Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-624/2019 14.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və müdafiəçi X7 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respubli kası CM-nin 120.2.4, 120.2.11, 177.2.3 və 181.3.3-cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Salmanov Rahib Vaqif oğlu (sədrlik edən və məruzəçi) Bayramov Mayıl Abbas oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) 12 may 2017-ci il tarixli hökmü ilə xx.xx.1994-cü il tarixdə Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası CM-nin 177.2.3, 120.2.4, 12 0.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 13 (on üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə birləşdirilmiş və ona qəti olaraq 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmlə Məhkum təyin edilmiş qəti cəzanın ilk 06 (altı) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyə n edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Nəbiyev Hüseyn Əmir oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Zeynallı Fərmayıl Gülmalı oğlundan ibarət tərkibdə) 27 oktyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 oktyabr 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini, xüsusi amansızlıqla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayət əməlini, həmçinin özgənin əmlakını ələ keçirmə məqsədi ilə, silah qismində istifadə edilən əşya tətbiq edərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla təkrarən quldurluq cinayət əməlini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum özgənin əmlakını talama məqsədilə 24 may 2016-cı il tarixdə, saat 23 radələrində bibisi oğlu X5 ilə X1 birlikdə kirayədə qaldıqları X12 məxsus ünvan 1 yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz olaraq daxil olmaqla x2ə məxsus 510 (beş yüz on) AZN dəyərində «Asus X-552C1» modelli, vebkameralı noutbuk tipli kompüteri və məzənnəyə görə 104,5 (bir yüz dörd onda beş) manat təşkil edən 70 (yetmiş) ABŞ dollar pulunu gizli olaraq talayıb ona cəmi 614,5 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum 22 iyul 2016-cı ildə, saat 12 radələrində mütəmadi olaraq qonaq getdiyi ögey anasının bacısı X6 yaşadığı ünvan 1 ünvana gələrək sonuncunun ailə üzvlərinə məxsus olmaqla özgənin əmlakını ələ keçirmək niyyəti ilə X2nı qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə evdə olarkən sonuncunun nahar yeməyi hazırlamasında istifadə etdiyi ümumi uzunluğu 182 (bir yüz səksən iki) mm, tiyəsinin uzunluğu isə 78 (yetmiş səkkiz) mm olan zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını qəflətən götürüb silah qismində istifadə edilən əşya kimi tətbiq etməklə yetirilmə anında sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib bu zaman ağır zərər vurmaqla əlaqədar təkrarən quldurluq edib 7-8 (yedd i-səkkiz) dəqiqə ərzində müstəsna qəddarlıq və rəhmsizlik nümayiş etdirərək əzab verdiyini dərk etməklə, yəni xüsusi amansızlıqla yetirilmə anında həyat üçün təhlükəli olan X2nın bədəninin müxtəlif nahiyələrindən zərbələr vuraraq ona yuxu arteriyası və traxeyanın kəsilməsi ilə müşayiət olunan boyunun 03 ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin orta körpücük xətt üzrə 3-4-cü qabırğa proyeksiyasında və döş qəfəsinin arxa səthinin 10-11-ci fəqərə proyeksiyasında daxilə nüfuz edən 2 (iki) ədəd, cəmi 5 (cəmi) ədəd sağlamlığa ağır zərər vuran, alt çənənin bir ədəd, boyunun ön səthinin sol yarısının bir ədəd, boyunun sağ yarısının üç ədəd, döş qəfəsinin ön səthinin bir ədəd, bazunun orta 1/3-nin ön səthinin bir ədəd, sol budun orta 1/3-nin bayır səthinin bir ədəd deşilmiş kəsilmiş yaraları ilə müşayiət olunan cəmi 7 (yeddi) ədəd sağlamlığa yüngül zərərvurmaya aid, habelə hər iki dizin ön səthlərini əhatə edən qançırlar və sıyrıqları olan sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən cəmi 2 (iki) ədəd olmaqla ümumilikdə 14 (on dörd) ədəd xəsarətlər yetirərək quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüş, sonra həmin mənzili axtararaq qonaq otağından 588 (beş yüz səksən səkkiz) manat dəyərində olan «Dell, İnspiron 15-33521» modelli, veb-kameralı noutbuk tipli kompüteri, yataq otağındakı siyirtmədən isə 800 (səkkiz) manat pulu götürərək evi tərk etmişdir.. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində zərərçəkmiş şəxslə barışmağa cəhdini, könüllü təslim olub cinayətin açılmasında yardım etməyini qeyd edərək barəsində ədalətli qərar qə bul edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri təyin edilmiş cəzanın ağırlığı barədədir. Cinayət işinin materiallarından görünür ki, məhkum H.Əbilovin törət diyi cinayət əməlini onun özünün ibtidai istintaq və məhkəmədə verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar və cinayət işinin digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən CM-nin 120.2. 2. 4,120.2.11 və 181.3.3-cü maddələrində təsbit edilmiş cinayətlər, xüsusilə ağır cinayətlər hesab olunur.CM-nin 120.2.4 və 120.211-ci maddələrinin sanksiyası on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum cəzası nəzərdə tutulur. “Səmimi peşmanlıq” anlayışı Azərbaycan Respublikası CM-in 72-ci maddəsində təsbit olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən cinayətlərə münasibətdə əməli törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna almasını, cinayətin üstünün açılmasına fəal kömək etməsini, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmasını özündə ehtiva edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb ona təqsirli bilindiyi əməlin sanksiyası hüdudlarında cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasi ya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-624/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-624/2019
14.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver