Məhkəmə qərarları › İş №1(102)-621/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-621/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-621/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Əliyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Xamməd Nuriyev) 06 aprel 2022-ci il tarixli, 1(099)-194/2022 nömrəli hökmü ilə, xx.xx.1981-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 228.4-cü maddəsi il 8 (səkkiz) ay m üddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yol ilə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 03 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, istintaqla müəyyən edilməyən vaxta və mənbədən bir ədəd soyuq silah hesab edilən bıçağı və satış məqsədi ilə külli miqdarda 1(bir) ədəd bükümdə təmiz çəkisi -5,876 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərind ə saxlamış, 03 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək Cəlilabad RPŞ-yə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarının arxa hissəsindən bir ədəd bıçaq və əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən “Viceroy” markalı siqaret qutusunda olan şəffaf sellofana bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 5,876 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və İlkin Abdullayev) 20 iyul 2 022-ci il tarixli qərarı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ittiham olunduğu cinayət əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 66.2-ci maddəsinə əsasən isə həmin cəza hökmlə CM-in 228.4-cü maddəsi ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, müdafiəçinin apellyasiya şikayəti qismən təmin edilmiş, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Şahin Yusifov (sədrlik edən və mər uzəçi), Ələsgərov Novruzov və Rəşad Abdulov) 24 yanvar 2023-cü il tarixli, 1(102)-195/2023 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov oğlu (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Kamil Bəşirov) 19 iyul 2023cü il tarixli qərarı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)194/2022 nömrəli hökmü dəyişdirilmiş, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqə dar olan cinayət əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş, ona CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)194/2022 saylı hökmünə əsasən Məhkum CM-in 228.4-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası qərarla təyin edilmiş 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılmaqla, Məhkum qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdi r. Dövlət ittihamçısı4 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli 1(106) 250/2023 saylı qərarını bəraətverici əsaslarla ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı4 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, apellya siya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin "‘Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011ci il tarixli 2 saylı Plenum qərarının 9-cu bəndində əks olunmuş tövsiyələrə istinad etsə də, həmin bənddə “təqsirkar şəxsin narkotik vasitənin satmaq niyyətində olmasını müəyyən etmək üçün başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarını” da nəzərə alınması barədə məhkəmələrə edilmiş tövsiyələrə əməl etməmiş, həmin halı yekun qərarda müzakirə etməmiş və hər hansı bir münasibət bildirməmişdir, Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna və həmin qanunla təsdiq edilmiş İ siyahıya əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı 2 qram müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, Məhkum şəxsi axtarış zamanı özü təqdim etdiyi 1 ədəd bükümdə ümumi təmiz çəkisi 5,876 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Göründüyü kimi, Məhkum şəxsi axtarış zamanı özünün təqdim etdiyi 1 ədəd bükümdə ümumi təmiz çəkisi 5,876 qram heroin şəxsi istehlak miqdarından 39,17 dəfədən, külli miqdarından isə 2,938 dəfədən çox olmuş, lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə cinayət əməlinin tövsifı ilə bağlı nəticəyə gələrkən mühüm əhəmiyyət kəsb edən bu faktiki hallara q iymət verməmiş, onları araşdırmamışdır. Narkotik vasitənin şəxsi istehlak miqdarı həmin narkotik vasitənin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin tələbatını ödəyəcək həcmdə olmasını nəzərdə tutur. Hazırki cinayət işində isə təqsirləndirilən şəxs Məhkum aşkar olunmuş heroinin çəkisi onun gündəlik ehtiyacının yuxarı həddindən təxminən 39,17 dəfədən çox olmuşdur. Beləliklə, Məhkum üzərində aşkar olunmuş narkotik vasitənin heroinin külli miqdarda olması sonuncunun həmin narkotik vasitəni üzərində satış məqsədilə saxlamasına dəlalət edir. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin yekun qərarından göründüyü kimi, məhkəmənin gəldiyi nəticəyə görə Məhkum narkotik vasitəni satmaq üçün hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsinin müəyyən edilməsi, narkotik vasitənin xırda bükümlərə bölünməsi halları müəyyən edilməmiş, bu hallar məhkəməyə onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etməsi qənaətinə gəlmək üçün əsas olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmamaqla reallığı özündə əks etdirmir. Belə ki, məhkəmə narkotik vasitəni satmaq üçün Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsinin müəyyən edilməməsini qərarda qeyd edib, həmin halın Məhkum aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsini istisna edən hal kimi qəbul edərkən, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin sonradan ola biləcəyi, sifarişə uyğun olaraq narkotik vas itə heroinin külli miqdarda əldə edilməsi kimi halları nəzərə almamışdır. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlini CM-in 234.1-ci maddəsinə tövsif edib, Məhkum külli miqdarda narkotik vasitəni satış məqsədilə deyil şəxsi istehlakı üçün əldə etməsi qənaətinə gəlməsini işdə olan narkoloji tibbi yoxlamanın rəyinə əsasən Məhkum ibtidai istintaq zamanı əvvəllər bir neçə dəfə narkotik vasitə olan marixuana istifadə etdiyini bildirməsi və onun göstərdiyi məlumatın həqiqətə uyğun olması məhkəmə-narkoloji ekspertizasının rəyi ilə onda çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunması ilə təsdiq edilməsi və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması ilə əsaslandırmışdır. Lakin məhk əmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması özü-özlüyündə həmin şəxs tərəfindən narkotik vasitə və ya psixotrop maddələrin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasını heç də inkar etmir. Əksinə narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirən şəxslərin mütləq əksəriyyəti bu və ya digər formada narkotik vasitə və psixotrop maddə istifadəçiləri olmaqla narkomaniya xəstəliyinə düçar olan şəxslərdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, Məhkum çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunması və onun üzərində qurudulmuş marixuana ilə yanaşı, külli miqdarda narkotik vasitə olan heroinin də daşıması məhz həmin narkotik vasit əni satış məqsədi ilə əldə edib, üzərində saxlamaqla, daşımasını bir daha sübut edir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum ifadələrinə digər sübutlarla müqayisəli yanaşmamış, özünümüdafiə xarakterli olmasını nəzərə almadan yekun nəticəyə gələrkən onun ifadələrini əsas götürmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, verilmiş ittiham tam əsassız olmuşdur. Çünki ağlabatan deyil və heç bir məntiqə sığmır. Belə ki, iş üzrə təqsirləndirilən şəxsin satış məqsədinin olması heç bir sübutla müəyyən edilməmiş, bu istiqamətdə ümumiyyətlə mötəbər sübutun mövcudluğundan danışmaq mümkün deyil. Halbuki verilmiş ittiham üzrə satış məqsədinin müəyyən edilməsi bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhə miyyət kəsb edir. Hər hansı istehlakçı ilə əvvəlcədən razılığın əldə edilməsi xüsusatı müəyyən edilməmişdir, bundan başqa, satışa dəlalət edən tərəzi və ya hər hansı avadanlıq təqsirləndirilən şəxsə məxsus olan evdən çıxmamış və eləcə də digər sübutlar əldə olunmamışdır və eləcə də bu istiqamətdə şahid ifadəsi yoxdur. Bundan başqa kassator şikayətdə qeyd etmişdir ki, təqsirləndirilən şəxsin ümumiyyətlə narkotik vasitə olan heroini qanunsuz əldə etməsi və saxlaması cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmur. Belə ki, təqsirləndirilən şəxs öz ifadəsində göstərmişdir ki, o heç bir narkotik vasitə əldə etməmiş və saxlamamış, ondan aşkar edilmiş narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən qoyulmuşdur. Cinayət işində təqsirləndirilən şəxsin bu ifadəni təkzib edən mötəbər s übut olmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və cinayət işi yenidən apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi bi rinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili apellyasiya məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olması, kassasiya şikayətinin isə başlıca dəlili Məhkum CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinin qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hə rəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” CM-in 234.4.3cü maddələrinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, həm birinc i instansiya, həm də apellyasiya instansiyası məhkəmələri biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum istintaqla müəyyən edilməyən vaxta və mənbədən bir ədəd soyuq silah hesab edilən bıçağı və külli miqdarda bir ədəd bükümdə 5,876 qram olan narkotik vasitə heroini əldə etmiş və üzərində saxlamışdır. 03 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində o, Cəlilabad RPŞnin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək Cəlilabad RPŞ-yə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarının arxa hissəsindən bıçaq və əynindəki gödəkcənin sağ cibindən “ Viceroy” markalı siqaret qutusunda olan şəffaf sellofana bir bükümdə 5,876 qram olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsini Məhkum etiraf etməsə də, onun bu əməli şahid ifadələri ilə, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri ilə, maddi sübutla, istintaq hərəkətlərinin protokolları ilə və cinayət işinin digər materialları ilə təsdiq olunur. Apellyasiya instansiyası məhkəməsi Məhkum aşkar olunmuş 5,876 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin külli miqdarda olmasını qəbul etsə də, nəticəyə gəlmişdir ki, onun qeyd olunan narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması və daşıması, habelə kiməsə satmaq istəməsi barədə cinayət işinin materiallarında hər hansı sübut olmamışdır. Həmçinin Məhkum üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin satışı ilə bağlı məhkumun hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi müəyyən olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazırlanması üçün avadanlığın olması v ə işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Məhkum aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkumda aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarı da (5,876 qram) həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi barədə birmənalı nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum edilmiş şəxs Məhkum narkotik vasitənin maddənin hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi müəyyən edilməmiş və bunun üçün onda hər hansı avadanlıq da aşkar edilməmişdir. Həmçinin Məhkum barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi b arədə qərar qəbul olunsa da, həmin qərar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onda aşkar edilərək götürülmüş psixotrop maddənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı da Məhkum narkotik vasitələrinin və psixotrop maddənin qanunsuz satışı ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə sübut əldə edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşımasına dair hər hansı bir mötəbər sübut olmadığından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi il ə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllə nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1- ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan apellyasiya instansiyası məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təq ibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 234.1ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişlər. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitə olan heroinin qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin narkotik vasitəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Məhkəmə kollegiyası məhkumun üzərində 5,876 qram narkotik vasitə heroinin aşkar edilməsi mötəbər sübutlarla təsdiq olunmamasına dair kassasiya şikayətinin dəlilini də əsaslı hesab etmir. Belə ki, istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlarla – şahidlər Şahid1, və Şahid2 ifadələri, habelə şəxsi axtarış və götürmə haqqında 03 oktyabr 2021-ci il tarixli protokol və məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 03 oktyabr 2021-ci il tarixdə Məhkum Cəlilabad şəhəri, Quruluş prospektində olan “Səma” kafesinin yanında saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Şöbədə üzərində axtarış aparılmış və üzərində olan “Viceroy” siqarət qutusunda 5,876 qram narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında X3 və X2 şahid qi smində dindirilmişlər. Həmin şahidlər göstərmişlər ki, Məhkum polis əməkdaşları tərəfindən “Səma” kafesində saxlanılmışdır. Apellyasiya məhkəməsi S.H.Heydərovun və H.Q.Əzimovun məhkumla yaxın dost münasibətlərində olmasını və məhkumun tutulması xüsusatları barədə ziddiyyətli (ifadələrdə olan ziddiyyətlər apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilmişdir) və digər sübutlarla təkzib olunan məlumatları vermələrini nəzərə alıb, həmin şahidlərin ifadələri mötəbər sübutlar kimi qəbul etməmiş, bu barədə öz mövqeyini qərarda ətraflı əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun yoxlanılmasını və qiymətləndirilməsini nəzərə alıb, sübutların qiymətləndirilməsi ilə əlaqədar məhkəməni n gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiyası instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 9 ay müddətə azadlıqdan məhrumetmə və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(099)194/2022 saylı hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş 8 ay müddətə azadlıqdan məhrumetmə cəzalarını CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaqla, Məhkum qəti olaraq təyin edilmiş 2 il müddətə azadlıqdan məhrumetmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Həmçin in işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin protest və şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli Məhkum haqqındakı qərarının kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanu ni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2023-cü il tarixli qərarı kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar