Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-620/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Mirzəbəyov Zaur Əzizağa oğlunun və Məhkum müdafi əçisi Məmmədbəyli Elşən Elbrus oğlunun iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.4 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.E.Məmmədbəyli tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənov Vaqif İskəndər oğlu) Məhkum, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, himayəsində iki azyaşlı u şaqları olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, Yoncalıq massivində yaşamış, CM-nin 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.2.4-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə, CM-nin 320.2-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə 04 (dörd) il müddətə, CM-nin 69.3-cü maddəsinə əsasən isə onun 09 yanvar 2020-ci il tarixdən 08 mart 2020-ci il tarixədək və 16 mart 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək həbsdə saxlanıldığı, 20 aprel 2020-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində ç əkməklə qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin zərəçəkmiş Zərərçəkmiş şəxs2 mülki iddiası qismən təmin olunaraq 26000 (iyirmi altı min) məbləğində pulun mülki cavabdeh Məhkum alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi, mülki iddianın qalan hissədə isə rədd edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə birgə nikahda olduğu müddətdə 13 iyun 2010-cu il tarixdə "Olimp” MTK tərəfindən inşa edilmiş, Ünvan 2-də yerləşən 15 saylı 23000 manata aldığı və Abşeron rayon məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən birgə mülkiyyətlərind ə olan mənzilin dəyəri Zərərçəkmiş şəxs1 ilə arasında iki yerə bölünməli olduğu halda, mənzili sonuncunun xəbəri olmadan Zərərçəkmiş şəxs2 göstərib 49000 manata satmaq barədə razılaşaraq, 06 iyul 2018-ci il tarixdə beh kimi 200 manat almış, bununla bağlı Zərərçəkmiş şəxs1 razı olmadığını bilərək, mənzilin satılmasına etiraz etməməsinə dair sonuncunun adından əl yazması və imzası ilə hüquq verən, istintaqa məlum olmayan şəraitdə Bakı şəhəri 22 saylı notariat kontorun blankı, çap mətni, həmin notariat kontorun xüsusi notariusu Şahid2 imzası və möhür əksi rəqəmsal texniki qurğulardan istifadə edilməklə axınlı çap üsulu ilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış 20 avqust 2018-ci il tarixli ərizəni istintaqa məlum olmayan "Rauf” adlı şəxsdən 500 manata alaraq həmin saxta sənəd olan ərizədən bi lə-bilə istifadə edərək, "Olimp” MTK-ya təqdim edib, 29 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus % hissədə mənzil üzərində pay hüququnun Zərərçəkmiş şəxs2 adına keçirilməsinə nail olaraq həmin gün Ünvan 2, mənzil 15 ünvanında Zərərçəkmiş şəxs2 48800 manat alıb, Zərərçəkmiş şəxs1 1/2 pay hissəsi olan 24500 manat məbləğində pulu ələ keçirib, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi E.E.Məmmədbəyli tərəfindən verilmiş apellyasiya şikayətinə və apelyasiya şikayətinə əlavəyə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrli edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızından və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə) 20 sentyabr 2022-ci il tarixli qərar ı ilə apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli hökmü qismən ləğv edilmiş, Məhkum təqsirli bilindiyi CM-nin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, həmin hissədə cinayət işi üzrə icraata xitam verilmiş, hökmdən CM-nin 66.2-ci maddəsinə dair müddəalar xaric edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum CM-nin 178.2.4-cü maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından 09 yanvar 2020-ci il tarixdən 08 mart 2020-ci il tarixədək, 16 mart 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək həbsdə saxlanıldığı, 20 aprel 2020-ci il tarixdən 01 iyun 2020-ci il tarixədək isə ev dustaqlığında olduğu müddət çıxılmış və onun üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.E.Məmmədbəyli kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və Məhkum CM-nin 178.2.4-cü maddəsi üzrə cinayət hadisəsinin və əməlində cinayət tərkibi olmaması əsasları ilə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə toplanmmış və araşdırılmış sübutlara və qəbul edilmiş yekun məhkəmə aktlarına, Məhkum irəli sürülmüş ittihama, mülki işlər üzrə çıxarılmış qətnamələrə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir s ıra normalarına, CM-nin 178-ci maddəsinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarına istinad edən müdafiəçi E.E.Məmmədbəyli kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə düzgün baxmamış, sübütları qanunvericiliyin tələblərinə uyğun qaydada tədqiq etməmiş və nəticədə onun barəsində çıxarılmış hökmün hüquqlarını müdafiə etdiyi şəxsin dələduzluq cinayətini törətməsinə dair hissədə dəyişdirilmədən saxlanılması barədə ədalətsiz qərar qəbul etmişdir. Belə ki, Məhkum əməli ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq CM-nin 178.2.4-cü maddəsi ilə tövsif olunmuş, bunu da məhkəmələr əsassız olaraq düzgün saymışlar. Halbuki, Məhkum heç kimə qarşı dələduzluq cinayətini törətməmiş və əvəzsiz olaraq hər hansı şəxsin iradəsinə zidd şəkilədə əmlakını ələ keçirməmişdir. Belə hal Məhkum əməlində göstərilən cinayəin tərkibinin və ümumiyətlə cinayət hadisənin olmamasına dəlalət edir. Müdafiəçinin qənaətinə görə, Məhkum etdiyi hərəkətlərə isə, cinayət mühakimə icraatında deyil, mülki mühakimə icraatında qiymət verilməli idi. Bu işin digər mühüm halı odur ki, ibtidai istintaq orqanı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə etibarsız hesab olunmuş sənədi sübut kimi qəbul edilərək ittihamın əsasına qoymuş, məhkəmə isə etibarsız olan həmin sənədi mümkün sübut kimi qiymətləndirib prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Qeyd olunanlara əsaslanaraq müdafiəçi onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılsalar da, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılm ası, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi E.E.Məmmədbəylinin kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi barədə nətiəcəyə gələrkən əhəmiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkum edilmiş şəxsin əməlində cinayət tərkibinin olmamasına baxmayaraq o, əsassız və qanunsuz olaraq CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edi lmişdir. Bununla da, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6. məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxard ıqda. Odur ki, məhkəmə kollegiyası müdafiəçi E.E.Məmmədbəylinin kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir və həmin maddənin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin no rmalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinə əsasən isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessua l qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyas ının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından onlardın biri) olduqda, Ali Məhkəmənin cinayət kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayətinin dəllləri ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması və həmin sübutlara da qanuna müvafiq qaydada qiymət verilməsi vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). Ən əsası isə məhkəmə kolle giyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzaland ırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakim ə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqili yinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməs inə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət -mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz d axili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi p rinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sa yıla bilər. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxil ində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avrop a Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsi) yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhl ili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik pre zumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Avropa Məhkəməsinin presedent hüququnun ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhk əmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə Məhkum CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusil ə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur, digər tərəfdən isə yuxarıda göstərilən tələblər üzrə sübutların toplanması və onların məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılması görünmür. Bunula əlaqədar olaraq məhkəmə kolleiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün cinayət işi üzrə araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegyası q eyd edir ki, Məhkum CM-nin 178.2.4-cü və 320.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə birgə nikahda olduğu müddətdə 13 iyun 2010-cu il tarixdə "Olimp” MTK tərəfindən inşa edilmiş, Ünvan 2-də yerləşən 15 saylı 23000 manata aldığı və Abşeron rayon məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən birgə mülkiyyətlərində olan mənzilin dəyəri Zərərçəkmiş şəxs1 ilə arasında iki yerə bölünməli olduğu halda, mənzili sonuncunun xəbəri olmadan Zərərçəkmiş şəxs2 göstərib 49000 manata satmaq barədə razılaşaraq, 06 iyul 2018-ci il tarixdə beh kimi 200 manat almış, bununla bağlı Zərərçəkmiş şəxs1 razı olmadığını bilərək, mənzilin satıl masına etiraz etməməsinə dair sonuncunun adından əl yazması və imzası ilə hüquq verən, istintaqa məlum olmayan şəraitdə Bakı şəhəri 22 saylı notariat kontorun blankı, çap mətni, həmin notariat kontorun xüsusi notariusu Şahid2 imzası və möhür əksi rəqəmsal texniki qurğulardan istifadə edilməklə axınlı çap üsulu ilə saxtalaşdırılaraq qanunsuz hazırlanmış 20 avqust 2018-ci il tarixli ərizəni istintaqa məlum olmayan "Rauf” adlı şəxsdən 500 manata alaraq həmin saxta sənəd olan ərizədən bilə-bilə istifadə edərək, "Olimp” MTK-ya təqdim edib, 29 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus % hissədə mənzil üzərində pay hüququnun Zərərçəkmiş şəxs2 adına keçirilməsinə nail olaraq həmin gün Ünvan 2, mənzil 15 ünvanında Zərərçəkmiş şəxs2 48800 manat alıb, Zərərçəkmiş şəxs1 1/2 pay hissəsi olan 2 4500 manat məbləğində pulu ələ keçirib, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni yalnız CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilə 2008-ci ildə ailə qurmuş və bu nikahdan onların iki uşaqları anadan olımuşdur. Ailə qurandan sonra onlar bir müddət Zərərçəkmiş şəxs1 anasının Bakı şəhərindəki evində, bir müddət də Xırdalan şəhərində öz anasının evində yaşamışlar. Zərərçəkmiş şəxs1 ilə yaşadığı müddətdə Bakı şəhəri Türkan qəsəbəsində 12 sot torpaq sahəsini Zərərçəkmiş şəxs1nın anasının adına, "Olimp” MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri 26-cı məhəllə, ev 12də yerləşən 15 saylı mənzili isə öz adına 23.000 manata almışdır. Zərərçəkmiş şəxs1 ilə ailə münasibətləri pisləşdiyinə görə arvadı 2017-ci ildə boşanma üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə onların boşanması haqqında qətnamə qəbul etmiş, bundan sonra isə sonuncu ona qarşı əmlak tələbləri irəli sürməyə başlamış və keçmiş arvadının iddiasına əsasən Abşeron Rayon Məhkəməsi "Olimp” MTK tərəfindən inşa edilmiş Xırdalan şəhəri, 26-cı məhəllə, ev 12-də yerləşən 15 saylı mənzili onun və Zərərçəkmiş şəxs1nın arasında iki yerə bölünməsinə, yəni həmin əmlak üzrə hər birisinin ½ payı üzərində əmlak hüququnun müəyyən edilməsinə dair qətnamə qəbul etmişdir. Bundan sonra o, keçmiş arvadına göstərilən mənzili sataraq əldə edilən pul vəsaitin bölmələrini təklif etmiş, lakin Zərərçəkmiş şəxs1 bu təkliflə razılaşmamış və həmin mənzili bütövlükdə ondan alacağını bildirmişdir. Belə olan halda, o, özü mənzili satmaq qərarına gəlmiş və bununla bağlı daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət etmişdir. Həmin ərəfədə xatırlmadığı şəxs mənzilin Zərərçəkmiş şəxs1 razılığı olmadan satılmasının mümkün olmamasını bildirərək Nərimanov rayonunda, “Şüşa” restoranının yaxınlığında X adlı şəxsin olmasını və Xun ona mənzilin satılması üçün sənədlərin hazırlanmasında kömək edəcəyini demişdir. O, da həmin əraziyə gedərək soraqlaşıb Xu tapmış, ona mənzilinin sənədlərini göstərmiş, X da bu sənədlərə baxdıqdan sonra Zərərçəkmiş şəxs1nın adından notariusdan evin satılmasına dair razılıq ərizəsini almasını və bu ərizəni ona 500 manat məbləğində pul müqabilində ona verə biləcəyini söyl əmişdir. Bundan təxminən 10-15 gün sonra Rauf onunla telefonla danışaraq Xırdalan şəhərinə gəlmiş və mənzilin satılmasına dair Valentinanın adından olan 22 saylı notariusda təsdiq edilmiş, 20 avqust 2018-ci il tarixli ərizəni ona vermiş və bunun müqabilində 500 manat məbləğində pul almışdır. Daha sonra, öz adına da notariusda təsdiq edilmiş ərizəni və Zərərçəkmiş şəxs1nın adından olan ərizəni "Olimp” MTK-ya təqdim edərək həmin mənzili 49000 manata Zərərçəkmiş şəxs2 satmışdır. Aldığı pulun bir hissəsi ilə o, öz borclarını ödəmiş, pulun qalan hissəsini isə götürüb Türkiyəyə işləməyə getmişdir. 09 yanvar 2020-ci il tarixdə Türkiyədən Azərbaycana qayıdarkən Qazax sərhəd buraxılış məntəqəsində o, saxlanılmış və bundan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1nın adından verilmiş 20 avqust 2018-ci il tarixli ərizə saxtalaşdırılmışdır. Birgə aldıqları torpaq sahəsini Zərərçəkmiş şəxs1 özünə götürdüyü üçün o, da mənzilin pulundan Zərərçəkmiş şəxs1ya verməmişdir. X adlı şəxsin yaşadığı yeri və şəxsiyyəti barədə ətraflı məlumatları o, bilmir, onun istifadə etdiyi telefon nömrəsini də xatırlamır. Həmin mənzil ona təmirli 32000 manata satılmış, lakin o, mənzili təmirsiz istədiyinə görə onunla həmin yaşayış sahəsini 23000 manata alması barədə müqavilə bağlanmışdır. Məhkum həmçinin bildirmişdir ki, o, istər Zərərçəkmiş şəxs1, istərsə də Zərərçəkmiş şəxs2 qarşı dələduzluq törətməmiş, onların əmlaklarını aldatma və ya sui-istifadə yolu ilə əvəzsiz olaraq ələ keçirməmişdir. Məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinin dəlillərindən as ılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxladıqda, müəyyən etmişdir ki, hazırki cinayət işinə birinci instnsiya məhkəməsində baxılarkən məhkəmə aşağıdakı qanun pozuntusuna yol vermiş, apellyasiya instansiyası məhkəməsi də həmin pozuntunu təkrarlamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, həmin iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış və Məhkum qarşı ibtidai araşdırma zamanı ifadə vermiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında dindirilməmiş və təqsirləndirilən şəxsin onu dindirə bilməsi üçün şərait yaradılmamış, bununla da həm “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiysının (bundan sonra Avropa Konvensiyasının) 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin, həm də CPM-nin 19.4.5-ci maddəsinin tələbləri pozulmuş, digər tərəfdən isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri nəzərə alınmamışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlər çağırmaq və dindirməyə nail olmaq hüququna malikdir. CPM-nin 19.4.5-ci maddəsinin tələbindən görünür ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüququnu təmin etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 10-cu bəndində məhəmələrə izah edilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun... Həmin Qərarın 12-ci bəndinə görə, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-nin 327, 329cu maddələri ilə yanaşı Avropa Məhkəməsinin Qərarlarında müəyyən edilm iş hüquqi mövqelərin də nəzərə alınması vacibdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndinin tətbiqi ilə bağlı Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, təqsirləndirilən şəxsin əleyhinə verilmiş şahid ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarlarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün aşağıdakı üç meyarla ehtiva olunan tələblərə əməl olunmalıdır (“Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı” [BP] (AlKhawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar). İlk növbədə şahidin ibtidai istintaqda verdiyi ifadəsinin elan edilməsinin zərurətdən irəli gəldiyini, qaçılmaz olduğunu göstərən, onun məhkəmə iclasına gəlməsini həqiqətən istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi səbəbindən asılı olmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işə baxan məhkəmə kifayət qədər səy göstərməlidir (Hazırki iş üzrə şahid Xun məhkəmə iclasında iştirak etməməsinin qaçılmaz olduğunu göstərən hallar, digər tərəfdən isə məhkəmənin onun iştirakının təminedi lməsi lazımi səylər göstərməsi iş materialları ilə müəyyən edilmir). İkinci meyar - məhkəmənin məhkəmə iclasında dindirilməyən şahidin ifadəsindən hökmün əsaslandırılmasında nə dərəcədə istifadə etməsi, ifadənin ittihamın həll edilməsində oynadığı roldur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, hətta şahidin məhkəməyə gəlməməsinin üzrlü səbəbi olduqda belə, əgər ittiham yalnız və yaxud həlledici şəkildə məhkəmədə dindirilməyən şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsaslanırsa, təqsirləndirilən şəxsin müdafiə hüququ ədalətli məhkəmə araşdırması konsepsiyasının ehtiva etdiyi təminatlarla bir araya sığmayan dərəcədə pozula bilər. Lakin, “həlledici sübut qaydası” adlandırılan bu meyar mütləq deyil və Avropa Məhkəməsi Böyük Palatasının “Əl Havaya və Taheri”, “Şaçaşvili” qərarları nda bəyan edildiyi kimi, şahidin məhkəmə iclasında dindirilməməsindən irəli gələn prosessual çətinlikləri müdafiə tərəfinə kompensasiya etmək üçün kifayət qədər tarazlaşdırıcı vasitələrin, o cümlədən ifadənin mötəbərliliyinin ədalətlə və hərtərəfli yoxlanılması üçün səmərəli prosessual təminatların təqdim olunması şərti ilə ittiham hökmünün əsaslandırılmasında məhkəmədə dindirilməyən yeganə və həlledici şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələrindən istifadə oluna bilər. Üçüncü meyar – təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin gördüyü tarazlaşdırıcı tədbirlərin səmərəliliyidir. Bu o deməkdir ki, məhkəmə iclasına gəlməyən ittiham tərəfinin şahidinin ibtid ai istintaqda verdiyi ifadəsini məhkəmə sübut kimi qəbul edərkən, müdafiə tərəfinin cinayət prosesində ittiham tərəfi ilə bərabər şərtlər əsasında çəkişməsinə şərait yaratmaq məqsədi ilə kifayət qədər tədbirlər görməlidir (şahidin bilavasitə dindirilməsi üçün məhkəmə iclasının başqa vaxta keçirilməsi, şahidin məhkəməyə məcburi gətirilməsi barədə qərar verildikdə həmin qərarın icra edilməməsi səbəblərinin məhkəmə tərəfindən yoxlanılması, məhkəmənin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin mötəbərliyinin yoxlanılması üçün addımlar atılması, əlavə sübutlar tədqiq edilməsi, həmin ifadə vasitəsi ilə müəyyən edilən halın əlavə araşdırılması məqsədilə müdafiə tərəfinə sübutlar təqdim etmək üçün lazımi şərait yaradılması, bu barədə vəsatətlərə zəruri həssaslıqla yanaşılması, şahidin alte rnativ üsullarla məhkəmədən kənar dindirilməsi üçün müvafiq vasitələrdən istifadə etmək imkanlarını nəzərdən keçirilməsi, o cümlədən CPM-in 51-2-ci maddəsində nəzərdə tutulmuş videokonfrans əlaqə sistemi və yaxud məhkəmə tapşırığı kimi vasitələrdən istifadə etməyə cəhdlər edilməsi və s.). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə iclasında dindirilməyən şahidin əvvəlki icraatda verdiyi ifadəsi ilə ittiham hökmünün əsaslandırılması məsələsi bu üç meyarın məcmusu əsasında təhlil edilməlidir. Lakin, təhlil olunan vəziyyət birinci meyara cavab vermədikdə, yəni şahidin məhkəmə iclasında iştirak etməməsi bunu həqiqətən istisna edən (ibtidai istintaqda verilmiş ifadənin elan edilməsinə bəraət qazandıran) üzrlü səbəbdən irəli gəlmədikdə və yaxud bu cür səbəbin mövcudluğunun araşdırıldığın ı və mötəbərliliklə müəyyən edildiyini məhkəmə qərarlarından görmək mümkün olmadıqda, belə vəziyyət (ikinci və üçüncü meyarlara cavab veribverməməsindən, o cümlədən ifadənin ittihamın həllində oynadığı roldan asılı olmayaraq) özü-özlüyündə təqsirləndirilən şəxsin ona qarşı ifadə vermiş şahidi dindirmək hüququnu və nəticə etibarı ilə müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarını pozur, bununla da məsələnin ikinci və üçüncü meyarlar əsasında araşdırılmasını lüzumsuz edir. Cinayət işinin materiallarından göründüyü kimi, əvvəla zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasnda iştirak etməməsinin səbəbləri məhkəmələr tərəfindən araşdırılmamış, belə səbəblərin üzrlü olması müəyyən edilməmiş, onun ibtidai araşdırma zamanı verdiyi ifadlər ümumiyyətlə tədqiq edilməmiş, bu ifadələrlə bağlı mühüm hallar, o cümldən dələduzluğun əsas əlamətləri olan etibardan sui-istifadənin və aldatmanın nədən ibarət olması aydınlaşdırılmamış, bunun üçün məhkəmələr onun məhkəmə iclasında dindirilməsi, digər tərəfdən müdafiə tərəfinə də onun dindirmək hüququnun həyata keçirilməsi üçün lazımi səy götərməmiş və şərait yartmamışlar. İşə birinci instansiya məhkəməsində baxılarkən isə Zərərçəkmiş şəxs1 əvəzinə onu məhkəmə iclasında 31 iyul 2021-ci il tarixli AR-İİ 412310 saylı etibarnaməyə əsasən nümayəndə kimi təmsil edən 11 saylı Vəkil Bürosunun vəkili Əhmədov Orxan Ələkbər oğlu şahid qismində dindirilmiş (o, hətta CM-nin 297-298-ci maddələrinə əsasən ifadə verməkdən imtinaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdar da edilmişdir), məhkəmələr də onun ifadələrini süb utlardan biri kimi qəbul edərək yekun məhkəmə aktlarında həmin ifadələrə istinad etmiş, bundan əvvəl isə “şahid” hesab etdikləri şəxsə məhkəmə çıxışları zamanı nitq söyləmək üçün söz də verilmişdir. Hərçənd, məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 87 və 102-ci maddələrinin tələblərinə görə, ona qarşı törədilmiş cinayət haqqında ifadə vermək zərər çəkmiş şəxsin ayrılmaz hüququdur və belə hüquq onu məhkəmə iclasında təmsil edən vəkilə mənsub deyil. X17 verilmiş etibarnamənin məzmunundun da göründüyü kimi, Zərərçəkmiş şəxs1 onun əvəzinə məhkəmə iclasında ifadə vermək hüqununun həyata keçirilməsini adı çəkilən vəkilə həvalə etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 95.1-ci maddəsinə əsasən, iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər. CPM-nin 95.2.3-cü maddəsinin tələbinə görə isə, cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində cinayət prosesində iştirakı ilə əlaqədar həmin cinayət prosesinə aid məlumatları bilən şəxslər şahid qismində çağırıla və dindirilə bilməzlər. Zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, o, 2018-ci ilin yayında özünə mənzil almaq məqsədilə daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslərdən satılan mənzillər barədə maraqlandıqda, həmin şəxslrdən biri olan Şahid1 ona Xırdalan şəhəri, "xxxx" yaşayış kompleksi, 12 saylı evin 15 saylı mənzilinin satışa çıxarıldığını bildirmişdir. O, Xlə birlikdə həmin mənzilə baxmış və mənzilin sahibi kimi özünü təqdim edən Məhkum bildirmişdir ki, mənzil ona məxsus olmaqla onu satır. O, Məhkumlə mənzili 49000 manata almağa razılaşarkən, sonuncu onun həyat yoldaşının Rusiya vətəndaşı olmasını bildirərək razılıq ərizəsinin alınması üçün Rusiyaya sorğu verilməli olmasını, bunun da bir qədər vaxt tələb edəcəyini demişdir. 06 iyul 2018-ci il tarixdə o, Məhkuma Xırdalan şəhəri, "xxxx" yaşayış kompleksi, ev 12 unvanında, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Şahid1 ofisində 200 manat beh vermiş və həmin vaxt Məhkumlə beh müqaviləsi də bağlamışdır. Bundan sonra o, Məhkum mənzilin pulunu tam verib orada yaşamaq istədiyini bildirdikdə sonun cu bunun üçün sənədləşmənin həyata keçirilməsi üçün həyat yoldaşının razılıq ərizəsi ilə bağlı Rusiyadan cavab gəlməsini gözləmək lazım olduğunu demişdir. 2018-ci ilin avqust ayının sonunda Məhkum ona bütün sənədlərin hazır olması barədə xəbər vermiş və 29 avqust 2018-ci il tarixdə o, Məhkumla birlikdə AAAF park yaşayış kompleksində olan ofisə gedərək onun satdığı mənzili öz adına rəsmiləşdirmiş, bundan sonra isə anası ilə birlikdə orada yaşamağa başlamışdır. 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 adlı qadın evə gəlmiş və ondan həmin evdə kirayəşin kimi yaşayıb-yaşamamasını soruşaraq özünün Məhkumun arvadı olmasını və sonuncunun mənzili kirayəyə verdiyini ona deməsini bildirmişdir. O, isə həmin qadına cavabında mənzili Məhkumdan 49000 manata almasını dedikdə, Zərərçəkmiş şəxs1 Məhk um tərəfindən mənzilin onun xəbəri olmadan satılmasını, mənzildə isə onun da əşyalarının olmasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Abşeron Rayon Məhkəməsinə verdiyi iddiasına əsasən mülki işə baxılarkən ona həmin qadının razılıq ərizəsinin saxta olmasını, Məhkumun mənzili alqı-satqısından əldə etdiyi puldan isə Zərərçəkmiş şəxs1ya verməməsini bilmişdir. Məhkəmə Zərərçəkmiş şəxs1 iddiasının təmin edilməsi, yəni mənzilin əvvəlki vəziyyətə qaytarılması, onun mənzildən çıxarıması və Məhkum 23000 manat məbləğində pulun alınıb ona qaytarılması haqqında 17 dekabr 2018-ci il tarixli qətnamə qəbul etmişdir. Cinayət işinin materiallarında olan 29 avqust 2018-ci il tarixli Olimp-0014 saylı müqavilənin surətindən görünür ki, "Olimp” MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı mə həllədə inşa edilmiş 12 saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzilin dəyəri 23000 manat tam olaraq payçı Zərərçəkmiş şəxs2 tərəfindən ödənilmişdir. Abşeron Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsindən görünür ki, Məhkum və Zərərçəkmiş şəxs1 birgə nikah dövründə əldə etdikləri "Olimp” MTK-ya məxsus Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllədə inşa edilən 12 saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzilin pay haqqının ödənilmiş hissəsindən 23000 manat pay hissəsi üzərində ½ paylar müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsində göstərilmişdir ki, "Olimp” MTK ilə cavabdeh Zərərçəkmiş şəxs2 arasında Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllədə inşa edilmiş 12 saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzilin alqı-satqısına dair bağlanmış 29 avqust 2018-ci il tarixli Olimp- 0014 saylı müqavilə kooperativlə həmin mənzillə bağlı üzv qəbul olunmasına dair ümumi yığıncaq qərarları, protokolları və 22 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 20 avqust 2018ci il t7E 635 saylı iddiaçı Zərərçəkmiş şəxs1 razılıq ərizəsi etibarsız hesab olunmuş, cavabdeh Zərərçəkmiş şəxs2 "Olimp” MTK-ya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 12 saylı binada yerləşən 2 otaqlı 15 saylı mənzildən çıxarılması və mənzil tam boşaldılmaqla iddiaçı Zərərçəkmiş şəxs1 ½ hissəsində paylı mülkiyyətinə (sahibliyinə və istifadəsinə) qaytarılması, iddiaçı Zərərçəkmiş şəxs1 mənzilə dair pozulmuş mülkiyyət (sahiblik və istifadə) hüquqlarının bərpa olunması və onun azyalı övladları ilə həmin mənzilə köçürülməsi, cavabdeh Məhkum mənzilə görə ödənilmiş 23000 (iyirmi üç min) manat məbləğində pulun tutularaq cavabdeh Zərərçəkmiş şəxs2 qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh Zərərçəkmiş şəxs2 apellasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Şərh olunan və iş üzrə toplanmış digər sübutlara əsaslanan məhkəmələr Məhkum elan olunmuş ittiham üzrə həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi haqda nəticəyə gəlsələr də, məhkəmə kollegiyası hesab edir ki, həmin sübutlar belə nəticəyə gəlmək üçün kifayət etmir, araşdırılmış sübutlarla məhkəmələrin gəldikləri nəticə arasında ziddiyyə tlər müəyyən və bu hallar iş üzrə əlavə araşdırmanın aparılmasını tələb edir. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, dələduzluq cinayətinin cəhətləri CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuşdur və həmin maddəyə əsasən, bu cinayət etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün, yaxud da digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi Dələduzluq cinayətini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan suiistifadə edən, yəni dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə və ya əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından başa çatmış olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçird iyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5 -ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-nin IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməs inə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrində n müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmla ka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı Məhkum törətdiyi əməl ondan ibarətdir ki, o Abşeron Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş Zərərçəkmiş şəxs1 ½ payını, yəni Məhkumla Zərərçəkmiş şəxs1 birgə nikah dövründə əldə etdikləri "xxxx" MTK-ya məxsus, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə inşa edilmiş 12 saylı binada yerləşən 2 otaqlı, 15 saylı mənzilin pay haqqının ödənmiş hissəsində - 23000 manat pay hissəsi üzərində ½ payını, yəni 11500 manat dəyərində olan payı (işə əlavə sənədlərlə, o cümlədən qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Məhkum mənzili almaq üçün "xxxx" MTK-ya 23000 manat məb ləğində pulun ödənilməsi müəyyən edilsə də, sonuncuya elan olunmuş ittihama görə, onun Zərərçəkmiş şəxs1 qarşı dələduzluq əməli törətməsi nəticəsində zərərçəkmişə 24.500 manat miqdarında zərər vurulmşdur) 29 avqust 2018-ci il tarixdə saxta sənəd əsasında Zərərçəkmiş şəxs1 xəbəri olmadan Zərərçəkmiş şəxs2 satmışdır. Göründüyü kimi, Məhkum dələduzluq cinayət əməlinin törədilmə üsulu olan nə aldatma, nə də etibardan sui-istifadə etmə üsullarının hər hansı birindən istifadə etməsi məhkəmələr tərəfindən aydınlaşdırılmamış, ona məxsus pay haqqını ələ keçirmək üçün sonuncuya yalan vədlər verməmiş, adı çəkilən zərər çəkmiş şəxs də bunun nəticəsində mənzildəki 11500 manatlıq payını Məhkum tərəfindən aldadılma, etibardan sui-istifadə edilmə və ya yalan vədlər altında könüllü olaraq Məhkum verməmişdi r. Məhkum elan olunmuş ittiham görə, onun zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı törətdiyi əməlin mahiyyəti ondan ibarətdir ki, o, saxta sənəddən istifadə etməklə Zərərçəkmiş şəxs1 məxsus ½ hissədə mənzil üzərində payı Zərərçəkmiş şəxs2 satmış və bu alqı-satqının nəticəsi olaraq Abşeron Rayonu, Xırdalan şəhəri 26-cı məhəllə, 12 saylı evin 15 saylı mənzili 29 avqust 2018-ci il tarixdə adı çəkilən zərərçəkmişin adına rəsmiləşdirilmiş, mənzii Zərərçəkmiş şəxs2 təhvil verilmiş və sonuncu həmin mənzilə köçərək 1 (bir) il 7 (yeddi) ay müddətində (29 avqust 2018-ci il tarixdən 29 mart 2020-ci il tarixədək) həmin mənzildə yaşamış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 yanvar 2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alandan və Abşeron Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi icraya yönəldikdən sonra, o, mənzildən çıxarılmış, mənzil isə Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Göründüyü kimi, bu epizod üzrə də Məhkum qarşı Zərərçəkmiş şəxs1 məxsus mənzildəki 11.500 manatlıq payını saxta sənəd əsasında Zərərçəkmiş şəxs2 sataraq aldatma və etibardan sui-istifadə etməklə yenə həmin miqdarda deyil, 24.500 manat məbləğində pulunu ələ keçirdiyinə görə ittiham irəli sürülmüşdür. Ümumiyyətlə Məhkum təqsirli bilindiyi ittihamın mahiyyəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin də razılaşdıqları həmin ittihama görə, məhkum dələduzluq cinayəini törədərkən bu cinayətin hər iki üsulundan – etibardan sui-istifadədən və aldatmadan istifadə etmişdir (halbuki, yuxarıda qed edildiyi kimi, bu üsullar müxtəlif hərəkətlərin edilməsində öz təzahürünü tapır və çox nadir hallarda bir əməllə dələduzluq cinayətini törədən şəxs həmin üsulların hər ikisindən istifadə edir). Lakin, həmin üsulların Məhkum hansı hərəkətlərində ifadə olunması, həmin üsulların həqiqətən mövcudluğu, digər tərəfdən Zərərçəkmiş şəxs1 məxsus əmlak payının dəyərinin 11.500 manat olması müəyyən edildiyi halda, məhkumun hər iki şəxsə bu miqdarda yox, hər birisinə 24.500 manat miqdarında zərər vurması, ona məxsus payını isə özünün müəyyən etdiyi dəyərdə (24.500 manatdan da artıq) satmaq hüququna malik olubolmaması nə ibtidai araşdırma orqanı, nə də məhkəmələr tərəfindən aydınlaşdırılmamış, bütün bu məsələlər üzrə zəruri araşdırma aparılmamış və bu hallara dair mövcud sübutlara qanuna müvafiq qaydada hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə olan halda Məhkum tərəfindən həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 qarşı dələduzluq cinayətini törədərək onların məhz ittihamda göstərilən məbləğlərdə əmlaklarını əvəzsiz olaraq ələ keçirilməsi barədə fikir yürütmək mümkün deyil. Məhkəmə kollegiyası onunla razılaşır ki, Məhkum saxta sənəddən istifadə etməklə mənzilin özünə aid hissəsi ilə yanaşı Zərərçəkmiş şəxs1 həmin mənzilə pay hissəsini Zərərçəkmiş şəxs2 satmışdır, lakin bunu əvəzsiz olaraq etməmiş və mülki iş üzrə məhkəmə qətnamələrinin çıxarılması nəticəsində ona zərər vurulsa da, o, həmin zərərin mülki mühakimə icraatında da tələb etmək hüququna malik olmuşdur (məsələ ilə bağlı cinayət və mülki işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi göstərir ki, oxşar məsələyə dair məhkəmələr tərəfindən mülki mühakmə icraatı qaydasın da kifayət qədər çoxlu sayda qətnamələr çıxarmışlar). Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiyası məhkəməsi Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə həm əlavə araşdırma tələb edən ehtimal xarakterli hallara, həm bu halların arxasında dayanan ziddiyyətli sübutlara əsaslanmış, apellyasiya instansiyası məhkəməsi isə bütün bunlara baxmayaraq heç bir araşdırma aparmadan, mövcud ziddiyyətləri aradan qaldırmadan, araşdırılmış sübutların məhkumun təqsirli bilinməsi üçün kifayət edib-etməməsi, onların mötəbər nəticəyə gəlməyə imkan verib-verməməsi məsələlərini nəzərdən keçirmədən belə qənaətlə razılaşmış, bununla da CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş tələblər tam həcmdə əməl etməmişdir. Məhkəmə kollegiyası CPM-nin 349.3-349.4-ci maddələrinin tələblərindən çıxış edərək onu da qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və həmin hökm Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 351.2-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.1-351.3.4-cü maddələrinə əsasən, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: - təqsirsizlik prezu mpsiyasını rəhbər tutaraq; - bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; - məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; - təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Məhkəmə kollegiyası Məhkum barəsində ittiham hökmünün çıxarılması və apellyasiya instansiyası məhkəməsinin qərarınının qəbul edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasına, onların qiymətləndirilməsinə və kifayət etməsinə, habelə iş üzrə yekun məhkəmə aktlarının çıxarılmasına dair qanunvericiliyinin tələblərinə əməl olunmaması barədə nəticəyə gələrək və CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edər ək hesab edir ki, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı qüvvədə saxlanıla bilməz və buna görə də həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməli, müdafiə tərəfinin irəli sürdüyü bütün dəlillər ətraflı yoxlanılmalı və araşdırılmış sübutlar qanuna müvafiq qaydada qiymətləndirildikdən sonra iş üzrə qanuni və əsalandırılmış qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, belə vəziyyətdə, yəni təkrar araşdırmanın aparılması zəruriliyində hazırki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegyiasının 20 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilərək Məhkum barəsindəki cinayət işi üzr icraata hər hansı bəraətverici əsasla xitam verilməsi barədə qərarın qəbul edilməsi mümkün deyil və buna gör ə bu barədə kassasiya şikayətində irəli sürülmüş tələbi qəbul edilməz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi E.E.Məmmədbəylinin, kassasiya şikayətinin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Z.Ə.Mirzəbəyovun çıxışlarını dinləyərək həmin şikayətin qismən təmin edilməsini, Məhkum CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarının isə ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini məqsədə müvafiq bilir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəaları nın tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-620/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-620/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver