Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-620/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və bəraət almış X14 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2023-cü il tari xli hökmü ilə X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmü ilə (hakimlər Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) X19, 23 mart 1987-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, əvvəllər Bərdə Rayon Məhkəməsinin 29 may 20 13-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 fevral 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Bərdə rayonunun Türkmən kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X19 qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in İ siyahısına daxil edilən təmiz çəkisi 22,381 qram kustar üsulla hazırlanmış narkotik vasitə he roini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı X14 həmin gün saat 23:30-da Bərdə rayonunun Alaçadırlı kəndində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılıb orada üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 22,381 qram çəkidə narkotik vasitə heroin əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı i clasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən X14un ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsi sübuta yetirilmədiyindən Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 01 fevral 2023-cü il tarixli bəraət hökmü çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Qasımov Zaur Zabil oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 20 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında“ və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq 04 mart 2011-ci il tarixli və 24 dekabr 2021-ci il tarixli Qərarlarında əksini tapmış izah və tövsiyələrə, X14a qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama və iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış bəzi sübutlara, əsasən də X14un və onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestini onunla əsaslandırmışdır ki, X14un CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifadələri ilə, “şəxsi axtarış və götürmə aparılması barədə” protokolla, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə- narkoloji ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və iş üçün əhəmiyyətli digər sənədlərlə təsdiq edilmişdir. Lakin, ittihamın əsaslandırılması üçün qeyd edilən sübutlar məhkəmələr tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmələr tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin və digər şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməsinin motivləri göstərilməmiş, sübutlar biri-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, məhkəmələr işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişlər. Halbuki, işin faktiki hallarına görə, 05 avqust 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayon ərazis ində tüfəngdən atəş açandan sonra hadisə yerindən qaçan X21nin, X26un və X17un saxlanılmaları istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, bu tədbirlər nəticəsində X21 həmin gün səhər saatlarında idarə etdiyi avtomobillə birlikdə saxlanılıb Qaradağ RPİ-nə aparılmış və orada şəxsi axtarış zamanı onun üzərindən və idarə etdiyi avtomobildən narkotik vasitə heroin və psixotrop maddə metamfetarnin aşkar olunaraq götürülmüşdür. Bundan sonra, X26 və X17un hüquqmühafizə orqanlarından gizlənmək məqsədilə Bərdə rayonuna getmələri barədə məlumat əldə edilmiş və həmin məlumat əsasında keçirilmiş əməliyyat tədbiri zamanı hər iki şəxsin Bərdə şəhərində olduqları və orada X14la görüşdükləri müəyyənləşdirilmişdir. Bu məlumat əsasında əməliyyat qrupunun üzvləri Bərdə rayonuna getmiş və X26 la X17un Bərdə rayonunun Alaçadırlı kəndinin ərazisində X14la və X9lə birlikdə olmaları, həmçinin hadisə yerində atəş açılan bir ədəd tüfəngin X26un üzərində olmasını dəqiqləşdirmiş, həmin şəxslərin saxlanması üçün əməliyyat təbirləri həyata keçirilmiş və onlar göstərilən ərazidə saxlanılaraq Bərdə RPŞ-nə aparılmış, orada isə onların üzərində şəxsi axtarış aparılmışdır. Məhkəmələr tərəfindən yuxarıda qeyd edilən işin faktiki halları nəzərə alınmamış, X14un hər hansı cinayəti törətməsinə və ya hazırlamasına dair məlumatın mövcud olmaması, şəxsi toxunulmazlıq hüququnun pozulması barədə qənaətləri isə düzgün olmamışdır. Eyni zamanda məhkəmələr X14un azadlığı məhdudlaşdırıldıqdan 3 saat sonra onun üzərində şəxsi axtarışın aparılmasına görə prosessual pozuntularla yol verilməsi haqda əsassız nə ticəyə gəlmişlər. Cinayət işinin materiallarından göründüyü kimi, CPM-nin tələblərinə mavafiq olaraq X14 saxlanıldıqdan sonra, şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul edilmiş, onun hüquqlarının müdafiəsi məqsədi ilə vəkil dəvət edilmiş, bundan sonra isə şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxslərin sayının çoxluğu, onların saxlanılıb polis şöbəsinə gətirilməsi, müdafiəçilərin dəvət edilməsi, sonuncuların gecə saatlarında polis şöbəsinə gəlmələri, onların şübhəli şəxslərə təqdim edilməsi və bu kimi digər hüquqi prosedurlara əməl edilməsi ağlabatan vaxtın keçməsi ilə nəticələnmişdir. Belə ki, X14un azadlığı məhdudlaşdırıldıqdan 3 saat sonra şəxsi axtarış keçirilməsi cinayət-prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı olmuşdur ki, məhkəmələr b u halları nəzərə almamışdır. Əks təqdirdə CPM-nin 90, 92 və 246-ci maddəsinin tələblərin əməl edilmədən şəxsi axtarış keçirilməsi şübhəli şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnə, belə olan halda da toplanılmış sübutların qeyri-mötəbərliyinə gətirib çıxara bilərdi. Bundan başqa məhkəmələr iş üzrə yekun məhkəmə aktları qəbul edərkən işdə mövcud olan sübutları qarşılıqlı müqayisə etməklə təhlillər aparmadan, bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanmışlar. Kassasiya protesti müəllifinin fikrincə, X14un əvvəllər də Bərdə Rayon Məhkəməsinin 29 may 2013-cü il tarixli hökmü ilə 234.1-ci maddə si ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi halı da onun hazırki iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsinə dəlalət edən hallardan biridir. Həmçinin, X14 ibtidai istintaq zamanı da ifadəsində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı göstərmiş olduğu xüsusatlar, onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin sərbəstliyini, öz iradə forması olduğunu göstərmiş olur. İş materiallarından görünür ki, 05 sentyabr 2021-ci il tarixdə məhz yeni müdafiəçi işə qoşulduqdan sonra X14 verdiyi ifadələrində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını, üzərinə narkotik vasitə qoyulduğunu bildirmişdir. Bundan sonra bəraət almış şəxsin anası X X14un fiziki zorakılığa məruz qalması il ə bağlı eyni məzmunlu bir neçə şikayət ərizələri ilə müxtəlif orqanlara, o cümlədən prokurorluğa müraciət etmiş, lakin 03 dekabr 2021-ci il tarixdə X14un həbsdə saxlanılması müddəti uzadılarkən məhkəmədə özü və onun müdafiəçisi yalnız həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət qaldırmış, X14un fiziki zorakılığa məruz qalması ilə bağlı Baş Prokurorluqda araşdırma aparılmış, həmin xüsusat öz təsdiqini tapmadığından 12 yanvar 2022-ci il tarixli qərarla CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmələr X14un 07 avqust 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MSY-nə təhvil verilərkən onun bədəni üzərində xəsarətlərin aşkar edilməsini, habelə 10 avqust 2021-ci il tarixdə Bakı İstinta q Təcridxanasına qəbul olunarkən sol baldır nahiyəsində çapıq izinin aşkar edilməsini, sonunucunun məhkəmə-tibbi ekspertizasının keçirilməsi ilə bağlı müayinə zamanı fiziki zorakılığa məruz qalmasını bildirməsini, videoçəkilişlə X14da xəsarətlərin olmasının müşahidə edildiyini əsas götürsələr də, bununla bağlı düzgün təhlil və əsaslı qiymətləndirmə aparmamış, hökmdə onun baldırındakı köhnə çapıq izini yanıq olaraq xəsarət kimi qiymətləndirmiş, həmin xəsarəti alması ilə bağlı qeyri-səmimi ifadələri hökmdə və məhkəmə iclas protokolunda qeyd olunmamış, şəxsi axtarış zamanı çəkilmiş videogörüntü məhkəmələr tərəfindən diqqətlə tədqiq edilməmişdir. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamçısı X14un bədəni üzərində aşkar edilmiş xəsarətlərlə bağlı obyektiv həqiq ətin müəyyən edilməsi məqsədi ilə bu haqda aktı tərtib etmiş polis əməkdaşlarının, eyni zamanda videoçəkiliş tədqiq edildikdən əməliyyatda iştirak etmiş polis əməkdaşlarının dindirilməsi, müvafiq sorğuların verilməsi ilə bağlı vəsatətlər qaldırılmış, lakin, həmin vəsatətlər məhkəmə tərəfindən əsassız olaraq təmin olunmamış, telefon vasitəsi ilə ötürülən məlumatlar da tədqiq edilməmiş, apellyasiya instansiyası məhkəməsi də bu məsələlərə eyni mövqedən yanaşmışdır. Eyni zamanda məhkəmələr tərəfindən ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə əsasən X14un narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmamış və onun haqqında belə müalicə tətbiq edilməmiş, nəticə etibarı ilə isə məhkəmələr X14un təqsirliliyinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə gəlməklə səhvə yol vermi ş və əsassız olaraq ona bəraət verilməsini mümkün bilmişlər. Qeyd olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı Q.A.Rizvanov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin məzmunundan göründüyü kimi, həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, X14a bəraət verilməsi haqqında nəticəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya protestinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPMnin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 v ə 416.1.3-cü maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə X14un barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında qeyd etdiyi kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması de dikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə ap ellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bunda sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunl a nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yar atmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərar lar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu v ə ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökm ü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düz gün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranı şına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Hə min Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri a şağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbay can Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan pros essual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-nin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. B u Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mül ahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124. 1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər ha llar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-nin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onla rdan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cüm lədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-ni n 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsin də təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktla rın müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respu blikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin q ərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədə n sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxar ı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məh kəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətl əndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqət inə çatdırılmışdır ki, CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini A zərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-ni n 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki halları Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitu siya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cava b verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin bu sübutlara, həm də heç bir qanun pozuntusuna yol verilmədən müdafiə tərəfinin və dövlət ittihamçısının vəsatətləri əsasında birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq bu sübutlar həm ayrı-ayrılıqda, həm də məcmu şəkildə qiymətləndirərək X14un ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırma zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən dövlət ittihamçısının bununla bağlı müraciətləri olmadığından birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestinə məhkəmə istintaqı aparılmadan X14un barəsindəki bəraət hökmünün qanuni və əsaslı olması barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyəti kobud qanun pozuntularına yol verilməklə əldə edilmişdir. Belə ki, X14 05 avqust 2021-ci il tarixdə saat 23.30 radələrində Bərdə rayonunun Alaçadırlı kənidinin ərazisində saxlanılıb Bərdə Rayon Polis Şöbəsinə gətirildikdən sonra 06 avqust 2021-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən Bərdə şəhərində tanımadığı naməlum şəxsdən əldə etdiyi narkotik vasitəni təhqiqatçıya təqdim edərək həmin narkotik vasitəni özünün istifadəsi üçün aldığını ibtidai araşdırmanın ilkin mərhələsində etiraf etsə də, həm istintaqın sonrakı mərhələsində, həm də işə birinci instansiya məhkəməsində baxılarkən özünü ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 05 avqust 2021-ci il tarixdə həmyerlisi və dostu olan X21 görə tanıdığı X26 ona zəng edərək Bərdə şəhərində olduğunu, Bakı şəhərində anlaşılmazlığa görə problemi yarandığını, hazırda Bərdə şəhərindəki «Nizinin kafesi» adlanan kafedə olduğunu bildirib, pulu olmadığı üçün yeməkxanada yediyi yeməyin pulunu verə bilmədiyini, ondan bank kartının olub-olmamasını, bank kartının nömrəsini ona verməsini, kartına Bakı şəhərində pul vurulacağını və həmin pulu kartdan çıxarıb onlar olduğu kafeyə gətirməsini xahiş etmişdir. O, da qohumunun toy mərasimində olduğunu və toydan çıxandan sonra görüşüb pulu gətirib verəcəyini bildirmişdir. Bundan sonra o, kartına Bakı şəhərindən göndərilən pulu çıxararaq həmin kafeyə getmiş, orada X26 və sonuncunun yanında ilk dəfə gördüyü X17 görüşmüşdür. Həmin zaman əvvəlcədən tanıdığı həmyerlisi X22 da kafedə X26gilin yanında olmuşdur. Söhbət zamanı X26 Bakıda polis əməkdaşları ilə anlaşılmazlığa görə problemi yarandığını, X21nin ona məxsus tüfəngdən havaya ətaş açdığını, buna görə də qaçıb Bərdəyə gəldiklərini bildirmişdir. Bundan sonra onlar birlikdə kafedə olan zaman saat 23:30 radələrində kafeyə 12-13 nəfər polis əməkdaşları gələrək onların dördünü də, yəni onu, X26u, X17u və X9i saxlayıb Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Orada Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 05 avqust 202 1-ci il tarixdə ona fiziki işgəncələr verilmiş, üzərinə külli miqdarda narkotik vasitə heroin qoyulmuş, fizki işgəncələrdən qorxduğundan, əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitə olan heroini şəxsi axtarış zamanı təqdim edib həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur olmuş, bu səbəbdən də istintaqın ilk mərhələsində bu haqda ifadələr vermişdir. Halbuki, o, saxlanılarkən onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Hətta şəxsi axtarış zamanı videoçəkiliş aparılarkən o, cibinə polis əməkdaşları tərəfindən qoyulmuş həmin narkotik vasitəni iki dəfə cibindən çıxarıb atmış, lakin ona qarşı edilmiş təzyiqlər və fiziki zorakılıq nəticəsində növbəti dəfə videoçəkiliş aparılarkən etirafedici izahat və ifadə vermişdir. X14 həmçinin qeyd etmişdir ki, məhz polis şöbəsində döyülməsi nəticəsində onun bədəninin müxtəlif nahiyələrində xəsarətlər əmələ gəlmiş, bu haqda barəsində həbs qətimkan tədbiri seçilərkən və həbsdə saxlanılması müddəti uzadılarkən məhkəmədə də bildirmiş, bununla bağlı ailə üzvləri müxtəlif orqanlara və vəzifəli şəxslərə şikayətlər ünvanlasalar da, bu şikayətlər üzrə səmərəli araşdırma aparılmamış və əsassız qərar qəbul edilmişdir. Bu ifadələrin fövqündə məhkəmə kollegiyası hesab edir ki, bütün şübhələri X14un xeyrinə həll edən məhkəmələr tamamilə haqlı olaraq toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, həmin ifadələrlə uzlaşan digər sübutlara əsaslanıb onların həqiqətə uyğun olması barədə nəticəyə gəlmiş və kassasiya protestində inkar edilsə də, X14un ibtidai ara şdırmanın ilkin mərhələsində deyil, məhz cinayət təqibinin həmin mərhələsinin sonrakı dövründə və məhkəmə iclasında verdiyi ifadələrini yekun məhkəmə aktlarının əsasına qoymuşlar. Kassasiya protestində X14un ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirinin onun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrlə təsdiq olunması iddia olunsa da, məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri bilir ki, CPM-nin 126.6-cı maddəsinin müddəaları təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ittihamın əsası kimi qəbul edilməsini o, halda mümkün bilir ki, belə etiraf yalnız iş üzrə bütün qanuni üsullarla toplanmış sübutların məcmusu ilə təsdiq edilmiş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qə rarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai is tintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04 avqust 2021-ci il tarixli «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» qərardan görünür ki, X27, X26 və X11 satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin məlumata əsasən hər üç şəxsin müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanda X14 tərəfindən törədilmiş və ya ha zırlanan cinayət, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət barədə əməliyyat məlumatı mövcud olmamış, elə bu səbəbdən də sonuncunun ətrafında hər hansı əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi qərara alınmamışdır, bununla əlaqədar olaraq nəinki ayrıca qərar qəbul edilməmiş, hətta X14un barəsində cinayət işi belə başlanmamış və yalnız müstəntiqin 28 aprel 2022-ci il tarixli qərarı ilə ona aid cinayət işinin materialları adları yuxarıda göstərilən şəxslərin haqqında olan cinayət işindən ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir (cinayət işinin materiallarından görünür ki, 06 avqust 2021-ci il tarixli qərarla hazırki cinayət işi X21in, X11un və X26un barəsində CM-nin 221.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə başlanmışdır). X2 1nin, X26un və X17un ətrafında əməliyyat-axtarış tədbirlərini həyata keçirən polis əməkdaşları isə yalnız onların Bərdə rayonunun ərazisində olmaları və orada X14la görülşmələri barədə məlumat əldə etmiş, lakin sonuncunun hər hansı cinayət əməlini törətməsi və ya buna hazırlıq görməsi onlar tərəfindən müəyyən olunmamış, onların məqsədləri isə məhz narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən X26un və X11un saxlanılmaları olmuşdur. Buna baxmayaraq, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində adları çəkilən şəxslərlə yanaşı həmçinin heç bir əsas olmadan X14 da saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə aparılmış və orada şübəhil şəxs qismində tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, X14un şübhəli şəxs qismində tutulduğu vaxtdan 24 saat keçməsin ə baxmayaraq onun barəsində cinayət işinin başlanılması haqqında qərar qəbul edilməmiş, o, həmin vaxt bitdikdən sonra buraxılmamış, digər tərəfdən isə belə qərar olmadan onun üzərində şəxsi axtarışın aparılması ilə yanaşı 28 aprel 2022-ci il tarixədək onunla digər istintaq hərəkətləri aparılmışdır: o, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş, onunla iş üzrə dindirilmiş şahidlər arasında üzləşdirmələr aparılmış, o, məhkəmə-narkoloji ekspertizasının keçirilməsi üçün ekspertlərə təqdim edilmiş, bundan əvvəl isə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxsin həbsdə saxnılması müddəti iki dəfə uzadılmış və nəhayət ibtidai araşdırma başa çatdıqdan sonra barəsində ittihşam aktı tərtib edilər ək ayrılmış cinayət işinin materialları baxılması üçün məhkəməyə göndərilmişdir. Bütün bu hallar ona dəlalət edir ki, təhqiqat və ibtidai araşdırma orqanları tərəfindən X14un şəxsi toxunulmazlıq və azadlıq hüququ kobud şəkildə pozulmuş və bu pozuntularla toplanmış sübutlar yolverilməz hesab edilməlidir. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Konstitusiyanın 32-ci maddəsinin İ və İİ hissələrində təsbit edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxil ə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. CPM-nin 14.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər kəsin azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər. Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. CPM-nin 15.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz. CPM-nin 148.1-ci maddəsinə əsasən, cinayə t törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Cinayət işinin materiallarından göründüyü kimi, X14un barəsində bu kimi məlumatlar təhqiqat orqanına daxil olmamış və o, 05 avqust 2021-ci il tarixdə adları yuxarıda qeyd olunan şəxslərlə yalnız onların kafedə yedikləri yeməyin pulunu ödəmək məqsədilə görüşmüş, bundan əvvəl isə həmin pulun onun bank kartına yuklənməsi üçün şərait yaratmışdır. CPM-nin 148.4-cü maddəsinin tələblərindən görünür ki, Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. CPM-nin 207.4-cü maddəsində isə təsbit edilmişdir ki, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəy yən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. İlkin araşdırma zamanı toplanmış sübutlardan görünür ki, təhqiqat və ibtidai araşdırma orqanı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələbləri kobud şəkildə pozularaq X14un saxlanılması və tutulması üçün əsaslar olmadan, onun şəxsi toxunulmazlıq və azadlıq hüququ pozulmuş, X14un tutulması üçün həm də CPM-nin 149152-ci maddələrində göstərilən əsaslar müəyyən edilməmiş, onun haqqında cinayət işinin başlanması haqqında qərar qəbul edilmədən isə onunla CPM-nin 207.4-cü maddəsində göstərilən prosessual hərəkətlər dən başqa digər istintaq hərəkətləri aparılmış və onun prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir (həbs qətimkan tədbiri seçilmişdir). Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda qanunsuz tutulmuş X14la bundan dərhal sonra müxtəlif istintaq hərəkətlərinin aparılması və onların nəticəsində əldə edilmiş sübutlar da qanunsuz yolla əldə edilmiş sübutlar kimi qiymətləndirilməli, həmin istintaq hərəkətlərinin, o cümlədən onun üzərində şəxsi axtarışın aparılması, onun verdiyi ilkin izahat və ifadələr belə sübutlara aid edilməlidir. Təsadüfi deyil ki, CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində də insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilməməsi nəzərdə tutulmuşdur. Halbuki, cinayət işinin materiallarına əsasən, ibtidai araşdırma orqanı tərəfindən X14 qanunsuz olaraq tutulduqdan sonra ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham məhz belə sübutlara – onun üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 06 avqust 2021-ci il tarixli protokola, bu istintaq hərəkətinin aparılması nəticəsində narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsinə, habelə X14un saxlanılmasında və üzərində şəxsin axtarışın aparılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələrinə əsasən irəli sürülmüşdür. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, X14a CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq edilməsinə dəlalət edən ibtidai araşdırma orqanı ilə yanaşı dövlət ittihamçısı Q.A.Rizvanovun da əsas və mötəbər sübut hesab etdiyi şəxsi axtarışın və götürmənin aparılması haqqında 06 avqust 2021-ci il tarixli protokoldan görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı X14un üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə heroin olması ilk olaraq yalnız şübhəli şəxsin izahatına və məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən müəyyən edil miş, bunun həqiqətə uyğun olması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin və ya psixotrop maddələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə həmin protokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmiş, bununla da prosessual qanunvericiliyin aşağıdakı tələblərinə də əməl olunmamışdır. Bu istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videogörüntülərin tədqiq edilməsi nəticəsində nəticəsində müəyyən edilmişdir ki, həmin vaxt X14 təhqiqatçının təklifinə əsasən üzərində olan mobil telefonla yanaşı həmçinin cibindən bir bükümdə yerləşdirilmiş kütləni də çıxararaq sonuncuya təqdim edərkən əvvəl bükümdə olan əşyanın adını bilmədiyini, sonra həmin kütlənin metamfetamin olmasını, daha sonra isə polis ə məkdaşlarının istiqamətləndirilməsi əsasında təqdim etdiyi kütlənin narkotik vasitə heroin olmasını göstərir. Təsvir edilən sübutlarla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPMnin 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübut əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-nin 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-nin 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ö lçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. CPM-nin 245.8-ci maddəsində axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bundan başqa, iş materiallarından göründüyü kimi, ibtidai araşdırma orqanı X14a CM-nin 234.4.3-cü maddəsi ilə ittihamın elan olunmasına əsas kimi ittiham aktında şahid qismində dindirilmiş polis əməkdaşları – Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrinə əsaslanmış və ka ssasiya protestində X14un təqsirliliyinə dəlalət edən dəlillər irəli sürülərkən həmin ifadələrə də istinad olunmuşdur. Adları çəkilən polis əməkdaşlarının ifadələrinin sübüt kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli Qərarlarında, həmçinin bir sıra digər Qərarlarda Avropa Məhkəməsi göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparı lan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzərə yetirildikdə müəyyən olunur ki, adları çəkilən polis əməkdaşları X14un 05 avqust 2021-ci il tarixdə Bərdə rayonunun ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilməsinə və onun üzərində axtarışın aparılması barədə şahid kimi ifadə vеrmişlər və ibtidai araşdırma orqanı X14un təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərlərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsi hallarını deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, X14un narkotik vasitəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daş ımasını, habelə onun əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan digər halların müəyyən edilməsi məqsədilə nə ibtidai araşdırma orqanı, nə də ki məhkəmələr heç bir sübut əldə etməmiş, bununla bağlı məhz həmin halları təsdiq edə bilən və maraqları olmayan şəxslər dindirilməmişdir. Bundan başqa məhkəmə kollegiyası məhkəməyədək icraat zamanı digər qanun pozuntularına və bunlarla bağlı müvafiq sübutlarla müəyyən edilmiş bir sıra hallara da müraciət etməyi məqsədə müvafiq sayır. Əvvəla cinayət işinin materiallarından görünür ki, X14 faktiki olaraq 05 avqust 2021ci il tarixdə saat 23:30-da qanunsuz olaraq tutulsa da, onun üzərində şəxsi axtarış və götürmə yalnız 06 avqust 2021-ci il saat 02:30-da başlanmış və saat 03:00-da başa çatmış, yəni bu istintaq hərəkəti apa rılana qədər o, 3 (üç) saat ərzində polis əməkdaşlarının nəzarəti altında olmuş və bu müddətdə, onun göstərdiyi və aşağıdakı digər sübatlarla təsdiq olunduğu kimi, şübhəli şəxsin fiziki zorakılığa və şəxsiyyətini alçaldan digər hərəkətlərə məruz qalması inandırıcı görünür. Bununla bağlı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi öz Qərarlarında qeyd olunan məsələyə ciddi münasibət bildirilməsini zəruri hesab etmiş və “Layıcov Azərbaycana qarşı” iş üzrə 10 aprel 2014-cü il tarixli Qərarında da xüsusilə vurğulamışdır ki, şəxsin üzərində, avtomobilində və ya yaşayış yerində axtarış onun həbsindən dərhal sonra həyata keçirilməlidir. Həbslə axtarış arasındakı vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qan uni narahatlıqlar ortaya çıxarır, belə ki, həmin vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olur. Bundan başqa, X14un üzərində şəxsi axtarışın aparılmasını özündə əks etdirən videogörüntülərdən də onun bədəni səthində zorakılıq əlamətlərinin olması açıq-aşkar görünür. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MSY-nin əməkdaşları X8 və X7 tərtib etdikləri tarixsiz aktdan görünür ki, sonuncular 06 avqust 2021-ci il tarixdən 07 avqust 2021-ci il tarixədək növbədə olarkən təhqiqatçının tərtib etdiyi tutma haqqında protokola əsasən müvəqqəti saxlama yerinə gətirilmiş X14un bədəni üzərində - sinə nahiyyəsində qızarmış və göyərmiş izlər, alın və burun hissəsində qızarmış və göyərmiş izlər, sol dirsəyin arxa və üst hissəsində qızarmış cırıq izləri aşkar edilmişdir. Həmin aktda X14un həmin xəsarətləri tutulmamışdan əvvəl alması barədə qeydlər aparılsa da, bu qeydlərin həqiqətə uyğun olması müəyyən edilməmiş, onun saxlanılmasında iştirak etmiş və sonradan şahid qismində dindirilmiş polis əməkdaşları da X14un saxlanılarkən bədəni üzərində hər hansı xəsarətlər olmasını müəyyən etdiklərini bildirməmişlər. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən əldə olunmuş Məhkumun Tibbi Kartasının kserosurətindən görünür ki, X14 10 avqust 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına qəbul olunmuş, sonuncu həbs olunmamışdan əvvəl hər hansı xəsarətlər almadığını bildirmiş, o, müayinə edilərkən isə onun sol baldır nahiyyəsində çapıq izi aşkar edilmişdir. Həmin məhkəmə iclasında məhkəmə-tibbi ekspertizasının 15 dekabr 2021-ci il tarixli 491 MEŞ saylı rəyi tədiq olunarkən müəyyən edilmişdir ki, müayinə zamanı X14 ekspertə 05 avqust 2021-ci il tarixdə Bərdə rayonunda Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu, Bərdə RPŞ-yə aparıldığını, orada təpiklə başına, sifətinə, boynuna və qabırğalarına xəsarət yetirildiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestində cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 yanvar 2022-ci il tarixli qərara istinad edərək X14un saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qalmasını inkar etsə də, məhkəmə kollegiyası bununla bağlı həmin protestin dəlilləri ilə razılaşmır ona görə ki, həmin qərarda n sonuncunun iddiası ilə bağlı səmərəli araşdırmanın aparılması görünmür, bu araşdırma zamanı yalnız X14un və onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış və dörd aydan sonra məhkəmə-tibbi ekspertizası təyin edilərək keçirilmiş, həqiqətin müəyyən edilməsi istiqamətində başqa zəruri hərəkətlər edilməmiş, adı çəkilən qərarın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında və ya məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi üçün onun surətinin X14a və ya onun müdafiəçisinə təqdim olunması iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası X14un ilkin araşdırma zamanı fiziki zorakılığa məruz qalması barədə məhkəmələrin gəldikləri nəticə ilə də razılaşır və ilk növbədə qeyd edir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ h issəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-nin 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şə raitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-nin 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci madd ənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 2 7 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir... Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konsti tusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-nin 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, X14 05 avqust 2021-ci il tarixdə saat 22.30-da saxlanılsa da, onun tutulması bundan iki saat otuz dəqiqə sonra - 06 avqust 2021-ci il tarixdə saat 2.00-da rəsmiləşdirilmiş, lakin buna da baxmayaraq, o, yalnız həmin gün saat 18:30-dan 19:00-dək, yəni tutulması rəsmiləşdirildikdən on altı saatdan çox vaxt keçdikdən sonra şübhəli şəxs qismində dindirilmiş dir ki, bununla da CPM-nin 232.1-ci maddəsinin tələbinin pozulmasına da yol verilmişdir. Halbuki, CPM-nin 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, X14 ibtidai araşdırma orqanı tərəfindən CM-nin 234.3-cü maddəsi ilə, yəni satış məqsədilə külli miqdarda 22,381 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlama və daşıma əməlini törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, onun həmin narkotik vasitəni nə vaxt, hansı mənbədən və hansı yolla əldə etməsi, hansı müddətdə üzərində saxlayaraq daşıması və ittihamın elan olunması üçün digər zəruri hallar müəyyən edil məmiş və bu haqda qəbul edilmiş qərarlarda və ittiham aktında belə hallar əksini tapmamış, bu hallarla bağlı isə həm əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar müvafiq sübutları ibtidai araşdırma orqanına, ibtidai araşdırma orqanı isə - məhkəmələrə təqdim etməmişlər. Halbuki, CPM-nin 223.1-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. CPM-nin 223.3-cü maddəsinin tələblərindən görünür ki, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: 223.3.1. təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və onun şəxsiyyəti barədə hüquqi əhəmiyyət kəsb edən digər məlumatlar; 223.3.2. cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; 223.3.3. cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; 223.3.4. cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; 223.3.5. məsuliyyəti ağırlaşdıran hallar. Kassasiya protestində X14un fiziki təzyiqlərə məruz qalmasına dair iddiası ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin MSY-nin əməkdaşlarının və əlavə olaraq sonuncunun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının dindirilmələri barədə birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror qaldırdığı vəsatətin məhkəmə tərəfindən əsas sız olaraq təmin edilməməsi haqda dəlil irəli sürülsə də, məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək bu dəlili də əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılmasını özündə əks etdirən məhkəmə iclas protokolundan dövlət ittihamçısı Z.Z.Qasımovun təhlil edilən məsələ ilə bağlı vəsatət qaldırması görünmür və sonuncu həmin vəsatətin protokolda göstərilməməsi barədə qeydlər versə də, məhkəmənin 21 fevral 2023-cü il tarixli qərarı həmin qeydlər qəbul edilməmişdir. Hökmdən verilmiş apellyasiya protestində və öz məzmununa görə həmin protestlə eynilik təşkil edən kassasiya protestində təhlil edilən məsələ vurğulansa da, istər apellyasiya protestinə ilkin, istərsə də məhkəmə baxışı iclasında dövlət ittihamçısı Q.A.Rizvanov həmin müraciətə tam və ya qi smən məhkəmə istintaqı aparılmaqla baxılması, adları yuxarıda göstərilən polis əməkdaşlarının dindirilmələri barədə vəsatətlərlə məhkəməyə müraciət etməmiş, halbuki onun belə vəsatətlər qaldırmaq hüququ və imkanı apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı şəkildə məhdudlaşdırılmamış, məhkəmə özü isə işə tam və ya qismən məhkəmə istintaqı aparmaqla baxılmasını zəruri hesab etməmişdir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində istinad olunmuş hallara – X14un əvvəllər Bərdə Rayon Məhkəməsinin 29 may 2013-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, məhkəmə-narkoloji ekspertizasının 06 dekabr 2021-ci il tarixli 4895 saylı rəyinə əsasən onun opioidlərin qəbul etməsi nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, habelə onun birlikdə saxlanılmış X9 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunması heç də X14un hazırki iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət törətməsi barədə nəticəyə gəlməyə əsas vermir və məhkəmə kollegiyasının qənaətinə görə, bu hallarla bağlı da kassasiya protestinin dəlilləri qəbul edilməz sayılmalıdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi tam qanuni və əsaslı olaraq X14a elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüq uqi qüvvəsi olmayan, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə X14un hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə düzgün qənaətə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün hesab edərək həmin pozuntuları təqsirləndirilən şəxsin ziyanına həll etməkdən və onun barəsində ehtimal xarakterli ittiham hökmünün çıxarılmasından imtina etmiş, məhkəmənin qəbul etdiyi 20 sentyabr 2023-cü il tarixli qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməmişdir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri bu nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə sübutların toplanması zamanı kobud qanun pozuntularına, xüsusilə də X14un qanunsu z tutulmasına, onun azadlıq və toxunulmazlıq hüquqlarının kobud şəkildə pozulmasına, habelə onun haqqında cinayət işinin başlanması barədə qərar qəbul edilmədən ibtidai araşdırmanın aparılmasına heç bir münasibət bildirməmiş və bu halları təkzib edən hər hansı dəlil irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə edilmədiyini, ümumi şəkildə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək X14a təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsasl ı hesab edir və bu baxımdan dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestinin bütün dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Məhkəmə kollegiyası hesab edir k, X14un CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də onun xeyrinə təfsir olunmalı, bu haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə isə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. CPM-nin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı A.M.Hüseynlinin və həmin protestin təmin edilməməsi barədə bəraət almış X14un çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və X14a CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmü ilə X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-620/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-620/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver