Məhkəmə qərarları › İş №1(102)-625/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-625/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-625/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 noyabr 2 020-ci il tarixli qərarından dövlət ittihamçısı Emil Mirzəyev tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim nömrəli 28 avqust 2020-ci il tarixli hökmü ilə, F.Yaqubov) 1(011)-140/2020 xx xxxxxx 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Albalı qəsəbəsində yerləşən fərdi evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 8 (səkkiz) ay həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 1 (bir) il 4 (dörd) ay azadlığın məhdudlaşdırılması cəzası ilə bərabər hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq məhdudlaşdırılması cəzası saxlanılmışdır. 8 (səkkiz) ay müddətinə azadlığın İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, ümumi təmiz çəkisi 8,071 qram psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq, üzərində və “Mercedes E220 minik” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundakı saxlanc yerində saxlamış, 04 iyul 2019-cu il tarix də, saat 9 radələrində Xətai RPİ-nin 35-ci PB-ın əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd ağ sellofana bükülmüş 1,265 qram psixotrop maddə metamfetamin aşkar edilmiş, daha sonra onun ünvan 2 ünvanda dayanmış vəziyyətdə olan “Mercedes E-220” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman, avtomobilin salonunda olan saxlanc yerindəki qutudan 2 ədəd ağ sellofana bükülmüş 6,766 qram psixotrop maddə metamfetamin aşkar edilmiş, ümumilikdə 3 ədəd bükümdə, ümumi təmiz çəkisi 8,071 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim İlqar Murquzov, hakim lər Habil Məmmədov və Həsən Əhmədovdan ibarət tərkibdə) 1(103)-1042/2020 nömrəli 04 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Emil Mirzəyev verdiyi kassasiya protestində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Emil Mirzəyev kassasiya protestini onunla əsaslandırır ki, məhkəmə tərəfindən məhkuma təyin edilmiş cəza qanun a və iş hallarına əsaslanmır. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkum törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum 3 bükümdə təmiz çəkisi 8,071 qram “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixotrop maddələr”-in İİ siyahısına daxil edilmiş psixotrop maddə sayılan metafetamin əldə edərək üstündə saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Göründüyü kimi, Məhkum əldə edərək üzərində saxladığı 8,071 qram metafetaminin miqdarı şəxsi istehlak miqdarından təxm inən 54 dəfə, külli miqdardan isə təxminən 4 dəfə artıq olmuşdur. Bundan başqa, Məhkum ibtidai istintaq zamanı, eləcə də məhkəmədə verdiyi ifadələrində hadisədən bir neçə ay əvvəl bədənində ağrıların başlandığını və bu səbəbdən müxtəlif vaxtlarda tanımadığı şəxslərdən psixotrop maddə olan metamfetamini alaraq bu yola ağrılara son qoyduğunu göstərmişdir. Eyni ilə, hadisə günü olan 04.07.2019-cu il tarixdə saat 02 radələrində növbəti dəfə tanımadığı şəxsdən bir qramı 60 manat olmaqla 10 qram psixotrop maddə olan metamfetamini almışdır. Lakin istintaq materiallarından görünür ki, Məhkum sağlamdır, hər hansı bir ağır xəstəlikdən əziyyət çəkmir. Belə olan halda Məhkum guya hansısa qeyri-müəyyən ağrılara görə gecə saat 02 radələrində tanımadığı şəxsdən 600 manat müqabilində 10 qram psixotrop m addəni əldə etməsi inandırıcı deyil. Bununla da, Məhkum psixotrop maddəni ona satan şəxsin müəyyən edilməsi üçün heç bir məlumatın göstərməməsi onun istintaq zamanı qeyri-səmimi olduğunu bir daha dəlalət edir. Belə olan halda Məhkum əməlin ilk dəfə törətməklə onu etiraf etdiyini və əməldən peşmançılıq çəkməsini hökmdə qeyd edilməsi heç də düzgün deyil. Məhkum üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfitamini şəxsi istehlak miqdarından cüzi artıq (məsələn, 0,30 qram və sair) olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza (azadlığın məhdudlaşdırılması) təyin edilməsi artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması deməkdir və cəzanın fərd iləşdirilməsi prinsipinə ziddir. Bundan başqa, məhkəmə cəza təyin edərkən nəzərə almamışdır ki, bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlıq bəşəriyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyas ına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, məhkəmə tərəfindən Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Məhkumun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyi və şəxsiyyətini nəzərə almadan CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş sosial ədalətin bərpası, məhkumun islah edilməsi və məhkumlar, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alması məqsədinə nail olmaq mümkün deyildir. Bu eyni xarakterli cinayətlərə görə məhkum olunmuş şəxslərin islah olunmasına mənfi təsir göstərməklə yanaşı, həm də cəzasızlıq şəraiti yaradır. Nəticədə məhkum lar və digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması barədə cinayət qanununun xəbərdaredici funksiyası öz əhəmiyyətini itirmiş olur. Məhkəmə tərəfindən “səmimi peşmançılıq” anlayışına hüquqi müstəvidən qiymət verməmişdir. Belə ki, “səmimi peşmançılıq” ifadəsinin hüquqi müstəvidəki anlayışı CM-in 72-ci maddəsində kifayət qədər dəqiq və birmənalı şəkildə ifadə olunmuşdur. Həmin maddəyə əsasən səmimi peşmançılıq özündə cinayət törətmiş şəxsin cinayətin üstünün açılmasında fəal iştirak etməsində, cinayət nəticəsində dəymiş ziyanı ödəməsində və vurulmuş zərəri başqa formada aradan qaldırmasında ifadə olunan aktiv hərəkətlərini ehtiva edir. Yəni, hazırkı iş üzrə təqsirləndirilən şəxsin ifadəsində “əməlimdən səmimi peşmanam” deməsi heç də hüquqi müstəvidə “səmimi p eşmançılıq” anlayışını ehtiva etmir. Məhkum hərəkətlərində isə belə hal olmadığından, məhkəmə onun «peşmançılıq çəkməsini» cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Mübahisəsizdir ki, araşdırma nə qədər səmərəli olursa-olsun, təyin edilən cəza törədilmiş cinayətə adekvat olmadıqda onun əhəmiyyəti az olacaqdır. Cinayətin törədilməsinin sübut edilməsi müvafiq cəzanın təyin edilməsi ilə nəticələnməlidir. Yalnız bu halda cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə bütün bunları nəzərə almayaraq, Məhkum yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Məhkəmə kolleg iyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Ayxan Hüseynlinin kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bi lməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəx slər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkre t halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Məhkum psixot rop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əziyyət çəkir. Hökmlə Məhkum məcburi müalicə təyin edilmiş və dispanserə qeydiyyata alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-1.1-ci maddəsində narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən bu Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmiş narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin stasionar qaydada tibbi xarakterli məcburi müalicəyə göndərilməsini və tam sağalmasından sonra cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Qanunun bu norması həmin şəxslərin ictimai təhlükəlilik dərəcəsinin aşağı olmasını və onların müalicə olunaraq cəmiyyətə i nteqrasiyasını qanunun prioritet məqsədi kimi göstərir. İşdən görünür ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri müvafiq olaraq hökm və qərarın əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum ilk dəfə olaraq cinayət əməlinin törətməsini, törətdiyi əməli etiraf etməsini, əməldən peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası (1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Bu cür cəzanı heç də yüngül cəza kimi qiym ətləndirmək mümkün deyildir. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cə zanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 noyabr 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar