Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-623/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçiləri, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Cəfərov Fərman Dəmir oğlunun və “Leqal Servis” Vəkil Bürosunun vəkili Ələsgərov Nadir Çərkəz oğlunun iştirakları ilə x xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasını n vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 1(103)-1814/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Cəfərov Fərman Dəmir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçi, “Leqal Servis” Vəkil Bürosunun vəkili Ələsgərov Nadir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(101)-624/2024 nömrəli hökmü ilə (hakimlər: S.A.Məmmədzadə (sədrlik edən), Ə.İ.Məmmədov və A.Ə.Məcidov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 1 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri tərəfindən apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 1(103)-1814/2024 nömrəli qərarı ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.Ə.Mehdiyev və E.Z.Əliyev) apellyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(101)-624/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 30,090 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 01 fevral 2023-cü il tarixdə, saat 22:30 radələrində Sabunçu rayon Polis İdarəsinin 13-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən «ünvan 2» şadlıq sarayının qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticə sində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 30,090 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin və əlavənin dəlilləri: Məhkumun müdafiəçisi Cəfərov Fərman Dəmir oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunması xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, aşağı instansiya məhkəmələri tərəf indən sübutlar düzgün qiymətləndirilməmiş, saxta və süni şəkildə quraşdırılmış sübutlar əsasında nəticəyə gəlinmişdir. O cümlədən: -Şəxsi axtarış və götürməni əks etdirən videogörüntünün Şahid5 adlı polis işçisi tərəfindən aparıldığı apelyasiya baxışı zamanı müəyyən edilmişdir. Halbuki, Şahid5 ibtidai istintaq zamanı axtarışda iştirak etdiyini və çəkilişi apardığını qəti şəkildə inkar etmiş, lakin apelyasiya baxışı zamanı etiraf etmişdir. -Videogörüntüdən görünür ki, axtarışda iştirak edən hal şahidlərinə hüquq və vəzifələri izah edilməyib və hal şahidləri kimi iştirak edən Şahid3 əvvəllər 23, Şahid4 isə 13 cinayət işi üzrə hal şahidi kimi polis orqanlarının tədbirlərində iştirak etməklə polislə əməkdaşlıq edən şəxslərdir. -Videogörüntüdən də göründüyü kimi Məhkum müdafiəçi ilə təmin olunm amış, tutulandan bir gün sonra müdafiəçi ona təqdim olunmuşdur. - Məhkum sənədləşmədə qeyd edildiyi kimi 1 fevral 2023-cü il tarixdə saat 22:30-da “ünvan 2” şadlıq sarayının yaxınlığında yolda piyada olarkən deyil, ailələrinə məxsus obyektin qarşısında avtomobilində olarkən saat 18:45-də tutulmuşdur. Müdafiəçi hesab edir ki, cinayət işində yol verilmiş qanunsuzluqlar Məhkum bəraət verilməsi üçün kifayət qədər əsas verir. Məhkumun müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, ittiham tərəfinin istinad etdiyi sübutların heç biri cinayət prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Onlar polisin, Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşlarının müdaxiləsi ilə toplanılmış, daha doğrusu, qərəzli olaraq saxtalaşdırılmış sübutlard ır. Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin bölmənin rəisinə ünvanlanmış 1 fevral 2023-cü il tarixli raportdan görünür ki, ona Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan Məhkum narkotik vasitələrin (psixotrop maddələrin deyil) qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatda Məhkum narkotik vasitələri (psixotrop maddələri deyil) satış niyyəti ilə əldə etməsi və ya satması, daşıması və saxlaması göstərilməmişdir. İkincisi, məlumatda İsmixan Vəlixanovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilsə də, onda psixotrop maddə "aşkar edilmişdir". Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş "əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında" 1 fevral 2023- cü il tarixli qərarda Məhkum idarə etdiyi nəqliyyat vasitəsinə, yaşadığı mənzilə baxış keçirilməsinin nəzərdə tutulmasına, sonuncunun özünün idarə etdiyi avtomobilinin içərisində saxlanılmasına baxmayaraq, həmin nəqliyyat vasitəsinə baxış keçirilməmiş, Məhkum mənzilində isə yalnız 3 gün sonra formal olaraq axtarış aparılmışdır. Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası CPM-nin 90.7.6-cı maddəsinin tələbləri pozularaq Məhkum tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat verilməmişdir. Şübhəli şəxsin tutulması haqqında 1 fevral 2023-cü il tarixli protokolda onun tutulmasından dərhal sonra bu barədə telefon vasitəsi ilə ailə üzvlərinə xəbər vermək hüququnun təmin olunmasının göstərilməsinə baxmayaraq, bu hüququ təmin edilməmişdir. Bundan başqa, şəxsi axtarış və götürmə aparılması haqqında protokolla bu istintaq hərəkətini əks etdirən videogörüntülər arasında əhəmiyyətli ziddiyyətlər vardır. Belə ki, videogörüntünün cəmi 7 dəqiqə 12 saniyə davam etməsinə və bu zaman təhqiqatçının istintaq hərəkətinin aparıldığı yer, ayın tarixi, saat və dəqiqə barədə hər hansı məlumat verməməsinə baxmayaraq, protokolda bu istintaq hərəkətinin 13-cü PB-nin inzibati binasında 1 fevral 2024-cü ildə saat 23.45 dəqiqədən 23.57 dəqiqəyədək davam etməklə 12 dəqiqə aparıldığı göstərilmişdir. Şikayət müəllifi qeyd edir ki, videogörüntüdə iştirakçıların, o cümlədən təhqiqatçının özünün yalnız ad və soyadlarının bildirilməsinə ba xmayaraq, protokolda təhqiqatçı və əməliyyat müvəkkillərinin ad, ata adı və soyadları tam, axtarışa məruz qalan Məhkum və hal şahidlərinin isə bütün anket məlumatları göstərilmişdir. Ali təhsilli olmasına baxmayaraq, Məhkum protokolda orta təhsilli olmasının göstərilməsi onun protokolu oxumadan imzalamasını təsbit edir. Videogörüntüdə heç bir məlumat olmadığı halda protokolda şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bütün iştirakçıların bu prosessual hərəkətin aparılması zamanı "Samsung" markalı videokameradan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar edilməsi və iştirakçılar tərəfindən bununla bağlı şikayət və etirazın daxil olmaması barədə məlumatlar vardır. Videogörüntüdən fərqli olaraq protokolda Məhkum şəxsi axtarış və götürmə aparılması barədə qərarla ta nış edildiyi, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri (psixotrop maddələri deyil), qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri könüllü təhvil verməsinin təklif edildiyi göstərilmişdir. Videogörüntüdə təhqiqatçınm Məhkum onun CM-nin 234.1-ci maddəsi ilə narkotik vasitələrin (psixotrop maddələrin deyil) qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində tutulduğu və üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçiriləcəyi, bu zaman vəkilin orda olub-olmamasını istədiyi soruşulmuş, Məhkum "ehtiyac yoxdur" cavabını verdiyi əks olunmuşdur (protokolda bu barədə heç bir məlumat yoxdur). Bundan sonra təhqiqatçınm "üzərinizdə qanunla qadağan olunmuş hər hansı əşya, predmet maddə varsa, təqdim edin" təklifindən sonra Məhkum əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm və bir ədəd mobil telefon aparatı çıxararaq stolun üstünə qoyur. Videogörüntüyə əsasən təhqiqatçı X9 təqdim etdiyi sellofan bükümü ona göstərərək "bu nədir, bunu haradan əldə etmisiniz?" sualını verir. Məhkum "yanvar ayının 31-i "ünvan 2" sarayının qabağı ilə hərəkət edərkən ağacın dibində belə bir maddə gördüm, həm də maraq kəsb elədi, maraq oyatdı və o məhlulu götürdüm qoydum cibimə ki, səhər maraqlanım ki, bu nədi belə, yadımdan çıxdı, qaldı cibimdə, növbəti günü, yəni ayın 1-i polis əməkdaşları tərəfindən (təhqiqatçı "aydındır" deməklə diqqəti yayındırmağa çalışır) deməli axtarış zamanı üstümdən çıxıb, istifadə edən deyiləm və satışı ilə məşğul deyilə m" cavabını verir. Məhkum bu cavabı ilə şəxsi axtarış və götürmə haqqında protokolun sübut kimi qəbul edilə bilinməməsi tam təsdiqini tapmışdır. Belə ki, həmin cavabla artıq videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən Məhkum üzərində axtarışın aparıldığı, sellofan bükümün aşkar edildiyi, videoçəkilişin isə bundan sonra təhqiqatçının otağında formal olaraq keçirildiyi müəyyən edilmişdir. Bundan başqa, videogörüntüdən görünür ki, təhqiqatçı tərəfindən maddi sübutun qablaşdırılması da kobud pozuntularla həyata keçirilmişdir. O, içərisində psixotrop maddə olması ehtimal olunan sellofan bükümü zərfin içərisinə qoyaraq ağzını bağlayıb möhürləmək əvəzinə ancaq kənarlardan üzərində möhür əksi olan dördkünc kağıza sonradan asanlıqla aralana bilən sadə kağız yapışqanı sürtüb zərfin ağzına qoy muş, hətta bu vəziyyətdə zərfin ağzını ortadan yapışdırmamış, iştirakçılara zərfin bağlanan hissəsində deyil, üz tərəfində imzalatdırmışdır. Bu, kobud pozuntu olmaqla yanaşı, aşkar olunmuş narkotik vasitənin mənbəyini şübhə altına alır, zərfə müdaxilə ediləcəyinə əsaslı şübhələr yaradır. Odur ki, aşkar olunmuş kütlə maddi sübut, şəxsi axtarış protokolu isə sübut kimi qəbul edilə bilməz. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə Məhkum, müdafiəçilər F.Cəfərovun və N.Ələsgərovun, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində və əlavədə məhkumun barəsində olan cinayət işi üzrə sübutların düzgün tədqiq olunmadığı qeyd olunur və Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psi xotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə görə “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərin ə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıd ır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliy inə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə və əlavədə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqla rının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, şahidlər Şahid2, X6, Şahid1, Şahid7, Şahid6, Şahid3 və Şahid4 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş Sabunçu RPİ-nin 13-cü PB -nin rəisinə ünvanlanmış 1 fevral 2023-cü il tarixli raport, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 1 fevral 2023-cü il tarixli protokol, «CD diskə baxış keçirilməsi haqqında» 3 fevral 2023-cü il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 2 fevral 2023-cü il tarixli 6/643 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 17 aprel 2023-cü il tarixli 2269 nömrəli ekspert rəyi, habelə toplanmış digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, ps ixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur.” «Narkotik vasitələrin, psixotrop maddəl ərin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir». Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.1-1-ci maddəsi nin tərkibinin olduğunu təsdiq edir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası kassasiya şikayətində və əlavədə əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və “Narkotik vasitələrin, psixotrop madd ələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarında göstərilmiş tövsiyələrə tam uyğundur. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinin və əlavənin tələbləri təmin edilə bilməz. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum bar əsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasi ya şikayətində və əlavədə onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və əlavə təmin edilməməli, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum müdafiəçisi Cəfərov Fərman Dəmir oğlu tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Ələsgərov Nadir Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərarı məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikay
Məhkəmə qərarları › İş №1(102)-623/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-623/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver