Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-626/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs1 iştirakları ilə xx xxxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin (bundan sonra CM-in) 263.1ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakim S.Ə.Ağayev) Məhkum CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən), Ə.N.Bayramov və N.E.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum CM-nin 263.1-ci maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, xx xxxxxxxx 2017-ci il tarixdə, saat 00:10 radələrində yol vərəqəsi əsasında idarə etdiyi “London TX-4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə Koroğlu metrosu istiqamətindən Hava Limanı istiqamətinə doğru hərəkətdə olarkən yolun Bakı Olimpiya Stadionunun qarşısından keçən hissəsində, «Yo l hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş, ehtiyyatsızlıqdan öz hərəkət zolağında əvvəl X2 idarə etdiyi “Mercedes-Benz C180” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə yüngül toqquşaraq dayanmış Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Cerato” markalı, **-GD-*** dölət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, sonuncu zərbədən “Kia Cerato” markalı, **GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşmiş sürücü Zərərçəkmiş şəxs1 sol bud-çanaq və sağ aşıq-baldır oynaqlarında şişkin lik, hərəkət məhdudluğu və ağrı simptomu ilə müşayiət olunan sol qalça-qasıq, bud nahiyyələrinin və sağ ayaq-iç topuq nahiyyələrinin, sağ baldırın aşağı 1/3-nin geniş ölçülü əzilmiş cırılmış yaraları, sol saidin geniş ölçülü əzilmiş cırılmış yarası, sol qaşüstü, sol bazu nahiyyələrinin əzilmiş yaralan, döş qəfəsinin sıyrığından ibarət, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almış, həmçinin “xxxx” MMC-nin mülkiyyətində olan “London TX-4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində isə zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə 4421 manat maddi ziyan vurulmuş, “Kia Cerato” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs2 21814 man at maddi ziyan vurulmuş, “Mercedes-Benz C180” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs3 3700 manat ziyan vurulmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən cinayət prosessual qanunvericiliyin normalarına əməl etməmiş, heç bir araşdırma aparmamış, şikayətdə göstərilən dəlilərin heç birini müzakirə etməmiş və qiymət verməmişdir. İş üzrə keçirilmiş ekspertizanın rəyində göstərilmişdir ki, zərərçəkmiş aldığı xəsarətlər avtomaşının salonunun qabarıq hissəl ərinin, eləcə də sınmış şüşə parçalarının qüvvətli təsirindən törənmişdir. Xəsarətlərin hamısının öndən olmasını, ekspert rəyinə əsasən də bu xəsarətlərin avtomaşının salonunun qabarıq hissələrinin qüvvətli təsirindən törənməsini nəzərə alsaq, bir daha təsdiq edilir ki, bu yalnız zərərçəkmişin öz avtomaşının qarşıdakı avtomaşına qüvvətli toqquşması zamanı yetirilə bilərdi, çünki əks təsir qanununa əsasən, avtomaşının qabağı ilə digər avtomaşına toqquşma zamanı sürücü əks təsir qanununa görə irəli atılır və məhz buna görə də həmin xəsarətlər yalnız bu halda baş verə bilərdi. Lakin nə ittiham orqanı, nə də məhkəmə bu fakta düzgün hüquqi və tibbi qiymət verməmişlər. Hazırkı işin ilkin araşdırılması zamanı müstəntiq Abbas Hüseynov bu xəsarətlərin zərərçəkmişin özünün təqsiri nəticəsində yetiri lməsi nəticəsinə gələrək, cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş, lakin sonradan bu qərar prokuror tərəfindən ləğv edilərək yenidən istintaqa göndərilmiş və işin ibtidai araşdırmasını aparan digər müstəntiq Bəkir Qarayev də bu xəsarətin məhz hansı şəraitdə yetirilməsini müəyyən etmək üçün ekspert qarşısında məhz bu barədə sual qoymuş, lakin digər suallara cavab verən ekspert məhz bu suala- xəsarətlərin hansı şəraitdə törənməsi sualına öz rəyində ümumiyyətlə cavab verməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilən ekspertə niyə müstəntiqin qərarında qoyulmuş bu suala cavab verməməsi barədə soruşulduqda bildirdi ki, hazırkı şəraitdə bu xəsarətin məhz nə zaman - zərərçəkmişin özü tərəfindən qarşıdakı avtomaşınla toqquşduğu və ya onun olduğu avtomaşının arxadan d igər avtomaşınla vurulduğu zaman alması barədə konkret rəy verə bilməmişdir, ona görə də bu sualı rəyində cavablandırmamışdır. Hansı ki, işin ilkin araşdırmasını aparan müstəntiq məhkəmə iclasında bildirdi ki, xəsarətin xarakterindən və işin hallarından tam görünür ki, zərərçəkmiş bu xəsarəti məhz özü qarşıdakı avtomaşınla toqquşan zamanı almışdır, çünki arxadan onun avtomaşını vurulduqda o, bu xəsarətləri ala bilməzdi. Amma məhkəmə öz hökmündə nəinki həmin ifadəyə hüquqi qiymət verməmiş, hətta bu şahidin ifadəsini məhkəmə hökmünə salmamışdır. İkinci müstəntiq isə ittihamın verilməsi üçün zəruri saydığı bu halı aydınlaşdırmadan, əlində başqa heç bir sübut olmadan əsassız ittiham verərək işi məhkəməyə göndərmiş, məhkəmə də əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkum hesab edir ki, həmi n iş üzrə onun təqsiri sübuta yetirilməmişdir. Aradan qaldırılması mümkün olmayan şübhələr onun xeyrinə həll edilməmiş, mötəbər olmayan, biri digərini təkzib edən sübutlarla məhkəmələr onu təqsirli bilmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs1 və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməmə si məsələlərinə öz münasibətini bildirir. Şikayətdə qeyd edilir ki, məhkəmələr tərəfindən kifayət qədər araşdırılma aparılmadan Məhkum CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək əsassız olaraq məhkum edilmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif e dilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdı r. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X9rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslıl ığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkə mələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkə mələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cin ayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materialları ilə müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsində dindirilmiş ekspert X10 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, avtomaşınlar toqquşanda şüşə sındığı ndan Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Xəsarət avtomaşının qabarıq yerlərindən də ola bilər. Avtomaşının daxilində qabarit yerlər var ki, xəsarətlər buradan da ola bilər. Avtomaşının yan şüşələri tez dağılır və bu da xəsarət yarada bilər. Oturaq vəziyyətdə olarkən yan şüşələrdən dağılmış şüşə onda xəsarətlər yarada bilər. Həmçinin apellyasiya instansiyası məhkəməsində dindirilmiş şahid X4 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsini təsdiq etmiş və əlavə olaraq göstərmişdir ki, avtomaşını etibarnamə ilə idarə etmiş, avtomaşın dayanmış və maşından enmişdir. Kənarda olarkən əvvəl Tərlan adlı şəxsin avtomaşını onun avtomaşınına arxadan dəymiş, sonra “London” taksisi Tərlanın idarə etdiyi avtomaşına dəymişdir. Birinci avtomaşın dəyəndə görməmiş, ikinci astomaşın Tərlanın avtomaş ınına dəyəndə dönüb baxmış və Tərlanın idarə etdiyi avtomaşının “London” taksisinin zərbəsindən sonra dəmirə sürtüləsürtülə getdiyini görmüşdür. Yolu maşınlara tərəf keçərkən Tərlan artıq yerdə uzanmışdır. Ona kömək etmiş və avtomaşına mindirib Xəstəxanaya aparmışlar. Birinci toqquşmada toz-duman olmuş, ikinci toqquşmada “London” taksisi “Kia” markalı avtomaşını vurandan sonra “Kia” markalı avtomaşın dəmirə dəymişdir. Tərlanın idarə etdiyi avtomobil onun idarə etdiyi avtomobilə dəydiyindən avtomobil qabağa getmiş və avtomobilin arxa sağ tərəfi zədələnmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya araşdırması zamanı tədqiq olunmuş sübutlarla Məhkum idarə etdiyi “London TX-4” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyatsızlıqdan öz hərəkət zolağında əvvəl X2 idarə etdiyi “Mercedes-Benz C180” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşaraq, dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Cerato” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşması və zərbədən “Kia Cerato” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşmiş sürücü Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli, 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin m ötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli qərarında həmçinin qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yo xlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsas ında müəyyən edilir. “X5rşı iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibinin mövcud olması nəticəsinə gəlinərək birinci instans iya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikas ı CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-626/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-626/2020
30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver