Məhkəmə qərarları › İş №1(102)-628/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-628/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-628/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Novruz Kərimov, hakimlər Ramella Allahverdiyeva və Rasim Sadıxovdan ibarət tərkibdə) 1(101)-359/2019 nömrəli xx xxxx 2019-cu il hökmü ilə Məhkum Mülazim oğlu Azərbaycan Respublikası CM-in 178.3.2ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla ona 8200 (səkkiz min iki yüz) manat cərimə cəzası təyin edilmişdir. Onun həbsdə qaldığı 2 (iki) gün müddət nəzərə alınmaqla onun barəsində CM-nin 69.4-cü maddəsində göstərilən əsaslarla ona təyin edilmiş cərimə cəzasının miqdarı yüngülləşdirilərək üzərində qəti olaraq 8000 ( səkkiz min) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum Mülazim oğlu tərəfindən 53.628 (əlli üç min altı yüz iyirm i səkkiz) manat miqdarında pulun X3 qaytarılması nəzərə alınmışdır. İş üzrə zərərçəkmiş şəxs X5 xx xxxxxx 2019-cu il tarixdə vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Novruz Kərimov) 1(101)-359/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə zərərçəkmiş şəxs E.C.Qənizadənin vəsatəti təmin olunmamış, apellyasiya şikayətinin verilmə müddəti bərpa edilməmişdir. Həmin qərardan zərərçəkmiş şəxs E.C.Qənizadə apellyasiya şikayəti verərək qərarın ləğv edilib, hökmdən apellyasiya şikayəti verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Habil Məmmədovdan ibarət tərkibdə) 1(103)-178/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs E.C.Qənizadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Qərarın sonunda proses iştirakçılarına qərarın elan olunduğu andan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti vermə hüquqları izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-178/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs E.C.Qənizadə xx xxxxxx 2020-ci il tarixdə imzaladığı kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətinin bərpasına dair vəsatət və kassasiya şikayəti vermişdir. Qeyd olunan kassasiya şikayəti və vəsatət xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət kollegiyasına daxil olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 411-ci maddəsini rəhbər tutaraq buraxılmış müddətinin bərpası ilə əlaqədar işi aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-178/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə müddətin bərpası ilə əlaqədar zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı A ğır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən zərərçəkmiş X5 tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpasından imtina olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan zərərçəkmiş şəxs E.C.Qənizadə verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxs onunla əsaslandırır ki, onkoloji xəstəliyi ilə əlaqədar müalicə və əməliyyat olunmaq üçün xarici ölkələ rdə olduğu üçün hökm və qərarların çıxarılmasından xəbəri olmamış və hökm və qərarlar ona göndərilməmiş və bu səbəbdən də o, vaxtında məhkəmələrə müraciət edə bilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısı Sadiq Əkbərovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 ( bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Qeyd edilməlidir ki, Qanun norması apellyasiya instansiyası məhkəməsinin qərarının tərəfə təqdim edilməsindən deyil, çıxarıldığı vaxtdan bir ay müd dətində kassasiya şikayəti verilə bilməsinin mümkünlüyünü təsbit edir. Kassasiya şikayətinin başlıca dəlili zərərçəkmiş şəxsin onkoloji xəstə olması ilə əlaqədar xarici dövlətdə müalicə olması və bu kimi səbəblərdən məhkəmə qərarının vaxtında almaması kimi dəlilləri olmuşdur. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər kassasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin ve rilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin və vəsatətin dəlilləri təhlil edilib və münasibət bildirilmişdir. Həmçinin kassasiya şikayəti veril miş Bakı Apellyasiya Məhkəməsini xx xxxxxx 2020ci il tarixli məhkəmə prosesində zərərçəkmiş şəxs E.C.Qənizadə və zərərçəkmiş şəxs nümayəndəsi (vəkili) Mehman Abbasov iştirak etmiş, qərar onların iştirakı ilə elan edilməklə həmin qərardan kassasiya şikayəti vermə qaydası izah edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmadığını qərarda qeyd etmiş və zərərçəkmiş şəxsin və ya onun nümayəndəsinin apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilm ədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Məhkum Mülazim oğlunun barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Məhkum Mülazim oğlu haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs E.C.Qənizadənin kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar