Məhkəmə qərarları › İş №1(102)-622/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-622/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-622/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş şəxsin nümayəndəsi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Mirzəyev Vasif Sücahət oğlu, Müdafiəçi – Bakı şəhəri 18 s aylı Vəkil Bürosunun vəkili Tumasov Vüqar Əjdər oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Tumasov Vüqar Əjdər oğlu və Zərərçəkmiş şəxsin nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu ilə birlikdə verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Əfqan Hacıyev) xx xxxxx 1986-cı il tarixdə Qazax rayonunun Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəl lər məhkum olunmamış, Ağstafa rayonunun Poylu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Ünvan1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 mart 2018-ci il tarixdən 12 avqust 2018-ci il tarixə kimi həbsdə saxlanıldığı 04 (dörd) ay 15 (on beş) gün müddət təyin olunmuş cəza müddətinə hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, üzərində qəti olaraq 06 (altı) il 07 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən zərərçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu və Məhkumun müdafiəçiəsi Aslanov Emil Mustafa oğlu tərəfindən verilmiş ape llyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) 27 iyul 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Tumasov Vüqar Əjdər oğlu və Zərərçəkmiş şəxs nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu ilə birlikdə kassasiya şikayətləri verilmişlər. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək, Zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxsə boru və steklovat alqı-satqısını həyata keçirmək üçün birgə iş qurmağı təklif edərək, 64 ton çəkili hər bir dəmir boru vaqonunun satışından 9.000 ABŞ dolları və hər bir steklovat avtomaşınının satışından 14.500 ABŞ dolları gəlir əldə edəcəklərinə yalan vəd verib aldadaraq, heç bir biznes fəaliyyəti ilə məşğul olmadan, sonuncudan vahid niyyətlə əhatə olunan qəsdlə 2014-cü ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsində, həmin dövrün məzənnəsi ilə 376.560 manat təşkil edən 480.0 00 ABŞ dolları, 24 dekabr 2014-cü ildə Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev prospekti 10/33 ünvanda yerləşən "Kral" mebel salonunda həmin dövrün məzənnəsi ilə 428.941,30 manat təşkil edən 546.840 ABŞ dolları, 2015-ci ilin yanvar ayının sonlarından fevral ayının ortalarına kimi olan müddətdə sonuncu ünvanda həmin dövrün məzənnəsi ilə 141.516 manat təşkiledən 180.000 ABŞ dolları, 471.720 manat təşkil edən 600.000 ABŞ dolları, 358.271,40 manat təşkil edən 455.700 ABŞ dolları, cəmi 1.777.008,70 manat təşkil edən 2.262.540 ABŞ dollarını ələ keçirərək, Zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Tumasov Vüqar Əjdər oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Ba kı Apellyasiya Məhkəməsinin 27 iyul 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv olunaraq, Məhkumun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməlidir. Belə ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və iş üzrə qeyd edilən hallar sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə qeyd edilmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən pul alarkən biznes fəaliyyəti ilə məşğul olmaq niyyətin olmamasını, hər hansı gəlir və mənfəət məqsədinin güdməməsini dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, mücərrəd müqavilə və Dövlət Gömrük Komitəsinin 07 noyabr 2018-ci il tarixli məktubu ilə tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs tərəfindən fiziki və psixi təsirə məruz qalması, külli miqdarda pulları biznes fəaliyyəti ilə məşğul olmaq niyyəti ilə əldə etməsi barədə ifadəsində göstərdikləri məhkəmədə öz təsdiqini tapmadığına görə, məhkəmə Məhkumun ifadəsini ittihamı təkzib edən sübut növü kimi qəbul etməmişdir. Beləliklə də, məhkəmə istintaqında təqdim edilmiş sübutlara, şahid ifadələri və zərərçəkmiş şəxsin özünün ifadəsinə əhəmiyyət vermədən təqsirə görə məsuliyyət, qanunçuluq və ədalət prinsiplərini nəzərə almadan hökm çıxarmışdır. Belə ki, biznes fəaliyyəti ilə məşğul olma nəticəsində yaranmış borc münasibətləri cinayət məsuliyyətinə səbəb olmur. Məhkum cinayət işinin açılmasından xəbərsiz Zərərçəkmiş şəxsin hədə və fiziki təsirindən qorxub Türkiyəyə qaçmışdır. Onun Azərbaycanda olmamasından istifadə edilməklə istintaqa yalan məlumatlar verərək heç bir əsası olmayan və sübuta əsaslanmayan cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs üzləşmə zamanı və öz ifadələrindən həqiqətə uyğun olmayan ifadələr vermişdir. Məhkəmədə dindirilmiş şahidlərin ifadələrində də müdafiə etdiyi şəxsin əməlində dələduzluq cinayət tərkibinin olması öz təsdiqini tapmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxsin mötəbər hesab edilmiş ifadələrinə əsaslansaq görərik ki, o, 2015-ci ilin yanvar ayının sonlarında bu işi davam etdirmək üçün yenidən Məhkuma 965.000 ABŞ dolları vermiş, lakin bu mərhələdən sonra aldadıldığını hiss etmişdir. Uğurlu ilkin biznes fəaliyyətindən çox qısa müddət keçdikdən sonra heç bir əsas olmadan öz ortağından şübhələnməsi barədə verdiyi ifadə ağlabatan deyildir. Bu məsələyə məntiqi yanaşılsa, Məhkumun Zərərçəkmiş şəxs və Şahid2ə qaytardığı əsas borc ilə əlavə mənfəətdən verilən pul Zərərçəkmiş şəxsin Məhkumdan tələb etdiyi pula yaxın bir miqdardadır. Əgər müdafiə etdiyi şəxsin həqiqətən də dələduzluq niyyəti olsaydı, o, ilk olaraq verilmiş 965.000 ABŞ dolları məbləğində pulu ələ keçirib yoxa çıxmış olardı. Bundan başqa, iş üzrə sübut hesab edilən cinayət işinə əlavə edilmiş səs yazısı qanunvericiliyin tələblərinin pozulması yolu ilə əldə edildiyindən və səs yazısının diskə hansı yolla köçürülməsi, orada Məhkumun səsinin fiziki və psixi təzyiq və ya güclü ruhihəyəcan vəziyyətində olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə ekspertizasının keçirilməsi barədə verilmiş vəsatətlər istintaq dövründə və məhkəmədə təmin edilməmişdir. Həmin ərəfələrdə Məhkumun psixi təzyiqlər nəticəsində çəkdirilmiş imza nümunələrinin fiziki və p sixi təzyiq və ya güclü ruhi həyəcan vəziyyətində çəkilməsi məhkəmə ekspertizası tərəfindən müəyyən edilə bilər. Səs yazısının da psixi təzyiq və fiziki şiddətlər zamanı yazılması bildirilsə də, məhkəmə buna diqqət yetirməyərək ekspertizanı keçirmədən qərəzli mövqe nümayiş etdirmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarını ləğv etməklə, Məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu ilə birlikdə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş dur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş 19 noyabr 2019cu il tarixli hökm ilə Məhkuma təyin edilmiş cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27.07.2020-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olaraq təmin edilməmişdir. İşin hallarından da görünür ki, Məhkumun əsas məqsədi etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmə, yəni dələduzluq olmuşdur. Belə ki, Məhkum və onun qohumları 2015-ci ildən bu günədək faktiki olaraq zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi ilə bağlı heç bir ödəniş etməmişdir. Həmçinin, Məhkum əməli hal-hazırki CM-nin 178.4-cü maddəsi ilə tövsif edilməli olduğu halda, CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Yəni, onsuz da məhkəmə tərəfindən məhkumun əməli daha yüngül maddəyə tövsif edilmiş və humanistlik prinsipi nəzərə alınaraq məhkuma daha yüngül cəza təyin edilmişdir. Məhkumun zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın məbləği xüsusilə külli miqdar təşkil edən 756.946 AZN olduğundan ona CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında göstərilmiş cəzanın daha ağın təyin edilməlidir. Həmçinin, Məhkumun 2015-ci ildən heç bir vurulmuş ziyanı geri ödəməməsi, qaçaraq Türkiyə Respublikasında gizlənməsi, şahid ifadələri və digər sübutlar bir daha sübut edir ki, onun əməllərinə münasibətdə cəzanı yüngülləşdirən hallar mövcud deyil. Belə ki, Məhkumun zərərçəkmiş şəxsə qarşı dələduzluq edərək aldatması nəticəsində Zərərçəkmiş şəxsə təkcə maddi deyil, mənəvi ziyan da dəymişdir. Belə ki, Məhkumun qanunsuz hərəkətləri, onun və valideynlərinin Zərərçəkmiş şəxs barəsində yazdığı əsassız ərizələr nəticəsində Zərərçəkmiş şəxsin işgüzar nüfuzu zədələnmiş, cinayət işinin istintaqı zamanı o, ciddi şəkildə mənəvi sarsıntı və iztirab keçirmişdir. Bu müddət ərzində keçirdiyi sarsıntı, narahatlıq hislərinə görə dəfələrlə onun səhhətində ciddi problemlər baş qaldırmış, ayaqları tutulmuş və şəkərli diabet xəstəliyinə düçar olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27.07.2020-ci il tarixli qərarını qismən dəyişdirməklə Məhkum CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyinə görə təyin edilmiş 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasını ağırlaşdırmaqla barəsində 9 il müddətə az adlıqdan məhrumetmə cəzası təyin edilməsini xahiş edir. Həmçinin, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi, Məhkum vurduğu maddi və mənəvi zərərin əvəzi kimi ümumilikdə 1.735.418,57 (bir milyon yeddi yüz otuz beş min dörd yüz on səkkiz manat əlli yeddi qəpik) manat məbləğində pulun Məhkumdan alınıb Zərərçəkmiş şəxsə verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi V.Ə.Tumasov çıxış edərək, kassasiya şikayətində qeyd olunan halları bir daha vurğulayıb şikayətin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi V.S.Mirzəyev müdafiəçi V.Ə.Tumasovun qeyd etdiyi arqumentlərin əsassız olduğunu, Məhkumun Zərərçəkmiş şəxsdən hissə-hissə ümumilikdə 2.400.000 manat məb ləğində pul aldığını bildirib, kassasiya şikayətinin təmin olunmasını, mülki iddianın tam təmin olunmasını, Məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılmasını və Məhkumun müdafiəçisi V.Ə.Tumasov tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, eyni zamanda məhkum edilmiş şəxsə cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun və ədalətli cəza təyin edildiyini bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müə yyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun qeyd olunan cinayət əməlini törətməsinin təsdiq olunmadığı, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, odur ki, Məhkumun baarəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməli olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəy işdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi ilə birlikdə verilmiş kassasiya şikayətində məhkumun əməlinin məhkəmələr tərəfindən düzgün tövsif olunmadığı, həmçinin məhkuma təyin edilmiş cəzanın yüngül olduğu və törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələr ə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasın da Məhkumun özünü cinayəti törətməkdə təqsirli bilməməsinə baxmayaraq, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, baxış, götürmə, müayinə, üzləşdirmə və başqa istintaq hərəkətlərinin protokolları ilə, cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq olunmuş digər çoxsaylı mötəbər sübutlarla tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlill ərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə top lanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun əsassız olaraq məhkum olunduğu, onun əməlində cinayət tərkibinin əlamətlərinin olmadığı, məhkumla zərərçəkmiş şəxs arasındakı məsələnin mülki mübahisə hesab olunduğu və odur ki, Məhkum barəsində cinayət təqibinə bəraətverici əsalarla xitam verilməli odlduğu iddia edilmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli qərarında qeyd olunur ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks edilə bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq əməlin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmə niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatın verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların ə ldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluq törədilməsi vaxtı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Həmin qərarın 3-cü bəndinə əsasən isə, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə edilməsi başa düşülür. Etibardan sui-istifadə etmə, habelə təqsirkar şəxsin qulluq səlah iyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkar şəxsin əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı bir öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və ya xidməti göstərmədiyi və görmək və yaxud xidmət göstərmək niyyətində olmadığı hallarda da baş verir. İş materiallarını, birinci inst ansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını tədqiq edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin Məhkumun əməlində cinayət tərkibinin əlamətlərinin olmaması, məhkumla zərərçəkmiş şəxsin arasında biznes fəaliyyəti ilə məşğul olma nəticəsində yaranmış borc münasibətlərin olması barədə kassasiya şikayətinin dəlilləri tamamilə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirərək, külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsi birinci instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4un ifadələri, birinci instansiya məhkəməsində tədqiq edilmiş Zərərçəkmiş şəxsin istintaq orqanına təqd im etdiyi bir ədəd CD diskə köçürülmüş səs yazısına baxış keçirilməsi barədə protokol, birinci instansiya məhkəməsində tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000170-/170-22/018031 saylı 07 noyabr 2018-ci il tarixli məktubu və məhkəmə iclasında tədqiq edilmiş digər mötəbər, mümkün və bir-birini tamamlayan sübutların məcmusu ilə təsdiq olunmuşdur. Odur ki, Məhkumun əməlində cinayət tərkibinin əlamətlərinin olmaması barədə göstərilənlər özünümüdafiə xarakterli olmaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirilməlidir. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur və bunun əsas dəlillərindən biri kimi iş materiallarında olan səs yazısına istinad olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələl ər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən, müəyyən olunur ki, müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməy ə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya ş ikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkumun hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Zərərçəkmiş şəxsin nümayəndəsi ilə birlikdə verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu, törədilmiş əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Ümumən cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək b ütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində azyaşlı uşaqlarının olması, əvvəllər məhkum olunmaması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsi), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi ilə birlikdə verilmiş kassasiya şikayətində həmçinin mülki iddianın t am təmin olunması iddia edilir. İş materiallarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı araşdıraraq hesab etmişdir ki, verilmiş mülki iddiada göstərilən pul məbləği Məhkuma qarşı irəli sürülmüş ittihamda olan məbləğlə üst-üstə düşdüyünə görə həmin hissədə təmin edilməli, lakin manatın devalvasiyası nəticəsində ziyana məruz qalması və bu hissədə mülki iddia əsaslandırılmadığından, həmin hissədə mülki iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya və apellyasiya məhkəmələrinin mülki iddia ilə bağlı mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmələr Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı qismən təmin etməklə, Məhkumdan cəmi 756.946 manat tutularaq zərərçəkmiş şəxsə ödənilməli və mülki iddia qalan hissədə əsassız olduğundan rədd edilməli olması ilə bağlı tamamilə düzgün hüquqi nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkumun müdafiəçisi Tumasov Vüqar Əjdər oğlu tərəfindən verilmiş və Zərərçəkmiş şəxs nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu ilə birlikdə verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Tumasov Vüqar Əjdər oğlu tərəfindən və Zərərçəkmiş şəxsin nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu ilə birlikdə verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəs ində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Tumasov Vüqar Əjdər oğlunun və Zərərçəkmiş şəxs nümayəndəsi Mirzəyev Vasif Sücahət oğlu ilə birlikdə verilmiş kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar