Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-627/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiyası məhkəməsindədövlət ittihamçısının müdafiəçisi və analitik təhlil şöbəsinin böyük prokuroru Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxsin hüquqi varisi X8, onun nümayəndəsi və vəkili Babayev Toğrul Babalı oğlunun iştirakları ilə xx xxxx 1992-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbayc an Respublikası vətəndaşı, ortaixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Şəkərcik kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X8, onun nümayəndəsi və vəkili Babayev Toğrul Babalı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli hökmü ilə (hakim) Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02(iki) il 06(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05(beş) il 01(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 18 sentyabr 2020-ci ildən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi X8 apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ş.Məmmədov və H.H.Əhmədov) verilmiş apellyasiya şikayət mülki iddia hissəsində qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli hökmü mülki iddian ın baxılmamış saxlanması hissəsində ləğv edilmiş, maddi zərər hissəsində 6.000 (altı min) manat və mənəvi zərər hissəsində 2000 (iki min) manat məbləğində pul vəsaiti Məhkum alınaraq mülki iddiaçı və zərərçəkmişin hüquqi varisi Rəşad Əliyevə ödənilməsi, hökm qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə, Məhkum edilmişdir ona görə ki, o, Məhkum idarə etdiyi nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Məhkum 09 fevral 2020-ci ildə saat 11:50 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “AD” seriyalı 137540 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Şükürov Aydın Nurulla oğlunun mülki yyətindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən icarə əsasında verilmiş 0996 saylı yol vərəqəsi ilə idarə etdiyi «Lexus GS250» markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ilə Koroğlu Rəhimov küçəsi istiqamətindən «28 May» metrosu istiqamətinə soldan birinci hərəkət zolağı ilə təxminən 80 kilometr saat sürətlə hərəkət edərkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsi və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni sürücü hərəkət üçün təhükə yarandığını gördükdə nəqliyyat vasi- təsinin sürətini tam dayanma həddinə kimi azaltmaq üçün mümkün olan tədbirləri görməli, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli kimi tələblərini pozaraq, ünvan 2 ünvanının qarşısında olan yolda hərəkət istiqamətinə nəzərən yolu sağdan sola doğru keçən piyada X11 oğlunu idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan ona massiv qanitirmə-hemorragik şokla müşayiət edilən sol və sağ ağciyərlərin çoxsaylı cırılmaları, hər iki tərəfdən qabır- ğaların çoxsaylı sınıqları, sağ bud sümüyün boynunun burmalardan keçən sınığı, qarının sol bayır səthinin hematoması və sıyrığı, sağ diz, sağ iç topuğun sıyrıqları kimi sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə Rauf Əliyevin ölümünə və bundan əlavə “Lexus GS250” markalı **-ML-*** dövlət nömrə nişanlı avtomobilinin əzilməklə zədələnməsindən mülkiyyətçisi Aydın Şükürova 5715 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdi r. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi X8, onun nümayəndəsi və vəkili Babayev Toğrul Babalı oğlu tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarının dəyişdirilməsi və 05 il 09 ay həbs cəzasının verilməsi, mülki iddasının tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət onunla əsaslandırılmışdır ki, atası Əliyev Rauf 9 fevral 2020-ci il tarixində avtomobillə vurularaq öldürülmüşdür. Verilmiş cəza yüngüldür belə ki, Məhkum hadisədən sonra zərəçəkmiş tərəfə heç bir əlaqə saxlamamış, cəhd etməmişdir. Atası vəfat edəndən sonra o yas mərasimləri keçirmiş və mülki iddiada göstərildiyi məbləğdə ziyan çəkmiş və buna görə də məhkəməyə mülkü iddia qaldırmışdır. Eyni zama nda atasının ölümü ilə əlaqədaı bacısı və anası psixoloji sarsıntı və mənəvi iztirablar keçirtmişlər. Lakin məhkəmə bunların heç birini nəzərə almayaraq mülkü iddiasını qismən təmin edilmiş və məhkum barəsində 5 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası istəməyinə baxmayaraq şikayəti təmin olunmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi R.Əliyevin, onun nümayəndəsi T.B.Babayevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxla nılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərq li olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmişin varisi tərəfindən verilmiş kassasiya şikayətində maddi ziyanın qismən təmin olması mübahisələndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: İş materiallarında olan sənədlərdən görünür ki, Məhkum xx xxxx 1992-ci ildə Füzuli rayonunda anadan olmuş, evli, orta-ixtisas təhsillidir, fərdi əməklə məşğul olmuş, Füzuli rayonu Şəkərcik kəndində qeydiyyatda olan və Abşeron rayonu Saray qəsəbəsi nömrəsiz və fərdi evdə yaşamış, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və yaxud digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda- iki ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək cərimə və ya iki ilədək islah işləri və ya iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda- üç ilədək müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 05 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edəcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə inzibati xəta və ya hərəkət təhlükə- sizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə inzibat i məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakiməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququn- dan məhrum edilib-edilməməsi, digər tərəfdən yol hadisəsinin baş verməsində zərərçəkmişin, yol hərəkətin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, şəxsin hadisədən sonra davranışı, hadisə yerindən qaçmayıb zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, hadisə nəticəsində zərərçəkmişin yaxın qohumu olması, özünün hadisə nəticəsində xəsarət alması, maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X8 məhkəmə istintaqı başlanılmazdan əvv əl iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət nəticəsində ona vurulmuş maddi ziyana görə 50000 manat və mənəvi ziyana görə 50000 manat, cəmi 100.000 manat məbləğində pul vəsaitinin cavabdeh Məhkum alınaraq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən, cinayət mühakimə icraatda mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara uyğun verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyinin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadığı və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadığı halda, mülki prosessual qanunvericiliyin tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsi nin tələblərinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqa malik olan şəxs ona dəymiş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər-hüququ pozulan şəxsin bunu bərpa etmə üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi, yəni real zərər və hüququ pozulmadığı hallarda isə, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X9 tərəfindən məhkəməyə dəfn tədb iri, məzar daşının düzəldilməsi və yas mərasimlərinin təşkil olunmaqla keçirilməsinə dair 5.180 manat məbləğində pul vəsaitinin xərclənməsinə rəsmi qəbzləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh olunmasına dair 31 may 2002-ci il tarixli qərarına əsasən, qeyd edilən Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin və əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan zərər dedikdə - şərəfin, şəxsin ləyaqətinin, işgüzar nüfuzun ləkələnməsi ilə əlaqədar zərərçəkmiş şəxsə vurulmuş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərər ödənilməsi baradə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında birbaşa göstərilir ki, mənəvi zərərin ödənilməsinə dair iddiaya baxılarkən, məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasını, Avropa Konvensiyası və Avropa Konvensiyasına dair qəbul edilmiş protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qeyd edilən qərara əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olmaqla məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman zərərin baş verməsinə səbəb olan hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi və bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zər ər vuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə bağlı mənəvi sarsıntı və ya iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və sair), habelə işin digər diqqətə layiq halları nəzərə alınmaqla, zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən - mənəvi zərər zərərçəkən şəxsə qeyri-əmlak, həmçinin əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin ödənilməsi ilə bağlı qanunvericiliyin müddəaları nəzərə alınaraq, şəxsə bu zərərin vurulması onun və ya yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və yaxud bu hüquqlardan məhrum olması və sair hallarda da özünü biruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və başqa hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmələr mənəvi zərərin ödənilməsinə dair tələblərə baxarkən buna görə məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə yanaşı, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, hansı şəraitdə, hansı hərəkət nəticəsində baş verməsini, zərər vuranın təqsirini, zərərçəkmiş şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludurlar. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan onun təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-627/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-627/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver