Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-620/2021 12.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəz oğlunun Məhkum müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Hüseynov Altay Xəlil oğlunun, xx xxxxxx 1983-cü ildə Qax rayonu Meşəbaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvanda qeydiyyatda olan və orada yaşamış, hal-hazırd a həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 127.2.3 və 221.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakim M.Qarayev) Məhkum - Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 127.2.3-cü maddəsi ilə 3 (üç) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.2.1-ci maddəsi ilə 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsas ən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplanılmaqla ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla 03 (üç) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilməsi (şərti məhkum etmə) CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Qax Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü üzrə CM-in 221.3-cü maddəsi ilə təyin edilərək tərəfindən çəkilməmiş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Qax Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü üzrə CM -in 221.1-ci maddəsi ilə təyin edilərək tərəfindən çəkilməmiş 01 (bir) il müddətə islah işləri cəzası CM-in 68.1.3-cü madəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə üç gün hesabı ilə hesablanaraq 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzası kimi hazırkı hökmlə təyin edilən 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə onun üzərində qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılmaqla, qəti olaraq 04 (dörd) il 11 (onbir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkm ə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: M.M.Hüseynov (sədrlik edən), İ.H.Şükürov və R.Ə.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum olunmuşdur ona görə ki, o, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək CM-in 70-ci maddəsinə əsasən həmin cəzanın ona 03 i l 06 ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilməsinə, həmçinin Qax Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilməsinə baxmayaraq hər iki hökm üzrə təyin edilmiş cəzasını çəkdiyi müddətdə qəsdən xx.xx.2018-ci il tarixdə, saat 19 radələrində Qax şəhəri Azərbaycan prospketində yerləşən “Qaşqaçay” kafesinin qarşısında küçədə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, küçədə ucadan nalayiq ifadələr işlətməklə cəmiyyətdə insanlarar asında təşəkkül tapmış əxlaq normaları, birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qə bul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək Qax rayonu Qaxbaş kəndində yaşayan Zərərçəkmiş şəxs üz və bədən nahiyəsinin müxtəlif yerlərinə yumruq və təpiklə vurmaqla ona xəsarətlər yetirərək qərəzli xuliqanlıq əməli törətmişdir. Bundan başqa, o, qəsdən xx.xx.2018-ci il tarixdə təxminən saat 19:40 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasının həyətində və inzibati binasının giriş hissəsində Zərərçəkmiş şəxs ilə heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normaları, birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozmaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qayda ları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə özünün cəmiyyətdə üstünlüyünü göstərmək məqsədilə xəstəxananın iş rejimini pozmaqla sonuncu ilə mübahisə yaradaraq ona yumruq və təpiklə üz və baş nahiyələrindən vuraraq Zərərçəkmiş şəxs üst çənəsinin sol 2 və 3-cü, sağ çənəsinin 1, 2 və 3-cü dişlərinin travmatik çıxığı, sol 1-ci kəsici dişin travmatik laxlaması, diş ətinin əzilməsi və qansızması, üst dodağın selikli qişasının əzilmiş yarası, sifətin travmatik şişkinliyi, sağ göz ətrafı nahiyənin dərialtı hematoması, təpə və sağ sağrı nahiyələrinin sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin daimi dayanıqlı itirilməsinə səbəb olan, sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə, təkrarən, xuliqanlıq əməli törətmişdir. Kassasiya şikayətinin dəlil ləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarına yenidən baxıb barəsində ədalətli qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onun himayəsində yeddi dəfə cərrahiyyə əməliyyatı keçirmiş xəstə həyat yoldaşının və 3 azyaşlı uşağının olmasını kifayət qədər nəzərə almayaraq sərt cəza təyin etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi A.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməl i, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli ol araq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini yoxlayır. Kassasiya şikayətinin məzmunundan görünür ki, orada məhkuma təyin edilmiş cəzanın ağır olması mübahisələndirilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsinə dair kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qəra r maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olma lıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cin ayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun ailə vəziyyəti, zərərçəkmiş şəxslə barı şması, cinayətini qismən etiraf edib əməlindən peşmançılıq çəkməsi, habelə himayəsində azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda, əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum təyin edilən azadlıqdan məhrum etmə cəzasına əvvəllər 2 dəfə şərti məhkum etmə tətbiq edilmiş, lakin o, bundan lazımi nəticə çıxarmayaraq sınaq müddəti başa çatmadığı, yəni hər iki hökm üzrə məhkumluq hələ ödənilmədiyi müddətdə yenidən cinayət törətmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək, Məhkum təqsirli bilindiyi maddələri n sanksiyasında nəzərdə tutulmuş və aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş cəzadan aşağı həddə cəza təyin etmək üçün əsaslar görmür. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası he sab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kasassiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-620/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-620/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver