Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-627/2017 18.05.2017 ALİ MƏHKƏMƏ İş № 1(102)-627/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ xx xxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı (sədrlikedənhakimM.A.Xankişiyev, hakimlərR.A.ƏliyevvəF.Ə.Qəniyev) il tarixli hökmü ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 60 inzibati binada qeydiyyatda olan Məhkum AzərbaycanRespublikasıCinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.3.2-ci maddəsilə təqsirli bilinib, 8 (səkkiz) il azadlıqdan məhrum e tmə cəzasına məhkum edilmiş, BakıApellyasiyaMəhkəməsinin xx xxxx 2016-cıiltarixliqərarıiləonaqətiolaraqtəyinedilmiş 2 il 7 ay 2 günazadlıqdanməhrumetməcəzasıCM-in 66.5-cimaddəsinəəsasən hazırkıişüzrətəyinedilmişcəzailəqisməntoplanmaqlaonaqətiolaraq 9 (doqquz) il 6 (altı) ay azadlıqdanməhrumetməcəzasıtəyinedilmiş, xx xxxxxxx 2015-ci il tarixdən xx xxxxxxx 2015-ci il tarixədək tutulduğu 1 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla çəkməsi üçün 9 (doqquz) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasınıümumirejimlicəzaçəkməmüəssisəsindəçəkməsi müyyənləşdirilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2015-ci il tarixdə saat 12.00 radəl ərində xəzinədar işlədiyi “xxxx” MMC tərəfindən idarə olunan Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi “X5” Kompleksi İdarəsinin cənub-qərbində yerləşən “Atelye 61” restoranına gəlib, restoranın xəzinəsindən 18859 (on səkkiz min səkkiz yüz əlli doqquz) manat nağd pulu gizli yolla talayaraq zərər çəkmişə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: Q.F.Məmmədov (sədrlik edən və məruzəçi), R.K.Səfərov və A.K.Abdinbəyovdan ibarət tərkibdə) xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarından Məhkum kass asiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum kassasiya şikayətində cinayət işi üzrə bir sıra xüsusatlara istinad etməklə əməlinin düzgün tövsif olunmadığını, əslində əməlinin təqsirkara etibar edilmiş özgə əmlakını talama, yəni mənimsəmə faktına uyğun gəldiyini göstərmişdir. Kassasiya şikayətində daha sonra göstərilir ki, onunla şirkət arasında maddi məsuliyyət barədə heç bir müqavilə bağlanmadığından o, xəzinədə olan vəsaitlər üzrə tam sərəncam vermək hüququna malik olmuş, oğurlanmış 18859 manat pul vəsaiti “xxxx” MMC-yə aid olmamışdır. Məhkum kassasiya şikayətində Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeyd hiss əsinin 3-cü bəndinə istinad edərək, özünü vəzifəli şəxs hesab etməklə ona CM-in 177-ci maddəsi ilə ittiham verilməsinin düzgün olmadığını göstərmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi o, şikayətində ona istinad edilən əməlin tövsifi məsələsini mübahisələndirir, əməlində cinayət tərkibinin olmadığını və təqsirliliyinin sübuta yetirilmədiyini göstərir. Kassasiya şikayətinin müvafiq dəlilləri i lə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, AzərbaycanRespublikasıCPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanununbutələbindəngöründüyükimi, kassasiyainstansiyasıməhkəməsibirincivəapellyasiyainstansiyasıməhkəmələrindənfərqliolaraqhərh ansıbirfaktınbaşveribverməməsinimüəy yənetmirvəyalnızhəminməhkəmələrtərəfindənmüəyyənedilmişhallaraəsasəncina yətvəcinayət-prosessualqanunvericiliyininnormalarınındüzgüntətbiqedilibedilməməsiməsələlərinəözmünasibətinibildirir. İşin faktiki hallarının araşdırılması vəzifəsi üzərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə belə nəticəyə gəlmişlər ki, Məhkum yuxarıda qeyd edilən şəraitdə özgə əmlakını gizli yolla talayaraq zərər çəkmişə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir Məhkum Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsiilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun özünün, zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, iş materiallarında olan digər sənədlər vətoplanmış sübutların məcmusu iləkifayət qədər sübuta yetirilmişdir. Bundanbaşqa, cinayətişininmateriallarındanvəm əhkəmələrtərəfindənqəbuledilmişyekunməhkəməaktlarındangörün ürki, Məhkum ittihamolunduğucinayətəməlinitörətməsihalları, buhallarıtəsdiqedənifadələrvəibtidaiaraşdırmazamanıqanuniüsullarlatoplanmışbaşqasübutlarbirincii nstansiyaməhkəməsininməhkəməiclaslındatam, hərtərəflivəobyektivaraşdırılmış, apellyasiyainstansiyasıməhkəməsitərəfindənətraflıtəhliledilmiş, həminiclaslardasübutlarıntoplanmasıvəaraşdırılmasızamanıprosessualpozuntulara, ocümlədənMəhkum AzərbaycanRespublikası CPM-in 91cimaddəsindənəzərdətutulmuşhüquqlarınınpozulmasınavəyabuhüquqlarınhəyatakeçirilməsininməh dudlaşdırılmasınayolverilməsi, sübutlarıntədqiqindənəsassızimtinaolunmasıvəyolverilməzsübutlardanistifadəedilməsimüəyyənedil məmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum hazırki kassasiya şikayətinin dəlilləri ilə ey nilik təşkil edən apellyasiya şikayətinin müvafiq dəlillərini araşdıraraq düzgün olaraq belə bir nəticəyə gəlmişdir ki, həmin dəlillərəsassız olmaqlaişinbirinciinstansiyaməhkəməsitərəfindənmüəyyənedilmişfaktikihallarınaziddirvəməhkəməd ətədqiqedilmişsübutlarlaöztəsdiqinitapmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən dəlilləri cinayət işinin materiallarına və cinayət, cinayət-prosessual qanunvericiliyin tələblərinə, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli 1 nömrəli qərarına uyğun şəkildə ətraflı tədqiq edərək onlara düzgün hüquqi qiymət vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə bir nəticəyə gəlmişdir ki, Məhkum xəzinədar işlə diyi “Atelye 61” restoranının xəzinəsindən 18859 manat nağd pulu kənar şəxslərin olmadığı şəraitdə qanunsuz götürməkdən ibarət hərəkəti əsaslı olaraq özgə əmlakının gizli talanması, yəni oğurluq kimi qiymətləndirilmiş, bununla belə o, ifadəsində götürdüyü pulları şəxsi ehtiyaclarını xərcləməsini, lakin qaytarıb yerinə qoyacağını göstərsə də, talanmış pulların üzərində sərəncam verməklə oğurluq cinayəti bitmiş hesab edildiyindən, onun talanmış pulları sonradan qaytarmaq fikrində olması qeyd olunan cinayəti törətməsini inkar etmir, həm də o sözdə pulları sonradan qaytaracağını bildirsə də, bu istiqamətdə heç bir hərəkət etməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 1-ci bəndində göstərilmiş dir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Qərarın 7-ci bəndində təqsirli şəxsin t alanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, şikayətin dəlilləri isə əsassızdır. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdi r. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov Qürbət Əsgərov Ələsgər Əliyev
Məhkəmə qərarları › İş №1(102)-627/2017
Ali Məhkəmə Qərar — İş №1(102)-627/2017
18.05.2017 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver