Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-628/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünasHacıyev Ziya Əli oğlunun, məhkum x1nun iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə x1nun Azərbaycan Respublikası CM-in 178.2.2, 29,178.2.2, 178.2.4 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Mazan Fətəliyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim: T.H.Həsənov) x1- xx xxxxxx 1967-ci ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29,178.2.2, 178.2.4 və 29,178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (ik i) il müddətə azadlığın məhdudlaşdırılması cəzasınа məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəmi 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün həmin cəzadan çıxılmaqla onun üzərində qəti cəza olaraq 04 (dörd) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs x1na təyin edilmiş 04 (dörd) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək yaşa yış yerini tərk etməmək, Bakı şəhəri ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzasının icrasına nəzarəti Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin həyata keçirməsi hökm edilmiş, çəkilmə müddətinin başlanğıcı Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin yay aylarında Zaqatala rayonunun Mamrux kənd sakini x2 özünü 2012-ci ilin may ayında Azərbaycan Respublikasının Şimalqərb bölgəsində, yəni Zaqatala, Qax və Balakən rayonlarında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaradılmış Komissiyanın üzvü qismində təqdim edərək komissiya üzvü kimi zəlzələ nəticəsində x2 qeyd olunan kənddə uçmuş vəziyyətdə olan evinin əvəzinə komissiya tərəfindən yeni evin tikdirilməsini təmin edəcəyini yalandan bildirib inandırmaqla özü barəsində x2 yaratdığı inam və etibardan istifadə edərək həmin adla 2014-cü ilin yay aylarında sonuncunun yaşadığı qeyd edilən kənddə ondan 6.000 (altı min) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə y olu ilə x2 məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin yay aylarında Zaqatala rayonunun Mamrux kənd sakini x3 özünü 2012-ci ilin may ayında Azərbaycan Respublikasının Şimal-qərb bölgəsində, yəni Zaqatala, Qax və Balakən rayonlarında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaradılmış Komissiyanın üzvü qismində təqdim edərək komissiya üzvü kimi zəlzələ nəticəsində x3 qeyd olunan kənddə uçmuş vəziyyətdə olan evinin əvəzinə komissiya tərəfindən yeni evin tikdirilməsini təmin edəcəyini yalandan bildirib inandırmaqla, özü barəsində x3 yaratdığı inam və etibardan istifadə edərək həmin adla 2014-cü ilin yay aylarında sonuncunun yaşadığı qeyd edilən kənddə ondan 6.000 (altı min) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə x3 məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin yay aylarında Zaqatala rayonu Mamrux kənd sakini x4 özünü 2012-ci ilin may ayında Azərbaycan Respublikasının Şimal-qərb bölgəsində, yəni Zaqatala, Qax və Balakən rayonlarında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqə ladə Hallar Nazirliyində yaradılmış Komissiyanın üzvü qismində təqdim edərək həmin Komissiyanın üzvü kimi zəlzələ nəticəsində x4 qeyd olunan kənddə uçmuş vəziyyətdə olan evinin əvəzinə komissiya tərəfindən yeni evin tikdirilməsini təmin edəcəyini yalandan bildirib inandırmaqla, özü barəsində x4 yaratdığı inam və etibardan istifadə edərək sonuncudan 2014-cü ilin yay aylarında yaşadığı həmin kənddə 6.000 (altı min) manat məbləğində pul vəsaiti istəyib, həmin adla göstərilən tarixdə ondan qeyd olunan yaşadığı kənddə 4.500 (dörd min beş yüz) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə x4 məxsus əmlakı ələ keçirib təkrarən dələduzluq etmiş, x4 aldadıldığını başa düşərək qalan məbləği ödəməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə x4 məxsus 6.000 (altı min) manat pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Həmçinin, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin yay aylarında Zaqatala rayonu Mamrux kənd sakini x5 özünü 2012-ci ilin may ayında Azərbaycan Respublikasının Şimal-qərb bölgəsində, yəni Zaqatala, Qax və Balakən rayonlarında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaradılmış Komissiyanın üzvü kimi təqdim edərək həm in Komissiyanın üzvü kimi zəlzələ nəticəsində x5 qeyd olunan kənddə uçmuş vəziyyətdə olan evinin əvəzinə komissiya tərəfindən yeni evin tikdirilməsini təmin edəcəyini yalandan bildirib inandırmaqla, özü barəsində x5 yaratdığı inam və etibardan istifadə edərək sonuncudan 2014-cü ilin yay aylarında yaşadığı həmin kənddə 6.000 (altı min) manat məbləğində pul vəsaitini istəyib həmin adla göstərilən tarixdə ondan qeyd olunan yaşadığı kənddə 4.500 (dörd min beş yüz) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə x5 məxsus əmlakı ələ keçirib təkrarən dələduzluq etmiş, x5 aldadıldığını başa düşərək qalan məbləği ödəməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən b aşa çatdıra bilməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə x5 məxsus 6.000 (altı min) manat pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin yay aylarında Zaqatala rayonunun Mamrux kənd sakini x6 özünü 2012-ci ilin may ayında Azərbaycan Respublikasının Şimal-qərb bölgəsində, yəni Zaqatala, Qax və Balakən rayonlarında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaradılmış Komissiyanın üzvü kimi təqdim edərək həmin Komissiyanın üzvü kimi zəlzələ nəticəsində x6 qeyd olunan kənddə uçmuş vəziyyətdə olan evinin əvəzinə komissiya tərəfindən yeni evin tikdirilməsini təmin edəcəyini yalandan bildirib inandırmaqla, özü barəsində x6 yaratdığı inam və etibardan istifadə edərək həmin adla 2014-cü ilin yay aylarında sonuncunun yaşadığı qeyd edilən kənddə ondan 6.000 (altı min) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə x6 məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin yay aylarında Zaqatala rayonu Mamrux kənd sakini x7 özünü 2012-ci ilin may ayında Azərbaycan Respublikasının Şimal-qərb bölgəsində, yəni Zaqatala, Qax və Balakən rayonlarında baş vermiş zəl zələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaradılmış Komissiyanın üzvü qismində təqdim edərək həmin Komissiyanın üzvü kimi zəlzələ nəticəsində x7 qeyd olunan kənddə uçmuş vəziyyətdə olan evinin əvəzinə komissiya tərəfindən yeni evin tikdirilməsini təmin edəcəyini yalandan bildirib inandırmaqla, özü barəsində x7 yaratdığı inam və etibardan istifadə edərək sonuncudan 2014-cü ilin yay aylarında yaşadığı həmin kənddə 6.000 (altı min) manat məbləğində pul vəsaitini istəyib həmin adla göstərilən tarixdə ondan qeyd olunan yaşadığı kənddə 5.500 (beş min beş yüz) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə x7 məxsus əmlakı ələ keçi rib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, x7 aldadıldığını başa düşərək qalan məbləği ödəməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə x7а məxsus 6.000 (altı min) manat pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Həmçinin, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə təkrarən, 2014-cü ilin yay aylarında Zaqatala rayonu Mamrux kənd sakini x8 özünü 2012-ci ilin may ayında Azərbaycan Respublikasının Şimal-qərb bölgəsində, yəni Zaqatala, Qax və Balakən rayonlarında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaş ayış evlərinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaradılmış Komissiyanın üzvü qismində təqdim edərək həmin Komissiyanın üzvü kimi zəlzələ nəticəsində x8 qeyd olunan kənddə uçmuş vəziyyətdə olan evinin əvəzinə komissiya tərəfindən yeni evin tikdirilməsini təmin edəcəyini yalandan bildirib inandıraraq, özü barəsində x8 yaratdığı inam və etibardan istifadə etməklə sonuncudan 2014-cü ilin yay aylarında yaşadığı həmin kənddə 6.000 (altı min) manat məbləğində pul vəsaitini istəyib həmin adla göstərilən tarixdə ondan qeyd olunan yaşadığı kənddə 4.000 (dörd min) manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə x8 məxsus əmlakı ələ keçirib təkrarən dələduzluq etmiş, x8 aldadıldığını başa düşərək qalan məbləği ödəməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə x8а məxsus 6.000 (altı min) manat pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin yay aylarında Zaqatala rayonunun Mamrux kənd sakini x9 özünü 2012-ci ilin may ayında Azərbaycan Respublikasının Şimal-qərb bölgəsində, yəni Zaqatala, Qax və Balakən rayonlarında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaradılmış Komissiyanın üzvü qismində təqdim edərək həmin Komissiyanın üzvü kimi zəlzələ nəticəsində x9 qeyd olunan kənddə uçmuş vəziyyətdə olan evinin əvəzinə komissiya tərəfindən yeni evin tikdirilməsini təmin edəcəyini yalandan bildirib inandırmaqla, özü barəsində x9 yaratdığı inam və etibardan istifadə edərək sonuncudan 2014-cü ilin yay aylarında yaşadığı həmin kənddə 6.000 (altı min) manat məbləğində pul vəsaitini istəyib həmin adla göstərilən tarixdə ondan qeyd olunan yaşadığı kənddə 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə x9 məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, x9 aldadıldığını başa düşərək qalan məbləği ödəməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə x9а məxsus 6.000 (altı min) manat pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan əlavə, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin yay aylarında Zaqatala rayonu Mamrux kənd sakini x10 özünü 2012-ci ilin may ayında Azərbaycan Respublikasının Şimal-qərb bölgəsində, yəni Zaqatala, Qax və Balakən rayonlarında baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş yaşayış evlərinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yaradılmış Komissiyanın üzvü qismində təqdim edərək həmin Komissiyanın üzvü kimi zəlzələ nəticəsində x10 qeyd olunan kənddə uçmuş vəziyyətdə olan evinin əvəzinə komissiya tərəfindən yeni evin tikdirilməsini təmin edəcəyini yalandan bildirib inandırmaqla, özü barəsində x10 yaratdığı inam və etibardan istifadə edərək sonuncudan 2014-cü ilin yay aylarında yaşadığı həmin kənddə 6.000 (altı min) manat məbləğində pul vəsaitini istəyib həmin adla göstərilən tarixdə ondan qeyd olunan yaşadığı kənddə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə x10 məxsus əmlakı ələ keçirib təkrarən dələduzluq etmiş, x10 aldadıldığını başa düşərək qalan məbləği ödəməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə y önələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə x10yа məxsus 6.000 (altı min) manat pul vəsaitini ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya protesti təmin edilmədən, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Mazan Fətəliyev kassasiya protesti vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Mazan Fətəliyev kassasiya protestində qeyd etmişdir ki, təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun deyildir. Belə ki, Apelyasiya instansiya məhkəməsi cəza təyini ilə bağlı məsələni müzakirə edərkən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrarlamaqla təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varsilərinə dəymiş ziyanı tam ödəməsini, mədəni və müsbət xarakterli bir şəxs kimi səciyyələndirilməsini, əvvəlki məhkumluğunun olmamasını, törətdiyi əməlləri etiraf edərək, bu əməllərinə görə səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq apelyasiya protestinin təmin olunmaması qənaətinə gəlmişdir. Halbuki, məhkəmə tərəfindən iş üzrə qəbul edilmiş cəzanı yüngülləşdirən hallar, habelə cəza təyini zamanı gətirdiyi dəlillər əsassız olmaqla işin hallarına uyğun olmamış, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti nəzərə alınmamışdır. İş materiallarından göründüyü kimi x1 cinayəti törətdikdən sonra 5 ilə yaxın müddət ərzində gizlənmiş, Rusiya Federasiyasında tutularaq ekstradisiya olunmuş, həmin müddət ərzində respublikada iki dəfə devolvasiya baş vermiş, zərər çəkmişlərdən iki nəfəri həmin müddətdə ölmüş, zərər çəkmiş şəxslər uzun müddət ev problemi ilə üzbəüz qalmış, təqsirləndirilən şəxs tutularaq ölkəyə gətirildikdən sonra məsuliyyətdən yayınmaq üçün zərər çəkmişlərin pulunu ödəmək məcburiyyətində olmuşdur. Göründüyü kimi, məhkəmə vurulmuş zərərin öd ənilməsini işin digər halları ilə bağlı surətdə qiymətləndirməmişdir. Məhkəmə, həmçinin x1in mədəni və müsbət xarakterli bir şəxs kimi səciyyələndirilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Şəxsin müsbət xarakterizə olunması isə cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə CM-in 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin müsbət xarakterizə olunmasını yalnız cəzasını yüngülləşdirən halların siyahısında göstərməklə kifayətlənmiş, lakin, bunun nədə ifadə olunmasını və nəhayət onun şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını qərarda göstərməmişdir. İşin hallarından göründ üyü kimi, x1 qeyd olunan cinayəti hadisələrin təsadüfi axarı zəminində deyil, hərəkətlərini qabaqcadan planlaşdırmaqla, məqsədli şəkildə, qəsdən törətmişdir. Ona görə də, məhkəmə x1in əvvəllər məhkum olunmamasını, yəni ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bundan başqa məhkəmələr təqsirləndirilən şəxsin törətdiyi əməllərinə görə səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. x1in könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi halları olmamış, əksinə x1 qaçaraq istintaqdan və məsuliyyətdən yayınmağa çalışmışdır. Ona görə də, məhkəmə x1in əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Bundan başqa, məhkəm ə, təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərkən törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini kifayət qədər nəzərə almamış, bununla da təyin edilmiş cəza cinayətin ağırlığına və təqsirləndirilənin şəxsiyyətinə uyğun olmayaraq yüngüllüyünə görə açıq-aydın ədalətsiz olmuşdur. Belə ki, x1in törətdiyi cinayət əməli az ağır cinayətlər təsnifatına aid olmaqla, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil edir, obyektiv cəhətdən zərərçəkmişləri aldatma və etibardan sui istifadə yolu ilə əmlakın ələ keçirilməsində ifadə olunur, əməl təqsirin formasına görə birbaşa qəsdlə törədilmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, x1 9 zərər çəkmişin cəmi 43500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş, eləcə də 6 zə rərçəkmişin 10500 manat pulunu dələduzluq yolu il ələ keçirməyə cəhd etmiş ki, bu da əməlin ictimai təhlükəliliyinin yüksək olmasını göstərir. Həmçinin, x1 hazırki cinayət əməllərini törədərkən özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim etməklə də, mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Qeyd olunanları nəzərə alaraq x1nun Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzaki rə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya şikayətinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəmə si birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya protestində təqsirləndirilən şəxsin tutularaq ölkəyə gətirildikdən sonra məsuliyyətdən yayınmaq üçün zərər çəkmişlərin pulunu ödəmək məcburiyyətində olması, cinayət əməlləri törədildikdən uzun müddət keçdikdən sonra vurulmuş zərərin ödənilməsi, cəzanı yüngül ləşdirən halların əsaslandırılmaması, məhkumun şəxsiyyətinin nəzərə alınmaması və məhkuma həddindən artıq yüngül cəza təyin edilməsi göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiaysında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin cinayət işi üzrə hökmündən müəyyən edilmişdir ki, məhkəmə iclasında zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisləri təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmamasını, ona yüngül cəza təyin edilməsini xahiş etmişlər. Yəni zərərçəkmiş şəxslər onlara cinayət nəticəsində vurulmuş zərərin gec ödənilməsindən şikayət və tə ləblərinin olmamasını göstərmişlər. Beləliklə sosial ədalət bərpa olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş zərəri tamamilə ödəməklə özünün islah yolunda olmasını nümayiş etdirmiş və bu həm də həmin təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət cəhətdən xarakterizə edən haldır. Cinayət işinin belə hallarının nəzərə alınaraq məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178-2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına alternativ azadlığın məhdudlaşdırılması cəzasının orta həddində cəza təyin edilməsi cəza təyin etmənin ümumi əsaslarına, mövcud məhkəmə təcrübəsinə və cəzanın məqsədi barədə qanunun tələbinə uyğun hesab edilir. Ona görə də kassasiya protestinin dəlilləri əsassız hesab edilir. Penitens iar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsassız hesab edilir və ona görə də cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019c u il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. x1nun Azərbaycan Respublikası CM-in 178.2.2, 29,178.2.2, 178.2.4 və 29,178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-628/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-628/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver