Məhkəmə qərarları › İş №1(102)-625/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-625/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-625/2024 03.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsi rli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 may 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 20 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1959-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, olrta təhsilli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.x x.2021-ci il tarixədək cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 3 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 1(044)-46/2021 saylı hökmü ilə ona təyin edilmiş cəzanın azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 8 ay hissəsi Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək qəti olaraq ona 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Barəsində seçilmiş "polisin nəzarəti altına vermə qətimkan tədbiri” növündə qətimkan tədbiri "həbs” növündə qətimkan tədbiri ilə əvəz edilm iş və o, məhkəmə zalından həbsə alınmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzaçəkmənin başlanğıcının tutulduğu xx.xx.2021-ci il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 2 may 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin «20» dekabr 2021-ci il tarixli, 1(100)-368/2021 nömrəli hökmü dəyişdirilmişdir. Azərbaycan Respublikası CPM-in 44.2.1-1-ci maddəsinin tələbinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölmüş mərhum Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 455,798 qram tərkibində narkotik maddəl ər olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, 20 aprel 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-yə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 15 radələrində istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 455,798 qram olan narkotik vasitə qurudulmuş marixuananın 450 qramını yaşadığı evdə saxlayıb, 5,798 qram hissəsini 1 ədəd kibrit qutusunda bölüb əynində olan pencəyin sol iç cibinə qoyub yaşadığı Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 8 ünvanının qarşısında daşıyarkən saxlanılıb Gəncə şəhər Kəpəz RPİ-yə gətirilmiş, həmin idarədə o nun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan pencəyin sol iç cibindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,798 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, aşkar edilərək götürülmüş, həmin tədbirin davam olaraq 20 aprel 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvan 3 ünvana baxış keçirilən zaman həmin evin həyətində olan divanın alt saxlanc yerindən 1 ədəd polietilen torbada təmiz çəkisi 450 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar 12 aprel 2021-ci il tarixdə saat 13 radələrində yaşadığı ünvan 3 ünv anının qarşısında tanışı Şahid3 satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 45 manat müqabilində əldə edib daşıyaraq üzərində saxlamış, 20 aprel 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-yə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 15 radələrində yaşadığı Gəncə şəhəri, Şeyxzamanov küçəsi, ev 8 ünvanının qarşısında Şahid3 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 0,604 qram narkotik vasitə olan heroini əynində olan şalvarın sağ yan cibinə qoyub daşıyarkən saxlanılıb Gəncə şəhər Kəpəz RPİ-yə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, Məhkum istintaq zamanı vermiş olduğu ifadəsinə əsasən təxminən 7-8 il əvvəl Samux rayonunda, Kür çayının sahilində tanış olduğu şəxsdən 200 manat qarşılığında təxminən yarım kiloqram marixuana alaraq yaşadığı evə gətirmiş, lakin marixuananı o, nadir hallarda istifadə etdiyi üçün yaşadığı evdə yerləşən divanın alt hissəsində saxlamış və lazım olduqca istifadə etmişdir. 12 aprel 2021-ci il tarixdə saat 13 radələrində isə tanışı Şahid3 0,604 qram narkotik vasitə olan heroini 45 manat müqabilində əldə etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 12 aprel 2021-ci il tarixdə, saat 13 radələrində isə tanışı Məhkum 45 manat müqabilində 0,604 qram heroin satmışdır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş əməliyyat tapşırığı verilmiş cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsinə əsasən Məhkum üzərindən aşkar edilmiş 0,604 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Şahid3 pul müqabilində satış məqsədilə əldə edib daşıyaraq saxlamışdır. Məhkum üzərindən və yaşadığı evdən aşkar edilmiş təmiz çəkisi 455,798 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edib daşıyaraq saxlasa da, həmin narkotik vasitəni hansı mənbədən və nə vaxt əldə etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa Məhkum üzəri ndən və yaşadığı evdən aşkar edilmiş təmiz çəkisi 455,798 qram narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən material ayrılmışdır. Göründüyü kimi, Məhkum ayrı-ayrı vaxtlarda və ayrı-ayrı mənbələrdən satış məqsədi iə qanunsuz əldə etdiyi 2 növ narkotik vasitə əməliyyat axtarış tədbiri nəticəsində üzərindən və yaşadığı evdən aşkar edilib götürülmüşdür. Məhkəmə tərəfindən Məhkum 455,798 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması epizodu üzrə sözügedən narkotik vasitənin əldə edilmə tarixini müəyyən edilə bilməməsi əsası ilə Məhkum əməllərində cinayətin təkrar törədilməsi əlamətlərinin olmaması qənaətinə düzgün gəlinməmişdir. Belə ki, Məhkum verilmiş ittihamın məzmunu və mahiyyətinə əsasən Məhkum məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 455,798 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyıb saxladıqdan sonra, təkrarən xx.xx.2021-ci il tarixdə 0,604 qram heroini satış məqsədi ilə qanunsuz əldə edib daşıyıb saxlamış və yalnız xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Qeyd olunan işin faktiki hallarından görünür ki, Məhkum hər bir halda onun üzərindən və evindən aşkar edilmiş qurudulmuş marixuananı heroini əldə etməmişdən əvvəl əldə etmiş, qurudulmuş marixunananın əldə edilmə mənbəyi Şahid3 deyil, hər hansı digər mənbədir. Dolayısı ilə burada müstəqil olaraq iki cinayət əməli vardır, həmin əməllərdə satış məqsədinin olub-olmaması isə işin mübahis ələndirilən halı deyildir. Məhkəmənin gəldiyi nəticədən də görünür ki, Məhkum aşkar edilmiş narkotik vasitələrin satış məqsədilə əldə edilməsi bir daha təsdiq olunur. Bir epizod-cinayət üzrə mənbənin müəyyən edilməməsi, şəxsin əməlində satış məqsədinin olmaması qənaətinə gəlmək üçün əsas ola bilməz.Çünki hər bir halda mənbənin biri məlumdur və ikinci mənbənin eyni olmaması da iş materialları ilə təsdiq edilir. Bununla belə, iki müstəqil epizoddan-cinayətdən ibarət olan əməli vahid əməl kimi qiymətləndirməklə məhkəmə yanlış nəticəyə gəlmişdir. Məhkəmə əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyələrini nəzərə almadan, işdə olan satışa dair sübutları digər sübutlarla qarşılıqlı müqayisə edib yoxlamadan v ə bir sübutun qəbul, digərinin təkzib edilməsinin motivlərini göstərmədən Q.Abbbasovun əməlini CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunmaması barədə müdafiəçinin, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apelly asiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edi r. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində sübutların düzgün araşdırılmamasını, əməlin hüquqi tövsifinin səhv olmasını iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15 -ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya prot estinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlər inə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələr ə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktla rı araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun əməlində cinayət tərkibi olması və onun əməlinin özünün ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam sübuta yetirilməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum e dilmiş şəxsin CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi ibtidai istintaq orqanı tərəfindən Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, ibtidai istintaq orqanı Məhkum qarşı Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə ittiham irəli sürsə də Məhkum satış məqsədi ilə qanunsuz olaraq şəxsi is tehlak miqdarından artıq yəni, təmiz çəkisi 455,798 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması epizodu üzrə sözügedən narkotik vasitənin əldə edilmə tarixini müəyyən edə bilməmiş və bu halı ittihamın məzmununa daxil etsə də ehtimallar əsasında Məhkum qeyd olunan əməlin təkrar törədilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayan kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 455,798 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı ə ldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması epizodu üzrə sözügedən narkotik vasitənin əldə edilmə tarixi müəyyən olunmadığından ona satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma ittihamı üzrə əməlin təkrar törədilməsi, yəni CM-in CM-in 234.4.2-ci maddəsi ilə ittiham irəli sürülməsi yolverilməzdir və bu barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin imperativ tələbinə əsasən Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsində isə vurğulanır ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllə nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyasının qənaətinə əsasən, cinayət işinin materiallarından göründüyü kimi, istintaq orqanı tərəfindən Məhkum şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 455,798 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması epizodu üzrə sözügedən narkotik vasitənin əldə edilmə tarixini müəyyən edə bilmədən bu hal ittihamın məzmununa daxil edilmiş, məhkum edimiş şəxsə verilən ittiham üzrə epizodlarda narkotik vasitələrin satış məqsədilə vahid ni yyətlə əldə edilib-edilməsinə qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarın 13-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Əvvəlki cinayətə görə məhkumluq götürüldükdə, ödənildikdə və yaxud cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə təkrarlıq əlaməti yaranmır. Məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bi r şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Cinayət işi üzrə toplanmış və araşdırılmış sübutların müqayisəli təhlili göstərir ki,Məhkum satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitənin əldə edilməsi, saxlanması və da şınması, onun əməlində təkrarçılığın istisna olunması qənaətinin əsassız olması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün və əsaslıdır. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə ittiham elan edilsə də, onun əməlində satış məqsədilə əldə etdiyi narkotik vasitəni təkrar əldə etməsi təsdiq olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq kassasiya protestinin Məhkum narkotik vasitəni satış məqsədi ilə təkrarən əldə etməsini və həmin əsaslarla da apellyasiya instansiyası məhkəməsinin onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif etməsinin düzgün olmaması barədə dəlillərini mülahizə (ehtimal) xarakterli dəlillər kimi qiymətləndirir və hesab edir ki, həmin dəlillər məh kum olunmuş şəxsin Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin sübuta yetirilmiş hesab olunması üçün qanuni əsas kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində deyil, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birini mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zaman ı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsi ni müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olmas ı üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarında vurğulayır ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növb ədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun əməlinin tövsifi, həmçinin CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, göstərilən məhkəmə tərəfindən cinayət işinə baxılarkən cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmamış, kassasiya protestinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya prote stinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 2 may 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar