Məhkəmə qərarları › İş №1(102)-620/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-620/2020

06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-620/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkumun müdafiəçisi-vəkil Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhk əməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci və 308.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M ÜƏY Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2018-ci il il tarixli hökmü ilə (hakimlər: F.A.Qəribov (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və Ə/.N.Hacıyevdən ibarət tərkibdə) Məhkum-xx xxxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, ünvan 1 qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci və 308.2-ci maddələri il ə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə CM-nin 179.3.2-ci maddəsi ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ona cəza təyin edilməmişdir. Cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2017-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hökmdən Məhkum müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: F.A.Qasımov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və K.H.Əkbərovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Məhkum bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2020-ci il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə göndərərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürdüyünü bild irmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü m addəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum ərizəsi təmin edilsin, onun Azərbaycan Respublikası CM-in 179.3.2-ci və 308.2-ci maddələri ilə məhkum edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından onun müdafiəçisinin kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar