Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-621/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi X6, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu, Müdafiəçi – Bakı şəhəri 2 8 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü ilə (hakimlər: Əliövsəd Abbasov (sədrlik edən və məruzəçi), Mahmud Ağalarov və Eldar Mikayılovdan ibarət tərkibdə) 08.09.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 120.2.2-ci maddəsi ilə 15 il 6 ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 1 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla, qəti olaraq 16 (on altı) il müddətə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Məhkumun müdafiəçisi X20, zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndələri İsayev Samir Nadir oğlu və X7 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağı r Cinayətlər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 noyabr 2017-ci il tarixli qərarı ilə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlanılmış, kassasiya şikayətləri təmin edilməmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarından Məhkum və onun müda fiəçisi X20 tərəfindən verilmiş kassasiya şikayətləri əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bundan sonra işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2019-cu il tarixli qərarı ilə Məhkumun müdafiəçisi X20 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkumun CM-nin 120.2.2 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair 25 noyabr 2016-cı il tarixli hökmü müdafiəçinin apellyasiya şikayətinə münasibət də dəyişdirilmiş, Məhkum elan olunmuş ittiham üzrə onun CM-nin 120.2.2-ci maddəsi ilə tövsif edilmiş əməli CM-nin 120.1-ci maddəsinə tövsif edilmiş və Məhkum CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 11 (on bir) il azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkumun hazırki CM-nin 120.1-ci maddəsi ilə təyin olunan və hökmlə CM-nin 228.4-cü maddəsi ilə təyin olunmuş cəzaları CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu Məhkuma cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edimiş, hökm məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2019-cu il tari xli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Məhkumun müdafiəçisi İsmayılov Adil Əlviz oğlu tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2019-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2019-cu il tarixli qərarı dəyişdirilmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Məhkum təqsirli bilindiyi CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş cəzaya aid hissə hökmdən və qərardan xaric edilmiş, hökmdən və qərardan CM-nin 66.3-cü maddəsinə dair müddəa çıxarılmış, Məhkumun üzərində qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdı r. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 228.4-cü maddələri ilə təqsirli bilib məhkum edərkən belə nəticəyə gəlmişdir ki, o, 29 iyun 2015-cı il tarixdə, saat 04:25-də tanışları X16 və X8 ilə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev küçəsi, 54 saylı binanın həyətində, binanın 2-ci girişinin qarşısında dayandıqları vaxt, həmin girişin ikinci mərtəbəsində yaşayan X10 mənzilinə tanışı X4 ötürən X2 blokda xx xxxxi qucaqladığını görüb, sonuncu xxxxxxdan ayrılıb həyətə çıxarkən onu yanına çağırıb burada yaşadığın ı, odur ki, gələcəkdə belə hərəkətlərə yol verməməsini, binada anası və bacısının yaşadığını dedikdə, Zərərçəkmiş şəxs «bu vaxt anan, bacın blokda nə gəzir?» deyib soruşmasını, yəni cüzi səbəbi bəhanə gətirərək, habelə başqa tanışlarının yanında üstünlüyünü nümayiş etdirmək üçün xuliqanlıq niyyəti ilə öldürmək qərarına gələrək, ictimai qaydalara açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoyaraq, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə aşkar hörmətsizlik nümayiş etdirib, Zərərçəkmiş şəxsin tapança gətirəcəyi ilə hədəsindən və beysbol bitası ilə ona xəsarət yetirdiyindən naməlum mənbədən qanunsuz əldə edib gəzdirdiyi soyuq silah olan bıçaqla Zərərçəkmiş şəxsə qarnın ön divarının aşağı hissəsində göbəkdən sola və sağa, sağ qalça çuxurunda üç ədəd, bir ədəd öndən arxa ya, yuxarıdan aşağıya doğru istiqamətdə qarnın sağ yarısında qarnın yumşaq toxumalarından, nazik bağırsaq müsariqəsindən, nazik bağırsaqlardan keçən, bir ədəd öndən arxaya, yuxarıdan aşağıya doğru sağ qalça çuxurunda daxilə keçərək sağ qalça nahiyəsinin yumşaq toxumalarından kor bağırsaqdan keçib, peritonarxası sahədə yerləşən qalça arteriya və venasını zədələyən, bir ədəd öndən arxaya, azacıq aşağıdan yuxarıya doğru qarnının sol yarısında qarnın ön divarından nazik bağırsağın müsariqəsindən və nazik bağırsaqdan keçən bir ədəd - həm ayrı ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirmiş, orada olan şəxslərin müdaxiləsindən sonra Məhkum məxsus maşınla sonuncunun dostları Zərərçəkmiş şəxsi 5 saylı xəstəxanaya aparmasına və həkimlər tərəfindən göstərilmiş müvafiq tibbi tədbirlərə baxmayaraq Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmədən ölmüş, yəni Məhkum xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxsi qəsdən öldürməklə həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2019-cu il tarixli qərarı qanunsuz və əsassız olduğundan həmin qərar verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı qaydasında ləğv edilməli və Məhkumun məhkum olunması haqqındakı Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiy a şikayətləri üzrə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2019-cu il tarixli qərarından görünür ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ona verilmiş ittihama görə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə əməlinə qiymət verərkən, ilk növbədə bu hərəkətin subyektiv tərkibinə münasibətdə, yəni, şəxsin niyyətinə görə hərəkətinə münasibətdə dəyərləndirilməsinin zəruriliyinə diqqət yetirərək hesab etmişdir ki, tədqiq olunmuş sübutların məcmusu Məhkumun Zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməsi sonuncunun tapança gətirəcəyi ilə hədələməsi və beysbol bitası ilə ona xəsarət yetirməsi ilə bağlı olmuş və onun bu hərəkətinin xuliqanlıq niyyətindən irəli g əlmədiyini, yəni, onun əməlində CM-nin 120.2.2-ci maddəsinin təsbit etdiyi cinayət tərkibinin subyektiv cəhətinin zəruri əlaməti, tövsifedici əlamət olan xuliqanlıq niyyətinin mövcud olmaması ilə əsaslandırmışdır. İbtidai istintaq orqanı tərəfindən Məhkum ona görə CM-nin 120.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir ki, o, Zərərçəkmiş şəxsi xoşagəlməz sözlər danışması və eləcə də, özündən uydurduğu bəhanə ilə heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Hazırki işin faktiki hallarından, habelə məhkumun həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələrindən də göründüyü kimi, münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü, yaxud onun hər hansı bir hüquqazidd hərəkətləri səbəbindən deyil, məhkum olunmuş şəxsin hərəkətləri, yəni onun özünün zərərçəkmiş şəxsin yaşadığı evin qarşısında qızı qucaqlayıb öpdüyünə görə irad bildirərək söhbət etməyə dəvət etməsi ilə onun təşəbbüsü ilə başlamışdır. Hazırki işin materiallarında göründüyü kimi məhkumun ifadəsində zərərçəkmiş şəxsi öldürməsinin səbəbi kimi göstərdiyi hallar, yəni sonuncunun onun barəsində nalayiq ifadələr işlətməsi iş materialları ilə sübuta yetirilmir. Əksinə, məhkumun özü zərərçəkmiş şəxsə irad bildirərək münaqişənin baş verməsinə səbəb olmuş və son nəticədə X5 xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Beləliklə də, müəyyən olunur ki, Məhkum zərərçəkmiş şəxsin onun barəsində xoşagəlməz sözlər danışması bəhanəsi ilə heç bir əsaslı səbəb olmadan sonuncunu həyatdan məhrum etmişdir ki, bu hallar isə məhkumun əməlində CM-nin 120.2.2-ci maddəsinin tərkib əlamətlərinin olm aması barədə dəlillərin əsassızlığını təsdiq etmiş olur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2019-cu il tarixli qərarını ləğv etməklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli hökmündən verilmiş apellyasiya şikayətlərinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Ş.H.Rəfiyev kassasiya şikayətində qeyd olunan xüsusatları bir daha vurğulayaraq şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi N.M.Ələkbərov nümayəndəsinin kassasiya şikayətində qeyd etdiyi hallarla razı olduğunu bildirib nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Daha sonra kassasiya məhkəmə baxışında çıxış edən məhkumun müdafiəçisi S.İ.Əliyeva hüquqlarını müdafiə etdiyi Məhkumun əməlinin apelyasiya məhkəməsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edildiyi, Bakı Apellyasiya Məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu bildirib kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğvi üçün əsasların olmadığını bildirib Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə sə lahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Məhkumun əməlinin apellyasiya məhkəməsi tərəfindən əsassız olaraq Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edildiyi, nəticədə sübutetməyə dair m addi və prosessual normaların pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar CPM-nin 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi c inayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəmə sinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Apellyasiya məhkəməsinin qərarı ilə Məhkumun məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin dispozisiyası qəsdən adam öldürmə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin hüquqi var isinin və onun nümayəndəsinin kassasiya şikayətinin təmin olunması, məhkumun müdafiəçisinin və dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin olunmaması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsinin qərarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma verilmiş qəsdən adam öldürmə ilə bağlı ittiham apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin qərarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən işin halları müəyyən edilərkən konkret sübutlara əsaslanmış, məhkəmə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM- nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həm in Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan, apellyasiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş qaydada tədqiq edilmiş sübutlar Məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsi üçün kifayət edir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətində Məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə əsassız olaraq tövsif edildiyi iddia olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayə t işinin materialları və apellyasiya məhkəməsini qərarı ilə müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidr. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında qeyd olunur ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti v ə ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəmini ndə adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Xuliqanlıq niyyəti ilə adam öldürmə cinayəti ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, xuliqanlıq niyyəti ilə adam öldürmə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əx laq normalarını kobud surətdə pozma zəminində başqa şəxsi həyatdan məhrumetmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyətilə adam öldürmə çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə adam öldürm ə kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahir forması kimi çıxış etməlidir. Ona görə də, adam öldürmədə motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın adam öldürmədən əvvəlki, adam öldürmə prosesində və cinayət törədildikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Dalaşma və ya münaqişə zəminində qəsdən adam öldürmənin xuliqanlıq niyyətilə qətlə yetirmədən fərqləndirilməsi iki istiqamətdə həyata keçirilir. Əgər dalaşma və ya münaqişənin təşəbbüskarı zərərçəkmiş şəxsdirsə və dalaşmaya onun əxlaqa və hüquqa zidd davranışı səbəb olmuşdursa, təqsi rkarın həmin şəxsi qətlə yetirməsi Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə deyil, 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Apellyasiya məhkəmə baxışında ifadə verən Məhkum, şahidlər Şahid1, Şahid2, Şahid3nin ifadələrindən görünür ki, hadisə baş verən gün Məhkumun dostları ilə birlikdə yaşadığı binanın qarşısında dayandıqları vaxt, adlarını sonradan bildiyi Zərərçəkmiş şəxs və X6 adlı şəxslərin bloka girdiklərini, daha sonra qucaqlaşıb öpüşdüklərini görmüş, blokdan çıxmaq istəyərkən Zərərçəkmiş şəxsi çağıraraq ona etdiyi hərəkətlərə bağlı iradını bildirmiş, Zərərçəkmiş şəxsə burada yaşadığını, odur ki, gələcəkdə belə hərəkətlərə yol verməməsini, binada anası və bacısının yaşadığını dedikdə, Zərərçəkmiş şəxs istehza ilə «bu vaxt anan, bacın blokda nə gəzir?» dedikdə onu təhqi r etmiş, sözlü mübahisədən sonra Zərərçəkmiş şəxs maşından gətirdiyi beysbol bitası ilə Məhkumu vurduqdan sonra Məhkum bıçaqla Zərərçəkmiş şəxsi vurmuşdur. İş üzrə dindirilmiş şahid ifadələri ilə müəyyən olunur ki, münaqişə zərərçəkmiş şəxsin əxlaqa, adət-ənənələrə, birgəyaşayış qaydalarına zidd hərəkətinə məhkumun irad tutması nəticəsində ilk öncə sözlə mübahisə yaranmış, daha sonra içkili vəziyyətdə olan zərərçəkmiş şəxs tərəfindən Məhkum qarşı fiziki güc tətbiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs içkili və əsəbi halda Məhkuma “gözlə, makarı götürüb səni güllələyəcəyəm” deyərək öz maşınına tərəf getmiş, maşınından gətirdiyi beysbol bitası ilə Məhkuma zərbə endirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 29.06.2015-ciil tarixdə, sa at 05 radələrində rayona getmək üçün tezdən yuxudan oyanıb paltarları yığarkən həyətdən səs-küy, söyüş eşitmiş, kimsə “makarımı götürüb bu dəqiqə sizin hamınızı güllələyəcəyəm” deməsini eşitmiş və bu sözlərdən qorxaraq eyvandan içəriyə daxil olmuşdur. İşə baxan apellyasiya məhkəməsinin istinad etdiyi işin faktiki hallarına əsasən bir daha aşkar müəyyən olunur ki, Məhkum Zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməsi onun qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərməklə deyil, əksinə, zərərçəkmiş şəxsin yaşayış binasında etdiyi əxlaqa və milli-mənəvi dəyərlərə zidd hərəkətinə tutduğu irad ilə əlaqədar yaranmış münaqişəli vəziyyətlə əlaqəli olmuşdur. Yəni, təqsirkar əməli törədərkən onun hərəkətlərinin motivi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmişdir. İş üzrə dindirilmiş şahid ifadələri ilə bir daha müəyyən olunur ki, məhkum zərərçəkmiş şəxsin qeyri-etik hərəkətinə etdiyi iradını normal şəkildə bildirsə də, zərərçəkmiş şəxsin bu irada verdiyi ihtehzalı və təhrikedici cavab mübahisəni alovlandırmışdır. Bundan başqa, apellyasiya məhkəmə baxışında ifadə vermiş şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində ilk öncə Zərərçəkmiş şəxsin Məhkumu beysbol bitası ilə vurması faktını təsdiq etmişlər. İşin faktiki müəyyən olunmuş hallarını və apellyasiya məhkəməsinin qərarını cinayət qanununun müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının izahları baxımından təhlil edən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif etməklə tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin əməlinin tövsifinin dəyişdirilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə mövqeyini işin hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına, işin faktiki hallarına, qanunun tələblərinə u yğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv e tmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəm ənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 mart 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi X1 nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-621/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-621/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver