Məhkəmə qərarları › İş №1(102)-625/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-625/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-625/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkum x1 müdafiəçisi-vəkil Talıbov Telman Məhəmməd oğlunun iştirakları ilə, B akı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs x2 etibarnamə üzrə nümayəndəsi-vəkil Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin (A.H.Tağıyevin sədrliyi ilə) xx xxxxxx 2019cu il tarixli hökmü ilə, x1- xx.xx.1970-ci il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olan və ünvan 2-da yaşayan Azərbaycan Respublikası CM-ni n 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən x1 xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək, yəni 01 (bir) gün tutulma müddəti 2 (iki) gün azadlığın məhdudlaşdırılması müddətinə bərabər tutulmaqla, 2 (iki) gün azadlığın məhdudlaşdırılması təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, tamah niyyəti ilə, etibardan sui-istifadə et mə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs x2 onun barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsində Azərbaycan Respublikasının CM-nin 32,186.2.1-ci maddəsi ilə aparılan cinayət işinin xitam edilməsinə müxtəlif vəzifəli şəxslərin vasitəsilə köməklik edəcəyinə və həmin cinayət işi üzrə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə görə qeydiyyatla bağlı polis bölməsinə getməməsini həll edəcəyinə dair yalan vədlər verərək aldatmaqla, 2016-cı ilin dekabr ayının əvvəllərində x2 yaşadığı ünvan 3 binanın yanında ondan 1500 (bir min beş yüz) manat, bir gün sonra Bakı şəhəri Nəsimi rayonu, 3cü mikrorayon dairəsində 1000 (bir min) manat, 2016-cı il in dekabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində 3000 (üç min) manat, xx xxxxxx 2016cı il tarixdə ünvan 4 yanında 4000 (dörd min) manat, 2016-cı ilin dekabr ayının sonlarında ünvan 5 yaxınlığında yerləşən “Mcdonalds” kafesində 3000 (üç min) manat, 2016-cı ilin dekabr ayının sonlarında ünvan 6 ünvanında yerləşən “Top Qapı” restoranının qarşısında 300 (üç yüz) manat, 2017-ci ilin yanvar ayının əvvəllərində ünvan 7 yanında 200 (iki yüz) manat və həmin ayda ünvan 8 ünvanında yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə üzbəüz olan mobil telefon mağazasında 185 (yüz səksən beş) manat dəyərində “Samsunq” markalı mobil telefonu vahid niyyətlə alıb özgənin əmlakını ələ keçirməklə, zərərçəkmiş şəxs x2 ümumilikdə 13185 (on üç min yüz səksən beş) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi-vəkil Talıbov Telman Məhəmməd oğlu və zərərçəkmiş şəxs x2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət tərkibdə) zərərçəkmiş şəxsin apellyasiya şikayət təmin edilməmiş, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, x1na 3000 (üç min) manat cərimə cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmişdir. Bakı Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxs x2 etibarnamə üzrə nümayəndəsi-vəkil Yusifov Ceyhun Salman oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs x2 etibarnamə üzrə nümayəndəsi-vəkil Yusifov Ceyhun Salman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmamış, təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədiyi halda yeni cinayət törədəcəyi cəza təyini zamanı nəzərə alınmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərin i müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası ka ssasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Kassasiya şikayətində məhkumun cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış, məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsaslanmaqla məhkumun cinayət əməlini h üquqi tövsif etmişdir. Kassasiya şikayətində yalnız cəzanın sərtləşdirilməsi məsələsi xahiş edildiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün cəza təyininə aid hissəsini kassasiya şikayətinin dəlilləri üzrə yoxlamışdır. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilmişdir ki, məhkəmə cəza təyin edərkən x1 cinayət əməlini qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını, qadın olmaqla himayəsində bir uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam həcmdə istintaq orqanının depozit hesabına keçirməsini və hazırda həmin pulun zərərçəkmiş şəxsə verilməsini xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və cəzanı ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkuma təyin edilmiş cəzanın qanuniliyini yoxlayarkən müəyyən edilmişdir ki, cinayət törədilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzası olmamış, cərimə cəzası isə daha aşağı hədlərdə nəzərdə tutulmuşdur. Bu əsaslarla məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cəzanı yüngülləşdirən halları da nəzərə almaqla məhkuma cərimə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının cinayət işi üzrə gəldiyi nəticələr qanuni və əsaslıdır. Məkuma təyin edilmiş cəzanın sərtləşdirilməsi üçün qanuni əsaslar olmadığından zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxış ı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x1 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs x2 etibarnamə üzr ə nümayəndəsi-vəkil Yusifov Ceyhun Salman oğlunun kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar