Məhkəmə qərarları › İş №1(102)-624/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-624/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-624/2024 12.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzr ə Göyçay Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olumasına dair vəsatətin təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli 1(046)-9/2021 nömrəli (hakim: Fəttahov İbrahim Bağır oğlunun sədrliyi) hökmü ilə xx.xx.1982-ci ildə x rayonunun x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsindən üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, xxx qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(091)- 50/2020 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Məhkum qəti cə za olaraq, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixindən hesablanması müəyyən edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair Məhkum tərəfindən verilmiş vəsatət Göyçay Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 1(046)-9/2021 nömrəli (hakim: Fəttahov İbrahim Bağır oğlunun sədrliyi) qərarı ilə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 may 2 022-ci il tarixli 1(107)-206/2022 nömrəli (hаkimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundаn ibаrət məhkəmə tərkibində) qərarı ilə Məhkum Göyçay Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli 1(046)-9/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarından məhkum edilmiş şəxs Məhkum kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatət vermişdir. Həmin vəsatətə baxan Şəki Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli 1(107)-206/2022 nömrəli (hаkimlər: Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Səmədov Xəqani Hacı oğlu və Məlikov Vəzirxan İs gəndər oğlundаn ibаrət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət əsassız olduğuna görə təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2022-ci il tarixli qərarından hüquqi savadsızlığı səbəbindən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Odur ki, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəmə sində Məhkum çıxış edərək, hökmü əldə edə bilmədiyi üçün kassasiya şikayəti vermə müddətini ötürdüyünü bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və məhkumun məhkə mə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından - onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Azərbaycan Respublikası CPM-in 410.1-1-ci maddəsində isə azadlıqdan məh rum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlərin hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablandığı müəyyən edilmişdir. Belə ki, cinayət işində olan sənədlərdən müəyyən olunur ki, məhkəmənin qərarı proses iştirakçılarının, o cümlədən məhkumun iştirakı ilə elan edilmiş, 10 may 2022-ci il tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinə göndərilmişdir. Cinayət işinin materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkəməyə göndərilmiş qəbzdən müəyyən olunur ki, Mə hkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2022-ci il tarixli qərarını 25 may 2022-ci il tarixində qəbzə imza etməklə təhvil almışdır. İş materiallarından görünür ki, Məhkum kassasiya şikayətini 8 iyun 2023-cü il tarixində tərtib edilməklə Şəki Apellyasiya Məhkəməsinə ünvanlamış, yəni Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarını almasından təqribən 1 (bir) il sonra vermişdir. Göründüyü kimi, Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarının çıxarıldığı vaxtdan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra kassasiya şikayəti vermək qərarına gəlmiş və şikayətini qanunla müəyyən edilmiş müddətdə verə bilməməsinin səbəbini heç bir sübut ilə əsas landırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız aşağıdakı hallarda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması, həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə bərpa oluna bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Məhkum tərəfindən apellyasiya instansiyası məhkəməsinin qə rarından kassasiya şikayəti vermə müddətinin buraxılmasına səbəb olan hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz və kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Göyçay Rayon Məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olumasına dair vəsatətin təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2023-cü il tarixli qərarı verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar