardıb avtomobilin yanına gətirib avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 3540 (üç min beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişlər. Nəhayət onlar, özgənin əmlakını gizli olaraq talama məqsədi i lə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 5 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə birlikdə İmişli rayonunun Allahmədətli qəsəbəsinə gəldikdən sonra rolların bölgüsünə əsasən, sonuncu avtomobili saxlayıb pusquda dayanaraq gözətçilik etmiş, Məhkum və Təqsirləndirilən şəxs2 isə həmin qəsəbənin ərazisində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki saxlanc yeri hesab olunan tövləyə qanunsuz daxil olaraq hər birinin dəyəri 275 (iki yüz yetmiş beş) manat olan altı baş qoyunu, hər birinin dəyəri 150 (yüz əlli) manat olan beş baş quzunu və 420 (dörd yüz iyirmi) manat dəyərində bir baş qoçu oradan çıxardıb avtomobil in yanına gətirib avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmış, bununla da onlar, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 2820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla, təkrarən, oğurluq etmişlər. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Kamil Bəşirov və İlkin Abdullayev) 1(106)248/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 1(036)-24/2023 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum hazırkı hökmlə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən ona əvvəllər Şamaxı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 1 il 7 ay 27 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablanmış, Dövlət ittihamçısı2 apelyasiya protesti və təqsirləndirilən şəxs Məhkum apelyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı3 Həsən oğlu kassasiya protesti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarının Məhkum cəza təyini hissəsində ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət it tihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə mübahisələndirilən qərar ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 İyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, CM-in 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsi Məhkum münasibətdə CM-in 66.1 və 66.5-ci maddəsi üzrə cinayət qanununun tələblərini nəzərə almayaraq cəza təyin i zamanı işdəki sübutları düzgün tədqiq etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi Məhkum hazırki hökmlə təyin edilmiş 2 il 9 ay azadlıqdan məhrum etmə cəzası ilə Şamaxı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzasını tamamilə və ya qismən toplamalı, yekunda isə CM-in 69.3-cü maddəsinə əsasən Şamaxı Rayon Məhkəməsində baxılmış iş üzrə onun həbsdə və dustaqlığında saxlanıldığı müddəti (4 ay 3 gün müddəti) yekun cəzadan çıxmalı olduğu halda, səhvən, Şamaxı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə təyin etdiyi 2 il azadlıqdan məhrum etmə cəzasını deyil, həmin cəzanın CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və dustaqlığında saxlanılma müddəti çıxıldıqdan sonra şəxsin üzərində saxlanılmış 1 il 7 ay 27 günlük h issəsini toplamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya q aydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Dövlət ittihamçısı3 oğlu verdiyi kassasiya protestində şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsə də, məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələr tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar ta m, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən haqlı olsa da, Məhkum barəsində təyin edilmiş cəzanın müddətinin hesablanmasında cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Dövlət ittihamçısının kassasiya protestinin başlıca dəlili hər apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edərkən cinayət qanunun normasının düzgün tətbiq edilməməsi ilə əlaqədardır. Bununla əlaqədar isə məhkəmə kollegiyası kassasiya pr otestinə qiymət verərək aşağıdakıları qeyd etməyi vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəli lik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa, Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış e dir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyi qəsdin o byektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanı törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Həmin qərarının 17-ci bəndinin 3-cü abzasında qeyd edilmişdir ki, CM-in 66.5 və 67ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın ç əkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə he sablanır. Belə ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şamaxı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş və çəkilməmiş qalmış 10 (on) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı təyin olunmuş cəza ilə qismən birləşdirilmiş və üzərində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 19 yanvar 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Apelyasiya instansiyası məhkəməsi isə Məhkum hazırkı cinayət işi üzrə çıxarılmış hökmlə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 2 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən ona Şamaxı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə onun ev dustaqlığında və həbsdə olduğu müddət çıxıldıqdan sonra üzərində saxlanılmış 1 il 7 ay 27 gün azadlıqdan məhrumetmə cəzasının müddəti ilə qismən toplanılaraq ona 3 (üç) il müddətə azadlıqdan məhru metmə cəzası təyin etmiş, cəzasının əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablamış, hökm Məhkum münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi Məhkum cinayət işi üzrə çıxarılmış hökmlə təyin edilmiş 2 il 9 ay azadlıqdan məhrum etmə cəzası ilə Şamaxı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il azadlıqdan məhrum etmə cəzasını CM-in 66.5-ci maddəsinə əsasən tamamilə və ya qismən toplamalı, yekunda isə CM-in 69.3-cü maddəsinə əsasən Şamaxı Rayon Məhkəməsində baxılmış iş üzrə onun həbsdə və dustaqlığında saxlanıldığı müddəti (4 ay 3 gün müddəti) yekun cəzadan çıxmalı olduğu halda, cinayət qanunu normasını düzgün tətbiq etməyərək Şamaxı Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə təyin etd iyi 2 il azadlıqdan məhrum etmə cəzasını deyil, həmin cəzanın CM-in 69.3-cü maddəsinə əsasən həbsdə və dustaqlığında saxlanılma müddəti çıxıldıqdan sonra şəxsin üzərində saxlanılmış 1 il 7 ay 27 günlük hissəsini toplamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən cinayət qanunvericiliyinin yuxarıda qeyd edilmiş normalarının tələblərinə formal yanaşmış və məhkuma CM-in 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilərkən cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri əsaslı olduğundan protest təmin edilməli, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarı Məhkum aid hissədə ləğv edilməli və iş həmin məhkəməyə yeni apelyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.9 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Ka ssasiya protesti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarı Məhkum cəza təyin edilməsi hissəsində ləğv edilsin və cinayət işi yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar