Məhkəmə qərarları › İş №1(102)-623/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-623/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-623/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlununiştirakı ilə, Məhkum Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Azər baycan Respublikası Cinayət Məcələsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə (hakim Qəhrəmanov Əkrəm Sabir oğlu) Məhkum, xx xxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki uşağı olan, İİİ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və ünvan 2-də yaşayan, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bili nərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb dilmişdir ona görə ki, o, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və satmışdlır. Belə ki, Məhkum elan olunmuş ittihama əsasən, o, xx xxxxxx 2020-ci ildə saat 14 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədilə siqaretin gümüşü rəngli kağızına bükülmüş 09 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı 80 manat müqabilində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə alaraq əldə edib üzərində saxlayaraq tanışı X1 yaşadığı Bü nvan 1-in yanına daşımış və xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində, həmin evin qarşısında tanışı X6 40 manat müqabilində 05 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,216 qram, 0,189 qram, 0,161 qram, 0,182 qram və 0,214 qram, ümumi təmiz çəkisi 0,962 qram olan və tərkiblərinə görə eyni çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satmış, bundan sonra qalan bükümlərdən birinin içində olan narkotik vasitə qurudulmuş marixuananı istifadə etmiş digər 03 ədəd bükümdə ayrı-ayrılıqda xalis çəkiləri 1,985 qram, 1,763 qram və 1,611 qram, ümumi təmiz çəkisi 5,359 qram olan və tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuananı həmin tarixdə saat 19 radələrində tanışı X23un kirayə yaşadığı evdə sonuncuya təmənnasız verib s atış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmişdir. Birinci instansiya məhkəməsi Məhkum yuxarıda təsvir edilən hərəkətlərində narkotik vasitələri əldə etmə, saxlama və daşımaqla yanaşı həmçinin həmin vasitələri satmaq məqsədində olmamasını və satmamasını müəyyən etdiyindən onun əməlini CM-nin 234.2ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif etmiş və o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Hökmdən dövlət ittihamçısı Hüseynli Fərahim İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Pirallahı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü isə apellyasiya protestinə münasibətdə və Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: İşin faktiki hallarını mübahisələndirən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra normalarına, habelə birinci və apellyasiya instansyası məhkəmələrinin iş üzrə gəldikləri nət əcələri şərh edərək həmin nəticələri əsassız və qeyri-obyektiv hesab edən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma və məhkəmə iclaslarında müəyyən edilmişdir ki, Məhkum hazırki iş üzrə məhkum olunmuş X22a narkotik vasitəni hansı qiymətə aldığını bildirməmiş və qiyməti məhz özü müəyyən etmişdir. Kassatorun fikrincə, belə olan halda, yəni Məhkum narkotik vasitəni kimdən və neçəyə almasını X22dan gizlətməsi onun həmin "vasitəçiliyi” gəlir əldə etmək niyyəti ilə etməsinə dəlalət edir. Bundan başqa, məhkəmələr Məhkum narkotik vasitəni Pirallahı qəsəbəsində satdığı şəxslərin dairəsinin müəyyən edilib istintaqa məlumat verilməsi ilə bağlı xx xxxx 2020-ci ildə verilmiş əməliyyat tapşırığı nəticəsində narkotik vasitələri Pirallahı qəsəbəsind ə digər şəxslərə satmasının müəyyən olunmamasını da onun əməlini CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif etməsinin əsaslarından biri kimi göstərmişlər, halbuki, Məhkum ona elan olunmuş ittihamda bu hal göstərilməmiş və məhkumun yalnız X22a narkotik vasitəni satmasına görə ittiham elan olunduğundan onun digər şəxslərə hər hansı narkotik vasitə satmasının müəyyən edilməməsi hazırki cinayət işi üzrə nəticəyə gəlmək üçün əsas kimi qəbul edilə bilməz. Bundan başqa, kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, Məhkum ifadələrinə görə, o, 9 bükümdə olan qurudulmuş marixuananı cəmi 80 manata almış, həmin puldan 40 manatını ona X22, 10 manatını Anar vermiş, qalan 30 manatı isə özü qoymuşdur. X22 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə marixuana alması üçün tanı şı Məhkuma 40 manat məbləğində pul vermiş, həmin gün saat 16 radələrində Zirə qəsəbəsində Məhkumla görüşərək ondan 05 bükümdə marixuana götürmüş, Məhkum verdiyi marixuananı 50 manata aldığını bildirdiyindən axşam Pirallahı qəsəbəsində görüşərək borclu qaldığı 10 manatı da verəcəyini demiş və onlar bu barədə razılıq əldə etmişlər. Dövlət ittihamçısının qənaətinə görə, Məhkum 80 manat məbləğində pul verərək aldığı 9 bükümdə narkotik vasitə marixuananın bir bükümünü 10 manat məbləğində qiymətləndirərək X22dan 5 bükümə görə 50 manat tələb etməsi, onun maddi gəlir əldə etmək niyyətində olmasını təsdiq edən haldır. Göründüyü kimi, məhkəmələr qeyd edilən qanuni və əsaslı, iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən və mövcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsin barəsində ona ibtidai istintaq zamanı elan olunmuş ittihamda göstərilən maddə üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduqları halda iş üzrə səhv nəticəyə gəlmişlər. Buna görə dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini və həmin protestdə irəli sürülmüş tələbə uyğun qərarın qəbul edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bununla bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bu məsələyə dair dövlət ittihamçısının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kas sasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestində məhkəmələr tərəfindən araşdırılmış sübutların CPMnin 143-146-cı madələrinin tələblərinə müvafiq olaraq düzgün qiymətləndirilməməsini və bunun nəticəsində Məhkum cinayət əməlinin hüquqi tövsifində səhvə yol veridiyini iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövs ifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda məhkəmə kollegiyası dövlət itihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum və qeyrilərinin barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegyiası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən ed ən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiy ası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya protestinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə t əsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilə nlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, istər şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olubolmamasına, istərsə onun barəsində cəza tədbirinin seçilməsinə dair sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün mü əyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassas iya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası vurğulayır ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsi rli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların mara qları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsa slı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qər əzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcad an müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir- biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutları n qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) b arədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutlmuş CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəmə si Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərə kətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlar a əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yaln ız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı, bundan sonra isə əməlin hüquqi tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-nin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında ifadə etdiyi mövqedədən də irəli gəlir. Belə ki, həmin qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Bununla bağlı Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hökmün təsviri-əsaslandırıcı hissəsində təsvir edilmiş cinayət əməlini törətməsinə dair sübutlar kassasiya protestində iddia olunanların əksinə olaraq birinci i nstansiya məhkəməsində CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə hərtərəfli tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş həmin sübutların məcmusu ilə müəyyən olunmuşdur. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlillərə cavab verilməsi üçün bu nəticənin əsasında duran sübutların bir qisminə müraciət etməyi zəruri sayır. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə Pirallahı qəsəbəsində X22lə görüş zamanı öz istifadəsi üçün narkotik vasitə almaq üçün Türkan qəsəbəsinə gedəcəyini bildirdikdə X22 onun da, narkotik vasitə almaq istədiyini deyib ona 40 manat məbləğində pul vermişdir. Həmin gün o, Türkan qəsəbəsində tanımadığı şəxsdən X22in verdiyi 40 manat və özünün də əla və etdiyi həmin məbləğdə, cəmisi isə 80 manata 9 büküm qurudulmuş marixuana almışdır. Bundan sonra, o, X23ın yaşadığı Zirə qəsəbəsindəki evinin qarşısında X22la görüşüb ona 9 bükümdə narkotik vasitə aldığını bildirmiş, həmin bükümlərdən beş ədədini X22ə vermiş, 4 bükümü isə özünə saxlamış, özündə qalan 4 bükümdən bir bükümdəki marixuananı istifadə ektmiş, bundan sonra isə 23 yaşadığı evə gedərək sonuncuya 3 bükümdə marixuana gətirdiyini deyib həmin bükümləri masanın üzərinə qoymuş və həmin bükümlərdə olan narkotik vasitə saat 19 radələrində evə gələn polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkum həmçinin qeyd etmişdir ki, istifadəsi üçün narkotik vasitə almağa gedərkən, X22in xahişi ilə ona narkotik vasitə alaraq bunun nəticəsində heç bir gəlir əldə etmək məqsədi izləmə miş və belə gəlir də əldə etməmişdir. İbtidai araşdırma zamanı bir qədər fərqli ifadələr verən Məhkum həmin ifadələrində bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə o, özü üçün narkotik vasitə alacağını X22 dedikdə, X22 ona da marixuana ala bilməsini soruşmuş və o, X22in təklifinə razılaşdıqdan sonra sonuncu bunun üçün ona 40 manat məbləğində pul vermişdir. Həmin vaxt X23 da ona 10 manat məbləğində pul vermiş və özünün də 30 manat məbləğində pulu daxil olmaqla onda olan pulun ümumi məbləği 80 manat təşkil etmişdir. Bundan sonra o, narkotik vasitə almaq üçün günorta saatlarında Türkan qəsəbəsinə getmiş və orada tanımadığı şəxsdən 80 manat verərək 09 bükümdə qurudulmuş marixuana almış, hər bükümün qiyməti 10 manat olduğundan onun satıcıya 10 manat borcu qalmışdır. Aldığı bükümlərdən 5 bü kümünü o, X22a vermiş və ona hər bükümün qiymətinin 10 manata olmasını deyərək satıcıya 10 manat borcunun qalmasını bildirmiş, X22 isə həmin pulu axşam verəcəyini vəd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 göstərmişdir ki, xx xxxxxx 2020-ci ildə səhər vaxtı Pirallahı qəsəbəsində Məhkumla görüşmüş və sonuncu Türkan qəsəbəsinə gedəcəyini, orada özü üçün narkotik vasitə alacağını bildirdikdə o, Məhkuma 40 manat məbləğində pul verərək onun üçün də marixuana almasını xahiş etmişdir. Bundan sonra onlar həmin gün X23 yaşadığı evin yaxınılğında yenidən görüşmüş və Məhkum onun verdiyi 40 manatdan əlavə özü də, 40 manat qoyaraq 9 büküm marixuana aldığını deyib həmin marixuananın 5 bükümünü ona vermişdir. X22 ibtidai araşdırma zamanı verdiyi ifadələrdən görünür ki, həmin ifadələr onun məhkəmə iclasında verdiyi ifadələrlə faktiki olaraq üst-üstə düşür, lakin cinayət təqibinin bu mərhələsində X22 əlavə olaraq göstərmişdir ki, Məhkum ona cəmisi 9 bükümdə narkotik vasitə aldığını, buna görə satıcıya 80 manat məbləğində pul verdiyini, hər bükümün dəyərinin 10 manat olmasına görə satıcıya 10 manat borcu qaldığını bildirdikdə o, yəni X22 bu pulu axşam görüşərkən verəcəyini vəd etmişdir. Şərh edilən ifadələrin iş üzrə toplanımş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış digər sübutlarla müqayisəli təhlili göstərir ki, Məhkum xx xxxxxx 2020-ci il tarixdə X23a birlikdə narkotik vasitə - qurudulmuş marixuana istifadə etmələri üçün həmin narkotik vasitə əldə etmək niyyətində olmasına, bu haqda X22un xəbər alaraq onun üçün də narkotik vasi tə almaq barədə Məhkum müraciət etməsinə, bunun üçün sonuncuya 40 manat məbləğində pu verməsinə və bunun müqabilində Məhkum aldığı 9 bükümdə marixuananın 5 bükümünün X22a verməsinə, onların hər ikisinin narkotik vasitədələrin istifadəçiləri kimi narkomaniya xəstəliyindən əzab çəkmələrinə dair işin faktiki halları həmin sübutların məcmusu ilə təsdiq edilir və bu halları təkzib edən, yaxud həmin halların başqa cür təsvir edilməsinə əsas ola bilən sübutlar istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə edilməmişdir. Məhkum qarşı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihama görə də, o, özündə olan nakrotik vasitələri deyil, naməlum mənbədən əldə etdiyi narkotik vasitələrin bir hissəsini X22un xahişi ilə və verdiyi 40 manat məbləğində pul müqabilində alıb on a vermişdir. Bundan əvvəl Məhkum özünün X22a narkotik vasitələr sata biləcəyi barədə təkliflə çıxış etməsi və buna dair razılıq aldıqdan sonra ondan pul alması, əvəzində isə ona həmin narkotik vasitəni verməsi (satması) ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilməmiş və belə hal Məhkum elan olunmuş ittihamda da əksini tapmamışdır. Eyni zamanda, Məhkum X22a verdiyi beş bükümdə narkotik vasitə olan marixuananı onun verdiyi puldan az miqdarda pul verərək alması, buna görə qazanc, yaxud da hər hansı başqa mənfəət əldə etməsi iş materialları ilə müəyyən edilmir və belə hallarla bağlı da Məhkum qarşı ittiham irəli sürülməmişdir. Bundan başqa, həm ilkin, həm də ibtidai araşdırmalar zamanı Məhkum narkotik vasitə satan şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilməmiş və belə şəxslə Məhkum arasında narkotik vasitlərin satışına dair hər hansı sövdələşmənin olmasına dair də sübut əldə olunmamışdır. Məhz şərh olunan hallara və qanunvericiliyin tələblərinə görə, birinci instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin də razılaşdığı belə nəticəyə gəlmişdir ki, Məhkum X22un verdiyi pul müqabilində və onun xahişi ilə özü ilə yanaşı X22un da istifadə etməsi üçün narkotik vasitəni qanunsuz əldə edib sonuncuya verərkən həmin narkotik vasitəni satmaq məqsədi izləməmiş, satmamış və o, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunmasına və yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsinə çalışmayaraq öz hərəkətləri ilə sadəcə olaraq narkotik vasitənin alınmasında vasitəçi kimi çıxış etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırki işə baxan məhkəmələr düzgün olaraq bütün şübhələri Məhkum xeyrinə şərh edərək, digər tərəfdən isə yalnız araşdırılmış sübutlara əsaslanıb onları qanuna uyğun qaydada qiymətləndirərək belə qənaətə gəlmişlər ki, adı çəkilən məhkumun həm özünün, həm də X22un istifadəsi üçün qanunsuz olaraq narkotik vasitə - qurudulmuş marixuana əldə etməsi, bu əməli satış məqsədilə törətməsi və həmin narkotik vasitəni satması sübuta yetirilmədiyinə, digər tərəfdən isə onun bu vasitələri əldə etməkdə vasitəçi qismində iştirak etməsinə görə onun göstərilən əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, araşdırılmış sübutların fövqündə məhkəmələrin gəldikləri bu qənaət hə m də "Narkotik vasitələrin, psixotrop maddələrinin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun tələblərinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının izahlarına və tövsiyələrinə uyğundur. Belə ki, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz satılması dedikdə, miqdarından asılı olmadan qanunvericiliklə mü əyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və ya psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək və ya digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Adı çəkilən Plenum Qərarının 8 və 9-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına yuxarıda gösətrilən xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Həmin Qanunda nəzərdə tutulmuş “şəxsi maraq” dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsə dinin olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Hazırki işin materialları üzrə araşdırılmış sübutlardan Məhkum vasitəçilik edərək özünün və X22un istifadəsi üçün narkotik vasitə alması zamanı hər hansı şəxsi mənfəət əldə etmək niyyətində olması, yəni şəxsi maraq izləməsi müəyyən edilmir. Bu isə bir daha ona dəlalət edir k i, Məhkum cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və kassasiya protestində bunun əksinə irəli sürülmüş dəlillər yalnız ehtimal xarakteri daşıyır və iş üzrə araşdırılmış sübutlarla uzlaşmır. Belə olan halda, məhkəmə kollegiyası həmin protestin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya, o cümlədən sübutların araşdırılması və qiymətləndirilməsi və məhkum Məhkumun cinayət əməlinin hüquqi tövsifi ilə bağlə hər hansı pozuntuya yol verilmədiyindən həmin məhkəmənin iş üzrə qəbul etdiyi qərar ləğv edilə bilməz. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edib həmin protesti n təmin edilməsi haqqında dövlət ittihamçısı C.R.İsgəndərovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının xx xxxxxxx 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar