Məhkəmə qərarları › İş №1(102)-626/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-626/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-626/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və zərərçəkmiş şəxs Rüstəmov Arif Tofiq oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Allahverdiyev İbad Yadull a oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarından məhkum Allahverdiyev İbad Yadulla oğlu və müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Mikayılov Eldar Əli oğlu, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) 18 may 2021-ci il tarixli hökmü ilə 10 mart 1950-ci il tarixdə Ermənistanın Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmamış Allahverdiyev İbad Yadulla oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirli bilindiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən həmin epizod üzrə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cəza təyin edilməmişdir. Allahverdiyev İbad Yadulla oğlunun iş üzrə Nərimanov RPİ-nin Müvəqqəti Saxlama Yerində 04 may 2019-cu il tarixdən 6 may 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 3 mart 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçı Xanməmmədov Əlifağa Sayadxan oğlunun mülki iddia ərizəsi baxılmamış saxlanılmış və ona mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə müvafiq qaydada təqsirləndirilən şəxslər Hüseynov Məlik Sayadxan oğlu və Allahverdiyev İbad Yadulla oğlu və şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə ölldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs Allahverdi Abbasovun hüquqi varisinə qarşı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə digər zərərçəkmiş şəxslər Rüstəmov Arif Tofiq oğlu, Rzayev Oqtay Füzuli oğluna onlara vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə təqsirləndirilən şəxs Allahverdiyev İbad Yadulla oğlunun olduğu yer üzrə müvafiq məhkəməyə müraciət etmək hüquqlarının olması, digər zərərçəkmiş şəxslər Aslanov Adil Ən vər oğlu, Aslanov Bayram Ömər oğlu və Məmmədəliyev Paşali Kamal oğluna isə onlara vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə təqsirləndirilən şəxs Hüseynov Məlik Sayadxan oğlunun olduğu yer üzrə müvafiq məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, X12 və X9 ibarət tərkibdə) 24 noyabr 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Zərərçəkmiş şəxslər Xanməmmədov Əlifağa Allahqulu oğlu və Rüstəmov Arif Tofiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkum Allahverdiyev İbad Yadulla oğlunun özü və müdafiəçiləri tərə findən verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətlərinə edilmiş əlavə təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkumlar Allahverdiyev İbad Yadulla oğlu və Hüseynov Məlik Sayadxan oğlu barəsində olan 18 may 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Allahverdiyev İbad Yadulla oğlu və Hüseynov Məlik Sayadxan oğlunun təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, hər biri barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmişdir. Allahverdiyev İbad Yadulla oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hüseynov Məlik Sayadxan oğluna təqsirli bilindiyi Azərbaycan Respub likasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Allahverdiyev İbad Yadulla oğlu tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Rzayev Oqtay Füzuli oğluna övladı Rzayeva Sevda Oqtay qızını Azərbaycan Respublikasında fəaliyyət göstərməmiş "E.Tsiolkovski adına Moskva Dövlət Universitetinin Bakı filialında” qanuni əsaslarla ali təhsil alacağına dair yalan vəd verib 2013-cü ilin təxminən avqust-sentyabr aylarında Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi ev 15A, mənzil 30-da 4000 (dörd min) manat pulunu aldıqdan sonra istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş şəxs (şəxslər) tərəfindən hazırlanmaqla Rzayeva Sevda Oqtay qızının adına tərtib edilmiş «Beynəlxalq İnkişaf Problemləri Beynəlxalq Təhsil və Elmi Tədqiqat Akademiyasının Bakı filialı» adı ilə 30 aprel 2013-cü il tarixli, TKN 00022 nömrəli,- məzmununda həqiqi məlumatları əks etdirməyən hüquq verən saxta diplomu təqdim edib Sevda Rzayevanın guya ali təhsil alması ilə bağlı aldatmaqla aldığı 4000 (dörd min) manat pulu ələ keçirərək zərərçəkmiş şəxs Oqtay Rzayevə 4000 (dörd min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa İbad Allahverdiyev təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Rzayev Oqtay Füzuli oğluna qohumu İbadova Səbinə Cəmilağa qızının Azərbayca n Respublikasında fəaliyyət göstərməmiş "E.Tsiolkovski adına Moskva Dövlət Universitetinin Bakı filialı”da qanuni əsaslarla ali təhsil alcağına dair yalan vəd verib 2016-cı ilin yaz aylarında Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi ev 15a, mənzil 30-da Oqtay Rzayevə məxsus 1000 (bir min) manat, sonuncunun qohumu Rüstəmov Arif Tofiq oğluna məxsus 6000 (altı min) manat pulu birlikdə Oqtay Rzayevdən aldıqdan sonra istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş şəxslə (və ya şəxslərlə) qabaqcadan əlbir olmuş bir qrup şəxs halında istintaq zamanı müəyyən edilməmiş yerdə və tarixdə İbadova Səbinə Cəmilağa qızının adına «İntellektual İnkişaf Problemləri” Kiçik Elmlər Akademiyası (KEA) və E.Tsiolkovski adına Moskva Dövlət Universitetinin Bakı filialı” adı ilə 05 oktyabr 2013-cü il tari xli 14 nömrəli,-məzmununda həqiqi məlumatları əks etdirməyən hüquq verən saxta tələbə biletini istifadə etmək məqsədilə qanunsuz hazırlayıb həmin tələbə biletini Oqtay Rzayevə təqdim edərək Səbinə İbadovanın ali təhsil alması ilə bağlı aldatmaqla aldığı 7000 (yeddi min) manat pulu ələ keçirərək zərərçəkmiş şəxs Oqtay Rzayevə 1000 (bir min) manat, zərərçəkmiş şəxs Arif Rüstəmova 6000 (altı min) manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Göstəriləndən başqa Allahverdiyev İbad Yadulla oğlu və Hüseynov Məlik Sayadxan oğlu təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir-biriləri və şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar ol madan xitam verilmiş digər şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Xanməmmədov Əlifağa Allahqulu oğlunu sonuncunun qardaşı Azadxan Xanməmmədovun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 221.2.1. və 32.3, 221.2.2ci maddələri ilə olan cinayət işinə xitam verilməklə Azadxan Xanməmmədovun həbsdən azad edilməsinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə İbad Allahverdiyev və Məlik Hüseynov şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş digər şəxslə birlikdə 2017-ci ilin noyabr ayında Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 22b ünvanda yerləşən «Nargilə» kafesində Əlifağa Xanməmmədovla görüşüb sonuncudan 300000 (üç yüz min) manat pulu al araq qeyd edilən məbləğdə pulu barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş həmin şəxsə vermiş, bundan bir neçə gün sonra eyni niyyətlə Məlik Hüseynov və İbad Allahverdiyev birlikdə sonuncunun yaşadığı ünvan 1 ünvanın yaxınlığında 40000 (qırx min) manat pulu birlikdə Əlifağa Xanməmmədovdan almışlar. Bundan sonra şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş digər şəxs öz xəstəliyi ilə əlaqədar müalicə olunmaq üçün Türkiyə Respublikasına gedəcəyini bildirərək İbad Allahverdiyev və Məlik Hüseynovla birlikdə aldıqları puldan 283000 (iki yüz səksən üç min) manat pulu 2017-ci ilin dekabr ayında müvəqqəti olaraq saxlanılması üçün Əlifağa Xanməmmədova qaytarmış və bununla həmin şəxslər onun etibarını daha da qazanmışlar. Daha sonra Məlik Hüseynov, İbad Allahverdiyev və şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş digər şəxs 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən "Səməd Vurğun” bağının yaxınlığında olan kafedə Əlifağa Xanməmmədov ilə görüşərək sonuncudan 110000 (yüz oln min) manat pula almış və həmin məbləğdə pulu şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş həmin şəxs götürmüşdür. Daha sonra eyni niyyətlə Məlik Hüseynov 2018-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, metronun "Elmlər Akademiyası” stansiyasının yaxınlığında Əlifağa Xanməmmədovun oğlu Xanməm mədov Rövşən Əlifağa oğlundan 10000 (on min) manat pulu almışdır. Öz növbəsində İbad Allahverdiyev eyni niyyətlə 2018-ci ilin mart ayının əvvəlində, yaşadığı ünvan 1 ünvanında Əlifağa Xanməmmədovdan 60000 (altmış min) manat, 2018-ci ilin mart ayının ortalarında isə yaşadığı həmin ünvanda Əlifağa Xanməmmədovun qohumu Xanməmmədov Tural Azadxan oğlundan 3000 (üç min) manat pulu almışdır. Sonrakı dövrdə həmin şəxslər hissə-hissə olaqla cəmi 65000 (altmış beş min) manat pulu Əlifağa Xanməmmədova geri qaytarıb sonuncuya məxsus ümumilikdə 175000 (yüz yetmiş beş min) manat pulu ələ keçirməklə İbad Allahverdiyev Məlik Hüseynov və şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş digər şəxslə aralarında bölüşdürüb zərərçəkm iş şəxs Əlifağa Xanməmmədova 175000 (yüz yetmiş beş min) manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, Allahverdiyev İbad Yadulla oğluna elan edilmiş ittiham istər ibtidai istintaq zamanı toplanmış, istərsə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş kifayət qədər sübutlarla öz təsdiqini tapmamış, hüquqları ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən kobud şəkildə pozulmuş, faktiki olaraq İbad Allahverdiyevə istinad edilən cinayət əməlinə görə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi verilməmiş, bu da onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməklə ittiham hökmünün çıxarılması ilə nəticələnmişdi r. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi İbad Allahverdiyevi dələduzluq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməkdə əsassız olaraq təqsirli bilmişdir. Belə ki, Allahverdiyev İbad Yadulla oğlu tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə özünü təqsirli hesab etmir. Həmin şəxslər müxtəlif xəstəliklərdən əziyyət çəkdikləri və bununla bağlı təqaüd almaqlarında onlara köməklik olunması barədə ondan xahiş etdiklərinə görə heç bir şəxsi maraq güdmədən onlara köməklik göstərmişdir. Cinayət işinin istintaq materiallarından göründüyü kimi hüquqlarını müdafiə etdiyi Allahverdiyev İbad Yadulla oğlunun ona istinad edilən əməllər üzrə dələduzluq məqsədi olmamış, göstərilən məqsəd məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Müdafiəçi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və hüquqlarını müdafiə etdiyi Allahverdiyev İbad Yadulla oğlunun əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işi üzrə icraata xitam verilməsi və ya cinayət işinin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkum kassasiya şikayətində ilk məhkumluğunu, özünün 73 yaşında ağır xəstə, həyat yoldaşının isə onkoloji xəstə olmasını, iki övladının vətən müharibəsi qaziləri olmaqla orden və medallarla təltif olunmalarını, həmçinin Prezident təqaüdçüləri olmalarını nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və CM-in 62-ci maddəs ini tətbiq etməklə cəza həddinin azaldılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunmaması barədə zərərçəkmiş şəxs və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin də lillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəm əsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum və müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını, kassasiya şikayətlərinin dəlillərini də nə zərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla d a işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə ba xdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM- in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyə ti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Allahverdiyev İbad Yadulla oğlunun Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Allahverdiyev İbad Yadulla oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə özünü cinayətlərin törədilməsində təqsirli bilməməsinə baxmayaraq, özünün hadisələrin baş vermə vaxtı, yeri və şəraiti, zərərçəkmiş şəxslərdən hansı məqsədlə nə kimi məbləğlərdə pullar aldıqları barədə işin faktiki hallarına uyğun olmaqla öz mahiyyəti üzrə qismən etirafedici qarşılıqlı ziddiyətli ifadələri ilə yanaşı, tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mötəbər sənədlərlə və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: CM-in 178.3.2-ci maddəsi dələ duzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq d ələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqlar ı qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratma sı onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sə nədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb b unun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar a ldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Sözügedən qərarın 23-cü bəndində qeyd edilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq CM-in 32.3, 32.4 və 32.5-ci madələrinə istinad edilməklə CM-in 178.2.3-cü maddəsi ilə tövsif edilir. Cinayət işinin materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 802437 saylı arayışdan görünür ki, Allahverdiyev İbad Yadulla oğlu müddətsiz ikinci qrup əlil olmaqla, hərbi xidmət dövrü ilə əlaqədar əlildir; Azərbyacan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı şəhər Nərimanov RPİ-nin rəisinə ünvanlanmış 05-11-324/10saylı 29 aprel 2019-cu il tarixli məktuba əsasən, Azərbaycan Respublikasında "E.Tsialkovski adına Moskva Dövlət Universitetinin Bakı filialı” adlı təhsil müəssisəsi qanuni fəaliyyət göstərməmiş, həmçinin "rusiya təhsili” Federal portalına əsasən, Rusiya Federasiyasında "K.E.Tsialkovski adına Moskva Dövlət Universiteti” adlı ali təhsil müəssisəsi ümumiyyətlə fəaliyyət göstərmir; Saatlı rayon Mərkəzi Xəstəxanasının məktubuna görə Ənvərova Salima Paşalıyevna və Aslanov Adil Ənvər oğlu xx.xx.2017-ci ildən bu günədək Saatlı RMX-nın HMK-na müraciət etməmişlər. Aslanov Bayram Ömər oğlu gözündəki problemlərlə əlaqəli 24 yanvar, 1 yanvar və 16 avqust 2017-ci illərdə üç dəfə onlayn sistemi ilə "Forma 88” proqrama vurulmuş və TSEK tərəfindən imtina verilmişdir. Paşalı Məmmədəliyev xx.xx.2018-ci il tarixdə "Forma 88” proqramına yüklənmiş, xx.xx.2018-ci ildə İİ qrup əlillik təyin edilmişdir; İş materialında olan Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun məktubuna görə DSMF Saatlı rayon şöbəsi Məmmədəliyev Rövşən Kamal oğlu DSMF Saatlı rayon şöbəsindən 2-ci qrup əlil kimi xx.xx.2023-cü il tarixədək hər ay 160.00 manat pensiya alır. Əlilliyinin səbəbi - 08 fevral 2018-ci ildən 2-ci qrup gözdən əlildir Məhkəmə-xətşünaslıq ekspertizasının 27637 saylı 26 noyabr 2019-cu il tarixli rəyinə əsasən İbadova Səbinə Cəmilağa qızının adına olan 14 nömrəli tələbə biletində olan əlyazmalar (biletinin sağ tərəfində tarix göstəricilərindən "13, 14, 15,-6” rəqəmlərindən başqa)-Allahverdiyev İbad Yadulla oğlu tərəfindən icra edilmiş; ekspertizaya təqdim edilmiş Rzayeva Sevda Oktay qızının adına olan 00022 nömrəli diplomun kserosurətindəki əlyazmalar, diploma əlavənin kserosurətində "xx.xx.1991-c i il” əlyazmaları - Allahverdiyev İbad Yadulla oğlu tərəfindən yox, Allahverdiyeva Tükəzban Abbas qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş Rzayeva Sevda Oktay qızının adına 00022 nömrəli diplomun kserosurətindəki əlyazmalarla diploma əlavənin ksero surətində "xx.xx.1991-ci il” əlyazmaları-müxtəlif şəxslər tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş İbadova Səbinə Cəmilağa qızının adına olan 14 nömrəli tələbə biletinin sağ tərəfində tarix göstəricisilərindəki "13, 14, 15,-6” rəqəmləri tədqiqat üçün yararsız olduğundan, CPM-in 97.4.2-ci maddəsi və "Dövlət məhkəmə ekspertizası fəaliyyəti barədə” Qanunun 12-ci maddəsinə əsasən, rəqəmlərin İbad Allahverdiyev, Tükəzban Allahverdiyeva və ya başqa səxs tərəfindən icra olunub-olunmaması bar ədə rəy vermək mümkün deyildir. Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 32 0.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. CM-in 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırıl ması, hazırlanması və ya satılması CM-in həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Bu cinayət əməli obyektiv cəhətdən aşağıdakı hərəkətlər vasitəsilə törədilə bilər: - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi qanunsuz hazırlama, ha belə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama; - hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi, habelə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı satma. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Cinayət işi üzrə müəyyən edilər hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, araşdırılmış sübutlarla öz təsdi qini tapmışdir və bu barədə aşağı məhkəmələrin gəldiyi nəticə əsaslıdır. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Allahverdiyev İbad Yadulla oğlunun hüquq verən rəsmi sənədi istifadə etmək üçün qanunsuz hazırlamaqla, aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməsi; tanışı Hüseynov Məlik Sayadxan oğlu və şəxsiyyəti istintaq zamanı müəyyən edilməklə öldüyündən barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmək yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etməsi; bununla da onun Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinməsi özünü tə qsirli bilməməsinə baxmayaraq, ibtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələrinin məzmunu, ziddiyyətli və ifşa edici ifadəli ilə yanaşı; istintaq zamanı və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri ilə, zərərçəkmiş şəxslərin öz ifadələrini məhkəmə istintaqında təqsirləndirilən şəxslərin hər birinin üzünə qarşı deyərək təsdiq etməklə verdikləri ifşaedici ifadələri ilə; zərərçəkmiş şəxslərin onlara qarşı İbad Allahverdiyev və Məlik Hüseynovun birlikdə və ya ayrı-ayrıqda dələduzluq cinayət əməli törətmələri barədə hüquq mühafizə orqanlarına verdikləri şikayət ərizələri ilə; zərərçəkmiş şəxslərlə onlar arasında mobil telefon danışıqlarının qeyd edildiyi bir ədəd "Kodak CD-R” diski ilə; zərərçəkmiş şəxslərlə onların aralarında görüş yerlərinə baxış keçirilməsi barədə protok ollar və fotocədvəllərlə; şahid Xanməmmədov Cavid Əlifağa oğlunun istintaqa təqdim etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən səs yazıların olduğu 01 ədəd CD-diskə baxış keçirilməsi barədə protokolla; İbad Allahverdiyevin oğlu Murad Yadullazadə və qohumu Hikmət Əliyevin zərərçəkmiş Əlifağa Xanməmmədova dələduzluq cinayət nəticəsində dəymiş ziyanın 9.000 manat hissəsinin ibtidai istintaqa təqdim etmələri barədə 05 may 2019-cu il tarixli protokolla; İbadova Şəbinə Cəmilağa qızının adına 14nömrəli tələbəbiletində əlyazmaların (biletin sağ tərəfində tarix göstəricilərin- dən "13, 14, 15,-6” rəqəmlərindən başqa)- qalanının İbad Allahverdiyevin icra etməsi barədə məhkəmə-xətşünaslıq ekspertizasının 27637 saylı 26 noyabr 2019-cu il tarixli rəyi ilə; Azadxan Xanməmmədov barəsində olan cinayə t işi üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 23 may 2018-ci il tarixli qərarı ilə; digər baxış, axtarış, müayinə, götürmə və başqa istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və tədqiq edilmiş digər çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Allahverdiyev İbad Yadulla oğlunun Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə və apelyasiya protestinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə il ə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun i zah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməllərinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Allahverdiyev İbad Yadulla oğlu törətdiyi cinayət əməllərinə görə düzgün olaraq təqsirli bilinmiş, kassasiya şikayətlərinin iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə dəlilləri əsassız olmaqla hər hansı hüquqi əsasa söykənmir. Məhkuma ona qarşı CM-in 178.2.3 və 320.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil. Məhkəmə kollegiyası məhkum Allahverdiyev İbad Ya dulla oğlunun kassasiya şikayətinin onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təq sirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi məhkum İbad Allahverdiyev barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyini kifayət qədər əsaslandırmamış, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini düzgün nəzərə almamışdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər f aktiki hallarını nəzərə alıb hesab edir ki, məhkum edilmiş şəxs barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin məhkum İbad Allahverdiyev barəsində cəza tətbiqi ilə əlaqədar (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha yüngül cəza təyin edilməs )i barədə mövqeyini əsaslı hesab etmir. Apellyasiya instansiyası məhkəməsi də yuxarıda şərh olunan hallara əsasən hökmün CM-in 62-ci maddəsinin tətbiqinə dair müddəalarını çıxarılmaqla məhkuma Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməsi barədə nəticəyə gəlməklə haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilmə sini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşıs ını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, məhkum Allahverdiyev İbad Yadulla oğlunun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla aşağı həddə cəzanın təyin edilməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi onun barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud olmaması, buna görə də hökmdən qeyd edilən maddənin müddəalarının çıxarılması barədə düzgün nəticəyə gəlmiş və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirka rın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə ittiham olunduğu maddəsinin sanksiyasının həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları i slah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İbad Allahverdiyevin təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 -ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdddəti, yəni iki il artıq keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə bax ışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Birinci instansiya məhkəməsi Allahverdiyev İbad Yadulla oğlunun Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirildiyi epizodlar üzrə barəsində təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi lə razılaşmışdır. Lakin aşağı instansiya məhkəmələri Allahverdiyev İbad Yadulla oğlunun zərərçəkmiş şəxs Oqtay Rzayevə 4000 (dörd min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etməsi epizodu üzrə də cinayət məsuliiyyətinə cəlb etmə müddəti keçdiyini nəzərə almamışlar. Belə ki, göstərilən cinayət əməli üzrə cinayət hadisəsi 2013-cü ilin təxminən avqu st-sentyabr aylarında baş vermişdir. Göstərilən epizod üzrə cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkib hissəsini yaratdığını nəzərə alaraq həmin epizod üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdddəti, yəni iki il artıq keçmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etm ə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmündən Allahverdiyev İbad Yadulla oğlunun zərərçəkmiş şəxs Oqtay Rzayevə 4000 (dörd min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etməsi epizodu üzrə cinayət məsuliiyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsinə dair müddəalar xaric edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Allahverdiyev İbad Yadulla oğlu və müdafiəçisi Ələsgərov Hafiz Zakir oğlu tərəf indən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2021-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmündən Allahverdiyev İbad Yadulla oğlunun zərərçəkmiş şəxs Oqtay Rzayevə 4000 (dörd min) manat məbləğində maddi ziyan vuraraq dələduzluq etməsi epizodu üzrə cinayət məsuliiyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsinə dair müddəalar xaric edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar