Məhkəmə qərarları › İş №1(102)-621/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-621/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-621/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum, Müdafiəçi – Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Sultanov Siyasət Dünyamalı oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və Məhkum və müdafiəçisi Sultanov Siyasət Dünyamalı oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 1(101)- 805/2021 saylı (hakimlər F.Ə.Qəniyev (sədrlik edən və məruzəçi), M.A.Xankişiyev və İ.A.Mahmudov) hökmü ilə xx xxx 1992-ci il tarixdə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" Aç ıq Səhmdar Cəmiyyətinin Şimal regional elektrik təchizatı və satışı idarəsinin Şabran elektrik şəbəkəsinin elektrik montyoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 28 oktyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Atakişiyev Gürsel Firəddin oğlu və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi ), Cəfərov Vidadi Cəfər oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə) 03 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum tərəfindən kassasiya şikayəti və Məhkum və müdafiəçisi Sultanov Siyasət Dünyamalı oğlu tərəfindən birgə kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qonşuluğunda yaşayan dostu Zərərçəkmiş şəxs son dövrlərdə digər dost və tanışları ilə bir yerdə olduqları zaman onlarla birləşib onun şəxsiyyətini aşağılayan şit zarafatlar edib ələ saldığına görə onda n qisas almaq niyyəti ilə onu qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 27 oktyabr 2020-ci il tarixdə səhər saatlarında evdən çıxıb işə gedərkən mətbəx bıçağı ilə silahlanmış, həmin gün axşam saat 22 radələrində Şabran şəhəri mərkəzi bazarın ərazisində yerləşən “Fenerbahçe” kompyuter oyunları salonunda Zərərçəkmiş şəxs növbəti dəfə onun ünvanına atmacalar atıb zarafatlar etməyə başlayarkən onu cəzalandırmaq üçün artıq əlverişli məqamın yetişdiyini düşünərək gödəkcəsinin cibində gizlətdiyi mətbəx bıçağını çıxarıb monitor arxasında kresloda oturub oyun oynayan və bu səbəbdən faktiki olaraq özünü müdafiə etmək imkanından məhrum olan Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirərək ona yetirilən anda həyat üçün təhlükəli olması əlamətlərinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən döş qəfəsinin sol yarısının ön səthində döş qəfəsi boşluğuna nüfuz edib sol ağ ciyəri zədələyən iki ədəd, səhhətin qısa müddətə pozulmasına səbəb olduğuna görə sağlamlığa yüngül zərərvurmaya aid edilən boynun sol-yan səthində, sol çiyin qurşağında və sol kürək nahiyəsində lokalizə olunmuş 3 ədəd və sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin olunmayan sağ said nahiyyəsində lokalizə olunmuş 1 ədəd, cəmi 6 ədəd kəsilmişdeşilmiş yaradan ibarət bədən xəsarətləri yetirib qəsdən həyatdan məhrum etmək istəmiş, lakin kənar şəxslərin müdaxiləsi və vaxtında göstərilmiş ixtisaslı tibbi yardım səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməmiş, bununla da digər şəxsi qəsdən öldürməyə cəhd etmişdir. KASSASİ YA ŞİKAYƏTİNİN, KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum və müdafiəçisi Sultanov Siyasət Dünyamalı oğlu eyni məzmunlu kassasiya şikayətini və ona əlavəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və ədalətsizdir. Məhkumun əməli düzgün olaraq tövsif edilməmiş, həmçinin, təyin edilmiş cəza işin hallarına, məhkumun şəxsiyyətinə, əməlinin ictimai təhlükəliliyinə, xarakterinə və cəzanın məqsədlərinə ziddir. Belə ki, Məhkum istər istintaq dövründə, istərsə də, birinci instansiya məhkəməsində verdiyi ifadələrindən və digər şahidlərin ifadələrindən görünür ki, o, Zərərçəkmiş şəxs Sücəaddin oğluna komputer otağında kortəbii bıçaq zərbələri atmış və dayanmış, Rəşadla birgə otaqdan çölə çıxdıqdan sonra bıçağı gödəkçəsini n cibinə qoymuşdur. Bu zaman onun cinayəti davam etdirməsinə heç kim, heç nə maneə olmamışdır. Əgər onun məqsədi zərərçəkmiş şəxsi həyatdan məhrum etmək olsaydı onun buna kifayət qədər imkanı və vaxtı olmuşdur, lakin o, özü könüllü cinayəti davam etdirməkdən imtina etmiş və bıçağı gödəkçəsinin cibinə qoymuşdur. Bundan əlavə məhkəmələr təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin uşaqlıq dostları olduğunu və aralarında heç bir ədavətlərinin, düşmənçiliklərinin olmamasını da nəzərə almamışdır. Məhkəmənin qərarı məhkumun şəxsiyyətinə, ədalət və humanizm prinsiplərinə uyğun deyil. Qərardan görünür ki, apellyasiya instansiyası məhkəməsi məhkumun hadisə vaxtı və bundan sonrakı davranışları, onun şəxsiyyəti, işdə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları öz qərarında qeyd etsə də, bunları kifay ət qədər nəzərə almamışdır. Cinayət işinin materiallarından və hökmdən görünür ki, məhkum cinayət törətməyə meyilli şəxs olmamış, yəni əvvəllər məhkum olunmamış, ilk dəfədir ki, cinayət əməli törətmiş, törətdiyi əməlindən səmimi peşman olmuşdur. Belə ki, Məhkum törətdiyi əməlindən peşman olduğunu bildirmiş, səmimi ifadələr vermişdir ki, bu da onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışları ilə islah olunduğunu, yaxud da cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olduğunu göstərir. Bundan əlavə Apellyasiya Məhkəməsinin qərarından göründüyü kimi, Zərərçəkmiş şəxs Apellyasiya Məhkəməsində öz ifadəsində birinci instansiya məhkəməsi hökmünün dəyişdirilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, hadisə vaxtı Məhkum ona anlaşılmazlıq nəticəsində xəsarət yetirdiyini, lakin onu öldürmək niyyətinin olmadığını, Araz onu vurduqdan sonra avtomobili idarə edib onu xəstəxanaya aparmaq istəmiş, lakin əli titrədiyindən onun qəza törətməsindən ehtiyat edib çıxıb getməsini xahiş etmiş, özü isə başqa maşınla xəstəxanaya getmişdir. Xəstəxanada az bir müddət müalicə almış və müalicə xərcləri Məhkum atası tərəfindən qarşılandığını bildirmişdir. Məhkəmələrin Məhkum barəsində təyin etdiyi cəza qanunvericiliyin tələblərinə əsasən, ağırlığına görə məhkumun əməlinə və şəxsiyyətinə uyğun hesab oluna bilməz və ona görə də onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif olunmalı və ya həbslə bağlı olmayan cəz a təyin edilməlidir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Məhkum barəsində olan qərar dəyişdirilərək, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif olunması və ya təyin edilmiş cəzanın həbslə bağlı olmayan cəza ilə əvəz edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi S.D.Sultanov çıxış edərək, Zərərçəkmiş şəxs ilə Məhkum uşaqlıq dostu olduğunu, hadisə zamanı Məhkum zərərçəkmişə 2-3 kortəbii bıçaq zərbəsi vurduğunu və öldürmək niyyəti olmadığını bildirib, əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək, zərərçəkmiş şəxsi öldürmək niyyəti olmadığını, əməlindən peşman olduğunu bildirib, əməlinin Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsin xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materialları ilə sübuta yetirildiyindən kassasiya şikayətinin təmin olunmamasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci m addəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanunil iyini kassasiya şikayətinin və ona əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum və müdafiəçisi S.Sultanov tərəfindən verilmiş kassasiya şikayətində və ona əlavədə məhkumun əməlinin tövsifi mübahisələndirilməklə əməlində Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmadığı, əməlinin CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli olduğunu, məhkəmələr tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın həddindən artıq ağır olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsiz liyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçinin kassasiya müraciətlərinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxla nılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və ona əlavə təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə g östərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi kassasiya şikayətində və ona əlavədə iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümk ünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində və ona əlavədə onun əməlinin CM-nin 29,120.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmədiyi iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqa viməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışsa, cinayət etməyə cəhd hesab edilir. Cinayətə cəhd etməyə yol verən şəxsin şüurunda törədiləcək cinayətin bütün ünsürləri əhatə olunur. Lakin şəxs törədilməsi qət edilən cinayət in başa çatmayacağını əvvəlcədən dərk etmir. Cinayət etməyə cəhdin ən mühüm obyektiv əlaməti qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunur. Məhkəmə kollegiyasi qeyd edir ki, əməlin qəsdən adam öldürməyə cəhd (Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi) kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxs cinayətkar qəsdini, yəni digər şəxsi öldürməyə yönəldilmiş qəsdi həyata keçirərkən insan həyatı və sağlamlığı üçün təhlükə törətdiyini dərk etməli və öz iradəsindən asılı olmayan səbəblərə görə bu niyyətini başa çatdıra bilməməlidir. Belə ki, məhkəmə Məhkum evdən çıxıb işə gedərkən mətbəx bıçağı ilə silahlanmasını, həmin gün axşam Zərərçəkmiş şəxs növbəti dəfə onun ünvanına atmacalar atıb zarafatlar etməyə başlayarkən onu cəzalandırmaq üçün ar tıq əlverişli məqamın yetişdiyini düşünərək gödəkcəsinin cibində gizlətdiyi mətbəx bıçağını çıxarıb monitor arxasında kresloda oturub oyun oynayan və bu səbəbdən faktiki olaraq özünü müdafiə etmək imkanından məhrum olan Zərərçəkmiş şəxs çoxsaylı zərbələr endirərək ona yetirilən anda həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirib qəsdən həyatdan məhrum etmək istəməsi, lakin kənar şəxslərin müdaxiləsi, zərəçəkmiş şəxsin qaçması və vaxtında göstərilmiş ixtisaslı tibbi yardım səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməməsini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirir. Bu baxımdan, ibtidai istintaq orqanı tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Kassasiya şikayətində və ona əla vədə göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin və əlavənin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların, ağırlaşdırıcı əlamətin müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin və ona əlavənin dəlilləri də buna əsas vermir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə həmçinin məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliy yətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (özünü qismən təqsirli bilərək səmimi peşman olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ona qarşı heç bir şikayət və tələbin olmaması), ağırlaşdıran halların olmaması, ha belə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə əlavədə məhkum barəsində cəzanı yüngülləşdirən hallara dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid ol an və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcud luğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normaların da təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya müraciətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və ona əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum tərəfindən verilmiş kassasiya şikayəti, məhkum və müdafiəçisi Sultanov Siyasət Dünyamalı oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti, məhkum və müdafiəçisi Sultanov Siyasət Dünyamalı oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2021-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar