Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-627/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Məhkumun müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Məmmədov Mübariz x3 oğlunun iştirakları ilə xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan y aşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 153.2ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin apelyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Şəmmədov Rizvan Qaraş oğlu tərəfindən verilmiş kassasiya protestinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev və İ.X.Həsənzadə) Məhkum CM-in 153.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıq dan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum tərəfindən X3 qarşı törədilən hərəkətlərlə bağlı olan epizod ona verilmiş ittihamdan xaric edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxxxx 2018-ci ildən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), F.A.Qasımov və K.H.Əkbərov) təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən Məhk um xx xxxxxxxx 2018-ci il tarixdə, saat 07:30-da ünvan 1 ünvanının 2-ci mərtəbəsinin pilləkən meydançasında olan zaman əynində olan şalvarını aşağı çəkib cinsiyyət orqanını nümayiş etdirməklə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan xx xxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. İbtidai istintaq orqanı tərəfindən isə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xx xxxxxxxx 2018-ci il tarixdə, saat 07:30-da ünvan 1 ünvanının 2-ci mərtəbəsinin pilləkən meydançasında olan zaman əynində olan şalvarını aşağı çəkib cinsiyyət orqanını nümayiş etdirməklə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan xx xxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qarşı zor tətbiq ed ərək, onu əlindən tutub özünə tərəf dartıb qucaqlamaqla zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, Məhkum, təkrarən, xx xxxxxxxx 2018-ci il tarixdə, saat 07:45-də ünvan 1 ünvanının 1-ci mərtəbəsinin pilləkən meydançasında olan zaman əynində olan şalvarını aşağı çəkib cinsiyyət orqanını nümayiş etdirməklə onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx xxxxxx 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək, onu əlindən tutub özünə tərəf dartıb qucaqlamaqla zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verimiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yeni baxışa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır və işin faktiki hallarına uyğun deyildir. Belə ki, ibtidai araşdırma zamanı həm təqsirləndirilən şəxs Məhkum, həm də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri ilə tam sübuta yetirilmişdir ki, Məhkum hər iki zərərçəkmiş şəxsə - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkum həmin hərəkətləri iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunmuşdur. Lakin işin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərin ilkin ifadələrini dəyişərək Məhkum onlara qarşı zorakılıq hərəkətləri etməməsini, onların paltarlarını çıxarmaq istəməməsin i, yalnız lüt soyunaraq cinsiyyət orqanını nümayiş etdirməsi barədə verdikləri ifadələri əsas götürərək Məhkum əməlini CM-nin 150.3.3-cü maddəsindən həmin Məcəllənin 153.2-ci maddəsinə tövsif etmişdir. Dövlət ittihamçısı hesab edir ki, məhkəmələr Məhkum hərəkətlərini əsassız olaraq əxlaqsız hərəkətlər kimi qiymətləndirmiş, nəticədə Zərərçəkmiş şəxs2 qarşı etdiyi hərəkətlərlə bağlı Məhkum ümumiyyətlə cinayət məsuliyyətindən kənarda qalmışdır. Dövlət ittihamçısının fikrincə, məhkəmələr Məhkum cəza təyini zamanı törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayaraq yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş m aterialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun müdafiəçisi M.Məmmədovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi və ona təyin edilən cəza mübahisə edilir. Hesab edilir ki, məhkumun əməlində Azərbaycan Respu blikası CM-in 150.3.3-cü maddəsinin tərkibi olmasına baxmayaraq məhkəmə heç bir qanuni əsas olmadan Məhkum əməlini Azərbaycan Respublikası CM-in 153.2-ci maddəsinə tövsif etmiş və əsassız olaraq ona yüngül cəza təyin etmişdir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzg ün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsi n məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Dövlət ittihamçısı Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinməli olduğunu göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi cinayətinin əlamətlərinin olması faktı mötəbər sübutlarla təsdiq olunmur. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsində qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsind ə verdiyi ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, o, 249 saylı tam orta məktəbin 8-ci sinfində oxuyur. Onunla bir məktəbdə oxuyan, həmçinin rəfiqəsi X ilə eyni binada, onlar 9-cu blokun, X isə 8-ci blokun 4-cü mərtəbələrində yaşayırlar. xx xxxxxxxx 2018-ci il tarixdə səhər saat 07:30 radələrində o, yaşadığı evdən çıxaraq, blokda X ilə görüşüb məktəbə getməli idi. X onu onların blokunda gözləmiş, o, pilləkənlərlə aşağı düşən zaman ikinci mərtəbədə bir nəfər əvvəllər tanımadığı əlində qırmızı rəngli sellofan paket olan kişinin dayandığını görmüşdür. O, həmin kişinin durduğu yerin yanına çatan zaman həmin kişi əynində olan şalvarını aşağı çəkmiş cinsiyyət orqanını çıxarmış və lüt vəziyyətində dayanmışdır. Həmin vaxt aralarında olan məsafə təxminən 3-4 metr olardı. O da, kişinin əxlaqsı z hərəkətlərini görüb, orada qışqıraraq yenidən yaşadığı mənzilə qalxmışdır. O, mənzilə qalxan zaman birinci mərtəbədə Xnin də qışqırıq səsini eşitmiş, çox qorxduğu üçün valideyni qapını açan zaman narahat olduğu üçün huşunu itirmişdir. Bundan sonra o, olan hadisə barədə valideynlərinə məlumat vermiş, valideyinləri də xx xxxxxxxx 2018-ci il tarixdə ərizə ilə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət etmişlər. Məhkum ona qarşı əxlaqsız hərəkətləri etmiş, lakin ona toxunmamış, onu qolundan tutmamış, onun məktəbli formasını çıxarmağa çalışmamış, ona hər hansı bir fiziki ağrı yetirməmişdir. Zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində verdiyi ifadələrində göstərmişdir ki, onunla bir məktəbdə oxuyan, həmçinin rəfiqəsi X2la eyni bin ada, onlar 8-ci blokun, X2 isə 9-cu blokun 4-cü mərtəbələrində yaşayırlar. xx xxxxxxxx 2018-ci il tarixdə səhər saat 07:45 radələrində o, yaşadığı evdən çıxaraq, X2gilin yaşadıqları blokda dayanıb birgə dərsə getmək üçün X2ın gəlməsini gözləmişdir. Həmin vaxt X2ın blokda qışqırıq səsini eşitmiş, X2 qışqıraraq onun adını çəkmişdir. O, X2ın qışqırmasından həyəcanlanıb bloka daxil olmaq istədikdə, bir nəfər əvvəllər tanımadığı əlində qırmızı rəngli sellofan paket olan şəxs həmin blokdan çıxaraq, qızın onu çağırdığını bildirmişdir. O da, bloka daxil olan zaman pilləkən meydançasından yuxarı boylananda, həmin kişi blokun dəmir qapısını bağlayıb əynində olan şalvarını aşağı çəkmiş, cinsiyyət orqanını çıxarmış, o da qışqıraraq blokdan bayıra çıxmışdır. Həmin vaxt aralarında təxminən 3-4 metr məsa fə var idi. Həmin şəxs də onun qışqırmasını görərək, blokdan bayıra çıxaraq qaçıb ona məlum olmayan istiqamətdə gözdən itmişdir. Daha sonra ona məlum olmuşdur ki, həmin kişi ona qarşı etdiyi hərəkəti ilk öncə X2a qarşı etmişdir. Bundan sonra o, hadisə barədə valideynlərinə məlumat vermiş, valideynləri də xx xxxxxxxx 2018-ci il tarixdə ərizə ilə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət etmişlər. Məhkum ona qarşı digər hər hansı bir hərəkətlər etməmiş, onu qolundan tutub məktəbli formasını çıxarmağa çalışmamış, ona hər hansı bir fiziki ağrı yetirməmişdir. Zərərçəkmiş şəxs və yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə məhkəmədə verdikləri ifadələr arasında ziddiyyətlər olduğundan onların ibtidai istintaq zamanı verilmiş ifadəl əri elan edilərək məhkəmədə tədqiq edilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli “Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin dindirilməsi haqqında protokol”-dan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində xx xxxxxxxx 2018-ci il tarixdə səhər saat 07:30 radələrində o, yaşadığı evdən çıxaraq, blokda X ilə görüşüb məktəbə getməli olduğunu, X onu onların blokunda gözlədiyini, pilləkənlərlə aşağı düşən zaman ikinci mərtəbədə bir nəfər əvvəllər tanımadığı əlində qırmızı rəngli sellofan paket olan kişinin dayandığını, həmin kişiyə çatan zaman sonuncu əynində olan şalvarını aşağı çəkərək, lüt vəziyyətdə onun üzərinə hücum edib qolundan tutduğunu və əlilə əynində olan məktəbli formasını çıxarmaq istədiyini, o da, qışqırıb kişini əlilə itələdiyini və oradan qaçaraq yenid ən yaşadığı mənzilə qalxdığını, mənzilə qalxan zaman birinci mərtəbədə Xnin də, qışqırıq səsini eşitdiyini və çox qorxduğu üçün valideyni qapını açan zaman huşunu itirdiyini, bundan sonra o, hadisə barədə valideynlərinə məlumat verdiyini göstərmişdir. İş materiallarında olan xx xxxxxxxx 2018-ci il tarixli “Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin dindirilməsi haqqında protokol”-dan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində xx xxxxxxxx 2018-ci il tarixdə səhər saat 07:45 radələrində yaşadığı evdən çıxaraq, X2gilin yaşadıqları blokda dayanıb birgə dərsə getmək üçün X2ın gəlməsini gözlədiyini, həmin vaxt X2ın qışqırıq səsini eşitdiyini və sonuncu qışqıraraq onun adını çəkdiyini, X2ın qışqırmasından həyəcanlanıb bloka daxil olmaq istədikdə, bir nəfər əvvəllər tanımadığı əlində qırmızı rən gli sellofan paket olan şəxs blokdan çıxaraq, qızın onu çağırdığını bildirdiyini, onun da, bundan sonra bloka daxil olan zaman pilləkən meydançasından yuxarı boylananda, həmin kişi blokun dəmir qapısını bağlayıb əynində olan şalvarını aşağı çəkərək, lüt vəziyyətdə onun üzərinə hücum edib qolundan tutduğunu və əlilə əynində olan məktəbli formasını çıxarmaq istədiyini, o da qışqırıb həmin şəxsi əlilə itələyərək qaçıb blokdan çıxdığını, həmin şəxs də blokdan çıxıb onun qışqırmasını görərək, qaçıb ona məlum olmayan istiqamətdə gözdən itdiyini göstərmişdir. İş materillarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ifadələr arasında ziddiyyətlərə aydınlıq gətirərək Məhkum əynində olan şalvarını aşağı çəkərək lüt vəziyyətdə dayanaraq onlara qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmiş, lakin onların qolundan tutaraq məktəbli formalarını çıxarmaq istəmədiyini, onlara qarşı hər hansı bir fiziki ağrı vermədiyini bildirməklə ibtidai istintaq zamanı da belə ifadələr verdiklərini, ifadələri oxumadan imza etdiklərini qeyd edərək ibtidai istintaq zamanı onların adından yazılmış ifadələri həmin hissədə təkzib etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslərin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdikləri ifadələri işin digər halları ilə təsdiqini tapdığından həmin ifadələr daha inandırıcı və əsaslı hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində şahid və nümayəndə qismində dindirilmiş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Əl iyev x3 İman oğlu göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. X2 xx xxxx 2005-ci il tarixdə doğulmuş, 249 saylı tam orta məktəbdə oxuyur. Qızı X2 qonşu blokda yaşayan qonşuları, həmçinin rəfiqəsi X ilə birlikdə hər gün məktəbə gedir və məktəbdən qayıdırlar. xx xxxxxxxx 2018-ci il tarixdə işləri ilə əlaqədar o, səhər erkən saatlarda yaşadığı evdən getmişdir. Təxminən saat 08:10 radələrində həyat yoldaşı İlahə ona zəng edərək, yaşadıqları binanın ikinci mərtəbəsinin pilləkən meydançasında tanımadıqları bir nəfər kişinin əynində olan şalvarını aşağı çəkərək X2a qarşı əxlaqsız hərəkətlər etdiyini, X2ın isə qaçaraq evə qayıtdığını bildirmişdir. O, bunu eşitdikdən sonra yaşadığı evə gəlmişdir. Məlum olmuşdur ki, həmin şəxs qızı X2dan sonra qonşuluqda yaşayan Xyə qarşı da əxlaqsız hərəkətlər etmişdir. O, Xnin atası Əhmədağa ilə məsləhətləşdikdən sonra həmin şəxs digər şəxslərə qarşı əxlaqsız hərəkətlər etməsin deyə, xx xxxxxxxx 2018-ci il tarixdə ərizə ilə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət etmişlər. Əliyev x3 İman oğlu, həmçinin, qızının onun iştirakı ilə istər istintaq vaxtı, istərsə də məhkəmə iclaslarında verdikləri ifadələrinin eyni olduqlarını, ibtidai istintaq zamanı ifadələrin müstəntiq tərəfindən tərtib edildiyini və həmin ifadələri oxumadan imza etdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs2 atası və qanuni nümayəndəsi Hüseynzadə Əhmədağa Tofiq oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə o, işləri ilə əlaqədar səhər erkən saatlarda yaşadığı evdən çıxaraq işə getmişdir. Həmin gün axşam saat təxminən 19:30 radələrində həyat yo ldaşı ona bildirmişdir ki, qızı X səhər saatlarından evdən çıxaraq, rəfiqəsi X2gilin yaşadıqları blokda dayanıb birgə dərsə getmək üçün X2ın gəlməsini gözləmiş, həmin vaxt X2ın qışqırıq səsini eşitmiş və X2 qışqıraraq qızının adını çəkmişdir. Qızı X, X2ın qışqırmasından həyəcanlanıb bloka daxil olmaq istədikdə, bir nəfər əvvəllər tanımadığı əlində qırmızı rəngli sellofan paket olan kişi blokdan çıxaraq, X2ın qızını çağırdığını bildirmişdir. Qızı X də, bundan sonra bloka daxil olan zaman pilləkən meydançasından yuxarı boylananda, həmin kişi blokun dəmir qapısını bağlayıb əynində olan şalvarını aşağı çəkmiş, qızı Xyə qarşı da əxlaqsız hərəkətlər etmişdir. Həmin vaxtı qızı X də qışqırıb blokdan bayıra çıxmış, bundan sonra həmin şəxs də blokdan çıxaraq Xnin qışqırdığını görüb qaçaraq getmişd ir. Daha sonra ona məlum olmuşdur ki, həmin kişi qızı Xyə qarşı etdiyi hərəkəti ilk öncə X2a qarşı etmişdir. Bundan sonra o, X2ın atası x3lə məsləhətləşərək, həmin şəxsin gələcəkdə də başqa şəxslərə qarşı əxlaqsız hərəkətlər etməsinin qarşısını almaq məqsədi ilə xx xxxxxxxx 2018-ci il tarixdə ərizə ilə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət etmişlər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin "Erkapis Xorvatiyaya qarşı" iş üzrə Avropa Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qərarında göstərilir k, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum zərərçəkmiş şəxslərə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslıl ığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahisə edilir. Hesab olunur ki, qanunsuz və əsassız olaraq məhkum barəsində yüngül cəza təyin edilmişdir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. İş materiallarından da görünür ki, Məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, ilk dəfə olaraq cinayət hadisəsi törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, xəstəlikləri cəzanı yüngülləşdirən hal kimi və əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci ma ddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təy in edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlillərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qə naətə gəlir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmə hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübut lardan istifadə etməmişdir. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş d əlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-627/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-627/2020
24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver